Risklərin İdarə Edilməsi Standartı Mündəricat



Yüklə 247,02 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix14.05.2018
ölçüsü247,02 Kb.
#44205
1   2   3   4   5   6   7   8

Risklərin İdarə Edilməsi Standartı                                                                   Azərbaycan Mərkəzi Bankı 

 

 



13

 



Qısamüddətli nağd vəsaitlərə olan tələbləri yerinə yetirmək üçün kifayət qədər pul və 

qiymətli kağızları saxlaya bilməməsi; 

 

Əlavə maliyyələşdirmənin əldə edə bilməməsi; 



 

Bazar mövqeyini bağlaya və ya ləğv edə bilməməsi 



2.3.2

 

Likvidliyin idarə edilməsi 

Banklar,  fövqəladə  vəziyyətlərdə  likvidlik  problemləri  ilə  əlaqədar  aydın  ifadə  olunmuş 

prosedurlara malik olmalıdır. Bu prosedurlar, bankın risklərin  idarə edilməsi üzrə ümumi 

Qaydalarının bir hissəsi olmalıdır. 

Gələcək  maliyyələşdirmə  tələblərini  müəyyənləşdirmək  məqsədi  ilə  Risklərin  İdarə 

Edilməsi  Departamenti  hər  bir  valyuta  üzrə  proqnozlaşdırılan  nağd  vəsaitlərin  axınını 

qiymətləndirməli  və  nəzarət  altında  saxlamalıdır.  Bazar  və  ya  bazar  likvidliyinin 

itirilməsindən  yaranan  likvidlik  ehtiyaclarını  ödəmək  üçün  yaradılan  alternativ 

strategiyalar bankın  gözlənilməyən hallar üzrə likvidliyin planlaşdırılması prosesinə daxil 

edilməlidir. 

Bankın 

fəaliyyət 



göstərdiyi 

bazarlardakı 

likvidlik 

riskləri 

müntəzəm 

olaraq 


qiymətləndirlməlidir.  Müvafiq  hallarda,  bazar  likvidliyi  riski,  bazar  mövqeyinin 

bağlanması  üçün  təxmin  olunan  vaxtı  əks  etdirməklə  Riskə  məruz  Dəyər  modelinə  daxil 

edilməlidir. 

Likvidlik  Boşluğu  riski  (müxtəlif  zaman  “dilimləri”  və  valyuta  növləri  üzrə 

proqnozlaşdırılan  nağd  vəsaitlərin  mədaxili  ilə  məxarici  arasındakı  fərq),  gələcəkdə 

likvidlik  boşluğunun  yarandığı  vaxtlardakı  nağd  vəsait  axınının  diskont  edilmiş  dəyərinə 

nəzarət etməklə və müvafiq faiz dərəcələrindəki dəyişiklikləri nəzərə almaqla ayrıca nəzərə 

alınmalıdır. 



2.4.

 

Əməliyyat riski

 

2.4.1

 

Anlayış

 

Əməliyyat  riski,  qeyri-adekvat  və  ya  uğursuzluqla  nəticələnmiş  daxili  proseslərdən, 

insanlardan  və  ya  sistemlərdən,  yaxud  kənar  hadisələrin  baş  verməsindən  yaranan  zərər 

riskidir. 



2.4.2

 

Prosedurlar 

Müşahidə  Şurası,  əməliyyat  riskinin  müəyyənləşdirilməsi,  qiymətləndirilməsi,  nəzarət 

edilməsi və yoxlanılması üçün Risklərin İdarə Edilməsi Komitəsi tərəfindən hazırlanmış və 

İdarə Heyəti  ilə razılaşdırılmış prosedurları təsdiq etməlidir. Bu prosedurlara aşağıdakılar 

daxil olmalıdır: 

 



Bankın  özünün  və  ya  onun  qarşılaşdığı  risklərin  qiymətləndirilməsi:  bank  öz 

əməliyyatlarının 

və 

fəaliyyətinin 



potenisal 

əməliyyat 

riskinə 

həssaslığını 

qiymətləndirməlidir. Bu proses daxildə aparılır və adətən əməliyyat riski mühitinin gücünü 

və zəifliyini müəyyənləşdirmək üçün hazırlanan yoxlama cədvəllərindən və/və ya keçirilən 

seminarlardan ibarət olur; 

 



Risk  Xəritəsinin  yaradılması:  bu  prosesdə  müxtəlif  biznes  bölmələri,  təşkilati 

fəaliyyət  və  ya  proseslər  risk  növləri  ilə  qarşılaşdırılır.  Bu  tapşırıq  zəif  sahələri  aşkar 

etməyə və sonrakı idarəetmə fəaliyyətini üstünlük dərəcəsinə görə sıralamağa kömək edir; 

 



Əsas Risk Göstəriciləri: risk göstəriciləri statistik və/ və ya metrik olurlar. Onlar çox 

zaman  maliyyə  sahəsinə  aid  olur  və  bankın  risk  mövqeyini  aydınlaşdırır.  Bu  göstəriciləri 

müntəzəm  olaraq  (illik  və  ya  rüblük)  təhlil  etmək  lazımdır  ki,  bankın  rəhbərliyi  risk 

narahatçılıqlarının  göstəricisi  ola  bilən  dəyişikliklər  haqqında  xəbərdar  olsun.  Bu  cür 




Risklərin İdarə Edilməsi Standartı                                                                   Azərbaycan Mərkəzi Bankı 

 

 



14

göstəricilərə  tamamlanmamış  əməliyyatların  dərəcəsi,  işçilərin  axını  dərəcələri,  səhvlərin 

və çatışmamazlıqların baş vermə tezliyi və/və ya ciddiliyi daxil ola bilər; 

 



Qiymətləndirmə  kartları:  bu  kartlar  keyfiyyət  qiymətləndirməsinin  kəmiyyətcə  ifadə 

edilməsinı  təmin  edir  və  müxtəlif  növ  əməliyyat  riski  təhlükələrinin  nisbi  dərəcəsini 

yaradır. Bəzi qiymət ölçüləri spesifik fəaliyyətə xas risklərə aid ola bildiyi halda, digərləri 

bir necə fəaliyyət istiqamətlərinə aid ola bilər. Qiymət ölçüləri daxili risklərə aid ola bildiyi 

kimi,  həmin  risklərin  qarşısını  almaq  üçün  nəzərdə  tutulan  daxili  prosedurlara  da  aid  ola 

bilər.  Bundan  əlavə,  qiymətləndirmə  kartları  biznes  bölmələrində  iqtisadi  kapitalın, 

əməliyyat  risklərinin  tənzimlənməsi  və  nəzarət  edilməsı  üzrə  fəaliyyəti  nəzər  almaqla 

bölüşdürülməsi məqsədi ilə tətbiq edilə bilər; 

 

Hədlər/limitlər:  adətən   risk  göstəriciləri  ilə bağlı  olan limitlər ölçüldükdə, rəhbərlik 



potensial problemli sahələr haqqında xəbərdar olur; 

 



Ölçülmə: bank əməliyyat riskinin miqdarını müxtəlif yanaşmalardan istifadə etməklə 

ölçə  bilər.  Məsələn,  bankın  keçmiş  zərər  təcrübəsi,  onun  əməliyyat  riskinin  miqdarını 

ölçmək,  riski  azaltmaq  və  nəzarət  etmək  siyasətini  yaratmaq üçün  vacib  məlumatla  təmin 

edə bilər.  Bu  informasiyadan  səmərəli  istifadə  edilməsının  yolu,  ayrı-ayrı  zərər  hadisələri 

üzrə  risklərin  baş  vermə  tezliyini,  ciddiliyini  və  digər  lazımi  informasiyanı  sistematik 

olaraq  qeyd  etmək  və  izləmək  üçün  struktur  yaratmaqdır.  Bank  həmçinin  zərər  haqqında 

daxili  və  xarici  məlumatları,  senari  təhlillərini  və  keyfiyyətin  qiymətləndirilməsi  üzrə 

amillərli birləşdirə bilər. 



2.5.

 

Risklərin monitorinqi və toplanması 

Bazar,  kredit  və  likvidlik  riskləri  biznes  bölmələri,  bank  xidmətləri,  əməliyyatçı  və 

əməliyyat  səviyyəsi  növləri  üzrə  toplanmasından  əlavə  olaraq,  Risklərin  İdarə  Edilməsi 

Departamenti tərəfindən bütün bank üzrə toplanmalıdır. Toplanmış risklər gündəlik ümumi 

bank  təlimatları  və  limitləri  əsasında  nəzərdən  keçirilməlidir.  Risklərin  İdarə  Edilməsi 

Departamenti,  Risklərin  İdarə  Edilməsi  Komitəsinə  və  İdarə  Heyətinə  bank  və  biznes 

bölmələri səviyyəsində risklərin cəmləşməsi haqqında ümumi şərh təqdim etməlidir. 

Bank üzrə limitlərə aşağıdakılar daxil ola bilər: 

 

Biznes bölmələri və bank xidmətləri üzrə Riskə məruz Dəyər limitləri (bazar riski) 



 

İri kredit təhlükələri 



 

Yüksək səviyyəli kredit cəmləşməsi üzrə limitlər 



Risklərin  İdarə  Edilməsi  Departamenti  müəyyən  olunmuş  risk  limitlərinin  ölcülməsi 

vasitəsilə  düzəliş  tədbirlərini  razılaşdırmaq  üçün  İdarə  Heyətinin  məsul  üzvünə  müraciət 

etməlidir. 

2.6.

 

Limitlər 

Limitlər  Risklərin  idarə  edilməsi  komitəsinin  və  İdarə  Heyətinin  tövsiyələri  əsasında  

Müşahidə Şurası tərəfindən təsdiqlənməlidir. 

2.6.1.

 

Riskə məruz Kapital limitləri (əgər bank riskə məruz kapitalı hesablayırsa) 

Müşahidə  Şurasının  və  İdarə  Heyətinin  kapital  bölgüsü  ilə  bağlı  qərarlarını  əks  etdirmək 

məqsədilə  Riskə  məruz  Kapital  əməliyyat  bölməsi  səviyyəsində  təyin  olunmalıdır.  Riskə 

məruz kapital, hər bir biznes bölməsinin məruz qaldığı əsas riskləri əks etdirmək məqsədi 

ilə, həm bazar, həm də kredit riski elementlərini daxil etməlidir. Digər elementlər, məsələn 

əməliyyat  riskinin  miqdarını  təyin  etmək  üçün  metodologiyalar  mövcud  olduqda  istifadə 

olunmalıdır. 



Yüklə 247,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə