Renessans dövründə maşınqayırma



Yüklə 953 b.
Pdf görüntüsü
səhifə31/40
tarix14.01.2018
ölçüsü953 b.
#20724
1   ...   27   28   29   30   31   32   33   34   ...   40

Sənaye inqilabı 
 
325 
 
Rusiyada    bu    dövrdə    texniki    yeniliklərin  tətbiqi  mövcud  olan 
feodal sisteminin apardığı siyasətin nəticəsində qənaətbəxş deyildi. XIX 
əsrin  əvvəlində  Rusiyada  da  Avropanın  bir  çox  başqa  dövlətlərində 
olduğu  kimi  buxar  maşınının  nəqliyyatda  istifadə  olunması  üzərində 
işlər  görülməyə  başlanır.  Nijni  Tagil  zavodlarında  öncə  buxar 
maşınlarının  hazırlanması  və  tətbiqi  ilə  məşğul  olan  rus  mexanikləri 
Efim  Çerepanov  və  oğlu  Miron  Çerepanov,  Rusiyada  1834-cü  ildə  ilk 
buxarla  işləyən  lokomotiv  düzəldirlər.  Çerepanovların  düzəltdikləri 
buxar  qatarı  3,5  t  yükü  13
÷
16  km/saat  sürətilə  dartma  qabiliyyətinə 
malik idi (şəkil 2.54 və 2.55). Bu qatar çuqundan düzəldilmiş, uzunluğu 
800 m olan yolda sınaqdan keçirilir. Stivensonun lokomotivindən fərqli 
olaraq,  Çerepanovlar  yüksək  buxar  təzyiqi  yaratmaq  üçün  qazanda 
çoxlu  borular  quraşdırırlar.  Bundan  əlavə,  buxarın  yenidən  geriyə 
vurulması üçün əks-əlaqə sistemi tətbiq olunur. 1835-ci ildə onlar ikinci, 
daha  güclü  buxar  lokomotivini  düzəldirlər.  Çerepanovlar  Demidov  adlı 
mülkiyyətçinin zavodunda təhkimçi kimi çalışdıqlarından, uzun müddət 
onların işlərinə lazımi diqqət yetirilməmişdir [2.41].     
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.54. Çerepanovun düzəltdiyi buxar lokomotivinin
 
cizgisi. 


Sənaye inqilabı 
 
326 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.55. Buxar qatarı. 
 
1834-cü  ildə  Avstriyadan  Prof.  Qerstner  (alm.  Gerstner)  Rusiyaya 
gələrək,  çarın  göstərişi  ilə  Peterburq  ilə  Tsarskoe-selo  arasında  27  km 
uzunluğunda  dəmir  yolunun  çəkilməsi  işinə  rəhbərlik  edir.  Bu  xətt 
1837-ci ildə hazır olur [2.41].  
Rusiyada ən böyük dəmir yolu xətti 1843

1951-ci illərdə Moskva ilə 
Peterburq arasında  çəkilir.  Uzunluğu  645  km  olan  yolu  qət  etmək  üçün 
ilk  qatar  19  saat  vaxt  sərf  edir.  Bu,  o  dövrdə  dünyada  ən  uzun  dəmir 
yolu  xətti  idi.  Bundan  sonra  Rusiyada  dəmir  yolu  tikintisi  faktiki 
dayanır [2.41].  
XIX  əsrin  ortalarında  xarici  sərmayəçilərin  Rusiyaya  axını  güclənir. 
1847-ci  ildə  Moskvada  şəhər  manufaktura  şurasının  qərarı  ilə  Riqli  və 
Qopper  iş  adamlarına  zavod  açmaq  üçün  icazə  verilir.  Manufaktura 
şöbəsinin hesabatında deyilirdi: „ Bu zavod başqa regionlar üçün lazım 
olan maşınların böyuk hissəsini hazırlayacaq və burada olan maşınların 
təmiri  ilə  də  məşğul  olacaq“.  Ingilis  mühəndisi  L.Riqleyin  rəhbərlik 
etdiyi  bu  firma,  dövlətdən  yardım  və  xaricdən  maşınların  vergisiz 
gətirilməsinə icazə almışdır. Ilkin vaxtlarda zavodda 115 fəhlə işləyirdi. 
Burada,  həm  də  texnologiya  institutunun  yetirmələri  çalişırdılar.  Ancaq 
bu  müəssisə  az  rentabelli  olduğundan  4  il  sonra  bağlanmışdır. 
Maşınqayırma  sahəsinin  təşkilində  əsas  çətinlik  ölkədə  mövcud  olan 
kəndli təhkimçilik sistemi idi. Dağ-mədən və  metallurgiya  sənayesində 


Sənaye inqilabı 
 
327 
 
mövcud  olan  məcburi  əmək  maşınların  inkişafı  və  tətbiqini  həddindən 
artiq  çətinləşdirirdi.  1830
÷
50-ci  illərdə  Rusiyada  maşınqayırma 
müəssisələrinin sayı 7-dən 25-ə qədər artmışdı.  
Beləliklə,  demək  olar  ki,  XIX  əsrin  birinci  yarısında  tekstil 
sənayesinin  gur  inkişafı  ilə  şərtlənən  maşınlara  artan  tələbat  şəraitində  
maşınqayırma zavodlarının inkişafı həddən çox zəif gedirdi.   
50-ci  illər  Rusiya  tarixində  xüsusi  yer  tutur.  Bu  dövrdə  Rusiyada 
təhkimçilik  sisteminin  ləğvi  üçün  daxili  və  xarici  faktorlar  yetişir. 
Avropada  gedən  sənayeləşmə  prosesi  tikilən  dəmir  yollari,  gəmiçiliyin, 
ağır  sənayenin  inkişafı  və  ümumi  sənaye  potensialının  artırılması  ilə 
xarakterizə olunur.  Bu amillər iqtisadi böhran keçirən Rusiyada kəndli-
təhkimçilik  sisteminə  böyük  təzyiq  göstərirdi.  Bu  ərəfədə  Rusiyada 
burjuaziya təbəqəsi formalaşmağa başlayır [2.37].  
Yeni  kapitalist  təsərrüfat  formasının  tətbiqinə  olan  iqtisadi  və  siyasi 
tələbat və həm  də əhalinin antifeodal  mübarizəsi Rus çarını təhkimçilik 
qanununu ləğv etməyə məcbur etmişdir. 
XIX  əsrin  ortalarında  Rusiyada  yaranan  yeni  ictimai-siyasi  şəraitlə 
bağlı  olaraq  tekstil  sənayesində  maşınların  kütləvi  şəkildə  tətbiqi 
başlanır.  Bu  sahədə  pambıq–kağız  istehsalı,  orada  mövcud  olan  əmək 
bölgüsünə  görə  ön  plana  çıxır.  Təhkimçi  əməyinin  tətbiq  olunmaması 
yüksək  inkişaf  ücün  zəmin  yaratmişdır.    Pambıq  istehsal  edən 
müəssisələrin  qısa  bir  müddətdə  mexanikləşdirilməsi  üçün  İngiltərənin 
maşınqayırma sənayesinin təcrübələrindən istifadə edilirdi.  
Peterburqda  yerləşən  pambıq  sənayesi  daha  intensiv  inkişaf  edirdi. 
Böyük  fabriklərin  çoxunun  aksionerləşdirilməsi  nəticəsində  firmalar 
böyük  məbləğdə  gəlir  götürürdülər.  Digər  tərəfdən,  mexanikləşdirmə 
nəticəsində  əməyin  yüksək  şəkildə  təşkili,  başqa  sahələrdə  fəaliyyət 
göstərən  fabriklərə  nisbətən  2,5

3  dəfə  çox  məhsuldarlıq  əldə  etməyə 
imkan  yaradırdı.  1861-ci  ildə  pambıq-kağız  istehsalında  tətbiq  olunan 
maşınların  sayı  10-u  keçmişdir.  Belə  ki,  Moskva  ərazisinin  hesabına 
22%, Peterburqun payına isə 39% düşürdü.    
50-ci illərdə ipəyirmə prosesinin kütləvi şəkildə mexanikləşdirilməsi 


Yüklə 953 b.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə