Risklərin İdarə Edilməsi Standartı Azərbaycan Mərkəzi Bankı
13
Qısamüddətli nağd vəsaitlərə olan tələbləri yerinə yetirmək üçün kifayət qədər pul və
qiymətli kağızları saxlaya bilməməsi;
Əlavə maliyyələşdirmənin əldə edə bilməməsi;
Bazar mövqeyini bağlaya və ya ləğv edə bilməməsi
2.3.2
Likvidliyin idarə edilməsi
Banklar, fövqəladə vəziyyətlərdə likvidlik problemləri ilə əlaqədar aydın ifadə olunmuş
prosedurlara malik olmalıdır. Bu prosedurlar, bankın risklərin idarə edilməsi üzrə ümumi
Qaydalarının bir hissəsi olmalıdır.
Gələcək maliyyələşdirmə tələblərini müəyyənləşdirmək məqsədi ilə Risklərin İdarə
Edilməsi Departamenti hər bir valyuta üzrə proqnozlaşdırılan nağd vəsaitlərin axınını
qiymətləndirməli və nəzarət altında saxlamalıdır. Bazar və ya bazar likvidliyinin
itirilməsindən yaranan likvidlik ehtiyaclarını ödəmək üçün yaradılan alternativ
strategiyalar bankın gözlənilməyən hallar üzrə likvidliyin planlaşdırılması prosesinə daxil
edilməlidir.
Bankın
fəaliyyət
göstərdiyi
bazarlardakı
likvidlik
riskləri
müntəzəm
olaraq
qiymətləndirlməlidir. Müvafiq hallarda, bazar likvidliyi riski, bazar mövqeyinin
bağlanması üçün təxmin olunan vaxtı əks etdirməklə Riskə məruz Dəyər modelinə daxil
edilməlidir.
Likvidlik Boşluğu riski (müxtəlif zaman “dilimləri” və valyuta növləri üzrə
proqnozlaşdırılan nağd vəsaitlərin mədaxili ilə məxarici arasındakı fərq), gələcəkdə
likvidlik boşluğunun yarandığı vaxtlardakı nağd vəsait axınının diskont edilmiş dəyərinə
nəzarət etməklə və müvafiq faiz dərəcələrindəki dəyişiklikləri nəzərə almaqla ayrıca nəzərə
alınmalıdır.
2.4.
Əməliyyat riski
2.4.1
Anlayış
Əməliyyat riski, qeyri-adekvat və ya uğursuzluqla nəticələnmiş daxili proseslərdən,
insanlardan və ya sistemlərdən, yaxud kənar hadisələrin baş verməsindən yaranan zərər
riskidir.
2.4.2
Prosedurlar
Müşahidə Şurası, əməliyyat riskinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, nəzarət
edilməsi və yoxlanılması üçün Risklərin İdarə Edilməsi Komitəsi tərəfindən hazırlanmış və
İdarə Heyəti ilə razılaşdırılmış prosedurları təsdiq etməlidir. Bu prosedurlara aşağıdakılar
daxil olmalıdır:
Bankın özünün və ya onun qarşılaşdığı risklərin qiymətləndirilməsi: bank öz
əməliyyatlarının
və
fəaliyyətinin
potenisal
əməliyyat
riskinə
həssaslığını
qiymətləndirməlidir. Bu proses daxildə aparılır və adətən əməliyyat riski mühitinin gücünü
və zəifliyini müəyyənləşdirmək üçün hazırlanan yoxlama cədvəllərindən və/və ya keçirilən
seminarlardan ibarət olur;
Risk Xəritəsinin yaradılması: bu prosesdə müxtəlif biznes bölmələri, təşkilati
fəaliyyət və ya proseslər risk növləri ilə qarşılaşdırılır. Bu tapşırıq zəif sahələri aşkar
etməyə və sonrakı idarəetmə fəaliyyətini üstünlük dərəcəsinə görə sıralamağa kömək edir;
Əsas Risk Göstəriciləri: risk göstəriciləri statistik və/ və ya metrik olurlar. Onlar çox
zaman maliyyə sahəsinə aid olur və bankın risk mövqeyini aydınlaşdırır. Bu göstəriciləri
müntəzəm olaraq (illik və ya rüblük) təhlil etmək lazımdır ki, bankın rəhbərliyi risk
narahatçılıqlarının göstəricisi ola bilən dəyişikliklər haqqında xəbərdar olsun. Bu cür
Risklərin İdarə Edilməsi Standartı Azərbaycan Mərkəzi Bankı
14
göstəricilərə tamamlanmamış əməliyyatların dərəcəsi, işçilərin axını dərəcələri, səhvlərin
və çatışmamazlıqların baş vermə tezliyi və/və ya ciddiliyi daxil ola bilər;
Qiymətləndirmə kartları: bu kartlar keyfiyyət qiymətləndirməsinin kəmiyyətcə ifadə
edilməsinı təmin edir və müxtəlif növ əməliyyat riski təhlükələrinin nisbi dərəcəsini
yaradır. Bəzi qiymət ölçüləri spesifik fəaliyyətə xas risklərə aid ola bildiyi halda, digərləri
bir necə fəaliyyət istiqamətlərinə aid ola bilər. Qiymət ölçüləri daxili risklərə aid ola bildiyi
kimi, həmin risklərin qarşısını almaq üçün nəzərdə tutulan daxili prosedurlara da aid ola
bilər. Bundan əlavə, qiymətləndirmə kartları biznes bölmələrində iqtisadi kapitalın,
əməliyyat risklərinin tənzimlənməsi və nəzarət edilməsı üzrə fəaliyyəti nəzər almaqla
bölüşdürülməsi məqsədi ilə tətbiq edilə bilər;
Hədlər/limitlər: adətən risk göstəriciləri ilə bağlı olan limitlər ölçüldükdə, rəhbərlik
potensial problemli sahələr haqqında xəbərdar olur;
Ölçülmə: bank əməliyyat riskinin miqdarını müxtəlif yanaşmalardan istifadə etməklə
ölçə bilər. Məsələn, bankın keçmiş zərər təcrübəsi, onun əməliyyat riskinin miqdarını
ölçmək, riski azaltmaq və nəzarət etmək siyasətini yaratmaq üçün vacib məlumatla təmin
edə bilər. Bu informasiyadan səmərəli istifadə edilməsının yolu, ayrı-ayrı zərər hadisələri
üzrə risklərin baş vermə tezliyini, ciddiliyini və digər lazımi informasiyanı sistematik
olaraq qeyd etmək və izləmək üçün struktur yaratmaqdır. Bank həmçinin zərər haqqında
daxili və xarici məlumatları, senari təhlillərini və keyfiyyətin qiymətləndirilməsi üzrə
amillərli birləşdirə bilər.
2.5.
Risklərin monitorinqi və toplanması
Bazar, kredit və likvidlik riskləri biznes bölmələri, bank xidmətləri, əməliyyatçı və
əməliyyat səviyyəsi növləri üzrə toplanmasından əlavə olaraq, Risklərin İdarə Edilməsi
Departamenti tərəfindən bütün bank üzrə toplanmalıdır. Toplanmış risklər gündəlik ümumi
bank təlimatları və limitləri əsasında nəzərdən keçirilməlidir. Risklərin İdarə Edilməsi
Departamenti, Risklərin İdarə Edilməsi Komitəsinə və İdarə Heyətinə bank və biznes
bölmələri səviyyəsində risklərin cəmləşməsi haqqında ümumi şərh təqdim etməlidir.
Bank üzrə limitlərə aşağıdakılar daxil ola bilər:
Biznes bölmələri və bank xidmətləri üzrə Riskə məruz Dəyər limitləri (bazar riski)
İri kredit təhlükələri
Yüksək səviyyəli kredit cəmləşməsi üzrə limitlər
Risklərin İdarə Edilməsi Departamenti müəyyən olunmuş risk limitlərinin ölcülməsi
vasitəsilə düzəliş tədbirlərini razılaşdırmaq üçün İdarə Heyətinin məsul üzvünə müraciət
etməlidir.
2.6.
Limitlər
Limitlər Risklərin idarə edilməsi komitəsinin və İdarə Heyətinin tövsiyələri əsasında
Müşahidə Şurası tərəfindən təsdiqlənməlidir.
2.6.1.
Riskə məruz Kapital limitləri (əgər bank riskə məruz kapitalı hesablayırsa)
Müşahidə Şurasının və İdarə Heyətinin kapital bölgüsü ilə bağlı qərarlarını əks etdirmək
məqsədilə Riskə məruz Kapital əməliyyat bölməsi səviyyəsində təyin olunmalıdır. Riskə
məruz kapital, hər bir biznes bölməsinin məruz qaldığı əsas riskləri əks etdirmək məqsədi
ilə, həm bazar, həm də kredit riski elementlərini daxil etməlidir. Digər elementlər, məsələn
əməliyyat riskinin miqdarını təyin etmək üçün metodologiyalar mövcud olduqda istifadə
olunmalıdır.