Risklərin İdarə Edilməsi Standartı Mündəricat


Risklərin İdarə Edilməsi Standartı                                                                   Azərbaycan Mərkəzi Bankı



Yüklə 247,02 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix14.05.2018
ölçüsü247,02 Kb.
#44205
1   2   3   4   5   6   7   8

Risklərin İdarə Edilməsi Standartı                                                                   Azərbaycan Mərkəzi Bankı 

 

 



7

dəstək  və  nəzarət  funksiyaları  ilə  yanaşı  Risklərin  İdarəedilməsi  Departamentinin  üzərinə 

düşür.  Məsələn,  İdarə  Heyəti  üçün  risklərin  idarə  edilməsi  haqqında  hesabatların 

hazırlanması,  yeni  bank  xidmətlərinin  yaradılmasında  iştirak,  Xəzinədarlıq  Departamenti 

üçün hecinq strategiyalarının hazırlanması. 

Bankın hər bir əməliyyat bölməsinin rəhbəri öz sahəsində yaranan risklərə görə məsuliyyət 

daşıyır.  Fəaliyyətin  həcminə  münasib  olaraq,  əməliyyat  bölmələri  daxilində  müstəqil  risk 

menecerləri təyin  edilə bilərlər. Bunların  vəzifələri başlıca olaraq, risklərin  idarə edilməsi 

haqqında məlumatı hazırlayıb  əməliyyat bölmələri rəhbərlərinə və risklərin idarə edilməsi 

üzrə məsul işçilərə təqdim etməkdən ibarət olacaq. 

Bu hesabatların məzmunu fəaliyyət tələblərindən və bankın üzləşdiyi risklərdən asılıdır  və 

aşağıdakılardan ibarət ola bilər: 

 

Bankın kredit və investisiya portfellərinin tərkibi; 



 

Portfel  üzrə  analitik  metodlarla  (Risk  Metrik  sistemi,  Riskə  məruz  dəyər  ,  Stres 



testinin dəyəri, Həsasslıq) təhlillərin nəticələri; 

 



İnvestisiya  portfelində  yaranan  əməliyyat  gecikmələri  (məsələn:  alınmış  qiymətli 

kağızın ödənilməsinin gecikdirilməsi); 

 

Sonuncu  hesabat  tarixindən  sonra  qarşı  tərəf  üzrə  baş  vermiş  risk    limitlərinin 



aşılması; 

 



Kredit portfelindəki ümidsiz borcların siyahısı; 

 



Sonuncu hesabat tarixindən sonra yaranan əməliyyat zərərləri 

Səmərəliliyin qiymətləndirilməsi 

İdarə  Heyəti  müntəzəm  olaraq  bankın  daxili  nəzarət  və  risklərin  idarə  edilməsi 

infrastrukturunun  müstəqilliyini  və  ümumi  effektivliyini  qiymətləndirməlidir.  Onlar 

müstəqil  hesabatlar  formasında  əmin  olmalıdırlar  ki,  nəzarət  və  risk  infrastrukturu  hər 

zaman  effektiv tətbiq olunur. Bu hesabatlar təşkilat daxilində risklərin  idarə edilməsi üzrə 

məsul olan  işçilər, o cümlədən menecerlər tərəfindən hazırlanmalıdır. Daxili auditorlar öz 

işlərinin  əsas  hissəsi  kimi  müstəqil  qiymətləndirmələr  aparmalıdırlar.  Risklərin  idarə 

edilməsi  infrastrukturu  və  bankın  fəaliyyətinə  xas  olan    risklər  üzrə  ətraflı  bilikləri  olan 

məsləhətçilər  və  auditorlar  kimi  kənar  peşəkarlar  tərəfindən  hər  il  ən  azı  bir  müstəqil 

qiymətləndirmənin həyata keçirilməsi təmin edilməlidir. 

Daxili  audit  bölməsi  risklərin  idarə  edilməsi  qaydalarına  uyğun  olaraq,  bank  tərəfindən 

nəzarət  qaydalarına  əməl  olunub-olunmamasının  yoxlanılmasını  və  mövcud  qaydaların 

adekvatlığının və uyğunluğunun müəyyənləşdirilməsini iş planında nəzərdə tutmalıdır. Bu 

səbəbdən,  iş  planına  risklərin  idarə  edilməsı  strukturunun  fəaliyyətinə  müntəzəm  nəzarət 

etmək üçün iş cədvəli daxil olmalıdır. Kənar auditorlardan bunu təhlil etmək və bu barədə 

şərh  vermək tələb oluna bilər. Daxili auditorlar, risklərin  idarə edilmə prosesini  və daxili 

nəzarəti müntəzəm  surətdə  yoxlamalıdırlar.  Daxili auditin  intensivliyi  və  həyata  keçirilmə 

tezliyi  nöqsanlar  aşkar  edildikdə,  bankın  metodologiyasına,  daxili  nəzarət  strukturuna  və 

yaxud ümumi risk mexanizminə əhəmiyyətli dəyişikliklər edildikdə artırılmalıdır. 

Daxili  audit  bölməsinin  işindən  və  hesabatlarından  istifadə  edərək,  Audit  Komitəsi 

təsdiqlənmiş  risklərin  idarə  edilməsi  qaydalarına  riayət  olunmasından,  prosedurlarının 

səmərəli  şəkildə  həyata  keçirilməsindən  və  bankın  gündəlik  fəaliyyətində  daxili  nəzarət 

qaydalarına  riayət  edilməsındən  əmin  olmalıdır.  Daxili  auditorlar  yoxlama  zamanı  aşkar 

edilmiş  nöqsanları  aradan  qaldırmaq  üçün  dərhal  tədbirlərin  görülməsini  təmin  edəcək 

Audit Komitəsindəki məsul şəxsə hesabat verməlidirlər. Tələb olunduqda, onlar Müşahidə 

Şurasına və İdarə Heyətinə bu barədə lazımi hesabatları təqdim edilməlidirlər.  




Risklərin İdarə Edilməsi Standartı                                                                   Azərbaycan Mərkəzi Bankı 

 

 



8

Kənar auditorlar risklərin idarə edilməsi funksiyasının tamlığını və müstəqilliyini, risklərin 

idarə  edilməsi  qaydalarına  və  prosedurlarına  riayət  olunmasını  qiymətlindirməli  və  bu 

barədə  Müşahidə  Şurasına,  Audit  Komitəsinə  və  İdarə  Heyətinə  hesabat  verməlidirlər. 

Buraya ən azı hər il bir dəfə risk nəzarətinin və prosedurların dəyişdirilməsinin təhlili daxil 

olmalıdır. 



2.

 

Risklərin idarə edilməsi, hesabat vermə və nəzarət 

2.1.

 

Bazar riski 

2.1.1

 

Anlayış

 

Bazar riski - faiz dərəcəsi, xarici valyuta məzənnəsi və kapitalın ( həmçinin bazar qiymətli 

kağızların)  qiymətlərindəki  enib-qalxmaların  nəticəsində  bank  aktivinin  bazar  dəyərini 

dəyişməsindən  itkiyə  səbəb  ola  bilən  ehtimaldır.  Bu  anlayışa  əsasən  bazar  riski    riskin 

mənbəyindən asılı olaraq aşağıdakı kateqoriyalara bölünə bilər: 

 



Faiz dərəcəsi riski – faiz dərəcəsinin dəyişilməsi nəticəsində yaranan riskdir. Bu risk 

mənbəyi ilk növbədə faiz gətirən maliyyə alətlərinə təsir edir; 

 

Xarici  valyuta  riski  –  valyuta  məzənnələrindəki  dəyişikliklərə  görə  yaranan  riskdir. 



Bu  risk  mənbəyi  xarici  valyutada  yerləşdirilən  alətlərin  portfelinə  təsir  edir.  O,  həmçinin 

ticarət  əməliyyatları  müxtəlif  valyutalarda  aparıldıqda  və  sonradan  qiymətləndirmə  uçotu 

və  hesabatları  yerli  valyutaya  çevirildikdə  bankın  ümumi  portfeli  xarici  valyuta  riski  ilə 

üzləşə bilər; 

 

Kapital  riski  –  kapitalın  və  digər  bazar  giymətli  kağızlarının  qiymətlərindəki 



dəyişikliklərə  görə  yaranan riskdir. Bu risk mənbəyi  kapital portfelinə, eləcə də hecinq və 

spekulyasiya məqsədləri üçün istifadə edilən kapitalın törəmə alətlərinə təsir göstərir; 

 

Əmtəə-mal riski - əmtəə-mal qiymətlərindəki dəyişikliklərə görə yaranan riskdir. Bu 



risk mənbəyinin təsir göstərdiyi portfellər faktiki əmtəələrdən (məsələn, qızıl) və  ya əmtəə 

fyuçerslərindən  və  forvard  müqavilələrindən  ibarət  ola  bilər.  Bu  riskin  banklara  təsiri 

onların fəaliyyətindən asılı olacaqdır.    

2.1.2

 

Qiymətləndirmə 

Bank Risklərin İdarəedilməsi Departamenti vasitəsilə yuxarıda qeyd olunan risk növləri ilə 

üzləşmə təhlükəsinə nəzarət etməlidir. Bunu seçilmiş modelə uyğun olaraq bir neçə üsulla 

həyata keçirmək olar. Bundan başqa bank faiz dərəcəsi, xarici valyuta məzənnəsi və kapital 

(bazar  qiymətli  kağızların)  qiymətlərindəki  enib-qalxmaların  nəticəsində  yaranan  risklərə 

birgə  nəzarət  edən  daha  təkmilləşmiş  yanaşma  tətbiq  etməlidir  və  onların  hərəkətindəki 

qarşılıqlı əlaqəni nəzərə almalıdır. 

Bütün mövqelər Müşahidə Şurası tərəfindən təsdiq edilən prosedur və qaydalardan istifadə 

etməklə  ən  azı  gündəlik  sərbəst  olaraq  və  cari  bazar  şəraitinə  uyğun  yenidən 

qiymətləndirilməlidir.  Cari  bazar  şəraitində  yenidənqiymətləndirmə,  mümkün  olduqda, 

bazar  yönəmli  müstəqil  treyderlərin  qüvvələrdən  istifadə  edərək  hesablanmalıdır.  Bu 

yenidənqiymətləndirmə  həm  bazar,  həm  də  kredit  riskini  hesablamaq  üçün  əsas  şərtləri 

müəyyən edir. 

Müəyyən  qiymətləndirmə  alqoritmləri  bank  portfelnin  tərkibindən  və  bazar  haqqında 

məlumatların mövcudluğundan asılıdır. Mümkün qiymətləndirmə üsullarının ətraflı təsviri 

iri həcmli olduğundan bu Standarta daxil edilməmişdir. 

Ayrı-ayrı  mövqelərin  və  ümumi  portfelin  cari  bazar  şəraitində  yenidənqiymətləndirilməsi 

bütün risk ölçüləri üçün əsasdır. 




Yüklə 247,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə