Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə61/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   57   58   59   60   61   62   63   64   ...   99

qərargahının rəisi Qafqaz canişinliyi xüsusi şöbəsinə Güney Qafqazın şərq 
şəhərlərində,  Bakı,  Yelizavetpol  və  Lənkəranda  türklərə  rəğbət 
bəsləyənlərin  gizli  dəməklərinin  yaradıldığı  barədə  məlumat  verdi. 
Dərnəklər  İran  millətçiləri (azərbaycanlılar  -  M.  Q.) ilə  əlaqə  saxlayır  və 
Biləcəridən  Güney  Qafqaz  boyu  hərəkət  edən  ordular  barədə  məlumat 
toplayırdılar.  Məktubda  dəməyin  tərkibi  barədə  də  məlumat  verilirdi: 
Hüseynəli,  karantin  həkimi  Məhəmmədxan,  teleqrafçı  Fərə-  məzxan. 
Qafqaz  hərbi  dairəsi  komandanının  tapşırığına  əsasən  həmin  dərnəklərin 
“ziyanlı  fəaliyyətini  dayandırmaq  üçün  təcili  tədbirlər  görülməsi”  xahiş 
edildi“. Qafqaz canişinliyinin Qafqaz hərbi dairə idarəsi üzrə xüsusi şöbəsi 
aprelin  29-da  1913  №li  tam  məxfi  və  təcili  məktubunda  Bakı  şəhər  polis 
idarəsinə  İranla  sərhəd  komissarının  aldığı  məlumata  əsasən  Bakıda  və 
Yelizavetpolda  müsəlman  əhali  arasında  türkpərəst  meyillərin  artdığını 
yazdı.  Göstərdi  ki,  əvvəllər  əhali  buna  xüsusi  diqqət  yetirmirdi,  lakin 
ermənilərin əsəbilik yaradan hərəkətlərini görən müsəlmanlar türkpərəstliyə 
xüsusi  diqqət  verməyə  və  İran  türkpərəstləri  ilə  əlaqə  yaratmağa 
başlamışlar.  Türklərin  Güney  Qafqazdakı  tərəfdarları  qərargahın  rəsmi 
məlumatlarına inanmayaraq, guya Tehranla əlaqəyə girərək rus ordularının 
hərəkətləri  barədə  türk  konsullarından  aldıqları  məlumatları  adi  poçtla 
çatdırırlar və tatar qəzetləri onları çap edirlər. 
Qafqaz  canişinliyinin  xüsusi  şöbəsinin  rəisi  Pisarski  bu  məktubu 
1915-ci il aprelin 29-da 1920 №li məxfi məktubla Tiflis və 1921 №li məxfi 
məktubla  Bakı  quberniya  jandarma  idarələrinə  göndərərək,  dərnəklərin 
darmadağın edilməsini xahiş etdi“. Quberniya jandarma idarələri hərəkətə 
keçdilər.  Məktublar  qəza  rəislərinə  göndərildi.  Ər-  dəbildəki  rus 
vitse-konsulluğunun  Astaradakı  agenti  D.  Qabibulov  Rusiyanın  İranla 
sərhəd komissanna 1915-ci il 1 may tarixli 176 №li məxfi məktubla Bakıda 
gizli müsəlman təşkilatının olması barədə məlumatını sərhəd rəisi 14 may 
tarixli 275 №li məxfi məktubla Bakı qubernatoruna göndərdi“. Məlumata 
görə, gizli komitə türk-alman siyasəti xeyrinə fəaliyyət göstərirdi. Komitə 
üzvləri törətdikləri Təbrizdə və Güney Azərbaycanın başqa məntəqələrində 
rus əsgərlərinin vəhşilikləri barədə xəbər yayırdılar. Tezliklə rus ordusunun 
Qafqazdan çıxaeağını bildirirdilər. Məktubda deyilirdi ki, Bakıda və başqa 
yerlərdə fəaliyyət göstərən komitə müsəlman əhalisinə “Ay-ulduz” işarəsi 
olan alman tüfəngləri və 100 patron paylamışdır. Komitə üzvləri üçün 100 
rubl ianə verməyi xahiş etmişdir. Guya komitə bildirir 
180 


di ki, türk birləşmələri Qafqaza gələn kimi yerli əhali Rusiyaya qarşı üsyana 
başlayacaqdır*^.  G.  Kovalyov  1915-ci  il  mayın  4-də  21  №li  tam  məxfi 
məktubunda Qafqaz canişinliyi xüsusi idarəsinə yazırdı ki, Ye- lizavetpol 
quberniyasında türk emissarlarının gəlməsi iki il əvvəl müşahidə edilmişdir, 
lakin  ümumiyyətlə,  həm  də  jandarma  polisi  tərəfindən  bu  emissarların 
fəaliyyəti  qeydə  alınmamışdır.  Bununla  belə,  müharibəyədək  təbliğat 
aparılmasını  mümkün  sayıram.  İndi  isə  quberniyada  türk  təbəələri  olan 
müsəlmanlar  yoxdur  və  əksəriyyəti  İran  təbəələridir.  İranla  müharibə 
olacağından  qorxaraq  quberniyadan  getmişlər.  O,  daha  sonra  yazırdı  ki, 
quberniyada  silahların  yığılması  da-  yandınlmır  və  harada  varsa,  onların 
yığılması  üçün  mən  bütün  tədbirləri  görmüşəm  və  görürəm.  Bu  tədbirlər 
tatarlarda  50.000  silahın  olması  mümkünlüyünü  istisna  edir...  Ermənilər 
güclü  silah  ehtiyatı  yı-  ğırlar‘^  Bakı  qubernatorunun  Qafqaz  canişinliyi 
xüsusi  şöbəsinə  1915-  ci  il  5  may  tarixli  2012  №li  məxfi  məktubunda 
deyilirdi  ki.  Sibirdən  qaçıb  gələnlər  dəstə  yaradaraq  dağlarda  gizlənirlər. 
İranla  sərhəd,  xüsusən,  Zuvand  sahəsində  sərhəd  mühafizəsiz  qalmışdır“. 
Qubernator  sürgündən  qaçıb  gələnlərin  təqib  edilməsini  və  sərhəddin 
mühafizəsinin gücləndirilməsini tövsiyə etdi. 
Yelizavetpol  qubernatoru  1915-ci  il  11  may  tarixli  1238  №li  məxfi 
məktubunda  Qafqaz  canişinliyinin  xüsusi  şöbəsinə  müsəlmanların  kiçik 
qrupunda panislamçı hərəkat hisslərinin gücləndiyini, lakin zahiri cəhətdən 
bu  hərəkatın  hiss  olunmadığını  yazdı.  Bildirdi  ki,  hələ  müharibəyə  qədər 
müsəlman ziyalılarının xeyli hissəsi panislamçı hərəkatla zəhərlənmişdilər. 
Sadə tatar əhalisi siyasətlə məşğul olmur". 
Bakı qubernatoru Qafqaz canişininə 1915-ci il 13 may tarixli 905 №li 
məxfi məktubunda quberniya əhalisinin çoxunun ideyaca Türkiyəyə rəğbət 
bəslədiyini  yazdı.  Göstərdi  ki,  Lənkəran  qəzasının  cənub  hissəsində 
türkpərəst  təbliğat  güclüdür  və  qəzetlər  üzərində  ciddi  nəzarət 
qoyulmuşdur*“. 
Bakı  quberniya  jandarma  idarəsinin  axtarış  üzrə  rəisi,  polkovnik 
Leontyevin  1915-ci  il  15 may  tarixli  2736 №li  tam məxfi  məktubunda  da 
Qafqaz  canişinliyi  xüsusi  şöbəsinə  Bakıda  türklərə  rəğbət  bəsləyən 
dərnəklərin  olmadığı  bildirildi.  Leontyev  bunu  araşdırmaqdan  ötrü 
Lənkərana köməkçisi, rotmistr Qusakovu göndərdi". 
Qusakovun  1915-ci  il  12  may  tarixli  299  №li  məxfi  məktubunda 
türklərin  Güney  Qafqazda  hücumundan  sonra  Astarada  dəməyinin 
yaradıldığı, rusların Ərdəbildən getməsindən sonra isə tam formalaşdığı 
181 


bildirildi. Göstərildi ki, dəmək Güney Azərbaycandan olan karantin həkimi 
Seyid  Məhəmməd  xan  tərəfindən  və  İran  teleqraf  məmum  Fə-  rəməzxan 
Bəşaratəs  tərəfindən  yaradılmışdır.  Onun  tərkibinə  İran  Astarası 
gömrüyünün  kassiri  Mirzə  Tağı  xan,  mühasibi  Mirzə  paşa,  maliyyə 
təlimatçısı  Kastorana,  mühasib  köməkçisi  Seyid  Əbdül  Həsən,  gömrük 
statisti,  vəliəhd  Hüseyn  Mirzə,  Ərdəbil  yolunun  nəzarətçisi  Hacı  Seyid 
Mehdi Cavadov, İran poçt kontomnun rəisi Cəlalxan, Bakıdakı “^etinger və 
Qlaz” firmasının nümayəndəsi Mirzə katib Ələsgər oğlu daxil idilər. Onlar 
İran təbəələri idilər və İran Astarasında yaşayırdılar. Guya dəmək almanlara 
və türklərə rəğbət hissi aşıla- yırdı. Onlardan Məhəmmədxan, Fərəməzxan 
və vəliəhd Hüseyn Mirzə alman-türk meylli “Rad”, “İrşad” və “Nou Bahar” 
qəzetlərinin müxbirləri kimi Rusiya əleyhinə təbliğat aparırdılar. Talış xanı 
Hüseyn  Əli  xan  hətta  bu  dəməklə  əlaqə  quraraq  Astara  və  Lənkəranda 
yaşayanlardan  ibarət  atlı  dəstə  yaradaraq  ms  ordusuna  hücum  etmək 
istəyirdi. O, ms ordusunun Ərdəbilə daxil olmasına yol vermək istəmirdi. 
İran Astarası gömrüyünün rəisi, mspərəst Delkord onun başını ovda qatdı və 
mslar sakitcə Ərdəbilə doğm hərəkət etdilər. Əvvəllər Hüseyn Əli xana İran 
hökuməti fəxri yəhər hədiyyə vermişdi. O, Del- kordun əsl dostluğana olan 
inamını itirdiyindən ondan ayrıldı və Asta- radakı milliyyətçilərə qoşuldu. 
Məlumatda Lənkəran qəzasında türk və alman emissarlarının olmadığı 
bildirildisə də, əhalinin türklərə rəğbət bəslədiyi göstərildi. Silahlı adamlar 
zorla Lənkəran qəzasından İrana mslarla döyüşmək üçün 100 min patron 
keçirmişlər.  Məlumatda  həkimin  və  teleqrafçmın  İran  Astarasından 
köçürülməsi  barədə  Rusiyanın  Tehrandakı  nümayəndəliyi  qarşısında 
məsələ qaldırıldığı da göstərildi’". 
Bakı şəhər rəisi adından polkovnik Martmov 1915-ci il iyunun 3- də 
3799  №li  tam  məxfi  və  təcili  məktubunda  Qafqaz  canişinliyi  xüsusi 
şöbəsinə hərbi senzomn 12 may tarixli məktubda göstərilənləri təkrar etdi”. 
Bakı quberniya jandarma idarəsinin axtarış üzrə rəisi Qafqaz canişinliyi 
xüsusi şöbəsinin 1915-ci il 18 may tarixli 2187 №li məxfi məktubuna cavab 
olaraq  2  iyun  tarixli  3162  №li  məktubunda  agentura  tədbirləri  sasəyində 
Bakıda türk-alman siyasəti xeyrinə gizli komitənin fəaliyyət göstərmədiyini 
yazdı. Bildirdi ki, “Ay-ulduz” işarəli alman silahları tapılmamışdır”. 
Qafqaz canişininin mülki işlər üzrə köməkçisi N. Peterson 1915-ci 
182 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə