Risklərin İdarə Edilməsi Standartı Mündəricat



Yüklə 247,02 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix14.05.2018
ölçüsü247,02 Kb.
#44205
1   2   3   4   5   6   7   8

Risklərin İdarə Edilməsi Standartı                                                                   Azərbaycan Mərkəzi Bankı 

 

 



9

2.1.3

 

Bazar Risklərinin Ölçülməsi 

Mürəkkəb  bazar  risklərinin  ölçülməsi  tətbiq  edilmə  üsullarından  asılı  olaraq 

aşağıdakılardan ibarət ola bilər: 

 



Ehtimal əsasllı ölçülər (adətən 1 və 10 gün müddətində hesablanır) 

o

 



“Riskə  məruz  dəyər”  (RmD)  –  verilmiş  müddət  ərzində,  müəyyən  əminliklə 

(normal  olaraq  99%)  ehtimal  olunan  zərərin  maksimum  məbləğinin  müəyyən 

edilməsidir.  Həmin  məbləğ  bankın  aktivləri  üzrə  portfelinin    gələcəkdə 

bölüşdürülməsi  və yaxud standart meyllilikdən asılı olaraq ehtimal olunan itki üçün 

məlumat  olacaqdır.  

Məlumatın  mövcud olmasından  asılı  olaraq, bankın  aktivlərini  dəyərləndirmək  üçün  

müxtəlif  metodlardan,    həmçinin  analitik  metodlardan  (RiscMetrics,  Parametric 

RmD)  istifadə  etmək  olar  ki,  burada  RmD  qapalı  tipli  formula  ilə  əldə  edilir.  Bu 

metodlar  portfelin  dəyərinin  gələcəkdə  bölüşdürülməsi  (Qaus  bölüşdürməsi) 

ehtimallarını  təxmin  edir  və  RmD  bu  bölüşdürmənin  bəzi  statistikası  (standart 

bölünmə)  ilə  ifadə  edilir.  Analitik  metodlar  bu  statistikanın  əldə  olunmasına  görə 

fərqlənir. Əlavə olaraq, simulyasiya (Monte Karlo, tarixi simulyasiya)  kimi müxtəlif 

metodlardan  istifadə oluna  bilər.  Bu  metodlar portfelin  dəyərinin  hərəkətini  yaradan 

müxtəlif  ssenarilərin  hazırlanmasını  nəzərə  alır  və  beləliklə  portfelin  gələcəkdəki 

dəyərinin  nümunəsi  əldə  edlir.  Simulyasiya  metodundan  istifadə  edərkən,  RmD 

portfelin dəyərinin nümunəsinin həqiqi göstəricisi kimi ifadə oluna bilər. Tutuşdurma 

məqsədləri  üçün  müxtəlif  metodlardan  istifadə  etməklə  RmD-i  təxmin  etmək 

məqsədəuyğun hesab edilir. 

o

 

Gözlənilən  gələcək  portfelin  dəyəri:  bu,  bankın  portfel  dəyərinin 



bölüşdürülməsi ehtimalının statistik üsuludur. 

 



Həssaslıq  ölçüləri  –  spesifik  bazar  riski  amilləri  üzrə  portfel  dəyərinin  həssaslığıdır. 

Bu  metod  ayrı-ayrı    elementlərin  dəyişikliyə  həssaslıq  dərəcəsini  göstərmək  üçün 

hesablanır və bəzi RmD modellərinə giriş kimi tətbiq edilə bilər. 

 



Stres  testi  –  bu,  ekstremal  bazar  dəyişikliklərindən  yaranan  maksimal  potensial 

zərərləri  qiymətləndirmək  üçün  nəzərdə  tutulan  hesablamadır  və  modelin  ehtimallarının 

intensivliyi və sabitliyi ilə bağlı sübutlar əldə etmək üçün istifadə edilir.  

 



Senarilərin  təhlili  –  bu  statistik  metod,  müxtəlif  senarilərin  portfelin  dəyərinə  necə 

təsir  göstərəcəyini  müəyyənləşdirmək  üçün  risk  modelinə  qabaqcadan  müəyyən  edilmiş 

bəzi  bazar  senarilərinin  tətbiq  edilməsini  tələb  edir.  Bu  yoxlamaların  nəticələri  gələcəkdə 

müxtəlif  vəziyyətlərə  tab  gətirmək  üçün  yaradılmalı  risklərin  idarə  edilməsi  strategiyaları 

haqqında ətraflı məlumatın təmin edilməsinə köməklik göstərir. 

Bütün  risk  meyarları  “geri  yoxlama”  prinsipinə  tabe  olmalıdır.  Geri  yoxlama  prinsipi 

hesablama prosesinin  gözlənilən  nəticələrə uyğun olmasını  və  əvvəl  hesablanmış dəyərlər 

və  ehtimalların  düzgün  olmadığı  halda,  modelə  dəyişikliklər  edilməsi  və  cari  bazar 

prosesinə və şərtlərinə uyğunluğunu təmin etmək üçün aparılır. 

2.1.4

 

Bazar riskinin daha bəsit yollarla ölçülməsi 

Qiymətləndirmənin  ehtimal-əsaslı  üsullarını  tətbiq  etmək  üçün  kifayət  qədər  etibarlı 

məlumat bazası olmadıqda  nisbətən sadə metodologiya tətbiq edilməlidir. 

Faiz  dərəcəsi  riskini  qiymətləndirmək  üçün  Risklərin  İdarə  Edilməsi  Departamenti 

potensial  faiz  dərəcəsi  dəyişikliklərinin  senarilərini  nəzərdən  keçirməli  və  bankın  faiz 

gətirən  aktivlərinin  həssaslığını  gəlir  əyrisindəki  dəyişikliklərlə  hesablamalıdır.  Alınan 

nəticələr sonradan Risklərin İdarə Edilməsi Komitəsi tərəfindən müəyyən edilmiş limitlərlə 

müqayisə edilməlidir. 



Risklərin İdarə Edilməsi Standartı                                                                   Azərbaycan Mərkəzi Bankı 

 

 



10

Bankın xarici valyuta riski ilə üzləşmək təhlükəsinin həcmi, bankın hər bir valyutada ilin 

sonuna  olan  vəziyyətinin  mütləq  dəyərinin  cari  mübadilə  məzənnəsi  ilə  müqayisədə 

gələcək  mübadilə  məzənnələrindəki  mümkün  dəyişikliklərini  əks  etdirən  əmsallara 

vurmaqla  qiymətləndirilə  bilər.  Bu  zaman  yaranan  nəticələr  Risklərin  İdarə  Edilməsi 

Komitəsi  tərəfindən  müəyyən  edilmiş  limitlər  ilə  üzləşdirilməlidir.Mümkün  olduqda, 

nəticələr  Riskə  məruz  Dəyər  metodologiyası  kimi  digər  metodların  yaratdığı  nəticələrlə 

müqayisə edilməlidir. 



Kapital  riskini  qiymətləndirmək  üçün  Risklərin  İdarə  Edilməsi  Komitəsi,  kapital 

qiymətlərindəki 

tarixi 

dəyişiklikləri 



təhlil 

etməli 


və 

onların 


dəyişkənliyini 

qiymətləndirməlidir.  Bankın  kapital  riski  əldə  edilmiş  iştirakda  (kapitalda)  bankın  payına 

və həmin kapitalın dəyişkənliyinə mütənasibdir. 

2.1.5

 

Risklərin toplanması 

Arzu olunur ki, bütün risk meyarları (mümkün olduqda) ümumi bank səviyyəsində deyil, 

həmçinin biznes bölməsi və daha aşağı səviyyələrdə, ayrı-ayrı fərdi əməliyyat səviyyəsində 

toplansın ki, risk meyarları gözlənilməyən daha uzaq şübhəli nəticələri təhlil etməyə imkan 

versin. 

2.2.

 

Kredit riski 

2.2.1.

 

Anlayış

 

Kredit  riski,  aktivin  dəyərini  itirməsinə  və  yaxud  dəyərsiz  hala  düşməsinə  səbəb  olan, 

borcalanın  maliyyə  vəziyyətinin  pisləşməsi  kimi  hadisəsindən  (balansdankənar  hadisələr 

daxil olmaqla) yaranan zərər ehtimalıdır. Kredit risklərinin idarə edilməsində məqsəd, belə 

kredit  hadisələrini  aradan  qaldırmaq,  kredit  riski  təhlükəsini  məqbul  olan  parametrlər 

daxilində  saxlamaq,  bank  aktivlərinin  sağlamlığını  qorumaq  və  onlardan  əldə  olunacaq 

gəlirlərin    itkilərin    örtəcəyini  təmin  etməkdən  ibarətdir.  Banklar,  bütün  kredit  portfelinin 

riskini,  eləcə  də  ayrı-ayrı  kreditlərdə  və  ya  əməliyyatlarda  mövcud  olan  riskləri  idarə 

etməlidir. 

2.2.2.

 

Kredit siyasəti 

Bankın  kredit  siyasəti,  bankın  korporativ  prinsiplərinə  və  davranış  qaydalarına  uyğun  

aydın müəyyən edilmiş, hərtərəfli düşünülmüş əməliyyat anlayışlarından, qaydalarından və 

kredit əməliyyatları üzrə standartlardan ibarət olmalıdır. 

Kredit  riskinin  idarə  edilməsi  qaydaları  başa  düşülən  formada  aşağıdakılara  aydınlıq 

gətirməlidir: 

 

Kredit ərizələrinin qiymətləndirilməsi qaydalarına; 



 

Bank  tərəfindən  ayrı-ayrı  kreditlərinin  müntəzəm  olaraq  təhlili,  aktivlərin 



təsnifləşdirilməsi və ehtiyatların yaradılması üzrə qaydalara; 

 



Problemli kreditləri müzakirə etmək üçün ümumi struktur və spesifik qaydalara; 

 



Balansdankənar risk təhlükəsinə baxılmasına; 

 



Kredit zərəri üzrə ehtiyatların yaradılmasının, kreditlərin balansdan silinmələrinin və 

gözlənilən həqiqi ödəmə məbləğlərinin əks etdirməsini təmin edən prosedurlara; 

 

Problemli  kreditlərə  gündəlik  nəzarət  və  vaxtı  ötmüş  kreditlərin  yığılması  üçün 



prosedurlara və təşkilati resurslara; 

 



Kreditlərin,  aktivlərin  təsnifləşdirilməsi  və  ehtiyatların  yaradılması  ilə  əlaqədar 

Müşahidə Şurasına təqdim olunan müntəzəm hesabatların strukturuna; 




Yüklə 247,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə