Riyaziyyat 7-ci sinif



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə18/48
tarix02.01.2018
ölçüsü0,89 Mb.
#19161
1   ...   14   15   16   17   18   19   20   21   ...   48

4.  Damalı dəftərdə bərabəryanlı üçbucaq və onun təpə bucağının tənbölənini çəkin.
Üçbucağı adlandırın, bərabər bucaqları və tərəfləri göstərin (şəkil 8).
5. 
1.  Bərabəryanlı ABC üçbucağının AB oturacağına CK tənböləni çəkilmişdir. AB-
nin uzunluğunun: 1) 12 sm; 2) 25 mm; 3) 14,4 sm olduğu məlumdursa, AK və
BK parçalarının uzunluğunu müəyyən edin.
2.  Bərabəryanlı ABC üçbucağının AB oturacağına CK tənböləni çəkilmişdir. BKnın
uzunluğunun: 1) 3,4 sm; 2) 5 mm; 3) 4,45 sm olduğu məlumdursa, AB
oturacağının uzunluğunu müəyyən edin.
6.  Bərabəryanlı üçbucağın oturacağına bitişik bucaqların xassəsində şərt və hökmü
müəyyən edin. Onların yerini dəyişərək tərs teoremi söyləyin.
7. 
MNK üçbucağının MC tənböləni çəkilmişdir. ∠N = ∠K olduğu məlumdur (şəkil 9).
MN = MK olduğunu isbat edin.
8.  Bərabəryanlı üçbucağın təpə bucağının: a) 30 ; b) 120 ; c) 90  olduğu
məlumdursa, oturacağa bitişik bucaqların hər biri neçə dərəcə olar?
9. 
1.  Bərabəryanlı üçbucağın oturacağına bitişik bucaqlarından biri: 1) 89 ; 2)
120 ; 3) 90  ola bilərmi? Fikrinizi əsaslandırın.
2.  Bərabəryanlı üçbucağın oturacağına bitişik bucaqlardan biri: 1) 30 ; 2) 28 ; 3)
79  olduğu məlumdursa, üçbucağın təpə bucağını təyin edin.
10.  Samir bərabəryanlı düzbucaqlı üçbucağın iti bucaqlarının hər birinin 45  olduğunu
söyləyir. Onun fikri doğrudurmu?
11.  Aşağıdakı şəkillərə əsasən üçbucaqların bucaqlarını təyin edin (şəkil 10).
0
0
0
0
0
0
0
0
0
0


12.  MNK bərabəryanlı üçbucağında MN = NK, yan tərəfinin uzunluğu 11 sm-dir, ND
tənböləndir və MD = 3,5 sm-dir. MNK üçbucağının perimetrini tapın.
13.  Perimetri 48 sm olan ABC üçbucağında AB = AC olduğu məlumdur. AK mediandır.
ABK üçbucağının perimetri 36 sm olarsa, AK medianının uzunluğunu tapın.


14.  Seymur bir bucağı 60  olan SCP bərabəryanlı üçbucağının həm də bərabərtərəfli
olduğunu iddia edir. Sizcə, o doğrumu deyir? Fikrinizi izah edin (şəkil 11).
15. 
Praktik iş.
 Sinif şagirdləri 3 qrupa bölünür.
I qrup:
ABC bərabəryanlı üçbucağının (şəkil 12) A təpəsindən oturacağına
tənbölən, median və hündürlük çəkir. Onların vəziyyətini izah edir.
II qrup:
ABC bərabəryanlı üçbucağının B təpəsindən tənbölən, median və
hündürlük çəkir. Onların vəziyyətini izah edir.
III qrup:
ABC bərabəryanlı üçbucağının C təpəsindən tənbölən, median və
hündürlük çəkir. Onların vəziyyətini izah edir.
16.  a) ∠A = 90 , ∠B = 45 ; b) ∠B = 36 , ∠C = 72 ; c) ∠A = 80 , ∠C = 50  olarsa, ABC
üçbucağının bərabəryanlı olduğunu demək olarmı? Fikirlərinizi əsaslandırın.
17.  Bərabəryanlı üçbucağın bucaqlarından biri: a) 58 ; b) 20 ; c) 80  olarsa, onun
digər bucaqlarını müəyyən edin. Burada neçə hal mümkündür?
18.  Şəkillərə əsasən üçbucaqların bucaqlarını müəyyən edin (şəkil 13).
19.  Təpə bucağı 36  olan bərabəryanlı ABC üçbucağının oturacağındakı bucaqlardan
0
0
0
0
0
0
0
0
0
0
0


birinin tənbölənini çəkin. Yeni alınan üçbucaqların bucaqlarını müəyyən edin.


2.15. Üç tərəfinə görə üçbucağın qurulması
Pərgar, xətkeşFəaliyyət
Tərəflərinin uzunluğu a, b və c olan üçbucaq qurun.
1.  Tərəflərinin uzunluğu verilmiş parçalar olan üçbucağın varlığı haqqında nə
deyə bilərsiniz? Belə üçbucaq qurmaq olarmı?
2. 
Hər hansı m düz xətti çəkin. Onun üzərində ixtiyari A nöqtəsi qeyd edin.
3.  Pərgarın qolları arasındakı məsafəni a qədər açın, iti ucunu A nöqtəsinə
qoyaraq mərkəzi A nöqtəsində, radiusu a olan çevrənin m düz xətti ilə kəsişmə
nöqtəsini qeyd edin və onu B hərfi ilə işarə edin.
4.  Pərgarın qolları arasındakı məsafəni b qədər açın, iti ucunu A nöqtəsinə
qoyaraq mərkəzi A nöqtəsində, radiusu a olan çevrə çəkin.
5.  Pərgarın qolları arasındakı məsafəni c qədər açın, iti ucunu B nöqtəsinə
qoyaraq mərkəzi B nöqtəsində, radiusu c olan çevrə çəkin.


Çalışmalar
1.  Şəkil 1-in a) və b) bəndlərində verilmiş qurmaların alqoritmini yazın. a = 3 sm və
b = 2 sm olduqda həmin üçbucaqları qurun. Alınmış üçbucaqların növünü
müəyyən edin.
2.  Tərəflərinin uzunluğu: a) 4 sm, 5 sm, 7 sm; b) 3 sm, 4 sm, 5 sm; c) 4 sm, 4 sm, 5
sm; ç) 2,7 sm, 4,3 sm, 3,3 sm olan üçbucaqlar qurun. Hər üçbucağın növünü
müəyyən edin.
3. 
Tərəflərinin uzunluğu a, b və c parçaları (şəkil 2) olan üçbucaq qurun. Sinifdə hər
şagirdin qurduğu üçbucaq bərabər olarmı? Nə üçün? Cavabınızı əsaslandırın.
4.  Tərəflərinin uzunluğu 2,8 sm, 4,1 sm və 4,9 sm olan üçbucağı qurarkən Nail və
Samir hər ikisi ilk olaraq üçbucağın ən böyük tərəfini üfüqi düz xətt üzərində
qurdular. Lakin Samirin qurduğu üçbucaq bu düz xətdən yuxarı yarımmüstəvidə,
Nailin qurduğu üçbucaq isə aşağı yarımmüstəvidə yerləşmiş oldu. Sizcə, nə üçün
belə oldu? Bu üçbucaqlar haqqında nə demək olar? Uşaqlardan hansı qurmanı
düzgün yerinə yetirmişdir?
5.  Tərəfləri a) 0,024 m, 3 
50 m, 4,7 sm; 
b) 3,2 sm, 30 mm və 0,4 dm olan üçbucaq qurun.
6.  Çevrələrin kəsişmə nöqtəsini C hərfi ilə işarə edin. C nöqtəsini A və B nöqtələri
ilə birləşdirin. Artıq xətləri silin. Alınmış ABC üçbucağı qurulması tələb olunan
üçbucaqdır.


2.16. Üçbucaqların konqruyentliyinin üçüncü əlaməti
Fəaliyyət
Teorem
 Üç tərəfinə görə üçbucaqların konqruyentliyi (TTT)
Bir üçbucağın üç tərəfi uyğun olaraq o biri üçbucağın üç tərəfinə
bərabərdirsə, bu üçbucaqlar konqruyentdir.
Bu əlamət TTT (tərəf, tərəf, tərəf) adlandırılır.
Teoremin şərti: ΔABD və ΔBDC, AB = BC, AD = DC, BD ortaq tərəfdir. 
1.  Tərəfləri AB = 3 sm, BC = 5 sm, AC = 6 sm olan ABC üçbucağını qurun.
2.  Tərəfləri A B  = 3 sm, B C  = 5 sm, A C  = 6 sm olan A B C  üçbucağını
qurun.
3.  Alınmış ABC və A B C  üçbucaqlarını şəkil 2-də göstərildiyi kimi yerləşdirin. B
və B  nöqtələrini birləşdirin. Alınmış ABB və CBB  üçbucaqlarının növünü
müəyyən edin. AB və A B  tərəfləri haqqında nə deyə bilərsiniz? Bəs BC və
B C  tərəfləri?
4.  ∠ABB  və ∠AB B bucaqları necə bucaqlardır? Bəs ∠CBB  və ∠BB C bucaqları
bərabərdirmi?
5. 
ABC və A B C  bucaqlarının bərabərliyini demək olarmı? Nə üçün?
6.  ABC və A B C  üçbucaqları konqruyentdirmi? Əgər konqruyentdirsə, hansı
əlamətə görə?
7.  AC və A B  tərəflərinin də bərabər olduğunu nəzərə alsaq, ABC və A B C
üçbucaqlarının konqruyentliyini necə ifadə etmək olar?
1 1
1 1
1 1
1 1 1
1 1 1
1
1
1
1 1
1 1
1
1
1
1
1 1 1
1 1 1
1 1
1 1 1


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə