75
xarakterizə edirdi. Dinin həqiqətindən meydana gələn
dövlət azadlıq anlayışının gerçəkləşməsinə xidmət
etməlidir.
Hegel ümumbəşər tarixində ilahi zəkanın
mücəssəməsini göstərərək, zəkanı dünyanın ilahi
mahiyyəti kimi nəzərdən keçirmişdi. Hegelin dövlət
fəlsəfəsinin və onun prinsiplərinin obyektiv cəhətdən
qiymətləndirilməsi, obyektiv ruh mərhələsində dünya
ruhunun inkişaf vəziyyəti «Ruh fəlsəfəsi» əsərində öz
əksini tapmışdır.
Hegel dövləti bütöv və canlı ruh kimi
götürərək, «hələ anlayış kimi də olunmayan tək ağıllı
iradə» anlayışından yaranan ayrı-ayrı funksiyalardan
ibarət olduğunu yazırdı. Bir mahiyyət, məzmun kimi
obyektiv azadlığı ifadə edən qanunların üç növünü
göstərirdi. Birincisi, şəxsin subyektin birbaşa sərbəst
iradəsindən və xüsusi maraqlarından yaranan şəraiti
məhdudlaşdır və qadağan edir.
Hegelin «mütləq son və ümumi iş» deyə
adlandırdığı qanunun ikinci növündə universaldan, ən
ümumi olandan ayrılaraq artan, ictimai təbəqələrin
funksiyalarından, ayrı-ayrı şəxslərin fəaliyyəti əks
olunur. Qanunun üçüncü formasında qanunlar azad
iradənin mahiyyəti və dəyişilməz əxlaq qaydaları
sistemində ayrı-ayrı şəxslərin dünyagörüşü forması
yaranır.
Hegel hər bir obyektiv ruhun yer tapdığı
azadlıqda həqiqi qanunun olduğunu deyirdi. İnsanları
öz hüquqlarına görə üç imtiyazlı təbəqəyə bölürdü:
76
1). Zadəganlar.
2). Burjuaziya.
3). Bürokratiya.
Cəmiyyətin bu imtiyazlı silklərindən kənarda
qalan, uzaq olan hissəsini isə Hegel formasız kütlə
adlandırırdı. Bu kütlədən yaranan əməllərin isə
dəhşətli, ağısız, kortəbii və vəhşi nəticələr verdiyini
vurğulayırdı.
Monarxiyalı dövlət qurluşunu zəkaya uyğun
qurluş adlandıran filosof onu «gözəl Afina
demokratiyası»nın sonrakı inkişaf forması kimi başa
düşürdü.
Hegel obyektiv ruh deyə adlandırdığı
mənəviyyat və dövlətçilik haqqında fikirləri «Ruh
fəlsəfəsi»nin sonuncu bölümünə keçməsinə şərait
yaratmışdı.
Mütləq ruh. Və ən nəhayət bizim gəlib
çıxdığımız «Mütləq ruh» adlanan sonuncu bölümdə
idrak, «mütləq ruh» özünü dərk edir. Təfəkkürün
təfəkkürü deyə adlandırılan ruhun qanunauyğun
inkişafının bu sonuncu mərhələsində öz mahiyyətini,
öz barəsindəki biliyi, yəni «mütləq ideyanın
anlayışını» əldə edir. Sonlu ruhu əharə edən «Mütləq
ruh» bölümü əvvəlki iki bölümdən fərqlidir.
«Mütləq ruh» adlanan bu sonuncu və ən ali
bölümdə onun üç forması, pilləsi nəzərdən keçirilir.
Ruhun aşağı forması kimi bütünlüklə dinin
tələbatından yaranan incəsənət, bəşarət və özünü açma
dini və məntiq şəkilində təcəssüm edən fəlsəfə
77
bölmələrində «mütləq ruh»un pilləli formada şərhi
verilir.
Hegel ifadə etmişdi ki, «mütləq ruh»un
mərhələsinə qədər, ruhun heç bir əvvəlki iki
mərhələsində ruhun özü haqqında olan fikirləri ruhun
özü söyləmir. Yalnız «mütləq ruh» pilləsində ruh
özünüdərk səviyyəsinə, mərhələsinə çata bilmişdir.
Hegel qeyd etmişdi ki, ruhun dərk olunması
prosesi ondan xəbərsiz olaraq filosoflar, yəni Hegel
tərəfindən həyata keçirilir. Hegel fəlsəfi sistemində
«mütləq ideya» kimi göstərilən Allah «mütləq ruh»un
ən yüksək və ən ali bir formasıdır. «Mütləq ruh»un
müəyyən bir formaya düşüb, təşəkkül tapması isə
ictimaiyyətin fəaliyyəti və insan başında yaranan dərk
etmə prosesi nəticəsində meydana çıxır. Buradan
yaranan
«insan Allahdır» nəticəsinə filiosof
xristianlığın təsirini göstərsə də, nifrət bəslədiyi
Şərqdə yaranmış olan sufizm cərəyanı bu ideyaya təsir
göstərməyə bilməzdi. «Xalis ağılın gücünü» əsas tutan
spekulyativ fəlsəfi dünyagörüşünə baş vuran Hegel
idealist nəzərilik, mücərrədlik və açıq teologiya
sistemini yaratmışdı.
Hegelin düşüncəsi nöqteyi-nəzərindən Allahın
Allah kimi çıxış etməsinə, Allah formasına almasına
səbəb yalnız özü-özünü dərk etməsidir. Özü özünün
mənasını başa düşməsini özünüdərk adlandıran Hegel
qeyd etmişdi ki, «insanın Allah haqqındakı biliyi isə
sonradan insasnın özünün Allahda dərkinə qədər
inkişaf edir.»
78
Allah və insan arasında o qədər də çox fərq
olmadığını düşünən mütəfəkkir ruhu Allahın oxşarı və
insanda ilahi, mənəvi olan kimi mənalandırırdı. Bu
fikrin təkcə xristianlıqda olduğunu iddia edən Hegel
insanın bu anlayışının nə Şərqdə, nə Platonda, nə də
Aristoteldə, eyni zamanda stoiklərdə də olmadığını
xüsusi bir şəkildə qeyd etmişdi.
«Mütləq ruh» haqqındakı şərhindən sonra
Hegel «mütləq ruh»un ən alt və ilk forması olan
incəsənətin şərhinə başlayır. İncəsənəti daha çox dinlə
bağlayan filosof xalqlarda incəsənətin inkişafı ilə
dinin inkişaf tempinin eyni olduğunu iddia edirdi.
Dialektik və məntiqi inkişafı burada da tətbiq
edən filosof incəsənətin inkişafını təkmilləşən
formalar pilləkəninə bənzədirdi. Elə bu cəhətdən də
incəsənətin inkişafında üç sahə göstərilirdi:
1). Simvolik incəsənət.
2). Klassik incəsənət.
3). Romantik incəsənət.
İncəsənəti ilk forması olan simvolik incəsənətdə
formaya mənfi münasibətdə çıxış edən incəsənətdə
«ideyaya uyğun tərtibat hələ tapılmayıb.» İncəsənətin
ikinci forması olan klassik incəsənətdə antik dövrdəki
Allahın insan şəkilində olması ideyası özünü biruzə
verir. Qədim Yunanıstanda və Romada yaranmış bu
incəsəntdə hissilik elementləri hökm sürür.
İncəsənətin sonuncu və ən ali forması olan
romantik incəsənət mənəviyyat baxımından digər
növlərdən yüksəkdə durur. Bu baxımdan dinə və
Dostları ilə paylaş: |