Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  hor  əməliyyatın  məbləği  iki  hesabda  əks  etdirilir:  birinin  debetində,  o  birinin  isə



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə20/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   16   17   18   19   20   21   22   23   ...   323

43 

hor  əməliyyatın  məbləği  iki  hesabda  əks  etdirilir:  birinin  debetində,  o  birinin  isə 

kreditində. 

İkitərəfli  yazılışa  misal  göstərək.  Tutaq  ki,  təşkilatın  kassasına  bank 

hesablaşma  hesablarından  150  min  manat  daxil  olmuşdur.  Bu  zaman  həmin 

əməliyyat  balansın  “Pul  vəsaitləri  və  onlann  ekvivalentləri”  maddəsinə  toxunur, 

yəni pul kassaya bank hesablaşma hesablanndan daxil olub. 

Nağd  pul  təşkilatın  kassasında  150  manatlıq  artır  və  221  saylı  “Kassa” 

hesabının  debetinə  yazılır,  çünki  “Kassa”  hesabı  aktivdir,  aktiv  hesablarda 

artmalar debetdə əks olunurlar. 

Pul 223 saylı “Bank hesablaşma hesabları” hesabından götürülüb, ona görə 

bu hesabda pul vəsaiti 150 min manat azalır. Bank hesablaşma hesabları aktivdir, 

lakin  onda  azalma  gedir,  aktiv  hesablarda  azalma  onlann  kreditlərində  əks 

olunurlar. Ona görə hesablaşma hesabını kredit- ləşdirmək lazımdır. 

Bu əməliyyatın hesablarda yazılış qaydası belə olur: 

221 saylı “Kassa” hesabının debeti 

223 saylı “Bank hesablaşma hesablan” hesabının krediti ............... 150 min 

manat 

Debetləşən  və  kreditləşən  hesabların  göstərilməsi  və  təsərrüfat 

əməliyyatlarının məbləğlərinin əks etdirilməsi 

mühasibat yazılışı 

adlanır. 

Təsərrüfat əməliyyatlarının ikitərəfli yazılışı hesablar arasında qarşılıqlı əlaqə 

yaradır. Bu qarşılıqlı əlaqə hesablann 

müxabirləşməsi 

adlanır. 

Hesablann  müxabirləşməsi  -  təsərrüfat  əməliyyatlarından  irəli  gələn, 

hesablarda  hər  iki  hadisənin  əks  etdirilməsi  zamanı  yaranan,  hesablar  arasında 

qarşılıqlı əlaqəni əks etdirən formadır. 

İki hesaba toxunan yazılışlara sadə yazılış, üç və daha çox hesablara toxunan 

yazılışlara mürəkkəb yazılış deyilir. 

Mühasibat  uçotunda  yuxarıda  baxdıqlarımızdan  başqa,  hesablarda 

əməliyyatların əks etdirilməsinin digər qaydası da tətbiq edilir. O, mənfi rəqəmlərin 

istifadə edilməsinə əsaslanır. 

Mənfi rəqəmlər plan qiyməti zamanı, habelə səhv yazılışların düzəlişi zamanı 

tətbiq edilir. 

Mühasibat uçotunda ikitərəfli yazılış təsərrüfat əməliyyatlarının düzgün əks 

etdirilməsinə  nəzarət  etmək  üçün  istifadə  edilir.  İkitərəfli  yazılışda  əks  etdirilən 

zaman  hər  bir  əməliyyat  eyni  məbləğdə  həm  debetləşən,  həm  də  kreditləşən 

hesablarda  yazılır.  Bunun  nəticəsində  bütün  hesabların  debeti  üzrə  dövriyyəsinin 

yekunu, bütün hesablann 


44 

krediti üzrə dövriyyəsinin yekununa bərabər olmalıdır. Bu bərabərliyin olmaması 

hesablar üzrə yazılışlarda səhv olmasını bildirir. 

4.3.

 

Sintetik və analitik uçot, onların hər 

birinin təyinatı 

Mühasibat  uçotu  hesablann  köməyi  ilə  təsərrüfat  vəsaitləri  və  təsərrüfat 

prosesləri  haqqında  məlumatı  əldə  edirlər.  Təşkilatın  vəsaitlərinin  növləri  və 

onların mənbələri haqqında, habelə təsərrüfat prosesləri haqqında ümumi anlayış 

əldə  etmək  üçün  ümumiləşdirilmiş  məlumatlar  lazımdır.  Məsələn,  bütövlükdə 

materialların bütün növlərini və ya təşkilatın malsatanlara ümumi borcunu və i.a. 

xarakterizə edən məlumatlar. 

Təşkilata  rəhbərlik  edən  zaman  təkcə  ümumi  göstəricilərlə  kifayətlənmək 

olmaz.  Maddi  məsul  şəxslərin  hərəkətinə  (anbardar,  ekspeditor  və  i.a.)  nəzarət 

etmək üçün, təşkilatın lazımi vəsaitlərlə təmin olunmasını, -debitor və kreditorlarla 

hesablaşmaların təşkilini və i.a. müşahidə etmək üçün hər bir obyektin hərəkətini və 

vəziyyətini  xarakterizə  edən  dəqiq  məlumatlar  lazımdır.  Eyni  zamanda  maddi 

qiymətlilər və ya hesablaşmalar haqqında məlumat, nəinki dəyər ifadəsində, həm də 

natural  və  ya  əmək ifadəsində  əks  olunmalıdır.  Məsələn,  materialların  uçotu  həm 

anbarda  materiallann  ümumi  məbləği, onların  daxil  olması  və çıxması  haqqında, 

həm  də  bu  məmulatların  ayrı-ayrı  növləri,  çeşidləri  haqqında  məlumatları  təmin 

etməlidir; fəhlə və qulluqçularla hesablaşmaların hərəkəti və vəziyyəti haqqında da 

məlumatlar  lazımdır.  Buna  görə  mühasibat  uçotunda  dərəcələrinə  görə  müxtəlif 

dəqiq göstəricilər əldə etmək üçün iki növ hesablar mövcuddur: sintetik və analitik. 

Sintetik  hesablar  təsərrüfat  vəsaitləri  və  əməliyyatlan  haqqında 

ümumiləşdirilmiş göstəricilər verirlər. Onlar ancaq pul ölçülərində apa- nlır. 

Analitik hesablar mühasibat uçotu obyektlərinin xarakterini aydın müəyyən 

etmək  üçün  xidmət  edir.  Analitik  hesablann  vasitəsi  ilə  sintetik  hesablarda  olan 

məlumatlar dəqiqləşdirilir və konkretləşdirilir. 

Maddi  qiymətlilər  və  əmək  haqqı  üzrə  hesablaşmalan  əks  etdirən  analitik 

hesablar, nəinki pul göstəricilərini, həm də natural və əmək göstəricilərini özündə 

əks etdirir. 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə