Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  Təsərrüfat  vəsaitlərinin  və  proseslərinin  ümumiləşdirilmiş  göstəricilərlə



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə21/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   17   18   19   20   21   22   23   24   ...   323

45 

Təsərrüfat  vəsaitlərinin  və  proseslərinin  ümumiləşdirilmiş  göstəricilərlə 

(sintetik hesablarda) əks etdirilməsi sintetik uçot adlanır, onların dəqiqləşdirilmiş 

göstəricilərlə göstərilməsi isə (analitik hesablarda) analitik uçot adlanır. 

Subhesab sintetik və analitik hesablar arasında uçotun aralıq həlqəsi (hissəsi) 

deməkdir. Onun köməyi ilə əks etdirilən obyektlər haqqında daha ümumiləşdirilmiş 

məlumatlar almaq məqsədi ilə analitik uçot məlumatlarının əlavə qruplaşdırılması 

həyata keçirilir. 

Hesablardan fərqli olaraq subhesablar xüsusi blanklarda apanimır. 

4.4.

 

Hesablar və balans arasındakı qarşılıqlı əlaqə 

Balans  və  hesablar  təşkilatın  malik  olduğu  və  bir-biri  ilə  əlaqəsi  olan 

vəsaitlərini əks etdirir. 

Balansın aktivlər bölməsində vəsaitlərin növləri göstərilir ki, bunun vasitəsi 

ilə  cari  uçot  üçün  hər  bir  balans  maddəsi  üzrə  aktiv  hesablar  açırlar.  Balansın 

kapital və öhdəliklər bölməsində vəsaitlərin mənbələri əks olunur və bunun vasitəsi 

ilə  hər  bir  passiv  maddə  üzrə  açılan  passiv  hesablarda  cari  uçot  həyata  keçirilir. 

Vəsaitlərin  növlərinin  və  onların  mənbələrinin  qalıqları  haqqında  hesabların 

məlumatları balans tərtib olunarkən aktiv və passiv maddələr üzrə yerinə yazılır. 

Hesablar  və  balans  arasında  möhkəm  qarşılıqlı  əlaqə  vardır.  Bu  qarşılıqlı 

əlaqənin mahiyyəti ondan ibarətdir ki, cari uçot prosesində hesablarda əks etdirilən 

təsərrüfat əməliyyatları nəticələrini balans ümumiləş- dirmələri həyata keçirir. 

Hesablar  və  balans  arasında  xarici  qarşılıqlı  əlaqə  aşağıdakı  kimi  həyata 

keçirilir. 

Hesabat  dövrünün  əvvəlində  balansın  məlumatlarına  müvafiq  olaraq 

hesablar  açılır.  Müstəqil  uçot  tələb  edən  hər  bir  vəsait  növünə  və  ya  mənbəyinə 

hesab açılır və qalıqlar yazılır: aktiv hesablar üzrə debetdə, passiv hesablar üzrə isə 

kreditdə. 

Hesabat dövrü ərzində hesablarda (sintetik və analitik) təşkilatda baş verən 

əməliyyatlar əks olunurlar. Hesablara yazılış əməliyyatlara nömrə verilməklə edilir. 

Sintetik  hesablarda  bundan  başqa  müxabirləşən  hesablar  göstərilir.  Analitik 

hesablarda  həmin  əməliyyatı  sənədləşdirən  aydınlaşdırım  söz  və  sənədlərə istinad 

edilir. Hesabat dövrü ərzində əməliyyatların yazılışı qurtardıqdan sonra hesablarda 

dövriyyələrin yekunları hesablanır və yeni qalıqlar çıxarılır. 


46 

Og.ır  hesabat  dö\  rü  nr/.inda  hotnin  dövrün  ovvolinn 

cjalığ.ı olmayan hesab ü/ro omoliyyalı oks etdirmayin vacibliyi 

meydana  çıxarsa,  onda  onu  hu  nmaliyyalın  nıabloğini  ya/nıaq 

yolu ib açırlar. 

Sintetik  hesabların  yoxlanmış  yekunlarının  əsasında 

növbəti  hesabat  tarixinə  təşkilatın  balansı  tərtib  edilir.  Bunun 

üçün hesablarda olan (|ahq - lar balansın mÜYafiq maddələri üzrə 

göstərilir. 

Beləliklə,  balans  dövrün  ə\A  əlinə  hesablar  açılan  zaman 

onlarda əks etdirilən ilkin qalıqların düzgünlüyünü təmin etmək 

üçün  istifadə  edilir  və  dövrün  axırında,  düzg ünlüyü  nühafiq 

sintetik  \'ə  analitik  hesabların  yekunlarını  üzləşdirmək  yo lu  ib 

yoxlanılan,  hesablarıla  əks  etdirilən  məlumatlar  əsasında  tərtib 

edilir.  

4.5.

 

Mühasibat uçotu hesablarının təsnifatı 

Mühasibat  uçotunda  təsərrüfat  vəsaitlərinin  ayrı -ayrı 

növlərinin  miqdarım,  hərəkətini  və  onların  əmələgəlmə 

mənbələrini əks etdirmək üçün çoxlu miqdarda müxtəlif hesablar 

tətbiq edilir. 

Hesablar sistemini səmərəli qurmaq üçün, habelə təsərrüfat 

əm,ə- liyyatlarım əks etdirən zaman hesablardan düzgün istifadə 

etmək  üçün  onlardan  h,ər  birinin  xüsusiyyəti  haqqında  aydın 

anlayış olması vacibdir. Bu məqsədlə hesablan təsnilləşılirirlər. 

Hesabların təsnifatı iki əlamətə görə qurul ur;  

a)

 

təyinatına və quruluşuna görə  



b)

 

iqtisadi məzmununa görə 



Təyinatına və quruluşuna görə hesabların təsnifatı göstərir 

ki,  bu  və  ya  digər  hesabların  təyinatı  nədən  ibarətdir  və  onlar 

necə tjurulublar, yəni onların debet və kreditlərinin məzmunu və 

onların  ııalıqlarının  xarakteri  necədir.  Bu.  mühasibat 

təcrübəsində 

istii'adə 

edilən 

hesabların 



x üsusiyyətini 

öyrənməyə,  bu  və  ya  digər  göstəricilərin  əldə  edilməsi  üçün 

hansı növ hesabların tətbiq edilməsinin lazım olduğunu müəyyən 

etməyə imkan verir. 

iqtisadi  məzmununa  görə  hesabların  təsnifatı  göstərir  ki, 

hesabda  nə  uçota  alınır,  yəni  obyektlərin  vəziyyətlərini  və 

dəyişilmələrini  xarakterizə  edən  bütün  lazımi  məlumatları  əldə 

etmək üçün onda konkret olaraq hansı obyektlər əks olunurlar.  

Hər  iki  təsnifat  sıx  əlaqədardır  və  bir -birini  qarşılıqlı 

surətdə tamamlayır. 




47 

Mühasibat  uçotu  hesabları  öz  quruluşuna  və  təyinatına  görə  əsas,  ni- 

zamlayıcı və əməliyyat hesablarına bölünürlər. 

Əsas hesablar vəsait növlərinin mövcudluğuna, hərəkətinə (aktiv) və onların 

mənbələrinə (passiv) nəzarət etmək üçün tətbiq edilir. Bu hesablar, həmçinin balans 

hesabları adlanırlar, çünki onların qahqlan balansa keçirilir. 

Əsas  hesablar  aktiv  (təşkilatın  vəsaitlərinin  hesabları),  passiv  (vəsaitlərin 

mənbələrinin hesabları) və aktiv-passiv (mənfəəti və zərəri və ya debitor və kreditor 

borclarını əks etdirən) hesablara bölünürlər. 

Aktiv hesablar maddi və pul vəsaitlərinin miqdarı və hərəkətinin uçotu üçün, 

habelə debitorlarla hesablaşmaların uçotu üçün xidmət edirlər. 

Əsas  passiv  hesablar  fondların  vəziyyətinin  və  dəyişilməsinin,  alınmış 

maliyyələşmənin,  təşkilatın  öhdəliklərinin  və  kreditorlarla  hesablaşmaların  uçotu 

üçün tətbiq edilir. 

Əsas  aktiv-passiv  hesablar  debitor  və  kreditorlarla  hesablaşmaların 

uçotunda tətbiq edilir. 

Balans  tərtib  edilərkən  aktiv-passiv  hesablann  debet  qalıqları  balansın 

aktivində, kredit qalıqları isə balansın passivində əks olunur. 

Təşkilatın  vəsaitlərinin  və  ya  onların  əmələgəlmə  mənbələrinin 

qiymətləndirilməsini  dəqiqləşdirmək  (tənzimləşdirmək)  üçün  müəyyən  edilən 

hesablara nizamlayıcı hesablar deyilir. 

Nizamlayıcı hesablar kontrar, əlavə və kontrar-əlavə hesablara bölünürlər. 

Kontrar  hesablar,  nizamlandırılan  obyektin  həqiqi  miqdarını,  onun  ilk 

dəyərindən  nizamlandırılan  məbləği  çıxmaq  yolu  ilə  təyin  etmək  üçün  xidmət 

edirlər. 

Kontrarhesablar kontr-aktiv və kontr-passiv hesablara bölünürlər. 

Kontr-passiv  hesablar  əsas  passiv  hesablarda  əks  etdirilən  müvafiq 

göstəricilərin azaldılması üçün xidmət edir. 

Əməliyyat  hesabları  istehsal  xərclərini,  məhsulların  maya  dəyərini 

hesablamaq,  kommersiya  təşkilatlarının  təsərrüfat  və  satış  fəaliyyətlərinin 

nəticələrini aşkara çıxarmaq üçün istifadə edilir. 

Əməliyyat  hesabları  bölüşdürücü,  kalkulyasiya  və  nəticə  hesablarına 

bölünürlər. 

Bölüşdürücü  hesablar  ayrı-ayrı  xərcləri  toplamaq  və  onları  müxtəlif  uçot 

obyektləri  arasında  bölüşdürmək  üçündür.  Onlar  da  öz  növbəsində 

toplayıcı-bölüşdürücü və büdcə-bölüşdürücü hesablara bölünürlər. 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə