Referat mövzu: Xalı-Palçıq Pilpiləsi antiklinal xəttinin geoloji inkişaf tarixi ilə əlaqədar neft-qaz perspektivliyi



Yüklə 8,83 Mb.
səhifə10/17
tarix19.12.2023
ölçüsü8,83 Mb.
#150861
növüReferat
1   ...   6   7   8   9   10   11   12   13   ...   17
Xalı-Palçıq pilpiləsi antiklinal xəttinin geoloji inkişaf tarixi ilə əlaqədar neft-qaz Mag.diss. Həsəsnov M.N. 2019 11

Xali strukturu. Qalxım Pirallahı adasından 13-15 km CŞ-də Abşeron-Çələkən antiklinal zonasının ŞmQ hissəsində yerləşir. Morfoloji cəhətdən dənizin dibi bir sıra qruplaşmış kiçik adalarla (daşlarla) xarakterizə olunur. Nəticədə sahənin ŞmQ hissəsində MQ-ın köklü süxurlarının çıxışı, uzunluğu 35-36m olan və şimalda 28-30° bucaq altında yatan dar silsilə formasını təsvir edir.
Tektonik cəhətdən Xali qalxımı ŞmQ - CŞ uzanma istiqamətli braxiantiklinal qırışıqdır. SH-III-ə (QaLD-nin tavanına yaxın) görə qırışıq 2500 m izoxətlə qapanır. Onun ölçüləri 12,5x4,5 km təşkil edir.
Qalxımın oxu boyunca iri uzununa pozulma keçir və nəticədə ŞmŞ qanadı düşmüş CQ qanadının üstünə gəlir. CQ qanadı başqa bir uzununa pozulma ilə iki hissəyə bölünür və nəticədə CQ qanadı ŞmŞ qanadına nisbətən düşmüşdür. Şaquli yerdəyişmə amplitudu 700-800 m-ə çatır. Qırışıq həmçinin eninə pozulmalarla mürəkkəbləşmiş, buna görə də qırışıq bloklu quruluşa malikdir. Hər iki qanadda düşmə bucağı 25°-dən 60°-yə kimi dəyişir. Qalxımın sahəsi 42,19 kv. km-dir.
Çilov strukturu. Çilov strukturu ŞmQ və CŞ istiqamətində uzanan braxiantiklinal qırışıqdır. Qırışığın ölçüləri 1000m izohipsə görə (Məhsuldar qatın Qala lay dəstəsinin birinci horizontunun tavanı) 10 x 4 km-dir. Qırışıq simmetrik quruluşdadır. Onun qanadlarında yatım bucaqları 55-80°-dir.



a)
b)
Şəkil 2.3 Çilov yatağı. a) Məhsuldar qatın Qala lay dəstəsinin tavanı üzrə struktur xəritə. b) I-I xətti üzrə profil

Qırışıq eninə və uzununa qırılmalarla mürəkkəbləşmişdir. Əsas uzununa qırılmalar-üstəgəlmə tiplidir. CQ qanadı ŞmŞ qanadının üstünə gəlmişdir. Qırılmanın şaquli yerdəyişmə amplitudu 500 m-dir. Üstəgəlmənin çıxışı dənizin dibində 15 km-ə qədər məsafədə daha aydın görünür. Onların da şaquli yerdəyişmə amplitudaları 250 m-ə qədərdir. Qırışıq çoxsaylı eninə qırılmalarla 250 m yerdəyişmə amplitudlu 10 bloka parçalanmışdır.


Həzi Aslanov strukturu. Həzi Aslanov strukturu tektonik cəhətdən asimmetrik quruluşdadır. Tağda ŞmŞ qanadın düşmə bucağı 29-31°, qanad hissədə isə 23-25°-dir. CQ qanadın düşmə bucağı tağda 33-35°, qanadda isə 25-27°-dir. Qırışığın ölçüsü 1400 m-lik izohipsə görə (QA lay dəstəsinin tavanına görə) qırışığın ölçüləri 2,9 x 1,4 km-dir.

a)


b)
Şəkil 2.4 Həzi Aslanov yatağı. a) Məhsuldar qatın Qırmakıaltı lay dəstəsinin tavanı üzrə struktur xəritə. b) I-I xətti üzrə profil

Qırışığın tağyanı hissəsi və ŞmQ qanadı amplitudu 250 m olan uzununa qırılmalarla mürəkkəbləşmişdir.



Yüklə 8,83 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə