Petroqraddakı İran səfiri İsaq xan S. D. Sazonovun qəbuluna gedərək öz
hökumətinin sevincini ona çatdırdı'”. Lakin rus ordularının Güney
Azərbaycanda törətdiyi dağıntılar və burada qalması İran hökumətinin
kəskin etirazına səbəb oldu. Şah hökuməti Güney Azərbaycanda aparılan
hərbi əməliyyatlar zamanı vurulan ziyana görə Rusiyanı təqsirləndirdi.
Klemm 1915-ci il 21/8 yanvar tarixli 153 №li teleqramında Tehrandakı səfir
Korostoveçə Azərbaycanda müharibənin törətdiyi bütün bədbəxtliklər üçün
məsuliyyətin şah höküməti üzərinə düşdüyünü bildirdi'^*.
İran Xarici İşlər naziri 1915-ci il (22) 9 yanvar tarixdə İrandakı rus
səfirinə nota verərək, ölkə ərazisindən Rusiya ordularının çıxarılmasını
tələb etdi'“. Korostoveç bu notanı 28/15 yanvar tarixli 4№li teleqramla S. D.
Sazonova göndərdi'“. Rusiya diplomatiyası isə orduları nəinki çıxartmaq
istəmirdi, əksinə Güney Azərbaycana yeni ordu hissələri göndərməyə
çalışırdı. Petroqraddan alınan göstərişə uyğun olaraq, Korostoveç İran
Xarici İşlər nazirinə cavab notası verərək bildirdi ki, rus ordulan bu ərazidə
hərbi hakimiyyətin strateji mülahizələrinə əsasən yerləşdirilmişdir.
Orduların sayının artıniması baş verə biləcək hər hansı hadisənin qarşısını
almaq məqsədi güdür'”. Təbrizin işğalından sonra Tehrandakı nümayəndə
Korostoveçin müavini vəzifəsinə əvvəllər Londonda səfirliyin müşaviri
işləmiş İran işlərini bilən N. S. Etter təyin edildi'”. İngilis Kralı onu ikinci
dərəcəli Viktoriya ordeni ilə təltif etmişdi'”.
Güney Azərbaycanın rus qüvvələrinin əlinə keçməsi Rusiya Dövlət
Dumasının 1915-ci il 9 fevral tarixli iclasında səsləndi. Bildirildi ki, bu
hərbi vəziyyətdir. Siyasi vəziyyət isə belədir: 1914-cü il 9 noyabrda ingilis
Xarici İşlər naziri Qrey və 13 noyabrda isə İngiltərə kralı İstanbul və
boğazlar işinin rus istəklərinə uyğun həll ediləcəyini bildirdi. Dumada baş
nazir Qoremıkin 1915-ci il fevralın 5-da üç ölkənin maliyyə nazirlərinin
Parisdə toplaşaraq qələbəyədək maliyyə imkanlarını birləşdirmək qəranna
gəldiklərini söylədi'“.
S. D. Sazonov 1915-ci ilin fevralında Dövlət Dumasında çıxış edərək
İranla münasibətlərə də toxundu. Bildirdi ki, bəzi anlaşılmazlıqlara və
maraqların toqquşduğu mürəkkəbliklərə və türk hücumundan öz ərazisini
qorumaq iqtidarında olmadığından doğan çətinliklərə baxmayaraq İranla
münasibətlərimiz tamamilə qaneedicidir'”.
İranın etirazlanna baxmayaraq rus diplomatiyası vəliəhdin Təbrizə
gəlməsini arzuolunmaz hesab edirdi. Vəliəhdin Təbrizə gəlməsi Gü
147
ney Azerbaycanda rusların mövqelərinin zəiflomosinə gəlirib
çıxaracağından, rus diplomatiyası vəliəhdin Təbrizə ya gəlməməsinə, ya da
gələrdisə onun nəzarətində olmasına çalışırdı. Təbrizin işğalından bir neçə
gün sonra Korostoveç Tehranda vəliəhdlə görüşdü. Görüş barədə hesabat
verən Korostoveç 1915-ci i! 27/14 yanvar tarixli 24 №li teleqramında
Sazonova bildirdi ki, vəliəhd antirus təbliğatını rədd edəcək və Rusiya ilə
yaxşı münasibətlər saxlayacaqdır. Korostoveç vəliəhdə jandarmaların deyil,
rus kazaklarının müşayiəti ilə Təbrizə daxil olmağı tövsiyə etdi. Lakin
vəliəhd buna etiraz edərək qərarın hökumət tərəfindən qəbul olunduğunu
söylədi'”'.
Rus hakimiyyət orqanları vəliəhdi müşayiət etməkdən ötrü Zəngəzurla
sərhəd yerlərdə atlı dəstə də hazırlatdı. Rusiyanın İranla sərhəd komissarı
1915-ci il 6 may tarixli 240 №li məxfi məktubunda belə bir dəstənin
hazırlandığı barədə məlumat verdi'”.
Vorontsov-Daşkov 1915-ci il 7 fcvral/25 yanvar tarixli 273 №li
teleqramı ilə Sazonova bildirdi ki, Sərdar Rəşidin və onun əlaltılannın
Azərbaycanda inzibati vəzifələrdə olması İran hakimiyyətinin ordularımıza
itaət etməsinə, düşmən haqqında məlumatlar toplamasına, poçt və teleqrafa
nəzarət etməsinə şərait yaradır. Lakin vəliəhd gələrsə, o, tərəfdarlarımızı
dəyişdirərək yuxarıda göstərilən imkanlardan bizi məhrum edəcəkdir.
Vorontsov-Daşkov vəliəhdin ətrafında türk və alman agentlərinin olduğunu
da yazdı. O, vəliəhdin Təbrizə gəlməsini yubatmağı və bunu vəliəhdin
həyatı üçün təhlükə olması ilə əlaqələndirməyi tövsiyə etdi'-'".
1915-ci il 11 fevral/29 yanvar tarixli-541 №li cavab teleqramında
Sazonov Vorontsov-Daşkovla razılaşdığını, lakin bu məsələdə qərarı
dəyişmək üçün şah hökumətinə güclü təzyiq edilməsinin arzuolunmaz
olduğunu bildirdi. Eyni zamanda vəliəhdin ətrafında Rusiyapərəst
adamların yerləşdirilməsinin zəruriliyini söylədi. Sazonova görə, Rusiya
əleyhinə olan şəxslər geri çağırıla bilərdi və bununla, İran hökumətinin
Azərbaycanın işlərinə qarışması imkanı xeyli zəifləyərdi'-'"’.
Rus diplomatiyası Təbrizdəki baş konsul Orlova vəliəhdlə və
ətrafındakı adamlarla dost və ehtibarlı münasibət qurmağı tapşırdı'''".
Korostoveç 1915-ci il 11 fevral/29 yanvar tarixli 181 №li teleqramı ilə
Sazonova bildirdi ki, vəliəhdin Təbrizə gəlməsi Azərbaycanda işlərə mane
olmur, əksinə Tehran hökumətinə təsirimizi artıra bilər. Vəliəhdlə birlikdə
Təbrizə pişkar olan, əvvəllər Azərbaycanın general-qubernatoru işləmiş
Nizam-ül-Mülk də gəlməli idi'"'.
148
Rus diplomatiyası Azərbaycanın Tehrandan asılılığını zəiflətməkdən
ötrü vəliəhdi öz tərəfinə çəkməyi zəruri hesab edirdi. Ruslar Təbrizi Tehrana
qarşı başqa bir mərkəz kimi yaratmaq və hökumətə təzyiq vasitəsi istifadə
etmək istəyirdilər. Lakin rus diplomatiyası yanılırdı. Korostoveç 1915-ei il
18/5 fevral tarixli 11 №li teleqramında Sazonova bunları yazaraq əlavə etdi
ki, vəliəhd Azərbayeanın mərkəzi hökümətdən asılılığını daha da
güeləndirəcəkdir. Çünki vəliəhd Tehranda Korostoveçlə söhbətində
Azərbaycandakı rus konsullarının həddən artıq sərbəst siyasət
yeritmələrinin əleyhinə çıxaraq, buna son qoymağın arzuolunmaz olduğunu
bildirdi'''^ Belə olduqda rus diplomatiyası başqa üsullara əl atdı. Klemm
Təbrizdəki rus baş konsulluğunun işlər müdiri Belyayevə 9 mart/24 fevral
tarixli 1041 №li teleqram göndərərək Təbrizdə başlıca məqsədin vəliəhd
üzərində təsir qazanmaq olduğunu yazdı. Bununla, mərkəzi fars
hökumətinin Azərbaycan işlərinə qarışacağım zəiflətmək düşünülürdü. Eyni
zamanda, vəliəhdlə dost münasibətlərin qurulmasının Azərbaycanda
Rusiyanın ənənəvi hakim rol oynamaq istəyindən imtina edilməsinin demək
olmadığı da göstərildi’''^
Sazonov 14/1 mart tarixli 1145 №li teleqramı ilə Vorontsov- Daşkova
bildirdi ki, vəliəhdin gəlməsinin qarşısının alınması üçün İran hökumətinə
təzyiq etmək arzuolunan deyildir və bu, Rusiyaya qarşı hiddət yaradar. O,
yalnız Güney Azərbayeanda antirus əhval- ruhiyyəsi təbliğatının
aparılmasının qarşısını almağı məsləhət gördü'“'^.
Rusiyanın törətdiyi bütün maneələrə baxmayaraq 1915-ci il martın 6-da
vəliəhd Güney Azərbaycanın paytaxtı Təbrizə daxil oldu. “Orizon”
qəzetinin məlumatına görə, vəliəhd Təbrizə gəldikdən sonra vəziyyət xeyli
dəyişdi. Yenə həmin qəzet yazırdı ki. Rəştə yeni türk konsulu gəldikdən
sonra alman-türk təbliğatı güclənib, konsul bu sahədə xeyli iş görür, o,
köçəri tayfalara silah paylayır. Ermənilərin silahlanması və bombalar
hazırlaması haqqında şayiələr yayılır. Qəzet etiraf edirdi ki, ermənilər
müsəlman əhaliyə qarşı törətdikləri qətliam hərəkətlərindən qorxurlar’'*^.
Alman və türk diplomatiyaları isə Güney Azərbayeanda Rusiyanın və
İngiltərənin əleyhinə hərəkatın güclənməsinə çalışırdılar’'“.
1901-1909-cu illərdə Vladiqafqazda İranın vitse-konsulu, sonralar isə
Bakıda konsulu işləmiş Davud xan “Baku” qəzetinə verdiyi müsahibəsində
göstərirdi ki, Türkiyə Rusiyaya müharibə elan edən
149
Dostları ilə paylaş: |