196
müəyyən edilir. Buna müna¬sib olaraq xarici cinsiyyət orqanlarının
cərrahi korreksiyası aparılır.
Prostat vəzinin iltihabı. Prostat vəzinin iltihabı (prosta¬tit) çox vaxt cinsi
həyat dövründə müşahidə olunur. İltihaba prostat vəziyə irintörədən
müxtəlif mikroblarm keçməsi səbəb olur. Mikroblar, adətən, sidik ifrazı
orqanlarında müxtəlif iltihabı proseslər olduqda prostat vəziyə keçir.
Süzənək xəstəliklərinin miqdarının azalması ilə əlaqədar olaraq son
illərdə prostatit xeyli az təsadüf edilir. Yadda saxlamaq lazımdır ki, sidik
kanalını kateterizasiya etdikdə də prostat vəziyə infeksiya keçirmək olar.
Prostat vəzinin iltihabını kəskin və xronik formaya ayırırlar.
Xəstələr sidiyin ləngiməsini, anusda defekasiya vaxtı qüvvətlənən bərk
ağrılar hiss edirlər. Sidik ifrazına tez-tez ehtiyac hissi oyanır, lakin sidik
çətinliklə, damcı-damcı ifraz olunur. Xəstələr üşütmədən şikayət edirlər,
kəskin prostatit zamanı temperatur 39-40°C-dək yüksəlir. Sidik ifrazının
pozulması, aralıqda pulsasiya edən, defekasiya vaxtı güclə¬nən ağrılar
müşahidə olunur. Sepsis inkişaf edə bilər.
Gündə 3-4 dəfə 0,5-1 q piramidonu yanm stəkan ilıq su ilə mikroimalələr,
isti oturaq vannaları, aralığa isidicilər təyin edirlər. Ağrıları azaltmaq üçün
morfın tətbiq edirlər. Anti¬biotiklərin (penisillin, streptomisin, biomisin
və s), sulfani- laınid preparatlarının tətbiq edilməsi vacibdir. Antiseptik
dərman kimi venaya urotropinin 40 %-li məhlulundan 5-10 ml vururlar.
Abses olduqda yarırlar.
Prostat vəzinin adenoınası (hipertrofiyası). Bu xəstəlik ahıl və qoca
yaşlarında olur, vəzinin böyüməsi ilə təzahür edir. Adenoma vəzi
toxumasının və ya vəzinin birləşdirici toxuma əsasının böyüməsi hesabına
baş verir. Prostat vəzi böyüyərək, sidik kisəsinin boşalması üçün mexaniki
maneə yaradır, bu da kisədə, sidik axarlarında və böyrəklərdə sidik
durğunluğu nəticəsində dəyişikliklərə səbəb olur.
downloaded from KitabYurdu.org
197
Xəstəlik inkişaf etdikdə sidik kisəsinin tam boşal- maması ilə əlaqədar
olaraq, onda həmişə qalıq sidik qalır. Sidik ifrazı tezləşmiş, çox vaxt ağrılı
olur. Sidik kisəsinin
divarları tədriclə zəifləyir. Sidik həddindən çox dolmuş kisədən qeyri-
iradi olaraq, damcı-damcı xaricə ifraz olur. Prostat vəzinin adenoması
xərçəngə keçə bilər.
Müalicə. Sidik kəskin surətdə ləngidikdə kateteriza- siya edilir. Bəzən
kateteri bir neçə gün sidik kisəsində saxlayırlar; bu, xəstənin vəziyyətini
xeyli yüngülləşdirir. Konservativ tədbirlərə oturaq vannalar, kisə və aralıq
nahiyəyə isidicilər şəklində yerli oturaq isti tətbiq etmək aiddir. Son
illərdə endokrin preparat - sinestrol tətbiq edirlər; bu, vəzidə degenerativ
dəyişikliklər əmələ gətirərək onun kiçilməsinə səbəb olur. Operativ
müalicə üsullarına sidik kisəsinə fistula qoyulması və prostat vəzinin
kənar edilməsi aiddir.
1
»
XI. DAXİLİ
SEKRESİYA
VƏZİLƏRİ
VƏ
ONLARIN
XƏSTƏLİKLƏRİ
Daxili sekresiya vəziləri
Vəzi epitel toxumasından əmələ gəlmiş və özündən şirə ifraz edən
orqandır. Vəzilər birləşdirici toxumadan əmələ gəlmiş kapsulla əhatə
olunur. Onlar moıfoloji- fizioloji xüsusiyyətlərinə görə iki qrupa bölünür:
1) xarici sekresiya, yaxud ekzokrin vəzilər; 2) daxili sekresiya və ya
endokrin vəzilər. Qarışıq vəzilər də vardır.
downloaded from KitabYurdu.org
198
Axacağı olan vəzilərə xarici sekresiya vəziləri deyilir. Bu vəzilər öz
şirələrini (məhsullarını) axacaqlar vasitəsilə müəyyən orqanlara tökür və
ya xaricə çıxarır. Xarici sekresiya vəzilərinin ifraz etdikləri məhsul iki
növdür: 1) ifrazal-sekret; 2) ifrazat-ekskret. Birinci məhsul insana lazım
olan, ikincisi isə insana lazım olmayan məhsullardır.
Xarici sekresiya vəziləri formaca borulu, alveollu və borulu-alveollu
vəzilərə bölünür. Onlar sekresiya-ifrazetmə mexanizminə görə üç qrupa
bölünür: 1) merokkrin-hücey- rələri sekresiya zamanı sökülmür; 2)
apokrin hüceyrələrin protoplazmasmın bir hissəsi sökülərək onun
sekretində iştirak edir; 3) holokrin-vəzinin hüceyrələri tamamilə sökülüb,
onun sekretini təşkil edir.
Axacağı olmayan və öz məhsulunu bilavasitə qana, yaxud limfaya
buraxan vəzilərə daxili sekresiya vəziləri yaxud endokrin və ya inkretor
vəzilər, yaxud da axacaqsız vəzilər deyilir. Bu vəzilər qan damarları ilə
çox zəngin olur. Bundan başqa, onların kapilyarları genişliklərə malikdir
ki, bu da vəzinin məhsulunun qana keçməsinə şərait yaradır.
Daxili sekresiya vəzilərinin ifraz etdiyi bioloji aktiv- maddələr hormon
adlanır. Hormonlar maddələr mübadilə¬sində iştirak edir, orqanların
böyüməsini və inkişafını tənzim edir. Orqanizmin inkişafına və
böyüməsinə təsir edən məhsula hormonozon deyilir. Hormonlar qana
keçərək, bütün bədənə yayılır, orqanların fəaliyyətini ya
artırır, ya da azaldır və beləliklə orqanizmdə funksiyaların humoral
tənzimində iştirak edir. Humoral tənzim də müstəqil olmayıb sinir
sisteminin tabeçiliyində olur, yəni daxili sekresiya vəziləri və sinir sistemi
bir-biri ilə sıx rabitə¬də fəaliyyət göstərərək, birlikdə neyro-humoral
tənzim sistemini təşkil edir.
Daxili sekresiya vəzilərinə aşağıdakılar aiddir: qalxa- nabənzər vəzi,
qalxanabənzərətrafı vəzilər, timus (çəngələ- bənzər vəzi), böyrəküstü
downloaded from KitabYurdu.org