Ruhun bədəndən bədənə keçməsi bir neçə növdə təqdim olunur:
sadə primitivdən tutmuş olduqca mürəkkəb ruha qədər olmuşdur. Bu
gün Mərkəzi Afrikada yaşayan ozande tayfasının baxışlarına görə
insan öləndən sonra onun ruhu totem heyvana çevrilir - bu heyvanın
adını ölənin nəsli daşıyır. Bununla belə kişinin ruhu ata nəslinin
heyvanına, qadının ruhu isə ana nəslinin heyvanına keçə bilər.
Burada cinsi qarışdırmaya yol verilmir. Ruhun bədəndən bədənə
keçmə ideyası slavyanlara başqa forma alma haqqında təsəvvür kimi
məlum idi. Rusiyada xristianlığın dindən qovduğu bu inam
qorunmuş və sehirli nağıl formasında bizim günlərə qədər gəlib
çatmışdır. Bu nağıllarda quldurların başçısı təhlükə vaxtı birəyə
çevrilir, hökmdar xanımı cadunun təsiri ilə qurbağaya, hökmdar
canavara və ya keçiyə çevrilirlər, sonra isə yenidən insan sifəti
alırlar. Xristian dövrünün rus nağıllarında İlya Muromes yalnız
qədim rus pəhlivanı Svyatoqorun ruhunu mənimsəmir, həm də onun
fiziki gücünü qazanır. Ümumiyyətlə, ölən əcdadların ruhunun onun
övladlarına keçməsi ideyası keçmişdə geniş yayılmışdır. Ruhun
bədəndən bədənə keçməsi haqqında sadə və olduqca geniş yayılmış
baxışlara biz Şimali Amerika hindlilərində - aiqonkinlərdə daha çox
rast gəlirik; onlar hesab edirdiler ki, uşağı yol kənarında dəfn etmək
lazımdır ki, onların ruhu oradan keçən qadına keçsin və yenidən
doğulsunlar. Bu mif eyni vaxtda iki mühüm suala - ölənin ruhu hara
gedir və yeni doğulan uşaqların ruhu haradan gəlir - cavab verir.
Qrelandiyada dul qadın evli kişilərdən birini inandırmalı idi ki, ölən
uşaqlardan birinin ruhu onun yaşayan uşaqlarına keçib. Beləliklə, dul
qadın özünə yeni qohum ve himayədar qazanmış olur. İoruba
hindliləri son vaxtlara qədər yeni doğulan usağı qarşılayanda “sən
qayıtdın” deyirdilər, onun bədənində hər hansı əlamət axtarırdılar ki,
uşaqda kimin ruhu olduğunu müəyyənləşdirsinlər. Bəzən yeni
doğulan uşaqların adları ilə ölən əcdadların adları arasında
oxşarlıqda olurdu. Yeni Zelandiya kahini yeni doğulan uşağın
yanında əcdadların adını
478
oxuyur uşaq öz adını “seçirdi” - o hansı ad çəkiləndə ağlayır və ya
asqırırdısa həmin adı ona verirdilər. Rusiyada yaşayan ınarilərdə də
bu adət olmuşdur: uşağı bərk silkələyir, ağladırdılar, sonra
əcdadlarının adını deməyə başlayırdılar; uşaq hansı ad çəkiləndə
sakitləşirdisə o adı uşağa qoyurdular. Bu yolla əcdadların ruhunu
yeni doğulan uşaqla əlaqəsini də təsdiq edirdilər. Kanada
eskimoslarında ölənin ruhu kimə gəldi yox, yalnız nəslində doğulan
uşağa, çox vaxt nəvəyə keçirdi. Ona görə də eskimoslar belə hesab
edirler ki, hər bir uşaqda babasının, nənəsinin və ya hansı ölən digər
qohumunun ruhu yaşayır. Uşaqda məhz kimin ruhunun olmasını
şaman müəyyən edirdi. Günahı olan uşağın cəzalandırılmasının
qadağan edilməsi məhz bununla bağlıdır. Uşağı söymək, döymək
olmaz, valideyn uşağı cəzalandırmaqla əcdadını cəzalandırmış olur -
bu da evə bədbəxtlik gətirə bilər. Bu mifin özünə məxsusluğundan
biri də ondan ibarətdir ki, öz nəslində kiminsə bədənində
məskunlaşan ruh onun həyatının sonuna qədər orada qalmır - yalnız
ilkin dövrlərdə, uşağın köməyə və müdafiəyə ehtiyacı olan qədər
qalır. Uşaq böyüyəndən və bərkiyəndən sonra əcdadın ruhu onu tərk
edir. Bu o deməkdirmi ki, bundan sonra uşaq ruhsuz qalır? Bu belə
deyildir! Məsələ ondadır ki, sən demə onun həm də öz səxsi ruhu var
- o bədəndə möhkəmlənir və bundan sonra o artıq özü bədəndə
rəhbərlik edə biləcəkdir. Əcdadın ruhunun hara getməsi
naməlumdur, bu heç vacib də deyil - əcdadın ruhu artıq öz vəzifəsini
yerinə yetirmişdir. Ruhun bədəndən bədənə keçməsinə Xarəzm
sakinləri başqa cür yanaşırdılar. Özləri üçün vacib olan bu prosesi öz
başına buraxmayıb hər şeyə rəhbərlik etməyə çalışırdılar. Çoxlu
uşaqları olan qoca öləndə uşaqsız qadınlar onun ruhunun ovuna
çıxırlar
Müsəlman adətinə görə qadınlar cənazənin qəbirstanlığa getməsi
prosesində iştrirak etmirdilər. Cənazə kəndin küçələri ilə gedəndə
uşaqsız qadınlar onu gözləyirlər. Hər tərəfdən yola çıxır cənazənin
qabağından keçməyə can atirlar. Cənazənin
479
üstünə paltar və pul atırdılar, hər biri elə düşünür ki, bununla ölənin
ruhunu ala biləcəkdir. Bir çox halda ruhun başqa bədənə keçməsi
mühüm ictimai və siyasi əhəmiyyət kəsb edir. Məsələn, hökmdarın
və ya kahinin ölümündən sonra hakimiyyət onun oğlanlarından
birinə keçməlidir. Nias adasında yaşayan aborigenlərdə belə bir adət
var ki, hakimiyyət yalnız son anda ruhun kimə keçməsi ilə bağli
varisə keçir bu sərtə əməl etmək ücün varisliyə namizəd olan
hakimin son nəfəsində çıxan ruhu ağzı ilə və ya torba ilə tutmalıdır.
Bəzən elə olurdu ki, ölən hökmdar üzü üstə can verəndə varis
döşəmədən deşik açıb xüsusi çubuqla onun son nəfəsini özünə
çəkirdi. Bəzi hallarda ruhun keçməsi ictimai mükafat kimi qəbul
edilirdi - belə ki, ruh kimə gəldi yox, yalnız layiq olanlara keçirdi.
Afrikada və Bostvanda yaşayan hambukuslar belə hesab edirlər ki,
ölən adamın ruhu yenidən insana keçə bilməz - onlar əbədi olaraq
ruh kimi qalırlar. Yalnız xüsusi seçilən ovçuların ruhlan başqa
bədənə keçir - ancaq insan bədəninə yox heyvana keçir. Ancaq orada
yaşayan, nisbətən inkişaf etmiş rukubalarda daha çox adamların
ruhlarının başqa bədənə keçmək hüququ var. Bütün seçilən, sayılan
adamların ruhları başqa bədənə keçir, ancaq bu keçid dərhal yox,
yeddi ildən sonra baş tutur. Bu vaxta qədər həmin adamlann ruhlan
bütün dünyanı dolaşırlar və ya quşlarda müvəqqəti sığınacaq
tapırlar. Afrika tayfaları o cümlədən Avstraliya və Yeni Kaliedoniya
sakinlərində ruhun bədəndən bədənə keçməsi ilə bağlı baxışlar
başqadır. Ağ adamların mövcudluğunu izah etməyə cəhd edən bu
insanlar belə hesab edirlər ki, bu onların yerə qayıdan əcdadlarıdır.
Əgər bir xalqda ruh başqa bədənə, əsasən də yeni doğulan uşağın
bədəninə keçirsə; başqalarında o hər hansı başqa heyvana, o
cümlədən balığa və ya quşa keçir. Buna görə də həmin inama görə
məhz həmin heyvanın və ya quşun ovlanmasını qadağan edirdi - belə
ki, bu heyvanlarda onların əcdadlarının ruhu yaşayırdı. Maraqlıdır
ki, Meksikada yaşayan bəzi tayfalarda ölənin ruhu onun sahibinin
ictimai vəziyyətinə
480
Dostları ilə paylaş: |