327
Xəstəliyin başlanmasından əvvəl kefsizlik, zəiflik, əhval-ruhiyyənin
düşkünlüyü, kəskin zehni və fiziki yorğunluq, başağrısı, iştahanın
azalması müşahidə olunan prodromal dövr 3-5 gün davam edir. Sonra
xəstəlik gər-ginləşir, temperatur yüksəlir, şiddətli tərləmə üstünlük təşkil
edir. Qızdırma uzun çəkir, xəstəliyin qızğın dövrün¬də temperatur qalxır.
Limfatik düyünlər, xüsusən boyun və qoltuqaltı düyün¬lər paxla boyda
olur, ağrımır və ətraf toxuma ilə bitişmir.
Müalicə. Brusellyozun müalicəsində əsas məsələ xəstəlik prosesinin
aradan qaldırılmasından, onun nəticə¬lərinin ləğv edilməsindən və
xəstənin əmək qabiliyyətinin bərpa edilməsindən ibarətdir.
Brusellyozun kəskin və yarımkəskin formalarının müalicəsinə
antibiotiklərin tətbiq edilməsi ilə başlayırlar, bunlar antibakterial təsir
göstərir, bədənin temperatu¬runun enməsinə, intoksikasiyanm və tər
ifrazatının azal¬masına səbəb olur. Brusellyozda levomisetin, tetrasiklin,
streptomisin daha çox effektlidir.
Taun. Taunda inkubasion dövr 3-6 gündən peyvənd olunmuşlarda 10
günə qədər davam edir.
Xəstəlik prodromal əlamətlər olmadan, nəzərə çarpan titrətmə və bədən
temperaturunun 39-40°C-dək yüksəl¬məsilə qəflətən başlanır. Xəstələr
tez-tez ürəkbulanması və qusma ilə müşayiət olunan şiddətli başağrısı,
əzələ ağrıları, əzginlik, çox vaxt dəhşət, qorxu hiss edirlər. Uz və
konyunktivalar hiperemiyalaşır, burun dəlikləri genişlənir, dodaqlar
quruyur. Ağız boşluğunun selikli qişasında çox vaxt hemorragiyalar və
xoralar aşkar edilir. Dil şişmiş, quru, titrəyir, qalın ərplə örtülür. Dilin
ölçülərinin xeyli böyüməsi və onun son dərəcədə quruluğu xəstənin
nitqini anlaşılmaz edir. Xəstəliyin ağır gedişi zamanı üz göyərir, cizgiləri
kəskinləşir, dözülməz iztirab və dəhşət ifadəsi meydana çıxır.
downloaded from KitabYurdu.org
328
Nəbzin pozulması: taxikardiya (dəqiqədə 120 - 160 vurğuya qədər),
aritmiya, ürək tonlarının karlaşması, arterial, xüsusən maksimal təzyiqin
kəskin enməsi (sianoz və təngnəfəslik) ürək-damar sisteminin
zədələnməsi erkən müəyyən edilir.
Müalicə. Taun tutmuş xəstələr ciddi təcrid edilməli və məcburi
hospitallaşdırılmalıdırlar.
Taunun etiotrop müalicəsində antibiotiklər: yüksək dozalarda təyin
olunan tetrasiklin, streptomisin və levomisetin əsas əhəmiyyət kəsb edir.
Streptomisin taunun bütün formalarında effektlidir.
Quduzluq. Quduzluq ağır ensefalitin inkişafı ilə xarakterizə olunan
zoonoz virus neyroinfeksiyasıdır.
Quduzluqda infeksiyanm giriş qapısı dəri üzərində, az ' hallarda selikli
qişalarda zədələnmələr (yara, sıyrmtı) sayılır.Törədici mikrob
mərkəzəqaçan sinir lilləri ilə irəliləyir və mərkəzi sinir sisteminə çatır.
İnkubasiya dövrü 12 gündən 90 günə qədər, nadir hallarda isə bir ilə qədər
və daha çox davam edir.
Xəstəliyin gedişini üç dövrə bölürlər: 1) xəbərdarlıq dövrü, 2) oyanma
dövrü, 3) iflic dövrü.
Xəbərdarlıq dövründə ümumi kefsizlik və başağrısı ilə yanaşı, dispeptik
əlamətlər müşahidə edilir, temperatur subfebril olur. Dişlənmə yerində
iltihab təzahürləri kəskin¬ləşir, çapıq toxuma yenidən qızarır, şişir, yara
nahiyəsində
sızıldayan ağrılar meydana çıxır. Eyni vaxtda psixikanın
%
pozulmasının ilk simptomları (qorxu, dəhşət, kədər, həyə¬can, qəmli
fikirlər) aşkar olunur. Xəstə məyus, qaradin- məz, laqeyd olur, qidadan
downloaded from KitabYurdu.org
329
imtina edir, yuxusu pisləşir. O, vahiməli yuxular görür. Xəbərdarlıq dövrü
2-3 gün davam edir. Sonradan laqeydlik və depressiya, nəbzin və
tənəf¬füsün tezləşməsi ilə müşayiət olunan narahatlıqla əvəz olunur.
Udma çətinləşir, tənəffüsün daha da pozulmasının ilk əlaməti kimi “döşdə
sıxıntı” hissi baş qaldırır.
Oyanma dövrü reflektor oyanmanın yüksəlməsi və xəstəlik tutmalarının
inkişafı ilə xarakterizə olunur.
Tutma zamanı xəstənin görünüşü son dərəcə xarak¬terikdir: o, qışqırıqla
başını və bədənini geriyə əyir, titrəyən əllərini irəli atır, su olan qabı
itələyir.
Xəstənin
boynu dartılır, əziyyətli qıcolmalar üzünü
eybəcərləşdirir, sifəti göyərir və dəhşət ifadə edir, göz bəbəkləri
genişlənir, nəzərləri bir nöqtəyə zillənir. Xəstə fışıltı ilə nəfəs alır, yardım
istəyir, bəzən qusma müşahidə edilir. Tutmanın qızğın çağında ürəyin və
tənəffüsün dayanması mümkündür. ' Tutma bir neçə saniyə davam edir,
bundan sonra əzələ spazması keçib gedir. Xəstəliyin bu qızğın inkişaf
dövründə xəstələrdə şiddətli psixomotor oyanma baş verir ki, bu da
xəstəliyin adlandırılması üçün əsas olmuşdur. Xəstələr aqressiv olurlar,
özlərini və ətrafdakılan cırmaqlayır və dişləyir, tüpürür, qışqırır və
ümidsiz qəzəblə vurnuxur, geyimlərini cırır, insan qüvvəsindən xaric
“quduz” qüvvə əldə edərək mebeli, pəncərəni, qapmı sındırırlar.
Müalicə. Quduzluğun spesifik müalicəsi işlənib hazır¬lanmamışdır.
Xəstənin iztirablarını azaltmağa yönəldilmiş simptomatik müalicə
aparırlar.
Quduzluğa tutulmuş xəstənin sakitliyi və xarici qıcıqlardan (səs-küydən,
parlaq işıqdan, havanın kəskin hərəkətindən) qorunması vacibdir. Onu
sakit, qaranlıq- laşdırılmış, isti palatada yerləşdirirlər, fərdi post təyin
edirlər. Mərkəzi sinir sisteminin ifrat qıcıqlanmasmı azaltmaq üçün
yuxugətirici, qıcolma əleyhinə və ağrıkəsən dərmanlardan (morfin,
xloralhidrat, aminazin, lüminal və s.) istifadə edirlər.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |