213
simpatik və parasimpatik sinir sisteminə bölünür. Vegetativ sinir
sisteminin sinirləri qarışıq sinirlər olub, eyni sinirin tərkibində həm
simpatik, həm də parasimpatik liflər vardır.
Somatik sinir sistemi mərkəzi və perifırik (ucqar) sinir sisteminə bölünür.
Mərkəzi sinir sisteminə beyin (baş beyni) və onurğa beyni, periferik sinir
sisteminə isə 12 cüt kəllə və 31 cüt onurğa beyni sinirləri aiddir.
Mərkəzi sinir sistemi. Baş beyin. Baş beyin kəllə boşluğunda yerləşərək,
çəkisi orta hesabla 1360 qram olur.
Qeyd etmək lazımdır ki, zehni inkişaf dərəcəsi ilə beynin çəkisi arasında
bilavasitə əlaqə yoxdur.
Baş beyni xaricdən üç qişa - sərt, hörümçək toruna- bənzər və yumşaq
qişa ilə örtülmüşdür. Sərt qişa ikitəbəqəli olub, biri kəllə boşluğunu
daxildən örtür, digəri baş beyninin xarici qişasını təşkil edir. Hörümçək
torunabənzər qişa nisbətən nazik, şəffaf, qan damarları və sinirlərlə zəif
təhciz olunmuşdur. Yumşaq qişa damar və sinir lifləri ilə zəngin olub, baş
beyninin qidalanmasında bilavasitə iştirak edir. Baş beyin ağ və boz
maddədən təşkil olunmuşdur. Ağ maddə aparıcı yollar əmələ gətirərək,
baş beynini onurğa beyni və onun hissələrini bir-biri ilə birləşdirir. Boz
maddə onurğa beyninin, uzunsov beyinin və Varolio körpüsünün
dərinliyin¬də ayrı-ayn yığınlar - nüvələr şəklində ağ maddənin
içərisin¬də yerləşir, beyincik və böyük beyin yarımkürələrində isə ağ
maddənin üzərini örtür.
İnsanın baş beyni üç əsas hissədən - beyin kötüyündən, beyincikdən və
beyin yarımkürələrindən təşkil olunmuşdur. Beyin kötüyünə uzunsov
beyin, Varolio körpüsü, romba- bənzər boğaz, beyin ayaqcıqları, orta və
ara beyin daxildir.
downloaded from KitabYurdu.org
214
Baş beyində 12 cüt kəllə sinirinin, o cümlədən, qoxu, görmə, iiçlü eşitmə-
müvazinət, üz, azan, dilaltı, dil-udlaq və s. sinirlərin mərkəzləri yerləşir.
Onurğa beyni. Onurğa beyni 41-45 sm uzunluğunda olub, öndan arxaya
doğru yastılaşmış silindr şəklindədir. O, onurğa kanalında yerləşmişdir.
Yuxarı ucu birinci boyun fəqərəsinin yuxarı kənarı bərabərində uzunsov
beyinə keçir. Aşağı ucu isə ikinci büzdüm fəqərəsinə qədər enir. Onurğa
beyni quruluşca ağ və boz maddədən ibarətdir. Ağ maddə xaricdə, boz
maddə isə daxildə yerləşir. En kəsiyində boz maddə qanadlan açılmış
kəpənək fonnasmda görünür. Onun ön hissəsi ön buynuzları, arxa hissəsi
isə arxa buynuzları əmələ gətirir. Döş və bel hissəsində yan buynuzlar da
vardır. Ön buynuzlarda hərəki neyronlarm cismi, arxa buynuzlarda ara
neyronlar və yan buynuzlarda simpatik mərkəzlər yerlə¬şir. Onurğa
beynindən çıxan və ona daxil olan sinir lifləri ön və arxa kökləri təşkil
edir. Fəqərəarası dəlikdə ön və arxa
köklər bir-biri ilə birləşərək, 31 cüt qarışıq onurğa beyni sinirlərini əmələ
gətirir. Bunlardan 8 cütü boyun, 12 cütü döş, 5 cütü bel, 5 cütü oma və bir
cütü büzdüm sinirləridir. Onurğa beynindən ətraflara gedən sinirlər
çıxdıqları yerlərdə iki qalınlaşma: boyun qalmlaşması və bel qalmlaşması
yaradır. Boyun qalmlaşması nahiyəsində yuxarı ətraflara, bel qalm-
laşması nahiyəsində isə aşağı ətraflara gedən sinirlər çıxır. Onurğa
beyninin hər bir cüt sinirə müvafiq hissəsi onurğa beyni seqmenti adlanır.
Deməli, onurğa beyni 31 seqmentdən ibarətdir.
Onurğa beyni iiç qişa ilə örtülmüşdür: sərt, hörümçək torunabənzər və
yumşaq qişa. Sərt qişa onu xaricdən örtərək lifli birləşdirici toxumadan
əmələ gəlmişdir. Hörümçək torunabənzər qişa damarsız olub, sərt qişanın
altında yerləşir. Yumşaq qişa daxildə olub, onurğa beynini xaricdən əhatə
edir. Bu qişa qan damarları ilə zəngin olub, onurğa beyninə bitişmişdir.
downloaded from KitabYurdu.org
215
Onurğa beynindən çıxan 31 cüt sinirin arxa kökləri hissi neyronların
aksonlarıdır. Bu neyronlarm cisimlərinin yığını onurğa beyni düyünlərini
əmələ gətirir. On köklər hərəki neyronlarm aksonlarıdır.
Onurğa beyninin iki əsas funksiyası vardır: reflektor və nəqledici
funksiya. Reflektor funksiyası hərəkəti təmin edir. Onurğa beyni baş
beyni ilə birlikdə daxili orqanların: ürəyin, mədənin, sidik kisəsinin,
cinsiyyət orqanlarının işini tənzim edir.
Onurğa beyninin ağ maddəsi nəqledici funksiyanı yerinə yetirməklə
mərkəzi sinir sisteminin bütün şöbələri arasında əlaqə yaradır və bunların
bir-biri ilə əlaqəli şəkildə işləməsini təmin edir.
Beyin kötüyü. Uzunsov beyin. Onurğa beyni birinci boyun fəqərəsi
sərhəddində uzunsov beyinə və Varolio körpüsünə keçir. Ağ maddənin
müxtəlif sahələrində boz maddə topluları körpüdə V-VIII, uzunsov
beyində IX-XII cüt kəllə sinirlərinin nüvələrini əmələ gətirir. Ağ maddə
isə uzunsov beynin aparıcı yollarını təşkil edir.
Uzunsov beynin əsas fizioloji əhəmiyyəti reflektor funksiyaların
icrasından, onurğa beynindən gələn impuls-
larin baş beyninin digər şöbələrinə və əksinə nəql edilmə¬sindən
ibarətdir. Onun reflektor fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Belə ki,
onun normal fəaliyyəti hesabına orqa¬nizmdə mühüm funksiyaların, o
cümlədən, ürək-damar, tənəffüs və həzm orqanlarının işinin
nizamlanması, skelet əzələləri tonusunun saxlanılması təmin olunur.
Uzunsov beyində və Varolio körpüsündə bir sıra mühüm mərkəzlər
yerləşmişdir. Burada tənəffüs mərkəzi yerləşir ki, karbon qazının qanda
artması onun oyanma¬sına səbəb olur. Burada yerləşən azan sinirin
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |