Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə53/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   49   50   51   52   53   54   55   56   ...   99

dəbilə  gedərək  məlumatı  yoxladı  və  onun  yalan  olduğunu  bildirdi.  Ər- 
dəbildəki rus vitse-konsulu da 9 iyul tarixli 1979 №li məxfi məktubunda VI 
sərhəd dairəsinin rəisinin Ərdəbilə gələrək yerində yoxlama apardığım və 
Lənkəran  qəza  rəisinin  verdiyi  məlumatın  səhv  olduğunu  göstərdi.  Eyni 
zamanda vitse-konsul Lənkəran qəza rəisinin qəsdən kimlərisə, ola bilsin, 
İran millətçi demokratları ilə əlaqədə olan şəxsləri qaralamaq istədiyini də 
yazdı”^ 
İran hökumətinin Güney Azərbaycandan rus ordularının çıxarılmasının 
tələb  etməsi  Rusiya  xüsusi  xidmət  orqanlarının  türkçülərin  təqib 
olunmasını daha da şiddətləndirmələrinə gətirib çıxartdı. 1915-ci il iyunun 
əvvəllərində İran hökuməti Rusiya və İngiltərə səfirliklərinə nota verərək 
rus  əsgərlərinin  Güney  Azərbaycanı  boşaltmalarını,  rus  məmurlarının  və 
konsullarının  İranın  maliyyə  işlərinə  qarışmamasmı  və  İran  uyruqlu 
şəxsləri himayə etməməsini tələb etsə də bunun bir nəticəsi olmadı'”. 
Eynüd Dövlənin tədbirləri İranda nisbətən irəliləyiş yaratsa da Məclis 
onun  hökumətinə  səlahiyyət  vermədi  və  iyunun  21-də  bu  kabinet  də 
istefaya  getdi.  Kabinet  yaratmaq  Müstaf  ül  Mamələkə  tapşırıldı'”. 
Məclisdəki mötədillər və demokratlar İngiltərə, Rusiya və Fransa əleyhinə 
olan bu şəxsin namizədliyini təklif etdilər. Mustaf ül Mamələk alman və 
türk  meyilli  olunduğundan  Almaniya  və  Türkiyə  nümayəndələri  də  onu 
müdafiə  edirdilər.  Bundan  sonra  rus  hakimiyyət  orqanları  Güney 
Azərbaycandakı  vəziyyəti  daha  diqqətlə  izləməyə  başladı.  Müxtəlif 
kanallardan  alınan  məlumatlar  Güney  Azərbaycanda  əhalinin  Rusiyaya 
nifrət  etdiyini  və  ona  qarşı  çıxışlara  hazır  olduğunu  göstərirdi.  Lənkəran 
qəza  rəisi  1915-ci  il  1  avqust  tarixli  tam  məxfi  raportunda  Bakı 
qubernatoruna yazırdı ki, köməkçisi Poxolen- ko yerli müəllim Teymur bəy 
Bayraməlibəyovdan  Ərdəbildəki  ruslara  qarşı  qarışıqlıq  olacağı  barədə 
məlumat almışdır. Teymur bəy bu barədə Ərdəbildəki qohumundan aldığı 
məktubu hətta ona göstərmişdir'” 
Səpiddağ  sahə  pristavı  1915-ci  il  13  avqust  tarixli  5663  №li  məxfi 
raportunda Lənkəran qəza rəisinə yazırdı: “29-cu Bakı sərhəd briqadası 1-ci 
dəstəsinin komandirinin 1915-ci il 3 avqust tarixli 492 №li məlumatını alan 
kimi mən Səpiddağ sahəsinin bütün ərazisini gəzdim və Perembel, İnçak, 
Qarayar,  Bolqar  və  Arus  camaatının  ağsaqqalları,  həmçinin  sərhəd 
kəndlərinin daha nüfuzlu adamları ilə görüşdüm və müəyyənləşdirdim ki, 
sərhədyanı kəndlərin əhalisinin iranda çoxlu 
156 


qohumları vardır. Hamı təsdiq edir ki, qocabəylilər, alarlılar və iba- bəylilər 
Qarabəyin başçılığı ilə rus sərhəd kəndlərinə hücum edirlər. Bu məqsədlə 
süvari dəstələr yaradırlar”'’^ 
Güney  Azərbaycanda  rus  hakimiyyət  orqanlarının  vəziyyətə  necə 
nəzarət etməsini və türkçüləri izləməsini başqa bir sənəd də təsdiq edir. Bu 
sənəd  Rusiyanın  İranla  sərhəd  komissarının  Qafqaz  canişininə  yazdığı 
1915-ci  il  3  oktyabr  tarixli  531  №li  tam  məxfi  məktubu-  dur''^''.  Məktub 
Güney  Azərbaycanda  1915-ci  il  yanvarın  1-dən  sentyabrın  1-dək  olan 
hadisələri  əhatə  edir.  Məktubda  göstərilirdi  ki,  dekabrda  türklərin 
hücumunun təsiri ilə alarlılar və delaqardinlər yanvar ayında Bakı sərhəd 
briqadasının  bütün  postlarını.  Böyük  xanın  adamları  Yelizavetpol 
briqadasının  çoxlu  postlarını  dağıtmışlar.  Ərdəbil  dəstəsinin  şimal 
hissəsində (indiki Yardımlı rayonu ərazisində - M. Q.) panislamizmi yayan 
seyidlər xeyli fəallaşmışlar. Fevralda türklərə meyl xeyli artmışdır. Martda 
Urmiyədə  xristianlar  döyülmüş  və  vəliəhdin  göstərişi  ilə  Marağa 
qubernatoru  Salar  Arşak  Rusiyanın  himayəsində  olan  4  nəfər  xanı  həbs 
etmişdir.  Rus  konsulunun  xahişindən  sonra  onlar  azad  edilmişlər.  Martın 
9-da  Köyüzbulaqda  delaqardinlər  sərhədçilərə  hücum  etmişlər.  Apreldə 
İrandan  qızıl,  silah  və  patron  aparılması  gücləndiyindən  karvanları 
yoxlamaq rus dəstələrinə tapşırılmışdır. Aprelin 21-də ingilis nümayəndəsi 
yeni  rus  ordularının  irana  göndərilməsini  xahiş  etmişdir.  Aprelin  25-də 
çoxlu  sayda  antirus  və  panislamçı  şüarlar  tapılmışdır.  May  ayında  alman 
təbliğatı güclənmişdir. Türküstandan və Güney Qafqazdan çoxlu alman və 
avstriyalı  həbsdən  qaçaraq  gəlmişlər.  Mayın  5-də  İsfahandakı  rus 
vitse-konsulu  Kaver  öldürülmüşdür.  Mayın  12-də  talışlar  Kargerdəki  rus 
konsulunun  mənzilini  atəşə  tutmuşlar.  İyulda  şahsevənlərin  nümayəndəsi 
Şa- banəli Zəncanlı almanlarla və türklərlə danışıq aparmaq üçün Tehrana 
getmişdir.  Avqustda rus  konsullarının  Şiraz  və  Kirmanşahdan çıxarılması 
tələb edilmişdir.  Alarlılar və  qocabəylilər  Ərdəbil  yaxınlığında  Rusiyanın 
Ərdəbil dəstəsi ilə toqquşmuşlar”*. 
Türklər  geri  çəkildikdən  sonra  rus  ordusuna  əsasən  ermənilər  kömək 
etdilər.  Yerli  əhali  isə  türk  ordu  hissələrinə  rəğbət  bəsləyərək  yardım 
göstərirdi. Buna görə də Rusiya yeni ordu hissələrini İrana yeritməyi zəruri 
saydı. Xarici İşlər naziri S. D. Sazonov 1915-ci ilin iyununda baş qərargah 
rəisi  Yanuşkeviçə  məktubunda  İranda  türklərin  və  almanların fəaliyyətini 
dayandırmaq üçün təklif etdi: “Britaniya hökuməti bizim Şimali İrana ordu 
göndərməyimizi xeyli dərəcədə arzuo- 
157 


lunan hesab edir. 1915-ci ilin oktyabrında İngiltərənin Xarici İşlər naziri E. 
Qrey  S.  D.  Sazonova  məktub  yazaraq  Güney  Azərbaycanda  rus 
qüvvələrinin  sayının  artırılmasını  xahiş  etdi.  Bu  təklifdə  məqsəd  Me- 
sopotamiyadakı  ingilis  qüvvələrinin  mövqeyini  yaxşılaşdırmaq  idi.  Az 
sonra  Sazonov  eyni  məzmunlu  məktubla  baş  qərargah  rəisinə  müraciət 
etdi'”. 
Bundan sonra 1915-ci ilin payızında ruslar Güney Azərbaycana əlavə 
ordu  hissələri  topladılar.  Almanların  və  türklərin  İranda  fəaliyyətinin 
qarşısını  almaq  üçün  Rusiya  və  İngiltərə  qəti  hərəkətə  keçdilər.  Ruslar 
Rəştdə  türk  konsulunun  müavinini  həbs  edərək  Rusiyaya  göndərdilər. 
Oktyabrın  sonunda  rus orduları  Ənzəlini  və  Qəzvini  işğal  etdikdən  sonra 
Tehran  üçün  təhlükə  xeyli  artdı.  Qafqaz  cəbhəsi  komandanlığı  general 
Baratov  başda  olmaqla  süvari  ekspedisiya  korpusu  yaradaraq  1915-ci  il 
oktyabrın 30-da Xəzər dənizinin cənub sahilində Ənzəli limanına çıxartdı. 
Bu  korpusun  tərkibində  3  batalyon,  39  yüzlük  və  20  top  var  idi"*". 
Beləliklə,  artıq  noyabr  ayında  general  Barato-  vun  komandanlığı  altında 
rusların  Ənzəlidə  4  min  əsgəri  var  idi'“'.  .  Bundan  sonra  Tehrandakı 
Almaniya  və  Avstriya-Macarıstan  missiyası  paytaxtdan  çıxaraq  Qumda 
yerləşdi.  İranın  Rusiya  və  İngiltərənin  təsiri  altına  düşməsi  daha  da 
gücləndi. Qeyd etmək lazımdır ki. Güney Azərbaycanda Rusiyanın təsirinin 
artırılmasında ermənilərin təbliğatı xüsusi rol oynadı. Onlar bildirirdilər ki, 
Azərbaycanda-Təbrizdə  sakitliyin  başlıca  təminatçısı  burada  rus  ordu 
hissələrinin  olmasıdır.  Bununla  belə,  ermənilər  1915-ci  ilin  payızı  üçün 
Güney  Azərbaycandakı  Nineş,  Sandərya,  Çaru,  Asıran  və  Qaragüney 
kəndlərindən  köçərək  Quzey  Azərbaycanda  -  Şuşada  yerləşdilər.  Şuşada 
yaşayan ermənilərin əksəriyyəti bu kəndlərdən köçənlər idi'“^ 
Rusiya  və  İngiltərənin  təzyiqlərinə  baxmayaraq  İran  hökuməti 
ərazisindən xarici orduların çıxarılmasını zəif şəkildə də olsa tələb edirdi. 
1915-ci  ilin  dekabrın  23-də  İran-İngiltərə-Rusiya  görüşmələri  keçirildi. 
İranın bu görüşlərdə istəkləri aşağıdakılardan ibarət idi. İngiltərə, Rusiya, 
Fransa və İtaliya İranın ərazi bütövlüyünü tanısınlar; 1907-ci ilin ingilis-rus 
müqaviləsi ləğv edilsin; İngiltərəyə və Rusiyaya olan borclar ödənilməsin; 
İrana  yeni  borclar  verilsin;  İranla  bağlı  bütün  əvvəlki  öhdəliklər  yenidən 
nəzərdən keçirilsin; ölkənin müdafiəsi üçün İran ordusuna silah və sursat 
verilsin. 
İngiltərə  və  Rusiya  bu  şərtlərin  çoxunu  qəbul  etmək  üçün  İran 
hökumətindən Osmanlı imperatorluğuna müharibə elan etməyi tələb et 
158 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə