Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə12/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   8   9   10   11   12   13   14   15   ...   99

sahib olmaq mosolosindo Almaniyanın təşəbbüskar olduğu etiraf edilir. 
Şerafettin Turanın on bir bölüm və əlavələrdən ibarət olan əsərində''" 
Türkiyənin Qafqaz, o cümlodən, Azərbaycan siyasətinin bəzi məqamlarına 
toxunulur. Müəllif əsərin birinci bölümünün son paraq- raflarında Osmanlı 
impcratorluğunun  savaşa  qatılmasına,  birinci  dünya  müharibəsinin 
özəlliklərinə  fs.  37-43),  Qafqaz  cəbhəsi  məsələlərinə  (s.  45-46),  ikinci 
bölümün bir paraqrafmda isə Mondros barışığına (s. 64-69) yer ayırır. 
İsmət  Qörqulunun  kitabı''*’  Türkiyənin  Qafqazda,  o  cümlədən, 
Azərbaycanda apardığı hərbi əməliyyatları, bu əməliyyatlarda iştirak edən 
yüksək rütbəli zabitlərin şəxsiyyətini, Gəncə, Tiflis və başqa şəhərlərin azad 
edilməsini öyrənmək baxımından əhəmiyyətlidir. Kitabda verilmiş xəritələr 
Qafqazda aparılmış hərbi əməliyyatları işıqlandırdığı üçün qiymətlidir. 
Osmanlı  ensiklopediyasının'*’  yeddinci  cildində  (s.  132-174) 
müharibənin başlanması, savaş öncəsi Avropada qüvvələr nisbəti. Osmanlı 
dövlətinin  müharibəyə  girməsi,  Qafqaz  cəbhəsində  hərbi  əməliyyatların 
gedişi, Mondros barışığı və s. məsələlər verilir. 
Hikmet  Özdemirin  altı  bölümdən  ibarət  olan  monoqrafiyasının’'’'' 
birinci bölümündə (s. 10-70) birinci dünya müharibəsi illərində Türkiyənin 
Qafqaz siyasətinə cüzi şəkildə toxunulur. Müəllif haqlı olaraq göstərir ki, 
imperiyanın parçalanması, məğlubiyyət və inqilab Rusiya imperatorluğunu 
uçurumun kənarına gətirdi, bir çox əyalətlər, o cümlədən, Azərbaycan əldən 
çıxdı.  Bu  isə  rus  bolşeviklərininə  xeyir  deyildi.  Bolşeviklərin  zəfəri 
müsəlman millətlərin ümidini suya düşürdü'*’. 
Həsən  Kayalınm  Kaliforniya  Universiteti  nəşriyyatı  tərəfindən 
buraxılmış  altı  fəsildən  ibarət  monoqrafiyası'*"  Osmanlı  imperiyasında 
1908-1918-ci  illərdə  osmanizm,  ərəbizm  və  islamizm  məsələlərinə  həsr 
olunmuşdur. Monoqrafiya bilavasitə Azərbaycanla bağlı olmasa da altıncı 
fəslin  (s.  174-206)  yeddinci  paraqrafı  (s.  196-199)  müharibə,  siyasət  və 
ideologiya  məsolələrindən  bəhs  edir.  Bu  paraqraf  müharibə  şəraitində 
panislamizmin  və  pantürkçülüyün  elan  edilməsi  və  həyata  keçirilməsi 
məsələlərini öyrənmək baxımından əhəmiyyətli sayıla bilər. 
Ankara Universitetinin Beynəlxalq əlaqələr bölümü başqanı, professor 
İlbor  Ortaylınm  məqaləsi'*''  Qafqazda  türk-alman  münasibətlərini 
öyrənmək baxımından diqqətəlayiqdir. 
35 


Orhan  Koloğlunun  məqaləsinin  tezisləri”*  müharibə  dövründə 
Osmanlı imperatorluğunun xarici siyasətinə həsr edilmişdir. 
Birinci dünya müharibəsində Qafqazda Osmanlı-alman rəqabətinə dair 
ingilis  mənbələri  türk  tarixçisi  Kaya  Tuncer  Çağlayanın  məqaləsində”’ 
təhlil edilir. 
Nadir Dövlətin əsərində'*" Rusiya türklərinin milli mücadilə tarixində 
Türkiyənin  yerinə  diqqət  yetirilir.  Onun  məqaləsində'*'  birinci  dünya 
savaşında  osmanlılar  tərəfində  döyüşən  türk-tatar  əsgərləri  məsələləri 
araşdırılır. 
Türkiyə Baş Qərargah hərbi tarix və strateji analiz nəşrləri xətti ilə çap 
edilmiş  Nəsir  Yucəərin  üç  hissədən  ibarət  kitabı'*^  Osmanlı  ordusunun 
Azərbaycan  və  Dağıstan  əməliyyatlarını  öyrənmək  üçün  əhəmiyyətlidir. 
Müəllif başlıca olaraq birinci dünya müharibəsinin sonuna yaxın, 1917-ci il 
fevral inqilabından sonra Osmanlı dövlətinin hərbi əməliyyatlarını izləyir. 
Kitabda siyasi şərait, cəbhələrdə vəziyyət, Brest sülhü və ondan sonra baş 
verən  hadisələrin  inkişafı,  Qafqaz  islam  ordusu,  birinci  dünya 
müharibəsinin sonuna yaxın bəzi dövlətlərin Azərbaycana qarşı yeritdikləri 
siyasət, Qafqaz ordusunun Azərbaycan əməliyyatı, Bakının azad edilməsi, 
Azərbaycanın azad edilməsindən sonra Qafqaz islam ordusunun fəaliyyəti, 
türk  birliklərinin  Dağıstan  və  Azərbaycandan  təxliyyə  edilməsi  və  s. 
məsələlər araşdırılır. 
ABŞ tarixçiliyi 
Problem  araşdırılarkən  ABŞ  tarix  ədəbiyyatına  müraciət  edilmiş  və 
birinci dünya müharibəsindən sonra 1999-cu ilə qədərki dövrdə nəşr edilən 
bir sıra kitablar öyrənilmişdir. 
Professor  Harri  Hovardm  Türkiyənin  bölüşdürülməsindən  bəhs  edən 
monoqrafiyasında'**  istifadə  olunan  çoxlu  arxiv  materialları  İngiltərə, 
Fransa  və  ABŞ-m  Yaxın  Şərq  siyasətinin  mahiyyətini  açır.  Müəllif 
İngiltərənin  Yaxın  Şərq  siyasətinin  məqsədinin  Sovet  Rusiyası  və 
bolşevizmlə mübarizə olduğunu yazır'*’. 
Harri Hovardm digər monoqrafiyasının'** ikinci fəsli (s. 27-50) birinci 
dünya müharibəsi illərində türk probleminə həsr edilmişdir. Müəllif birinci 
dünya  müharibəsində  rus-türk  savaşının  başlanmasını,  gedişini,  ingilis, 
fransız  və  rus  hökumətlərinin  Türkiyəyə  dair  planlarını,  İranın  nüfuz 
dairəsinə bölüşdürülməsinə dair ingilis-rus sazişini, onun türk maraqları ilə 
toqquşmasını  və  Qafqazda  rus-türk  ziddiyyətlərini  araşdırır.  Kitabda 
Rusiyada baş verən fevral inqilabından sonra yaran 
36 


mış  siyasi  vəziyyot,  ABŞ  mövqelərinin  möhkəmlənməsi,  Osmanlı 
imperiyasına qarşı mübarizədə erməni amilindən istifadə edilməsi öyrənilir. 
Monoqrafiyanın  üçüncü  fəslində  (s.  51-82)  Paris  sülh  konfransında  türk 
məsələsi ilə yanaşı Qafqaz məsələlərinin müzakirəsinə də yer ayrılır. 
ABŞ müəllifi Tomas M. Consonun yeddi fəsildən ibarət kitabında'-'*' 
birinci dünya müharibəsinin son iki ilində - 1917-1918-ci illərdə amerikan 
kəşfiyyatının  fəaliyyəti  və  gizli  müharibənin  müxtəlif  metodları 
işıqlandırılır. 
C.  J.  Smitin  monoqrafiyasında'”  birinci  dünya  müharibəsi  illərində 
çarizmin  apardığı  hərbi  əməliyyatlar  və  yeritdiyi  təcavüzkarlıq  siyasəti 
araşdırılır.  Müəllif  SSRİ-nin  xarici  siyasətinin  çar  Rusiyasının  xarici 
siyasətinin davamı olduğunu göstərir. 
N. Qordon Lcvinin Oksford Ünivcrsiteti nəşriyyatında çapdan buraxılan 
monoqrafiyası'-'"  maraqlıdır.  Monoqrafiyanın  ilk  üç  fəsli  (s.  13-  122) 
müharibə  və  inqilab,  vilsonizm,  bolşevizm  və  Vilson  administrasiyasının 
Rusiya siyasəti məsələlərinə həsr olunmuşdur. 
İngiltərənin Güney Qafqaz siyasətini öyrənmək üçün mühüm əsərlərdən 
biri Priston universitetinin professoru R. H. Ullmanm kitabıdır'” 
Corc Kcnnanın monoqrafiyasının'"“ birinci hissəsinin dördüncü bölümü 
(s.  79-90)  birinci  dünya  müharibəsi  illərində  ABŞ  diplomatiyasının 
fəaliyyətinə həsr edilmişdir. 
Müasir ABŞ diplomatiyasına həsr edilmiş kitabın'"' “Vudro Vilson və 
Birləşmiş  Ştatların  birinci  dünya  müharibəsinə  qoşulması  adlanan  ikinci 
bölümündə (bölümün müəllifi Melvin Smell) (s. 21-34) ABŞ-m müharibəyə 
qoşulmaq 
niyyətləri, 
ingilis-fransız-rus 
koalisiyasına 
amerikan 
diplomatiyasının  münasibəti  və  Avropada  güc  dövlətləri  arasında  nisbət 
məsələləri araşdırılır. 
Henri  Blümcntalm  Luiziana  Universiteti  nəşriyyatında  çapdan  çıxmış 
monoqrafiyası'"^  1914-1915-ci  illərdə  fransız-amerikan  diplomatiyası 
problemlərinə  həsr  edilmişdir.  Monoqrafiyanın  birinci  bölümü  (s.  5-102) 
birinci  dünya  müharibəsi  illərində  diplomatik  mübarizədən  bəhs  edir. 
Burada  ümumi  şəkildə  Fransa  və  ABŞ-ın  Yaxın  və  Orta  Şərq  siyasətinə 
toxunulur. 
Tomas H. Bakley və Edvin B. Stonun Tennesi Universitetində çapdan 
buraxılmış  1914-1915-ci  illərdə  ABŞ-m  xarici  və  milli  təhlükəsizlik 
siyasətinə həsr edilmiş monoqrafiyası'"^ səkkiz fəsildən ibarət 
37 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə