Risklərin İdarə Edilməsi Standartı Mündəricat


Risklərin İdarə Edilməsi Standartı                                                                   Azərbaycan Mərkəzi Bankı



Yüklə 247,02 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix14.05.2018
ölçüsü247,02 Kb.
#44205
1   2   3   4   5   6   7   8

Risklərin İdarə Edilməsi Standartı                                                                   Azərbaycan Mərkəzi Bankı 

 

 



5

Risklərin idarə edilməsi böllməsi 

Risklərin idarə edilməsi bölməsinin məqsədi gündəlik olaraq RİK-in fəaliyyətinə əməliyyat 

dəstəyinin  təmin  edilməsidir.  Risklərin  idarə  edilməsi  bölməsinə  RİK  tərəfindən  verilən 

spesifik tapşırıqlar bankın fəaliyyətinin xüsusiyyətindən asılıdır. 

Risklərin  idarə  edilməsi  bölməsi  bankın  fəaliyyətinin  Müşahidə  Şurası  tərəfindən 

təsdiqlənən  risk  limitləri  çərçivəsində  həyata  keçirilməsinə  nəzarət  edir.  Risklərin  idarə 

edilməsi  bölməsi  hər  bir  əməliyyat  bölməsinin  fəaliyyəti  nəticəsində  üzləşdiyi  bütün 

spesefik risklərin müəyyən edilməsini, onların idarə edilməsi üçün qayda və prosedurları, o 

cümlədən hər bir işçinin risklərin idarə edilməsi sahəsində vəzifə təlimatının hazırlamasını 

təmin  edir.  Həmçinin,  Risklərin  idarə  edilməsi  bölməsi  hər  bir    əməliyyat  bölməsində 

risklərin  idarə  edilməsi  fəaliyyəti  barədə  müntəzəm  olaraq  hesabatları  təqdim  edən 

sistemin  fəaliyyət  göstərməsini  təmin  etməlidir.  Bu  səbəbdən  Risklərin  idarə  edilməsi 

bölməsini  əməliyyatlar  barədə  məlumatla  təmin  edən  bölmələr  bank  fəaliyyətini  həyata 

keçirən  əməliyyat  bölmələrindən  müstəqil  olmalıdır.  Əməliyyat  bölmələri  müəyyən 

edilmiş  limitləri  aşarsa,  baş  verən  pozuntu  halları  barədə  Risklərin  idarə  edilməsi 

bölməsinə məlumat verilir. Risklərin idarə edilməsi bölməsi yarana bilən riskləri müzakirə 

edir və təcili görülməli tədbirlər barədə RİK-ə məruzə edir. 

Risklərin idarə edilməsi qaydaları 

Risklərin  idarə  edilməsi  qaydaları,  bankda  risklərin  idarə  edilməsi  düzgün  tətbiqini  təmin 

etmək  məqsədilə  riayət  olunmalı  prosedurları  tam  və  aydın  müəyyən  edən  daxili 

qaydalardır.  

Bu qaydalar,  Risklərin  idarə  edilməsi  bölməsi  və    RİK  tərəfindən  hazırlanır,  İdarə  Heyəti 

ilə razılaşdırılır və Müşahidə Şurası tərəfindən təsdiq edilir.  

Risklərin  idarə  edilməsi  qaydaları  bankın  fəaliyyətinə  və  üzləşdiyi  risklərə  uyğun  olması 

məqsədi  ilə  müntəzəm  olaraq  RİK  tərəfindən  təhlil  edilir,  təkmilləşdirilməsinə  və  ya 

yenidən  işlənməsi  barədə  rəyə  gəldikdə  bunu  həyata  keçirir  və  müvafiq  qaydada  təsdiq 

olunması üçün tədbirlər görür. 

Risklərin idarə edilməsi qaydaları hazırlanarkən aşağıdakılar nəzərə alınmalıdır: 

 



Bankın ümumi biznes strategiyası; 

 



Bankın riskə qarşı dözümlülüyü. Bu hədəflənmiş mənfəəti əldə etmək üçün bank öz 

üzərinə  götürəcək  vəzifələrin  və  həyata  keçirəcək  əməliyyatların  risk  dərəcəsidir.  Riskə 

qarşı dözümlülük səviyyəsi öz əksini bankın əməliyyat bölmələri üçün təyin edilmiş  risk 

limitlərində tapır; 

 

Bank tərəfindən aparılan əməliyyatların həcmi, xüsusiyyəti və mürəkkəbliyi; 



 

Daxili nəzarət prosedurlarının keyfiyyəti; 



 

Daxili  təcrübənin  səviyyəsi.  Bu  səviyyə  risklərin  idarə  edilməsi  bölməsinin 



əməkdaşlarının  müvafiq  sahədə  müxtəlif  tapşırıqların  yerinə  yetirməsi  üçün  tələb  olunan 

xüsusi bilik və təcrübəyə malik olmaları ilə müəyyən edilir; 

 

Bankın  keçmiş risk təcrübəsi və risklərin təzahürü. Bəzən  bankın  keçmiş  fəaliyyəti 



nəticəsində bəzi risk amilləri özünü elə göstərir ki, onların gələcəkdə ayrıca olaraq nəzarət 

edilməsi və qiymətləndirilməsi tələb edilir; 

 

Bankın  mükafatlandırma  siyasəti  və  xüsusilə  bank  rəhbərliyinin  və  işçilərinin 



mükafatlandırılmasının  bankın  fəaliyyət  nəticələrindən  asılılığı. Buraya  hər  bir  işçinin  və 

hər  bir  istiqamətdə  fəaliyyətinin  qiymətləndirilməsi  üçün  bal  sistemi  və  balların 

mükafatlandırma məbləği ilə uyğunlaşdırılması daxil olmalıdır; 



Risklərin İdarə Edilməsi Standartı                                                                   Azərbaycan Mərkəzi Bankı 

 

 



6

Risklərin  idarə edilməsi bölməsi risklərin  idarə edilməsi qaydalarını tərtib edərkən  hüquq, 

vergi  və  mühasibat  uçotu  məsələləri  kimi  digər  amilləri    nəzərə  almalıdır,  çünki  bu 

məsələlər bankın limit strukturuna təsir göstərə bilər. 

Hər  bir  əsas  risk  kateqoriyası  üçün  risklərin  idarə  edilməsi  qaydaları,  Risklərin  idarə 

edilməsi  bölməsində  çalışan  mütəxəssisləri  tərəfindən    müvafiq  bölmə  rəhbərlərinin 

köməyi  ilə  tərtib  edilməli  və  RİK-ə  təqdim  olunmalıdır.  RİK-in  tövsiyyələri  əsasında  bu 

qaydalar Müşahidə Şurası tərəfindən təsdiq edilir.  

Risklərin  idarə  edilməsi  bölməsi  və  RİK  müntəzəm  olaraq  hər  bir  risk  kateqoriyası  üzrə 

risklərin  idarə  edilməsi  qaydalarına  düzəlişlər  etmək  üçün  tövsiyələr  verir.  Bundan  əlavə 

lazım  gəldikdə Risklərin  idarə edilməsi  bölməsi bankın  spesifik risklərinin  idarə edilməsi 

qaydalarında fəaliyyət mühitindəki yeni hadisələri dərhal və uyğun olaraq əks etdirilməsini 

təmin edir. 

Səlahiyyət iyerarxiyası  və səriştə səviyyələri 

Bankın  təşkilati  strukturu  aydın  iyerarxiyaya  və  səlahiyyətlərə  malik  olmalıdır  ki, 

Müşahidə  Şurası  və  İdarə  Heyəti  bankın  fəaliyyətinə  və  fəaliyyət  nəticəsində  yaranan 

risklərinə nəzarət etmək iqtidarında olsun. 

Müşahidə  Şurası  İdarə  Heyətinin  tərkibini  elə  müəyyənləşdirməlidir  ki,  onun  üzvləri 

bankın fəaliyyətinin həcminə və xüsusiyyətinə uyğun lazımi səriştəyə, bankın dəyişən risk 

profili və xarici bazarın inkişafı haqqında məlumatların yiyələnməsinə malik olsunlar.   

İdarə  Heyəti  öz  fəaliyyətləri  ilə  əlaqədar  əsas  riskləri  anlamalı  və  bankın  effektiv  və 

nəzarət  olunan  qaydada  fəaliyyət  göstərməsi  üçün  mükəmməl  və  etibarlı  daxili  nəzarət 

mühitinin  yaranmasına  və  saxlanmasına  sadiq  olmalıdır.  Daxili  nəzarət  qaydaları,  bankın 

fəaliyyətinin  xüsusiyyətinə  və  həcminə,  üzləşdiyi  risklərə  uyğun  olmalıdır.    Bu  qaydalar 

üzrə məsuliyyəti İdarə Heyəti daşımalı və aşağıdakıları əhatə etməlidir: 

 

Təşkilati  strukturda:  səlahiyyətlər  iyerarxiyası,  vəzifə  və  məsuliyyət,  o  cümlədən, 



səlahiyyətlərin  həvalə  olunması,  qərarların  qəbul  edilməsi  prosedurları  və  önəmli 

funksiyaların  bölüşdürülməsi  aydın  şəkildə  müəyyənləşdirilməlidir.  Bu  proses  strateji 

planlaşdırma prosesi ilə əlaqələndirilməlidir; 

 



Maliyyə  və  uçot prosedurları:  buraya  maliyyə  nəzarəti  üzrə  məsuliyyət,  o  cümlədən 

hesabların  tutuşdurulması,  nəzarət  siyahıları,  rəhbərlik  üçün  maliyyə  və  qeyri-maliyyə 

əməliyyat məlumatları daxildir; 

 



Əməliyyat  nəzarəti:  buraya  əsas  nəzarət  prosedurları,  o  cümlədən  vəzifələrin 

bölüşdürülməsi, çarpaz yoxlamalar, aktivlərin ikitərəfli nəzarəti, ikitərəfli imzalanmalar və 

s. daxildir; 

 



Aktiv və investisiyaların qorunması, o cümlədən fiziki nəzarət. 

Risklərin idarə edilməsi səlahiyyətlərinin həvalə edilməsi 

Bankın təşkilati strukturunda risklərin idarəedilməsi sisteminin əsasları təmin etməlidir ki, 

onun  əsasında  risklərin  idarə  edilməsi  səlahiyyətləri  Müşahidə  Şurası  və  İdarə  Heyəti 

tərəfindən  müəyyən  edilmiş  aydın  tapşırıqlar  çərçivəsində  əməliyyat  bölmələrinə  həvalə 

edilsin, RİK və Risklərin İdarəedilməsi Departamenti tərəfindən nəzarət edilsin. 

İdarə  Heyəti,  Risklərin  İdarəedilməsi  Departamentindən  mütəmadi  olaraq  idarəedici 

məlumat  almalı  və  bu  məlumatdan  işgüzar  qərarların  qəbul  edilməsi  prosesində  istifadə 

etməlidir. 

Ümumi  təşkilati  struktur  daxilində  Risklərin  İdarəedilməsi  Departamenti  bankın  risk 

strategiyasının  və  risklərin  idarə  edilməsi  qaydalarının  tətbiq  edilməsinə  məsul  olmalıdır. 

Risklərə  nəzarət,  onların  ölçülməsi  və  qiymətləndirilməsi  üzrə  gündəlik  məsuliyyət,  digər 



Yüklə 247,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə