205
Cinsiyyət vəziləri. Bunlar qarışıq vəzilərdir. Onlarda həm xarici sekretor,
həm də daxili sekretor fəaliyyət müşahidə olunur. Kişilərin bu vəzilərində
spermatozoidlər - kişi cinsiyyət hüceyrələri, qadınlarda isə qadın cinsiyyət
hüceyrələri (yumurta hüceyrələri) yaranır.
Kişi cinsiyyət hormonları androgenlər, qadın cinsiy¬yət hormonları
estrogenlər adlanır. Bunların hər ikisi həm kişi, həm də qadın
orqanizmində, amma müxtəlif nisbət¬lərdə hasil olur.
Androgenlər, xüsusən testosteron və estrogenlər birincili cinsiyyət
əlamətlərinin (daxili və xarici cinsiyyət orqanlarının inkişafı) və ikincili
cinsiyyət əlamətlərinin (kişilərdə bığ, saqqal, qadınlarda süd vəziləri, enli
çanaq və s.) əmələ gəlməsini təmin edir. Estrogenlər kişi orqaniz¬mində
spermatozoidlərin yaranmasını, androgenlər isə qadınlarda aybaşını
ləngidir.
Androgenlər orqanizmdə maddələr mübadiləsinə müsbət təsir göstərir,
qaraciyərdə və toxumalarda qli- kogenin sintezini tormozlayır.
Qadın cinsiyyət hormonları uşaqlıqda, uşaqlıq yolla¬rında və vulvada
aybaşı vəziyyətinə uyğun morfoloji və funksional dəyişiklikləri törədir.
Qadın cinsiyyət tsikli ovulyasiya ilə əlaqədar olan
aylıq qanaxmalar
bioloji prosesdir və dövri
menstruasiya (aybaşı) şəklində təzahür edir. Həmin tsiklin müddəti
normal, sağlam, yetkin qadınlarda 27-28 gündür və 4 mərhələdən
ibarətdir:
1.
Ovulyasiyadan əvvəlki dövr - 14-15 gün. Orqaniz¬min cinsi akta və
hamiləliyə hazır vəziyyətidir. Uşaqlıq bir
downloaded from KitabYurdu.org
206
qədər böyüyür, qanla zənginləşir. Qraaf qovuqcuqlarmda yumurta
hüceyrəsi yetişir və qovuqcuq partlayır, cinsi
•
hüceyrə azad olur;
2.
Ovulyasiya dövrü - 3 gün davam edir. Yumurta hüceyrəsi uşaqlığa
yönəlir. Əvvəlki dövrdə cinsi akt olubsa, mayalanma baş verir, hamiləlik
başlanır. Mayalanma baş verməyibsə, üçüncü dövr başlanır.
3.
Ovulyasiyadan sonrakı dövr-menstruasiya 3-7 gün davam edir.
Uşaqlıq əzələsinin təqəllüsü ilə əlaqədar olan ritmik hərəkətlər baş verir.
Uşaqlığın selikli qişasından külli miqdarda örtük epitel hüceyrələri ayrılır
və menstruasi- ya qanı ilə xaric olur. Qadında zəiflik, yorğunluq,
başağrısı, əsəbilik müşahidə edilir, psixi davranışı pozulur. Sonra sakitlik
dövrü başlanır.
4.
Sakitlik dövründə uşaqlığın selikli qişası bərpa olunur. Bir neçə gün
davam edir. Sonra qadının cinsiyyət tsikli yenidən başlanır.
Mayalanma baş veribsə, mayalanmış diploid hücey¬rədə blastula və
qastrulyasiya bölünmələri baş verir, sonra ektodermal, mezodermal və
entodermal rüşeym qatla¬rından rüşeymin müxtəlif orqan və toxumaları
yaranır, inkişaf edir. Qadınlarda hamiləlik dövrü 40 həftə davam edir.
Androgen hormonlar həm kişi, həm də qadın fərdlərində sintez olunur.
Lakin onların qanda miqdarı bu fərdlərdə eyni deyildir. Kişilərin qanında
androgenlər, qadınların qanında isə estrogenlər üstünlük təşkil edir və
bununla əlaqədar olaraq, iki cinsiyyət arasında müəyyən morfo-fizioloji
fərqlər yaranır.
Hormonların təsir mexanizmi. Hormonlar orqanizmin böyümə və
funksional yetişkənlik prosesində, maddələr mübadiləsinin bütün
sahələrinin tənzim olunmasında iştirak edərək daxili mühitin nisbi
sabitliyinin saxlanmasını
downloaded from KitabYurdu.org
207
•
təmin edir. Müəyyən hormonlar xarici mühit amillərinin təsiri
nəticəsində törənən stress reaksiyaları zamanı orqa¬nizmin uyğunlaşma
reaksiyalarında (ümumi adaptasiya
t
sindromu) bilavasitə iştirak edir. Hormonlar orqanizmdə
Dilin quruluşu
1-dad nahiyələri
a-şirin; b-acı; v-turş; q-duzlu
13
Böyrəyin quruluşu
I-
böyrək; 2-sidik axarı; 3-sidik kisəsi; 4-böyrək arteriyası; 5-böyrək
venası; 6- qabıq maddə; 7-beyin maddə; 8-kapilyar yumaqcıqlar; 9-kiçik
piramid; 1 O-böyrək məməcikləri;
II-
böyrək ləyəni; 12-qədəhəbənzər kapsul; 13-qıvrım sidik borucuğu;
14-böyrək arteriyasının şaxələri; 15-xırda damarlar; 16-kapilyar
damarlar; 17-kiçik vena.
Kişi cinsiyyət orqanları
1 - sidik kisəsi; 2 - toxumdaşıyıcı axacıq; 3 - prostat vəzi; 4 - kişi cinsiyyət
üzvü; 5 - sidik kanalı; 6 - xayalar;
7 - xaya artımı; 8 - xayalıq; 9 - düz bağırsaq
Qadın cinsiyyət orqanları
downloaded from KitabYurdu.org
208
1 - yumurtalıq; 2- uşaqlıq borusu; 3- uşaqlıq; 4- sidik kisəsi; 5 - qasıq
sümüyü; 6 - uşaqlıq boynu; 7 - uşaqlıq yolu;
8 - cinsiyyət dodaqları
bir sıra digər funksiyaları da icra edir. Qan vasitəsilə orqan və toxumalara
çatdırılan hormonların bioloji təsiri aşağıdakı xüsusiyyətlərlə xarakterizə
edilir:
1.
Hormonlar yüksək dərəcədə spesifikliyə malikdir ki, bunun
nəticəsində hər bir hormon müəyyən orqanların fəaliyyətini və ya
müəyyən funksiyasını tənzim edir.
2.
Hormonların molekul çəkisi nisbətən kiçik oldu¬ğundan, onlar qan
kapilyarlarmdan hüceyrələrarası maye¬yə, oradan isə hüceyrə daxilinə
asanlıqla keçir.
3.
Qida ilə həzm orqanlarına çatdırılan hormonları həzm şirələri
parçalayır.
4.
Hormonlar azacıq miqdarda olduqda belə öz təsiri¬ni göstərir, yəni
onlar yüksək bioloji aktivliyə malikdir.
Hormonların təsir mexanizmində ikinci mühüm cəhət odur ki, onlar
müxtəlif orqanların hüceyrələrində ferment- lərin sintezini stimullaşdırır
və
hüceyrələrdə
kimyəvi
reaksiyaları müəyyən istiqamətlərdə
sürətləndirir.
Daxili sekresiya vəzilərinin qarşılıqlı əlaqədə fəaliyyət göstərməsi,
hormonların təsir mexanizminin üçüncü əsas cəhətidir.
Vəzilər arasında qarşılıqlı funksional əlaqənin möv¬cud olması hesabına
orqanizmdə tənzimedici humoral sistem əmələ gəlmişdir. Bu sistemdə
hipofiz həlledici rol oynayır. Mərkəzi sinir sistemi isə hipofizin
funksiyasına və eləcə də bütün daxili sekresiya vəzilərinin fəaliyyətinə
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |