Yox əgər yalnız bir Allah varsa, onda onlardan hansı həqiqidir? Heç
bir dində bu sadə suala cavab yoxdur. Möminlər hara getsinlər, nəyə
inansınlar?
İslamda ölən adamın dəfn mərasimi və onun yad edilməsi başqa
dinlərdən fərqlənir: doğrudur müxtəlif təriqətlərdə də bu fərqlər
özünü göstərir. İslamda deyilir ki, insan ölümünün yaxınlaşdığını
hiss edəndə Allah qarşısında tövbə etməlidir. O mütləq vəsiyyət
etməlidir - ümumiyyətlə vəsiyyətnamə əvvəlcədən hazır olsa daha
yaxşıdır. Vəsiyyətin əvvəlində o yazmalıdır ki, Qiyamət gününə
inanır, Allahın qarşısında dayanacağına əmindir. Daha sonra o xahiş
etməlidir ki, onun vəsiyyətinə əməl etsinlər. Vəsiyyət yazılan kağızı
özündə saxlamalıdır - onu başqasına da verə və ya hara qoyduğunu
deyə bilər. Vəsiyyətə tam əməl edilməlidir. Burada mülkiyyət
uşaqlar, qohumlar arasında bərabər bölünməlidir - var - dövlətin bir
hissəsi məsçidə vəsiyyət olunmalıdır. Vəsiyyət edən bütün
uşaqlarını, qohumlarını, yaxınlarını və qonşularını sakitliyə, bir -
birinə hörmət etməyə çağınnalıdır. Hər bir müsəlman etdiyi günaha
görə tövbə etməlidir - o keçmişlə bağlı peşmançılıq çəkməməli,
ağlamamalıdır. O, gələcək həyatı haqqında, Allah haqqında, onunla
olacaq, görüş haqqında düşünməlidir. O, Allahdan sakit ölüm və
baxışlanmasını xahiş etməlidir. O Allaha dua edir və sakiləş məsini
gözləməlidir. O, mələklərin gəlməsini gözləyir - belə hesab edir ki,
çətin ölüm günahın çox olması deməkdir. Müsəlman üçün qəflətən
olan ölüm arzuolunmazdır. O buna hazırlaşa bilmir, Allahı
xatırlamağa, günahlarına görə tövbə etməyə vaxt olmur. Ən
hörmətli, ən müqəddəs ölüm - müharibə meydanında ölməkdir -
inam yolunda ölənlər cənnətə düşürlər.
Müsəlman öləndə onun ayaqlarını Kəəbəyə tərəf çevirmək
lazımdır - bu vaxt onun bədəni bir az sağa çevrilir. Başını yastığa
qoymaq və gözlərini örtmək lazımdır. Təbii ki, bu vaxt dua
oxunmalıdır, çənəsi dəsmalla bağlanır ki, ağzı açıq qalmasın. İslam
adətinə görə ölünü tez dəfn etmək lazımdır -
472
bu isti hava şəraitindən irəli gəlmişdir. Əgər müsəlman səhər tezdən
ölürsə dərhal dəfnə hazırlıq görülür; o axşam ölürsə hazırlıq səhər
tezdən başlayır, ölənin qarnının köpməməsi üçün onun üstünə ağır
şey qoyurlar. Ölünü mütləq yuyurlar. Bədəni isti bir şeylə bir neçə
dəfə silirlər. Meyidi yumaq üçün hazırlanan suya da ətir tökürlər.
Yumaqdan qabaq Quran oxunmur. Onu gecə meyidin yanında
qalanda oxumaq lazımdır. Bütün rəhmətə gedənləri, hətta suda
boğulanları belə yuyurlar; ölü doğulan körpəni də yuyurlar - ancaq
ona ölü duası oxunmur. Əgər körpə sağ doğulub sonra ölübsə onu
bütün qaydalara uyğun yuyurlar və ölü duası oxuyurlar - ancaq ilk
növbədə ona ad qoyurlar. Meyidin yuyulması müəyyən qaydalarla
həyata keçirilir. Yumaq üçün üç əski burun və qulağı yumaq üçün
isə altı əski hazırlamaq lazımdır. Əvvəlcə meyidi taxtanın üstünə
qoyurlar. Sonra onun əynində olan paltarı kəsirlər - ayaqdan
yuxarıya doğru, qolun üstü ilə yuxarı kəsirlər. Ölünün paltarını
kəsmədən çıxarmağa da icazə verilir - hər halda meyidin cinsi
orqanları bağlı olmalıdır. Meyidi üç adam yuyur. Onlar əvvəlcədən
əllərini ağ əski ilə bağlayırlar. Baş yuyucu meyidin sol tərəfində
dayanır ki, onu yumaq asan olsun. Suyun temperaturu insanın
bədəninin temperaturuna (36,7) uyğun olmalıdır. İlk əvvəl meyidi üç
əski ilə yuyurlar - onsuz da bu işlər üç adam məşğul olur. Sonra saçı
açıb onu yuyurlar. Əvvəlcə meyid arxası üstə olur, onun qabaq
hissəsini yuyurlar, sonra onu sola çevirirlər və sağ tərəfini yuyurlar
və belini yuyurlar. Bundan sonra taxtanı silib meyidi arxası üstə
qoyurlar, sonra onu sağ böyrü üstə qoyurlar - bu vəziyyətdə onun sol
tərəfini və ayaqlarını yuyurlar. Bundan sonra yenə də taxtanı yuyub
meyidi arxası üstə qoyurlar. Meyidin bütün kürəyi isladılmalıdır.
Ayrıca əski ilə ağzını, başqa əski ilə burnunu yumaq qəbul
olunmuşdur. Üzünü üç dəfə yumaq lazımdır. Bütün bundan sonra
rəhmətə gedənin qollarından, əvvəlcə sağ, sonra sol qolundan su
axıtmaq lazımdır. Bundan sonra taxtanı yenidən yumaq vacibdir,
əvvəlcədən meyidin
473
başını qaldırmaq lazımdır. Daha sonra rəhmətə gedənin bədəninə su
axıtmaq - sağ çiynindən ayağına qədər, sonra sol çiynindən ayağına
qədər - lazımdır. Bundan sonra taxta yenidən yuyulur. Sonra yenidən
hər şey təkrar olunur - ancaq bədəni sağa çevirməklə başlanır.
Bundan sonra meyidin ayaqları yuyulur və su ilə yaxalanır. Yuyulan
saç hörülür və yığılır.
Rəhmətə gedənin üzünü qırxmağa icazə verilmir, onun
dırnaqlarını da kəsmək olmaz, yalnız qırılmış dırnağı kəsmək olar.
Meyidin sifətini, əl və ayağını ətirləmək lazımdır. Yuyulma ritualı
kənar adamların iştirakı olmadan həyata keçirilməlidir. Yuyulmuş
meyidi təmiz döşəkağına, mələfəyə qoyub silirlər, sonra ona kəfən
geyindirirlər. Təbii ki, kişiləri yalnız kişi, qadınları isə yalnız qadın
yuya bilər. Meyidə gözlərini dirəyib baxmaq olmaz - yuyulma vaxtı
sakit və dözümlü olmaq məsləhətdir. Sonra meyidi kəfənə bükürlər.
Əgər kəfən yoxdursa onu təmiz və möhkəm paltardan tikirlər kəfəni
üç qat edirlər. Kəfənin hər qatına ətir tökürlər. Kəfəni elə edirlər ki,
sonuneu iki qat meyiddən bir az uzun olur. Əvvəlcə təmiz yatağa
yorğan, ədyal sərirlər, onu pərdə ilə örtürlər. Üç bükülmüş dəsmal
hazırlayırlar - onun eni uzunundan iki dəfə balaca olmalıdır. Kəfənin
iki qatını müşəm- bəyə sərirlər, onun üstündən dəsmalı sərirlər,
üstünə axirət həyat üçün paltar qoyurlar - bu baş üçün ortası kəsilən
parça olur. Meyidi kəfənə uzadırlar - bədəni bu parçaya bükürlər,
kəsikdən başı keçirirlər, sonra kişilərə çalma geyindirirlər; qadınlara
şal bağlanır. Qadının sinəsini lentlə sarıyırlar, saçını iki hörük hörüb
sinəsinə qoyurlar. Əvvəlcə kəfənin birinci qatı ilə sol tərəfi, sonra
sağı bükürlər. Daha sonra sifəti bükürlər. Sonra eyni tərzdə onu
kəfənin ikinci qatı ilə bükürlər: ayaq tərəfdən kəfəni kəsirlər.
Hazırlanan üç dəsmalı rəhmətə gedənin bədəninə qoyub onu ədyala
bükürlər. Ayaq tərəfdən möhkəm bağlanır ki, yolda açılmasın.
Meyidi kəfənə bükəndən sonra onu yerə qoyurlar, baş qərb tərəfdə
olmalıdır. Molla
474
Dostları ilə paylaş: |