Rektor tələbələrlə görüşüb atu ilə Koç Universiteti arasında əməkdaşlıq memorandumu imzalandı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə5/6
tarix29.07.2018
ölçüsü10,91 Mb.
#59496
1   2   3   4   5   6

16 mart 2017-ci il

6

http://w w w.amu.edu.az





Xatırladaq ki, bir qədər 

öncə ATU-nun rektoru, pro-

fessor Gəray Gəraybəylinin 

əmri ilə “Tədris metodik və 

innovasiya” şöbəsinin baza-

sında “Təhsilin keyfiyyətinin 

təminatı və innovasiya“ 

şöbəsi yaradılmışdır. Bu və 

digər məsələlər haqqında 

adı çəkilən şöbənin müdi-

ri, professor Akif Qurbanov 

qəzetimizə geniş məlumat 

vermişdir.

Onun  sözlərinə    görə  Azər-

baycan  Tibb  Uni versi tetində 

Təhsilin  keyfiyyətinin  təminatı 

bu  günün  tələblərindən  irəli 

gəlir.  “Avropa  Kredit  Trans-

fer  Sisteminin  tələblərinə  uy-

ğun olaraq təhsildə “İSO-9000” 

beynəlxalq  standartlarına  ca-

vab  vermək  və  Beynəlxalq 

Akkreditasiyadan  keçmək  id-

diasında  olan  hər  hansı  bir 

universitet  keyfiyyətin  idarə 

edilməsi  sisteminə  malik  ol-

malıdır:  “Bütün  bunları  nəzərə 

alaraq ATU-da keyfiyyətin idarə 

edilməsi  sisteminin  yaradıl-

masına  başlanılmışdır.  Bunun 

üçün  rektorun  əmri  ilə  müva-

fiq  şöbə  yaradılmış,  şöbənin 

işini  gücləndirmək  məqsədilə 

əlavə  əməkdaşlar  cəlb  edil-

mişdir.  Qeyd  edim  ki,  yeni 

şöbə  universitet  rektorunun 

bilavasitə tabeçiliyində fəaliyyət 

göstərəcəkdir. 

Keyfiyyətin  idarə  edilməsi 

sisteminin  yaradılması  isti qa-

mə tində  ilk  addımlar dan  biri 

ATU-nun Böyük Elmi Şurasında 

Təhsilin  Keyfiyyətinin  Təminatı 

haqqında Bəyannamənin müza-

kirəsi  və  qəbul  edilməsi  ol-

muşdur.  Azərbaycan  Tibb 

Universitetində  təhsilin  keyfiy-

yətinin  təminatı  haqqında 

bəyan namə  Avropa  Ali  Təhsil 

Məkanında Keyfiyyətin Təminatı 

prinsipləri  əsasında  hazırlan-

mışdır. 


Bəyannamə aşağıdakı  bəndlər

-

dən ibarətdir:

1. Təhsilin keyfiyyəti sahəsin də 

siyasət

2.  Tədris  prosesinin  və  təhsil 



proqramlarının  keyfiyyət  təmi-

natı


3.  Tələbələrin  qiymətləndiril-

məsinin keyfiyyət təminatı

4. Müəllim heyətinin keyfiyyət 

təminatı


5. Təlim resursları və tələbə lərə 

dəstək mexanizmləri

6.  Məlumat  (informasiya)  sis-

tem  ləri

7.  Məlumatların  ictimaiyyətə 

çatdırılması”. 

A.Qurbanov 

bildirib 

ki, 

bəyan namədə 



göstərilən 

bənd lərin  hər  biri  standart  və 

təlimatlardan  ibarətdir.  Hər 

bir  təlimata  uyğun  strate-

ji  hədəflərin  müəyyən  edilməsi 

və  onun  yerinə  yetirilməsi 

ATU-da  təhsilin  keyfiyyətli 

olmasını  təmin  edəcəkdir: 

“Bəyannamənin  ilk  bəndi  Təh-

silin 


Keyfiyyəti 

sahəsində 

si ya sətə 

həsr 


edilmişdir. 

Azərbaycan  Tibb  Universiteti-

nin təhsilin keyfiyyəti sahəsində 

siyasəti  cəmiyyətin  və  dövlətin 

bu günkü tələblərinə uyğun ya-

radıcı  düşüncəyə  malik,  tibbin 

ayrı-ayrı sahələri üzrə inkişafını 

planlaşdıra,  onu  reallaşdıra  və 

inlişaf  etdirə  bilən,  gələcəkdə 

yüksək ixtisaslı mütəxəssis kimi 

fəaliyyət göstərə biləcək həkim 

və əczaçı kadrların səmərli ha-

zırlanma sisteminin yaradılması 

və təşkilindən ibarətdir. Təhsilin 

keyfiyyəti  sahəsində  siyasət, 

onun strategiyası və prosedur-

ları rəsmi statusa malik olmaq-

la  hamı  üçün  açıqdır,  tələbələr 

və  digər  maraqlı  tərəflərin  bu 

siyasətdə iştirakı təmin olunur.



Təhsilin keyfiyyəti sahəsində 

siya 

sət aşağıdakı prinsiplərlə 

reallaşır:

1.  Keyfiyyətin  təminatı  siste-

mi nin təşkili;

2.  Universitetin  keyfiyyət  və 

standartlarının  strategiyasının 

müəyyənləşdirilməsi; 

3. Universitetdə təhsilinin elmi 

axtarışlarla  qarşılıqlı  əlaqəsinin 

təmin edilməsi;

4. Fakültələrin, kafedraların və 

digər təşkilat vahidlərinin, eləcə 

də ayrı-ayrı fərdlərin keyfiyyətin 

təminatı  üçün  məsuliyyət  daşı-

ması;


5. Keyfiyyətin təminatına tələ -

bə  lərin cəlb edilməsi;

6.  Təhsilin  keyfiyyəti  si-

ya   sə  tinin  yerinə  yetirilməsi, 

onun  üzərində  nəzarət  və 

onun  yoxlanılması  yollarının 

müəyyənləşdirilməsi”.

Sözünə davam edən şöbə mü-

diri Bəyannamənin bəzi mühüm 

məqamlarına toxunaraq bunla-

rı  deyib:  “Keyfiyyətin  təminatı 

üçün  univer sitet  mükəmməl 

təhsil  proq

 

ramına  malik  olma-



lı,  onu  daim  yeniləşdirmək  və 

təkmilləşdirmək  üçün  müəy-

yən  işlər  görməlidir.  Təd ris 

prosesinə  daim  nəzarət  et-

məklə  onun  keyfiyyətinin  yük-

səldilməsi  üçün  müvafiq  təd-

birlər  həyata  keçirilməlidir. 

Tələbələrin bilik və bacarıqları-

nın obyektiv qiymətləndirilməsi, 

onun daim təkmilləşdirilməsi də 

diqqət mərkəzində saxlanılma-

lıdır.  Qeyd  edim  ki,  universitet 

artıq bu sahədə fəaliyyətə baş-

lamışdır. Belə ki, I kursdan baş-

layaraq  test  üsulu  ilə  semestr 

imtahanları  artıq  müəyyən 

dəyişikliklərlə  həyata  keçirilir. 

Hesab edirəm ki, bu dəyişikliklər 

tələbələrin  biliyinin  daha  ob-

yektiv  qiymətləndirilməsini  tə-

min edəcəkdir.

Keyfiyyətin  təmin  olunması 

üçün  hər  bir  təhsil  müəssisəsi 

özünü  peşəkar  və  səriştəli 

müəllim  heyəti  ilə  təmin  et-

mək  üçün  müəyyən  yolla-

ra  və  üsullara  malik  olmalıdır. 

Müəllim  tədris  etdiyi  sahədə 

mükəmməl  bilik  və  bacarığa 

malik olmalı, bunları tələbələrə 

öyrətməyi,  tələbələrin  əldə 

etdikləri  bilikləri  və  bacarıqla-

rı  qiymətləndirməyi  bacarma-

lıdır.  Bu  sahədə  də  universitet 

artıq  müəyyən  işlər  görməyə 

başlamışdır.  Belə  ki,  ATU-nun 

müəllim  heyəti  kompetensiya-

ları  necə  yerinə  yetirməsindən 

asılı  olaraq  reytinq  balları  ilə 

qiymətləndirilcəkdir.  Müəllim-

lərin  qiymətləndirilməsi  Xüsu-

si  Komissiya  tərəfindən  apa-

rılacaqdır.  Rektorun  əmri  ilə 

müəllimlərin qiymətləndirilməsi 

üçün  yaradılmış  işçi  komissiya 

bu yaxınlarda fəaliyyətə başla-

yacaqdır.  Qeyd  etmək  lazımdır 

ki, professor Çingiz Rəhimovun 

rəhbərliyi  ilə  Xüsusi  Komissiya 

müəllimlərin qiymətləndirilməsi 

üçün  hesabat  forması  hazır-

lamışdır.  Reytinq  ballarına 

müəl limlərin  tələbələr  tərəfin-

dən  anket  sorğusu  vasitəsilə 

qiymətləndirilməsinin nəticələri 

də daxil ediləcəkdir.

Keyfiyyətin  təminatında  di-

gər  mühüm  məsələ  təhsil 

prosesində  tələbələrin  mü-

vafiq  resurslarla  və  dəstək 

mexanizmləri 

ilə 


təmin 

edilməsidir.  Bu  sahədə  univer-

sitetin əsas fəaliyyəti təlim re-

sursları və dəstək xidmətlərinin 

tələbələrin  ehtiyaclarına  görə 

planlaşdırılması  və  hər  bir 

tələbə nin  bunlardan  istifadə 

edə  bilməsini  təmin  etməkdən 

ibarət olacaqdır.

Bütün 


fəaliyyətlərin 

ef-


fektli  idarə  edilməsi  üçün 

təhsil 


müəssisəsi 

müva-


fiq  məlumatların  toplanma-

sı, onların təhlili və istifadəsini 

təmin  etməlidir.  Universitetin 

özünütəhlili,  yəni  özü  haq-

qındakı  məlumatları  təhlil 

etməsi 


effektli 

keyfiyyət 

təminatının  əsasıdır.  Universi-

tetin  öz  fəaliyyəti  haqqında-

kı  məlumatların  toplanması  və 

təhlili  mexanizmlərinə  malik 

olması  zəruridir.  Bu  olmadan 

tədrisin effekti, eləcə də inno-

vativ  islahatların  nəticəsi  haq-

qında məlumat almaq mümkün 

deyil”. 

A.Qurbanov  qeyd  edib  ki, 

göstərilənlərin  həyata  keçiril-

məsi  heç  də  asan  məsələ  de-

yil.  Təhsilin  keyfiyyətli  olması 

üçün  universitet  kollektivinin 

hər  birindən  məsuliyyətli  ol-

maq,  öz  işinə  vicdanla  yanaş-

maq və ictimai mənafeləri şəxsi 

mənafedən üstün tutmaq tələb 

olunur.  Onlar  keyfiyyətli  kadr 

hazırlığına  daim  öz  töhfələrini 

verməlidirlər.

Mənsur ƏLƏKBƏRLİ

Azərbaycan Tibb Universitetində Təhsilin Keyfiyyətinin 

Təminatı haqqında Bəyannamə qəbul edilib

Alimlərin fikrincə, hətta az miqdarda meyvə-

tərəvəz yemək ovqatı yüksəldir. İki həftədən sonra 

nəticəni müşahidə etmək mümkündür.

AZƏRTAC “Aktualnıye novosti” saytına istinad-

la  xəbər  verir  ki,  alimlərin  apardığı  tədqiqatda 

könüllülərə  14  gün  ərzində  iki  əlavə  porsiya 

meyvə-tərəvəz verilib.

Tədqiqatda  iştirak  edən  171  adam  üç  qru-

pa  bölünüb.  Birinci  qrupdakı  adamlara  onların 

adət etdiyi yemək rasionu, ikinci qrupa meyvə-

tərəvəz  almaq  üçün  kupon,  üçüncü  qrupa  isə 

bişirilməmiş  meyvə-tərəvəzdən  ibarət  əlavə 

porsiya verilib. Yaxşılaşma yalnız üçüncü qrupda 

müşahidə  edilib,  çünki  ikinci  qrupdakı  adamlar 

meyvəni alıb və ondan yemək hazırlamaq üçün 

istifadə ediblər.

Məktəblilər, tələbələr daim faydalı qidalanma-

lıdırlar.  Həmçinin  yeməkdə  meyvə-tərəvəzdən 

istifadə  etmək  insanın  psixi  sağlamlığını 

sabitləşdirir, tonusu artırır, ovqatı yüksəldir.



Yaz fəsli təkcə təbiətdə 

deyil, orqanizmdə də oyanış 

və canlanma dövrüdür. İlin 

bu fəsli bəzi xəstəliklər üçün 

xarakterikdir. Yazda allergik 

və infeksion xəstəliklər baş 

qaldırır, dermatoloji problemlər 

yaşanır. Ona görə də ilin bu 

fəslində düzgün qidalanmadan 

çox şey asılıdır.

Təbii  üsullarla  mü-

alicə üzrə mütə xəssis 

Seyfəddin 

Əsəd 

AZƏRTAC-ın  müx biri 



ilə  söhbətində  deyib: 

“Qışda təbii qidalar, o 

cümlədən təzə meyə-

tərəvəzlə təminat nis-

bətən  azalır  və  buna 

görə  də  orqanizmin 

müqa viməti  zəifləyir, 

virus  və  infeksiyalara 

qarşı  həssaslıq  yüksəlir.  Yaz 

fəslində  C  vitamininə  tələ-

bat  artır.  Orqanizmin  müqa-

vimətini  artırmaq  üçün  göy-

göyərti və meyvə-tərəvəzdən 

başqa  bal,  düyü,  noxud, 

mərci,  qarabaşaq  və  kartof 

qəbul etmək məsləhət görü-

lür.

Uşaqların  yumurta  və 



südlə  qidalanması  xüsusilə 

vacibdir.  Böyüklər  xoleste-

rinin  az  və  ya  çoxluğundan 

asılı  olaraq  süd  və  yumurta-

nı həkim məsləhəti ilə qəbul 

etməlidirlər.  Süd  həzm  sis-

temini  pozur,  allergiyaya 

meyillilik  yaradır.  Böyüklər 

üçün süddən daha çox ağar-

tı  məhsulları  -  qatıq,  şor  və 

kəsmiklə  qidalanmaq  fay-

dalıdır.  Orqanizmi  amin  tur-

şuları  ilə  təmin  etməyin  ən 

güclü üsulu arı məhsullarıdır. 

Təmiz bal, arı südü, propolis 

allergiyalı  xəstələr  və  immu-

niteti  aşağı  olanlar  üçün  çox 

əhəmiyyətlidir.  Orqanizmin 

möh kəmləndirilməsində  arı 

məhsulları  çox  faydalıdır. 

Zəli ilə müalicə də maddələr 

mübadiləsinin  yaxşılaşdırıl-

ması və xəstəliklərlə mübarizə 

sahəsində böyük rol oynayır”.

Meyvə-tərəvəz yemək 

ovqatı yüksəldir

Meyvə-tərəvəz yemək 

ovqatı yüksəldir

Yaz mövsümündə qidalanma

Yaz mövsümündə qidalanma



Sarımsaq 

soğan ki­

mi 

lər fəsiləsinin soğan 

cinsinə aid bitki növüdür. 

Kəskin yandırıcı dadı 

və özünəməxsus iyi olan 

bu bitkidən çox qədim 

zamanlardan bəri Şərq 

təbabətində bir sıra xəs­

təliklərə qarşı dərman 

vasitəsi kimi istifadə 

olunur.

Sarımsağın faydaları və xəstə-

liklərə qarşı istifadə qaydaları 

haq 


qında AZƏRTAC-a məxsusi 

müsahibəsində Azərbaycan Tibb 

Universitetinin əczaçılıq texno-

logi yası və idarəçiliyi kafedrasının 

dosenti, tibb elmləri namizədi 

Sərxan Tağıyev danışıb.

S.Tağıyev deyib: “Mən deyərdim 

ki, sarımsaq bütün tərəvəzlərin 

şahıdır. Elə bir xəstəlik yoxdur ki

orada sarımsaq özünün müalicəvi 

təsirini göstərməsin. Misal üçün, 

bu bitki aterosklerozun inkişafının, 

qaraciyərin piylənməsinin qarşısını 

alır, xolesterin mübadiləsini güclən-

dirir, fitonsid effekti göstərir. Bun-

dan əlavə dəri, ürək, ginekoloji 

xəs 

tə 


liklərdə də sarımsaq çox 

gözəl effekt verir. Burada əlbəttə 

ki, bəzi xəstəliklər istisna edilir, 

misal üçün, mədə yarası. Sarımsaq 

əsasən qurd xəstəliyi zamanı qurd-

lara qarşı göstərdiyi öldürücü təsirə 

görə bütöv udulur. Dəri xəstəlikləri 

dedikdə ekzema və ya yanıqları 

misal çəkmək olar. Belə hallarda 

ilıq (50-60 dərəcə temperaturda) 

bitki yağına əzilmiş sarımsaq əlavə 

olunub, bir müddət gözlətdikdən 

sonra problemli nahiyəyə çəkilir. 

Sarımsaqdan hazırlanan preparatlar 

damarları içdən təmizləyir”.

Elə bir xəstəlik yoxdur ki, orada sarımsaq 

özünün müalicəvi təsirini göstərməsin



Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə