Risklərin İdarə Edilməsi Standartı Mündəricat



Yüklə 247,02 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix14.05.2018
ölçüsü247,02 Kb.
#44205
1   2   3   4   5   6   7   8

Risklərin İdarə Edilməsi Standartı                                                                   Azərbaycan Mərkəzi Bankı 

 

 



15

2.6.2.

 

Bazar riski limitləri 

Bazar  riski  limitləri,  biznes  bölmələri  və  treyderlər  üzrə  müəyyən  edilməli  və  nəzarət 

edilməlidir. Limitlərin ehtimallarla ölçülməsi, (məsələn Riskə məruz Dəyər) müxtəlif bazar 

və  yaxud  bank  xidmətləri  üzrə  mövqeləri  ümumi  ölçü  vasitəsilə  müqayisə  etmək  imkanı 

yaratdığı  üçün  əhəmiyyətli  üstünlüklərə  malikdir.  Riskə  məruz  Dəyər  limitləri  istifadə 

olunmadıqda, biznes bölməsi və treyderlər səviyyəsində həssaslıq limitləri müəyyən edilə 

bilər. 

2.6.3.

 

Kredit riski limitləri 

Kredit  limitləri  hər  bir  qarşı  tərəf  və  yaxud  müştəri  üçün  müəyyən  edilməlidir.  Biznes 

bölmələri,  yeni  kredit  öhdəlikləri  qəbul  etməzdən  əvvəl  Risklərin  İdarə  Edilməsi 

Departamenti  ilə  kredit  limitlərinin  mövcudluğunu  yoxlanmalıdır.  Bundan  əlavə,  limitlər 

hər  bir  qarşı  tərəf  üçün  aşağıdakıları  nəzərə  almaqla  “ölçülə  bilən”  kredit  riskləri  üçün 

müəyyən edilə bilər: 

 

Bazarla əlaqədar əməliyyatlar üzrə potensial təhlükələr  



 

Təsbit edilmiş və ya birbaşa kredit təhlükələri üçün 



 

Tam dəyər əsasında kreditin ödənilməsi riski. 



2.6.4.

 

Cəmləşmə riski 

Risklərin  idarə  edilməsi  Komitəsi  tərəfindən  kreditlərin  cəmləşməsi  limitləri  də  müəyyən 

olunur. Bu limitlərə aşağıdakılarla bağlı risklərin cəmlənməsi nəzərdə tutulur: 

 



Qarşı tərəf qrupları (məsələn, qarşılıqlı əlaqəli müəssisələr) 

 



Ayrı-ayrı ölkələr və ya ölkə qrupları 

 



Sənaye sektorları 

 



Kredit reytinqi 

2.6.5.

 

Limitlərin təhlili 

Risk limitləri mütəmadi olaraq və tələb olunduqda təhlil edilməlidir. Bu proses, illik (və ya 

daha  müntəzəm)  büdcə  və  planlaşdırma  prosesinə  bağlı  olmalıdır  və  keçmiş  və  gələcək 

risklə-ölçülən  fəaliyyəti,  eləcə  də  strateji  qərarları  nəzərə  almalıdır.  Ayrı-ayrı  əməliyyat 

limitləri daha müntəzəm şəkildə Risklərin İdarə Edilməsi Komitəsi tərəfindən deyil, biznes 

bölmələrinin başçıları tərəfindən təhlil edilə bilər. 

Yeni xidmətlər üçün rəsmi proses müəyyən edilməlidir. Bu prosesə yeni xidmətin məntiqi 

əsaslandırması, mövcud sənədlərə edilməli dəyişikliklər, qiymətləndirmə prosesi, potensial 

qarşı  tərəflərin  siyahısı,  müvafiq  nəzarət  prosedurları,  sistemlərin  və  risk  təhlili 

vasitələrinin mövcud olması barədə tam məlumat daxildir. 



2.7.

 

Gəlir və xərc bölgüsü 

Gəlir  və  xərclər onları  yaradan biznes bölmələri arasında elə bölüşdürülməlidir ki, hər bir 

biznes  bölməsinin  ümumi  mənfəətə  əlavəsi  haqqında  İdarə  Heyətində  aydın  təsəvvür 

yaransın və beləliklə müəssisənin gəlirliyi ilə əlaqədar risklərin idarə edilməsi üçün kifayət 

qədər məlumat əldə edilsin. 

Gəlir  və  xərclərlə  bağlı  davamlı  və  obyektiv  bölgü  qaydaları  tətbiq  edilməlidir.  Gəlirin 

uçotu  iqtisadi  reallığı  əks  etdirməlidir.  Təkmilləşdirilmiş  risklərin  idarə  edilməsi 

sistemlərində  risklə-ölçülmüş  fəaliyyətin  qiymətləndirilməsini  (RÖFQ)  həyata  keçirmək 

üçün  bu  cür  bölgü  qaydaları  tələb  olunur.  RÖFQ  hesablamalarına  Riskə  məruz  Kapital 

anlayışı aiddir və bunların həyata keçirilməsində çətinliklər ortaya çıxa bilər. 




Risklərin İdarə Edilməsi Standartı                                                                   Azərbaycan Mərkəzi Bankı 

 

 



16

Rəhbərlik, 

biznes 

fəaliyyətini 



dəstəkləmək 

məqsədilə, 

bank 

kapitalının 



və 

bölüşdürülməmiş mənfəətinin bölgüsünü müzakirə edərkən tam və davamlı informasiyaya 

əsaslanmalıdır.  Biznes  bölmələrinə  aid  olan  mənfəət  və  zərərlərin  düzgün  müqayisəsini 

aparmaq üçün, heç bir biznes bölməsi sərbəst vəsaitlərdən, o cümlədən, bank kapitalının və 

bölüşdürülməmiş  mənfəətin  sərbəst  istifadəsindən  dəyərlənməməlidir.  Xəzinə  bölməsi 

digər  əməliyyat  bölmələrini  vəsaitlə  təmin  etdikdə, daxili  əməliyyatlar  üzrə qiymətqoyma 

(transfer pricing) metodundan istifadə etməklə haqq almalıdır. Bu haqqlar risklə-ölçülmüş 

fəaliyyətin qiymətləndirilməsində xərc kimi daxil edilməlidir. 



2.8.

 

Fəaliyyət nəticələrinin qiymətləndirilməsi 

Risklə  ölçülmüş  fəaliyyətin  qiymətləndirilməsi  metodologiyası,  kapital  resurslarının 

müxtəlif  biznes  bölmələri  arasında  səmərəli  şəkildə bölüşdürülməsinə  kömək  etmək  üçün 

İdarə  Heyəti  tərəfindən  istifadə  edilməlidir  ki,  risklərin  müəyyən  edilmiş  sərhədləri 

daxilində gəlirliliyi maksimuma çatdırmaq mümkün olsun. 

3.

 

Risklərin idarə edilməsi prosedurları 

İdarəetmə orqanı, bankın adından müxtəlif növ bank əməliyyatlarını həyata keçirmək üçün 

aydın səlahiyyət səviyyələrini müəyyən etməlidir. 

3.1.

 

Təsdiq etmələr və nəzarət 

Bütün  təsdiq  edilmiş  əməliyyatlar,  əməliyyatı  təşəbbüsü  ilə  birləşən  audit  izi 

saxlanılmaqla, vaxtlı-vaxtında işlənməlidir. 

Bütün  ödəmələrə  yuxarı  vəzifəli  işçi  tərəfindən  müvafiq  surətdə  icazə  verilməlidir  və 

ödəmələrə təşəbbüs edən biznes bölməsindən asılı olmayan işçi tərəfindən icra edilməlidir.  

Bankın sahib və məsul olduğu aktivlərin qorunması və müştəri aktivlərinin müəyyən edilib 

bank aktivlərindən ayrılmasını təmin etmək üçün nəzarət sistemi mövcud olmalıdır. 

3.2.

 

Nəzarət organlarına hesabatların verilməsi 

İdarəetmə orqanları nəzarət organlarına vaxtlı-vaxtında tələb olunan məlumatın verilməsini 

təmin etmək üçün lazımi tədbirlər görməlidir. 

İdarə Heyəti, müvafiq kapital tələblərinə davamlı və əyani şəkildə riayət etməlidir. 



3.3.

 

Monitorinq və qiymətləndirmə prosedurları 

Bankın  kredit  vermə  və  əməliyyat  funksiyalarının  idarəetməsindən  müstəqil  müvafiq 

xəzinə  funksiyası  olmalıdır.  Xəzinədarlıq  bölməsi  hər  bir  biznes  bölməsinin  xalis  nağd 

vəsait axınına nəzarət etmək üçün məsuliyyət daşımalıdır.  

Daxili audit bölməsi bank əməliyyatları üzərində mühasibat uçotu və digər nəzarətlə bağlı 

məsələləri  qiymətləndirməli,  İdarə  Heyətinə  və  Müşahidə  Şurasına  hesabat  verməlidir. 

Daxili audit, risklərin idarə edilməsı üzrə strategiya ilə əlaqədar yoxladığı hər bir sahədə İT 

və  digər  əməliyyat  sistemlərinin  adekvatlığını  xüsusilə  qiymətləndirməlidir  (Daxili  Audit 

Standartına bax). 

3.4.

 

Gözlənilməyən halların planlaşdırılması 

İdarə Heyəti, fəaliyyətin davamlılığı üzrə ətraflı planların  yaradılmasını  və  normal biznes 

əməliyyatlarına təsir göstərəcək hər hansı bir pozuntu halının aşkar edilməsi məqsədi ilə bu 

planların yoxlanılmasını təmin etməlidir. 




Risklərin İdarə Edilməsi Standartı                                                                   Azərbaycan Mərkəzi Bankı 

 

 



17

4.

 

İnformasiya Sistemləri və

 Risklərin idarə edilməsi 

4.1.

 

İT tətbiq etmə strukturu

 

Kompyüter  sisteminin  İT  tətbiq  etmə  strukturu,  bank  üzrə  risklərin  idarə  edilməsi 

tələblərini müəyyən etməlidir. 

Tətbiq  etmə strukturunun  tələbləri  aşağıdakılar  daxil  olmaqla  müxtəlif  növ  risklərin  idarə 

edilməsi üzrə icra edilən funsiyaları əhatə edir: 

 



Bazar və kredit risklərinin idarə edilməsi 

 



Kapital bölgüsü 

 



Aktiv və öhdəliklərin idarə edilməsi 

 



Fəaliyyət nəticələrinin qiymətləndirilməsi 

 



Nəzarət orqanına hesabatların verilməsi 

Tətbiq  etmə  strukturu  hər  bir  funksiyaya  aydınlıq  gətirməkdən  əlavə,  bu  funksiyaların 

daxilində tətbiq edilən metodologiyaları da müəyyən etməlidir. Texnoloji baxımdan, tətbiq 

etmə  strukturu  mürəkkəbləşmiş  metodologiyadan  yaranması  ehtimal  edilən  sistem 

məhdudiyyətlərini nəzərə almalıdır. 

Tətbiq  etmə  strukturu,  risk  emalının  ayrı-ayrı  biznes  bölmələrinə  mərkəzsizləşdirilməsilə 

müqayisədə  mərkəzləşdirilməsinin  növünü  və  səviyyəsini  təyin  etməlidir.  Risk  sistemləri 

üzrə  mərkəzləşdirilmiş  və  mərkəzsizləşdirilmiş  emalı  arasında  seçim  aşağıdakılar 

tərəfindən müəyyən edilir: 

 



Risklərin idarə edilməsi sistemlərinin tələb etdiyi funksiyaların icrası 

 



Tələb olunan nəzarət səviyyəsi 

 



Mərkəzləşdirilmiş sistemin həyata keçirilməsindən yaranan  asanlıqlar 

Tətbiq  etmə strukturu  planlaşdırılmamış  sorğular  daxil  olmaqla,  bütün  risk  hesabatlarının 

tezliyini və formatını təyin etməlidir. Tələb olunanlara aşağıdakılar daxildir: 

 



Front  ofis:  “həqiqi-vaxt”  rejimində  risk  hesablamalarının  və  kredit  limitlərinin 

yoxlanmasını  həyata keçirmək üçün tələb olunan risklərin idarə edilməsi sistemi; 

 

Risklərin  İdarə  Edilməsi  Departamenti:  bazar  mövqeyi  haqqında  məlumat  iş  günü 



ərzində və iş günündən sonrası müddətdə yenilənməlidir; 

 



Kreditlərin  verilməsi:  Bankın  ölçüsündən  asılı  olaraq,  kreditlər  üzrə  əməliyyatların 

həcmi haqqında məlumat iş günündən sonrakı müddətdə qruplara görə hazırlanmalıdır; 

 

Kapital  bölgüsü  və 



fəaliyyətin  qiymətləndirilməsi: 

hesablama  prosesinin 

intensivliyindən  asılı  olaraq,  strateji  idarəetmə  vasitəsi  kimi  istifadə  olunan  bu  proses 

günlük və ya hətta həftəlik olaraq hesablanmalıdır; 

 

Nəzarət  orqanlarına  hesabatların  verilməsi:  nəzarət  orqanlarının  tələblərindən  asılı 



olaraq fərqlənəcəkdir. 

Yaxşı olardı  ki, risklərin təhlili əməliyyatı  keçirməmişdən öncə prosesin bir  hissəsi  kimi, 

əməliyyatın ehtimal edilən təsiri haqqında qabaqcadan məlumat verən ssenari təhlilləri ilə  

yaradılsın.  Sonrakı  əməliyyatlar,  bütün  biznes  bölmələrinin  təsirə  məruz  qalmış 

sistemlərinin yeniləşməsi ilə həqiqi vaxtda yeniləşəcəkdir. 



Risklərin İdarə Edilməsi Standartı                                                                   Azərbaycan Mərkəzi Bankı 

 

 



18

4.2.

 

Məlumatların toplanması və tamlığı 

Məlumatların strukturu bank üzrə məlumatların toplanması tələbləri, o cümlədən, quruluşu, 

detallaşdırmanın dərəcəsi  və  yerləşdirilməsi  ilə  müəyyən edilməlidir.  Məlumatların  növü, 

dinamik və baza məlumatları daxil olmaqla nəzərə alınmalıdır. 

“Dinamik”  məlumatlar  bazara  aid  olmalıdırlar  (xarici  valyuta,  qiymətli  kağızlar)  və 

aşağıdakılar daxil olmaqla müntəzəm olaraq yenilənməlidir: 

 

Əməliyyat  haqqında  məlumatlar:  qarşı  tərəf,  xidmətin  növü,  nominal  məbləğlər, 



əməliyyat  tarixi,  nağd  vəsait  hərəkəti  haqqında  ətraflı  məlumatlar,  valyuta,  məzənnələr, 

hesablaşma  haqqında  məlumatlar  və  s.  daxil  olmaqla  əməliyyat  haqqında  ətraflı 

məlumatlar; 

 



Bazar  şəraiti  haqqında  məlumatlar:  xidmətin  növünə  və  ya  əməliyyatın  aparıldığı 

qarşı tərəfə əsasən umimiləşdirilmiş əməliyyatlar haqqında icmal məlumatlar; 

 

Qiymət/məzənnə  haqqında  məlumatlar:  bazar  qiymətlərinə  və  məzənnələrinə  dair 



məlumatı əks etdirir. 

Baza  və  yaxud  “sabit”  məlumatlar  risk  strukturuna  görə  istifadə  edilməlıdır  və 

aşağıdakıları daxil etməlidir: 

 



Məhsul  haqqında  məlumatlar:  spesifik  alətlər  və  xidmətin  növləri,  o  cümlədən 

kreditlər, qiymətli kağızlar və səhmlər haqqında məlumatı əks etdirir; 

 

Müştəri  haqqında  məlumatlar:  spesifik  qarşı  tərəflər,  eləcə  də  kredit  dərəcələri, 



əvəzləşdirmə müqavilələrinə dair məlumatı göstərir; 

 



Limit  haqqında  məlumatlar:  bazar  mövqeyi,  qarşı  tərəf  və  riskə  məruz  kapitalı  əks 

etdirir və əvvəlki sistemlərdə saxlanılan vəziyyətə istinad etməlidir; 

 

Risk  modelləri:  bank  daxilində  tətbiq  edilən  risk  modelləri  yaxşı  olardı  ki, 



mərkəzləşdirilmiş qaydada saxlanılsın və ardıcıllığı təmin etmək üçün paylanılsın. 

Məlumatların  toplanmasının effektiv həlli, icmal məlumatın mərkəzləşdirilmiş qaydada və  

ətraflı məlumatların lokal şəraitdə saxlanılmasıdır. 

Risklərin  idarə edilməsi prosesi zamanı istifadə olunan məlumatların düzgünlüyünü təmin 

etmək  üçün,  bu  cür  məlumatların  saxlanması  və  yenilənməsi  üzrə  xüsusi  inzibatçılıq 

səlahiyyətlərini  təyin  etmək  vacib  hesab  olunur.  Bu,  valyuta  məzənnələri,  qarşı  tərəf 

haqqında  ətraflı  məlumat,  risk  modelləri  və  s.  kimi  baza  məlumatları  üçün  xüsusi 

əhəmiyyət kəsb edir. Bu istiqamətdə iki metod tətbiq edilə bilər: 

 

Bölüşdürülmüş  inzibatçılıq: məsələn, xüsusi müştərilərlə münasibətlərin  yaradılması 



üçün məsuliyyət daşıyan satış sahələri, həmin qarşı tərəflər haqqında sabit məlumatlar üzrə 

məlumatın inzibatçılıq hüququnun bölgüsü. 

 

Mərkəzləşdirilmiş  inzibatçılıq:  baza  məlumatların  yenilənməsi  və  tamlığı  üçün, 



məlumatların  saxlanılması  üçün  xüsusi  funksiya  yaradılmalıdır.  Bu  proses,  çox  zaman, 

xüsusilə  hərtərəfli  inkişaf  etmiş  qlobal  banklarda  ardıcıllığın  yaradılması  üçün  daha 

effektiv metod olduğunu isbat etmişdir. 

Texniki  struktur,  sistemin  təhlükəsizliyinin  tələb  olunan  səviyyəsini  müəyyən  etməli  və 

bankın  informasiyasının  və  sistemlərinin  tamlığını  və  məxfiliyini  təmin  etməlidir. 

Təhlükəsizliyin əsas sahələrinə aşağıdakılar daxildir: 

 

Məlumatlardan istifadə etmək hüququ: sistemə girişin müxtəlif səviyyələri; 



 

İstifadəçilərə nəzarət: istifadəçilərin eyniləşdirilməsi və parollar; 




Risklərin İdarə Edilməsi Standartı                                                                   Azərbaycan Mərkəzi Bankı 

 

 



19

 



Şəbəkə təhlükəsizliyi:  kənar şəxslərin məlumatın  səlahiyyətsiz  istifadəsinin qarşısını 

almaq; 


 

Model təhlükəsizliyi: qəbul edilən fərziyyələrin və metodların mükəmməlliyini təmin 



edir. 

4.3.

 

İ.T. strukturu

 

İnformasiya  texnologiyaları  üçün  risk  strukturu,  risk  strukturu  haqqında  bilik  və  təcrübə 

yaratmaq  və  həyata  keçirmək  üçün  ixtisaslaşmış  işçi  heyətinin  işə  götürülməsini  təmin 

etməlidir.  Sistem  işçiləri  risklərin  idarə  edilməsinin  fəaliyyət  aspektləri  haqqında  dolğun 

biliyə  malik  omalıdır.  Bu  isə,  öz  növbəsində  texnoloji  və  biznes  baxımından  texniki 

problemlərin düzgün həllini sürətləndirəcəkdir. 

Risk sistemlərini  inkişaf etdirmək məqsədi  ilə  ixtisaslaşmış  işçi  heyəti,  yeni  xidmətləri  və 

metodologiyaları  nəzərə  almaqla,  sistemi  vaxtlı-vaxtında  təkmilləşdirmək  üçün  gündəlik 

dəstəkləməli və  bu sahədə təcrübəni ardıcıl surətdə inkişaf etdirməlidir. 

4.4.

 

Ehtiyat surətlərin yaradılması, bərpa etmə və fövqəladə halların 

planlaşdırılması

 

Texniki struktur bankın texniki təminatında və ya telekomunikasiya sistemlərində baş verə 

biləcək  pozuntu  hallarına  və  nasazlıqlara  tab  gətirməsini  təmin  etmək  üçün  ehtiyat 

surətlərin yaradılması və bərpa etmə üzrə adekvat prosedurlar müəyyən etməlidir. Nasazlıq 

halları  baş  verdikdə  fövqəladə  hallar  üzrə  tam  planlar  mövcud  olmalıdır.  Planların  əhatə 

etdiyi əsas sahələr aşağıdakılardır: 

 

Qəza  hallarının  aradan  qaldırılması  və  bərpa:  texniki  nasazlıq  baş  verən  zaman 



sistemlərin  müəyyən  məsafədə  və  ya  ayrıca  bir  mexanizmin  üzərində  yenidən  bərpa 

edilməsini  təmin  etmək  üçün  prosedurlar  mövcud  olmalıdır.  Yenidən  bərpa  edilməyə, 

üzləşdirici  disklər,  güzgülü  və  yaxud  ehtiyat  surətli  məlumatlar  bazasının  köməyi  ilə  nail 

olmaq olar. 

 

Sistemin  dayanmasına  qarşı  davamlılıq:  sistemlərdə  dayanmaya  qarşı  davamlılıq 



dərəcəsi  elə  quraşdırılmalıdır  ki,  texniki  nasazlıq  baş  verdikdə  sistemin  tamlığı  saxlanıla 

bilsin. 


 

Ehtiyat  surətlər:  ən  azı  hər  gün  müvafiq  ehtiyat  surətləri  yaradılmalı  və 



arxivləşdirilməlidir. 

 



Ehtiyatlar: baş verən hər hansı qəzanı müəyyən etmək və ona qarşı bir tədbir görmək 

üçün texniki ehtiyatlar 24 saat ərzində mövcud olmalıdır. 

Sistemlə bağlı yuxarıda qeyd olunan qəza hallarının bərpası və ya fövqəladə planlara əlavə 

olaraq, ümumi sistemin dayanmasına qarşı zəruri əməli prosedurlar mövcud olmalıdır. 



Standartın daxili nəzarət aspektləri 

 

Bu  Standartda  müəyyən  edilmiş  risklərin  idarə  olunması  strukturu  və  prosedurları  bankın 

daxili  nəzarət  sisteminin  gücləndirilməsi  və  bu  sahədə  ona  kömək  etmək  üçün  tərtib 

edilmişdir. Risklərin idarə olunması və daxili nəzarət üzrə əsas prinsiplər aşağıdakılardır: 

 

Bankın üzərinə götürdüyü risk öhdəlikləri üzrə məhdudiyyətlər müəyyən olunur; 



 

İşçilərə  yalnız  göstərilmiş  məhdudiyyətlər  çərçivəsində  fəaliyyət  göstərmək  üçün 



səlahiyyətlər verilməlidir; 

 



Öhdəliyin  götürülməsi,  təsdiqlənməsi  və  yerinə  yetirilməsi  üzrə    bölgü  müəyyən 

olunmalıdır; 

 

Hərtərəfli yoxlama və nəzarət sistemləri olmalıdır. 




Risklərin İdarə Edilməsi Standartı                                                                   Azərbaycan Mərkəzi Bankı 

 

 



20

 

Azərbaycan Respublikası Mərkəzi Bankı  



İdarə Heyətinin sədri

 

 

 

 

 

              E.S.Rüstəmov 

Yüklə 247,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə