qalacaqdır. Ölümün bu anlanılması və heç nə hiss etməmək arzusu
ilə qorxu hissi ilə əhatə olunan bu köməksiz adamlar ruhun
yüksəlişini, tam sevinci və barışıqlığı itirirlər - ruhun bədəni rahat
tərk etməsi hissinin yaşamaqdan məhrum olurlar.
Ölüm haqqında ciddi düşünənlər, xüsusən də ölüm
problemini öyrənənlər başqa şey istəyirlər. Məsələn, Elizabet
Kyubler Ross qəflətən ölmək istəmir və yüksəliş dövrünü, Allahı
dərk etməkdən və ona yaxınlaşmaqdan məhrum olmaqdan ehtiyat
edir. Ölümün bizi qəflətən yaxalamaması üçün Allaha minnətdar
olmaq lazımdır, bizim fikirləşməyə və hazırlaşmağa vaxtımız olur.
İnsanın ölümünün səbəbindən danışmazdan əvvəl bir dəqiqləşdirmə
zəruridir. Ruh ölməzdir, ona görə də söhbət bədənin ölməsi
səbəblərindən gedə bilər: bunlar başqa-başqa məsələlərdir - söhbət
ruhun bədəndən çıxnasmdan gedir. Əlbəttə ağır zədələri və ya
əhəmiyyət kəsb edən orqanları dağıdan xəstəlikləri xatırlamağın
mənası yoxdur: burada hər şey aydındır. Ancaq elə də olur ki, bədən
sağlam və həyat qabilliyyətli görünür, sanki ölməyə heç bir səbəb
yoxdur, bununla belə adam ölür. Cərrahların çoxusu xatırlayırlar ki,
bəzən çox da təhlükəli olmayan cərrahiyyə əməliyyatlarından qabaq
xəstə qəflətən deyir: “Mən bu əməliyyatdan çıxmayacayam”. Bu
qorxu deyildir. Onlar təbii danışırlar, sanki labüd nəticəni elən
edirlər. Əməliyyatdan qabaq xəstə müayinədən keçirilir - ürək, qan,
böyrək, ciyər - bir sözlə, hər şey qaydasındadır: bununla belə
ehtiyyatlı cərrah bu fikri söyləyən xəstədə əməliyyat aparmır -
sağlam və cavan avstraliyalı aborigenin cinayətkar “izinə düşür”, o
depresiyaya düşür, o zəifləyir və müəyyən vaxtdan sonra ölür.
Keçən əsrdə yaşayan bir rus kəndlisi - adi qoca, heç bir xəstəliyi
olamayan birisi qərara alır ki, vaxtı çatıb və bunu doğmalarına deyir.
O ağ köynək geyinir, onu rahat uzadırlar, əlinə yanan şam verirlər və
o tezliklə dünyasını dəyişir. Nə olmuşdur? Bu gələcəyi hiss etmək,
ürəyə dammadır? Bu yalnız hiss etmədir? Yəqin ki, bu arzu və
çağırış, hələ lazımınca ifadəsini tapmayan şüurun
494
harayıdır - bunun monası da “mən artıq liazıram, ora keçmək
istəyirəm, məni qəbul et” deməkdir. Bu eür hadisələrdən çoxlu
nümunə söyləmək ola. Hətta ateizmin tüğyan etdiyi dövrün
ədəbiyyatlarında da bu cür nümunələrə rast gəlmək olur. F.
Abramovun “Kəndin axırıncı qocası” nağılında müəllif uzun
müddətdən sonra doğma kəndinə qayıdır. Tanış qoca ilə rastlaşır
“Arıqlamısan... qurumusan... bu doğrudan sənsən?” - deyə soruşur.
“Bu mənəm, mən. Artıq başqa yerə keçmək əmrini almışam” - deyə
qoca dillənir. Qoca deyilən təsəlli sözlərini qəbul etmir “Mənə təsəlli
vermə, vaxtım keçib. Poçta getmişdim, dəfn pulu çıxartdım. 600
manat yığılmışdır, hamısını götürdüm - istəmirəm uşaqlar mənə
görə xərcə düşsünlər. Yerlilərimlə ürəkdən vidalaşmaq istəyirəm,
gələnlər razı qalsınlar”. Qoca həmin gün, axşam öldü. Çarpayıda
uzanmışdır və birdən xahiş etdi ki, onu döşəməyə qoysunlar - indi
isə “istəyirəm arvadım yanımda uzansın”. Uşaqlar onu dilə tutdular
ki, “bu yaxşı deyil”, ancaq o təkid etdi. Onun arvadı artıq üç il idi ki,
ağlını itirmişdir, onu kişinin yanında uzatdılar, bu vaxt qadına sanki
düşüncə qayıtdı, o titrək əlləri ilə kişini quçaqladı. “Daha bəsdir -
qocanın gözləri doldu - məni tək burax, mən artıq ölürəm” - deyə
kişi hamının qarşısında canını tapşırdı.
Görünən fiziki səbəbləri olmayan ölümü alimlər “psixoloji
ölüm” adlandırırlar. Alimlər onun səbəbini tapmasalar da ona ad
tapa bildilər. Yaxşı məlumdur ki, ağır xəstəliyin gedişi böhranlı anda
- ölmək və ya yaşamaq-daha çox xəstənin arzularından asılı olur.Bu
təkcə ağır xəstəlik vaxtı belə olmur. Əgər insan tezliklə öləcəyinə
əmindirsə və onu sakitcə deyirsə, o çox güman ki, öləcək. 1881-ci il
aprelin 18- də səhər Dostoyevski deyir: “Mən bilirəm ki, mən bu gün
öləcəm”. Axşam o vəfat edir. Şüurlu və ya şüursuz şəkildə başqa
dünyaya keçməyə hazır olmaq adətən qocalarda, ancaq bəzən
cavanlarda da olur. “Təbiət” bu hazırlığa tərəf addım atır.
Ümidsizlik, depresiya, maraqların və enerjinin itməsi,
495
peşimançılıq, həyatın mənasızlığı, bütün hər şeydən getmək arzusu
müxtəlif xəstəliklərin, o cümlədən xərçəngin əmələ gəlməsinə səbəb
olur. Heç də qoca olmayan, dünənə qədər həyat eşqi güclü olan,
enerji saçan Napaleon müqəddəs Yelena adasında sürgündə olarkən
depresiyaya düşür, tezliklə xərçəng xəstəliyinə tutulur və ölür.
Xərçəng şişi olan Soljenitsin hələ çox işlər görəcəyini bilir, bütün
bunları etməyi ürəkdən arzulayır və sağalır. Ürəkdən istəmə adamda
və təbiətdə hansısa qüvvəni yaradır, bu da onun arzularının həyata
keçməsinə kömək edir. Başqa həyat gücünün digər, daha möhtəşəm
mənbəyi Allaha inamda, bizim həyat və ölümümüzün onun
iradəsindən asılı olmasını başa düşməyimizdə, özümüzü isə bu
həyatda müəyyən missiya yerinə yetirməyimizə olan inamdır. Bu
cür adamlar çox vaxt lap qocalana qədər yaşayırlar. İnamı olmayan
adamlarda tez- tez yaşamağın mənasının olmaması fikri yaranır,
onlar bu dünyadan getməyi arzulayırlar - nəticədə ruh düşkünlüyü,
sonra isə fiziki xəstəliklər yaranır. Ölümün yalnız xarici yox, həm də
daxili səbəbləri var. Fiziki ölümün adətən öz daxili psixoloji
səbəbləri olur. Depresiya,
hvəyata
olan marağın itməsi ilə yanaşı,
güclü gözlənilməz sarsıntı ani ölümə səbəb ola bilər. “Qorxudan
öldü” - bu mənasız deyilən söz deyil. Müharibədə əsgər yanında
partlayan bombada heç bir xətər almadan ölür. Adamlar olduqca
dərin kədərdən və ya əksinə gözlənilməz sevincdən ölə bilərlər.
Yazırlar ki, düşmənin fıkrən ötürdüyü təlqindən də ölmək olur -
həmin adamın bu fikirdən xəbəri olmur. Cadu, qarğış da çox vaxt öz
işini görür. Ölümün səbəbi adi və başa düşülməz də ola bilər.
Təhlükə ya xoşagəlməz hadisənin gözlənilməsi ilə bağlı xırda, ancaq
kəskin hiss- həyəcan nəticəsində ölüm yarana bilər. Bir xəstə hər
dəfə ona iynə vurulanda bərk həyəcan keçirir. Üçüncü dəfə iynə
vurulanda o qəflətən ağzı üstə yerə yıxılır. Həkim onu çevirib
ürəyini masaj etməyə tələsəndə o oyanır .. İki gün sonra bu hadisə bir
də təkrar olunur - o yıxılır bu dəfə o ölür.
496
Dostları ilə paylaş: |