tün bunların hamısı barədə rus konsuluna bildirildi. O da rus ordusunun İran
hakim dairələrinin tələbinə görə deyil, strateji baxımdan şəhəri azad
edəcəyini söylədi.
Avakyan heç bir toqquşma olmadan rus ordusunun və xristian
əhalisinin Təbrizi boşaltdığını bildirdi. Şəhərdə qalan xristian əhali ABŞ
konsulluğuna sığındı. Şəhərdəki 2 min erməni ABŞ konsuluna və
Tehrandakı ABŞ nümayəndəliyinə himayə üçün müraciət etdi. ABŞ
konsulu Vaşinqtona müraciət edəcəyini və müvafiq istəyin Berlinə və
İstanbula çatdınlacağmı bildirdi. Konsul eyni zamanda ermənilərə şəhəri
tərk etməyi məsləhət gördü”. Avakyana görə, bununla belə, şəhərdən
çıxmayan xristian əhaliyə türklər toxunmadılar.
“Тифлийский листок” qəzetinə müsahibə verən digər bir erməni taciri
də söyləyirdi ki, Təbriz tutularkən qaçmaq imkanı olmayan ermənilərə
türklər toxunmadılar. Erməni əhalisi üzərində zorakılığı kürdlər etdilər”.
Klemm də kürdlərin qarətçiliklə seçildiklərini söyləyirdi”.
Hətta daşnakların “Orizon” qəzeti rusların Təbrizi tərk etməsindən
sonrakı vəziyyəti şərh edərək yazırdı ki, xalq uzun müddətli ağır ev düstağı
şəraitindən qurtularaq küçəyə çıxdı. Nəhayət, türk ordusu 3000 əsgər və
kürd dəstələri ilə birlikdə Təbrizə girdi. Xalqın sevincinin həddi-hüdudu
yox idi. Türklər erməni əhalisinə böyük ziyan vurmadılar, yalnız bəzi
ermənilər ziyan çəkdilər”.
Türklər Təbrizi azad etdikdən sonra şəhərdəki Antanta ölkələrinin
diplomatik korpusu Tiflisə gəldi. Rus baş konsulu A. A. Orlov xeyli bədbin
idi. O, hətta “Кавказское слово”пт müxbirinə müsahibəsində Türkiyə və
İran hökumətlərinin həmrəyliyi barədə hiddətlə danışırdı. Konsul məqsədi
İram Rusiya və İngiltərəyə qarşı müqəddəs müharibəyə qoşmaqdan ibarət
olan türk-iran komitəsinin mövcudluğunu da söylədi.
Fransız konsulu Nikola isə daha az qəmgin və kəskin bəyanatlar
verməkdən imtina edirdi.
İngilis konsulu Şipli ingilis diplomat ehtiyatlılığı ilə hətta öz fikir və
xatirələrini söyləməkdən də imtina edərək bildirdi ki, İran işlərinə
münasibətdə farslar öz baxışlarındakı sabitsizlikləri ilə seçilirlər və onların
mövqeyini müəyyənləşdirmək çətindir”.
Türklər Güney Azərbaycana girdikdən sonra Xoy və Urmiyədəki rus
konsullan da qaçdılar. Rus işğalına kömək edən, dinc türk və digər
müsəlman əhalini qətliam edən ermənilər də onlara qoşuldular*".
Lakin Ru
139