-
1
-
ﻢﯿﺣﺮﻟا ﻦﻤﺣﺮﻟا ﷲا ﻢﺴﺑ
Mərhəmətli, rəhmli Allahın adı ilə!
RƏŞİDİ XƏLİFƏLƏR
Uca Allah buyurur:
«(İslamı)
ilk əvvəl qəbul edib (başqalarını bu işdə)
qabaqlayan
mühacirlərə və ənsarlara, həmçinin, yaxşı işlər görməkdə onların
ardınca gedənlərə gəldikdə, Allah onlardan, onlar da Allahdan
razıdırlar. Allah onlar üçün əbədi qalacaqları, (ağacları)
altından
çaylar axan cənnətlər hazırlamışdır. Bu, ən böyük qurtuluş və
uğurdur!»
«ət-Tövbə» surəsi, 100-cü ayə»
Məhəmməd peyğəmbər demişdir:
«Mənim səhabələrimi söyməyin! Həqiqətən, sizdən biriniz Uhud
dağı boyda qızıl sədəqə versə belə, onlardan birinin verdiyi bir ovuca
(sədəqəyə) hətta yarısına belə çata bilməz»
«Səhihu-l-Buxari», 7/25, 3673-cü hədis.
İmam Əli demişdir:
«Peyğəmbərimizin səhabələrini söyməməyi sizə vəsiyyət edirəm.
Onlar Peyğəmbərdən sonra dinə heç bir yenilik gətirməmişlər.
Həqiqətən, Peyğəmbər də belə vəsiyyət etmişdir».
«Biharu-l-Ənvar», 22/305-306
-
2
-
MÜQƏDDİMƏ
Şükr və tərif Allaha məxsusdur, biz Ona şükr edir, Onu tərif edirik, Onu
köməyə çağırırıq, Ondan bağışlanma diləyirik, nəfslərimizin şərindən və
pis əməllərdən qorunmaq üçün Allaha sığınırıq. Allahın haqq yoluna
yönəltdiyi şəxsi azdıran, azdırdığı şəxsi isə haqq yoluna yönəldən tapılmaz.
Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur,
Onun şəriki yoxdur və şahidlik edirəm ki, Məhəmməd Onun qulu və
elçisidir.
«Ey iman gətirmiş kəslər! Allahdan lazımınca qorxun və yalnız
müsəlman olduğunuz halda ölün!»
1
«Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən)
xəlq edən, ondan
zövcəsini (Həvvanı)
yaradan və onlardan da bir çox kişi və qadınlar
törədən Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən (cürbəcür şeylər)
istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər
edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir!»
2
1
«Ali İmran» surəsi, 102.
2
«ən-Nisa» surəsi, 1.
-
3
-
«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər
belə etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar.
Hər kəs Allaha və Onun elçisinə itaət etsə, böyük bir səadətə nail olar»
3
Müsəlman qardaş və bacılar!
Bu risaləni yazmaqda məqsədim budur ki, İslam xəlifələri barədə sizə
qısa, ancaq imkan daxilində hərtərəfli məlumat verim və onların ba-
şqalarına nisbətdə olan üstünlüklərini aşkara çıxarım. Bunu etməklə də
Allah üçün edilən ibadətdən sayılan islam əqidəsinin bir hissəsi olan onlara
qarşı məhəbbəti bir az da artırım.
Ümumiyyətlə, xilafət 30 il olub.
Səfinənin (Allah ondan razı olsun! – radıyallahu anhu – r.a.) rəvayət
etdiyi hədisdə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı
olsun! – səlləllahu əleyhi və alə alihi və səlləm – s.a.s.) demişdir: «Peyğəm-
bərlik (yəni sonrakı) xilafəti otuz il olacaq» (Əbu Davud, «Sünnə» kitabı,
«Xəlifələr» fəsli, 12-ci cild, səh.259, 4633-cü hədis).
Bu hədisin səhih (mötəbər) olduğunu aşağıda adları çəkilən alimlər
təsdiqləmişlər:
1. Əhməd bin Hənbəl; 2. İbn Əbdü-l-Bərr; 3. əl-Hakim; 4. ət-Tirmizi; 5.
İbn Əbi Asim; 6. İbn Teymiyyə; 7. İbn Cərir ət-Tabəri; 8. İbn Hibbən; 9.
əz-Zəhəbi; 10. İbn Hacər əl-Əsqaləni; 11. əl-Albani.
Bu məlumatın səhih olmasını isbat etmək üçün bax: «Səhih hədislər
silsiləsi», 1-ci cild, səh.820-827, 459-cu hədisin şərhi.
Xilafətin müddəti:
1. Əbu Bəkr (r.a.)
– 2 il 3 ay 10 gün;
2. Ömər (r.a.)
– 10 il 6 ay 8 gün;
3. Osman (r.a.)
– 11 il 11 ay 9 gün;
3
«əl-Əhzab» surəsi, 70-71.
-
4
-
4. Əli (r.a.)
– 4 il 9 ay 7 gün;
5. Həsən (r.a.)
– 6 ay
Kitabda istifadə olunan ixtisarlar:
s.ə.s. – səlləllahu əleyhi və alə alihi və səlləm – Allahın salamı və xeyir-
duası onun və ailəsinin üzərinə olsun!
ə.s. – əleyhissəlam – Allahın salamı onun üzərinə olsun!
r.a. – radıyallahu anhu (anhə) – Allah ondan razı olsun!
Allahdan istəyim budur ki, etdiyim bu əməli xeyirli əməllərdən etsin və
bunun vasitəsilə müsəlmanların arasında sülh yaratsın. Həqiqətən, yalnız O,
buna qadirdir!