elmlər institutu yaratmışdır. Müharibənin taleyinin həll olunduğunu
qəbul edən Hitler Yeva Buraun ilə birlikdə nəinki “o biri dünyaya”
köçməyi, həm də başqa bədənə keçməyi planlaşdırmışdır. İnstitutun
əməkdaşlarının (hindlilər və tibetlilər) məsləhəti ilə o göstəriş
vermişdir ki,intihardan dərhal sonra onun və Yevanın cəsədləri
yandırılsın.Öz fikrinin həyata keçirəcəyinə əmin olan Hitler ölüm
ərəfəsində yüksək əhval - ruhiyyədə olmuşdur,gerçəkliyin artıq onun
üçün heç nə olduğunu,qarşıda qələbələrin onu gözlədiyini bildirmiş-
dir.Onun ətrafında olanlar Hitlerin fikirlərinə inanmırdılar.
Bu gün dinin ruhun bədəndən bədənə keçməsi əlehinə
çıxmasına baxmayaraq mövzu olduqca aktualdır. Vaxtaşırı kütləvi
informasiya vasitələrində bədəndən bədənə keçməsi ilə bağlı
məlumatlar verilir. Əcdadların ruhunun bizlərə keçməsini yoxlamaq
olduqca çətindir və həm də kifayət qədər pul tələb edir, ancaq bu
məsələyə barmaqarası baxmaq da düzgün deyildir. Kimlərinsə yalnız
şöhrət naminə bu məsələyə qayıtması günahdır. Son vaxtlar bu
məsələyə ufoloqların - kosmosdan gələnlər haqqında təlimin
tərəfdarlarının da diqqət mərkəzindədir. Hə bir insanın ruhunun
gələcəkdə hansı taleyi seçməsi adamların inamından və sağlam
düşüncəsindən asılıdır. Hər halda reinkamasiyanın aktuallığını
nəzərə alaraq bu məsələni növbəti yazılarımda daha ətraflı şərh
etmək fikrindəyəm.
Bəli, insanın ölümündən sonrakı taleyi ilə bağlı müxtəlif
baxışlara, əlimizdə olan müşahidələrə nəzər saldıq - şübhəsiz ki, bu
məsələ ilə bağlı danışdıqca sözüm bir - birinin ardınca gəlir. Ancaq
kitabın həcmi, sizi həddindən artıq yormamaq istəyimiz hələlik bu
məsələ ilə bağlı söhbətimizi müvəqqəti yekunlaşdırmağa bizi
məcbur edir. İnanıram ki, sizdən alacağım yeni məlumatlar əsasında
yenidən görüşümüz bizi çox gözlətməyəcəkdir. Ən böyük istəyim
sizə ayrılan bu ömrü mənalı yaşamağı arzulamaqdır. Bu həyatı
layiqincə yaşasanız gələcək həyatınız ondan da maraqlı olacaqdır:
bir - birinizin
484
qədrini bilin, sizi sevənləri qiymətləndirin, sevən və sevilən olun -
bax onda həyat sizin üçün gözəlləşəcəkdir. Ölümdə qorxulu heç nə
yoxdur,ancaq onu əldə etməyə tələsmə- yin,mcyvə yetişməmiş
dərəndə onun dadı başqa olur - ölümü arzulamayın, ona can atmayın
- onda həyat sizdən küsə bilər, hər şeyin öz vaxtı var. İnanıram ki,
Ölüm adlı möhtəşəm bir varlıqla qarşılaşanda, həyatınızla bağlı
hesabat verəndə keçən hər anınızı qürurla xatırlayacaqsınız. Həyatı
yaşamaq sizin öz əlinizdədir, onun necə olmasını siz
müəyyənləşdirirsiniz - inanıram ki, bu işin öhdəsindən layiqincə
gələcəksiniz. Bu işdə Ulu Tanrı köməyiniz olsun!
485
NƏTICƏ
insan da bütün dünya, bütün Kainat kimi qurulmuşdur- o maddi
bədəndən və səhra substansiyasından, ruhdan ibarətdir. Kainat da
maddi ünsürlərdən (ulduzlar,planet,qalaktika) və məlumat bioloji
sahədən. Dünya əslindən ibarətdir. İnsan Kainatın ayrılmaz tərkib
hissəsidir, onun ruhu Dünya ruhunun. Dünya əqrinin bir hissəsidir.
Fikizi bədənin ölümü ilə həyat yeni fazaya, ruhun fiziki bədənsiz
həyatı fazasına daxil olur. Ruhun bu həyatı insanin fiziki bədəndə öz
həyatını necə yaşamasından asılıdır. Əgər insan bunu başa düşürsə
onda öz ruhu haqqında , fiziki bədəninin ölümdən sonraki həyatı
haqqında düşünəcəkdir. Bunu yalnız Dünyanın quruluşu haqqında
düzgün biliyi olan adamlar başa düşə bilər. Bizim əcdadlarımız
sadəcə olaraq təbiətdə yaşamamışlar, sadəcə olaraq təbiətdən asılı
oImamışlar,onlar həm də təbiətin bir hissəsi olmuşlar. Onlar həyatın
yazda oyanmasını, qışda qışda onun donmasını, Günəşin yazda
doğmasını, qışda az qala domnasını müşahidə etmişlər. İnsanlarla da
hər şey beləcə baş vermişdir; onlar doğulmuş, yaşamış sonra
ölmüşlər. Təsadüfi deyil ki, çox vaxt dəfnlə bağlı deyilən ağılarda
insanın ölümünə: “ o Günəş kimi buludların arxasında yox oldu”
deyirlər. Həyat başa çatır və zülmətə gedir-bununla belə ölüm təkcə
qaranlıq kimi yox, həm də yuxu kimi verilirdi. Burada da məntiq var.
Axı məhz qış zülməti bütün təbiəti yuxuya qərq edir. Bəli ölən insan
da ilk anlar yatan adamı xatırladır. Homer də ölüm və yuxunu əkizlər
kimi qəbul edir. Qədim əfsanələrdə həyat suyu ilə dirilənlər “ mən nə
qədər çox yatdım” deyirlər. Doğrudan da bu gün ölənə müraciət
edərkən onun oyanmasını xahiş edirlər. Ağlaşma vaxtı dil deyən
yaxınlar rəhmətə gedən “oyan, qalx, bəsdir yatdın” deyə müraciət
edirlər. Demək olar ki, bütün xalqlarda ölənə “əzizim qalx, oyan,
bizə bax” deyə müraciət edirlər. Ölmüş adama gündəlik qayğılardan
yorulub yuxuya gedən kimi yanaşırlar. Bunula belə onlar yaxşı
bililər
486
ki, ölüm qəddardır, onu ələ almaq, dilə tutmaq olmaz, ona
yalvarmaqla, qarşısında göz yaşları axıtmaqla heç nəyə nail olmaq
mümkün deyildir. S.Polotski yazır ki, ölüm heç kəsi fərqləndirmir, o
kasıba və hökmdara qarşı eyni münasibətdədir. Ölüm öz qurbanını
çox sürətlə dəyişdirir, ona görə də ölüm qorxuludur, onda insanı və
heyvani cəhətlər birləşir. Ölüm insan skeleti, quru sümük
formasında, qara qarğa, göy göyərçin, ördək və ya qartal kimi təsvir
olunur. Ölüm quşu öz qurbanının dalınca gecələr gəlir. Ölüm kinli,
iflis xarakterlidir. Günəş kimi onun da gözlərinə baxmaq olmur.
Ölüm həyatı dağıdan dəhşətli qüvvədir. Ölüm həyəcanını yaşayanlar
etiraf edirlər ki, bu hadisə onların hiss orqanlarından reallığı tam
dərk etməyə mane olan nazik pərdəni götürdü. Bu vəziyyətdə hiss
orqanları vasitəsi ilə qəbul olunan surətlər təzə və aydındır, adamı
heyrətə salır, adamlar hiss edir ki, dirilmə həyacanını yaşayana qədər
rəngi olduğu kimi qəbul edə bilməmişlər, iyin və ətirlərin
rəngarəngliyini hiss etməmişlər, yeməkdə olan dadin minlərlə
incəliyini, ümumiyyətlə bədəndə gizlənmiş qavrama imkanını tam
bilməmişlər. Bu hadisədən sonra insanın həyata baxışı dəyişir,
təbiətlə daha dərindən maraqlanmağa başlayır, özlərində təbiətin
gözəlliyini özünəməxsus tərzdə qavramaq bacarığı duyur, ömründə
bəlkə də ilk dəfə təbiəti olduğu kimi dərk etməyə çalışır.
İncəsətə, xüsusən də musiqiyə münasibətdə də bu hallar baş
verir: çox vaxt bu halı yaşayana qədər musiqiyə marağı olmayan
adamlarda musiqiyə meyl yaranır, başqaları ondan zövq almağın
yeni metodunu tapırlar. Təcavüzkar impulslar və hisslər adətən
kəskin şəkildə aşağı düşür, insanlararası münasibətdə dözümlük,
səbirlilik xeyli artır, başqa cür düşünənlərə qarşı olan mənfi
münasibətlərdən əsər-əlamət qalmır. Adamlar özlərində yeni
emosiya hiss edirlər, başqalarına qarşı qayğıkeşlik, dünyaya yeni
baxış yaranır. Bu dünyada hər şey yetkindir-necə olmalıdırsa eləcədə
var. Demək olar ki, bütün hallarda vaxta münasibətdə müəyyən
oriyentasiya
487
Dostları ilə paylaş: |