330
Toksoplazmoz. Xəstəlik tədricən inkişaf edir. Xəstələr ümumi zəiflikdən,
iştahanın azalmasından, yuxusuzluq- dan, əsəbilikdən, başağrısından,
yaddaşın zəifləməsindən, ürək nahiyəsində ağrıdan və ürəkdöyünmədən,
əzələlərdə,
oynaqlarda
ağrıdan,
bəzən
görmə
qabiliyyətinin
pozulma¬sından şikayətlənirlər.
iştahanın azalması, ağızda quruluq, ürəkbulanması, qarmiistü nahiyədə
küt ağrılar, meteorizm və defekasiyanm yubanması, çox vaxt arıqlama
nəzərə çarpır. Mədə şirəsinin sekresiyası və turşuluğu azalır. Reııtgenoloji
olaraq yoğun bağırsağın motor funksiyasının pozulması müəyyən edilir.
Xloridini (daraprim) sulfadimizinlə kombinə edilmiş şəkildə, gündə 2-3
dəfə olmaqla, 5-7 gün təyin edirlər. 7-10 gün fasilə ilə 3 müalicə kursu
aparmaq məsləhət görülür. Etiotrop təsirə malik olan başqa preparatlar,
xüsusən aminoxinol, xinqamin, sulfanilamidlər (sulfadimezin, sul-
fadimetoksin), tetrasiklin sırasından olan antibiotiklər tətbiq edirlər.
Profilaktika.
İnfeksiyanm
profilaktikasına
ev
heyvan¬larının
toksoplazmozu ilə mübarizə, pişiklərlə təmasın
məhdudlaşdırılması, şəxsi gigiyena qaydalarına riayət olunması, çiy ət
qiyməsi və kifayət qədər bişməmiş yeməyin qadağan edilməsi daxildir.
Bu qaydalara hamilə qadınlar xüsusi səylə riayət etməlidirlər.
Dermatozoonozlar. Qansoran parazitlərin (bit, birə, taxtabiti, ağcaqanad,
gənə və s.) törətdiyi dəri xəstəlik¬lərinə dermatozoonozlar deyilir. Bu
parazitlərin bir qismi dəri səthində, digər qismi isə dəri içərisində fəaliyyət
göstə¬rərək dermatozoonozları törədirlər.
Bitlilik. Baş, paltar, qasıq bitlərinin sancması nəticəsində baş vermiş dəri
zədələnmələrinə bitlilik deyilir.
Baş bitləri. Bitlərin sancması nəticəsində başın tüklü hissəsində qaşınma,
sıyrmtı, irinlik və s. əlamətlər aşkar olur. Bu vaxt xəstəliyə ikincili
infeksiya əlavə olunur. Məhz bu səbəbdən başın tüklü hissəsində
downloaded from KitabYurdu.org
331
follikulit, ənsə və gicgah nahiyəsində isə piodermit əlamətləri müşahidə
olunur.
Xəstəliyə başın tüklü hissəsində bitlərin tapılmasına əsasən diaqnoz
qoyulur.
Müalicəsi. Oğlanların, kişilərin tüklərini dibdən qırx- ması, isti su və
sabunla yuması kifayətdir. Qadınların isə tüklərini ağ neftin bitki yağı ilə
yarıbayarı qarışığı ilə isladıb, kompres kağızı ilə bağlayaraq, bir neçə
saatdan sonra isti su və sabunla yuması məsləhətdir. Bundan sonra
sürfələri tökmək məqsədilə isladıb sıx daraqla daramaq lazımdır.
Dermatit əlamətlərini müalicə etmək məqsədilə başın tüklü hissəsinə 2 %-
li ağ civə məlhəmi sürtülür.
Paltar bitləri. Paltar bitləri paltar büküşlərində yaşa¬yır. Onların sancması
nəticəsində dəridə şiddətli qaşınma, sıyrmtı, irinlik və s. əlamətlər əmələ
gəlir. Pinti adamlarda piodermit və dermatit əlamətləri baş verir.
Müalicəsi. Müntəzəm olaraq hamamda yuyunmaq¬dan və paltarları
dəyişdirməkdən ibarətdir.
Dəyişdirilmiş əyin və yataq paltarları DDT və heksoxloranla dezinfeksiya
edilir və ya qaynadılır.
Qasıq bitləri. Bu bitlər əsas etibarilə qasıq nahiyəsində yaşayır, ancaq bəzi
hallarda onlar orqanizmin başqa
hissələrinə (döş qəfəsi, qoltuqaltı çuxur və s.) yayıla bilər. Bitlər qabaq
pəncələri vasitəsilə tüklərin dibinə bərkinir, öz xortumunu isə tük
kisəciyinə yeridir. Qasıq bitləri şiddətli • qaşınma verir. Bu vaxt
piodermit, dermatit əlamətləri çox az müşahidə olunur.
Müalicə məqsədilə hamamda aralıq qarışıq qasıq nahiyəsinə vacibət
sürtməklə tükləri təmizləmək və bundan sonra isti su və sabunla
yuyunmaq ən yaxşı nəticə verir. Ancaq adi qayda üzrə qasıq nahiyəsindən
downloaded from KitabYurdu.org
332
tükləri təmiz¬lədikdən sonra həmin yerə boz civə məlhəmi sürtməklə də
müalicə etmək olar.
Həşəratların sancması. Bir sıra həşəratlar insanları və heyvanları sancıb
qan sormaqla qidalanırlar. Onlardan ən çox yayılmışı və insan
patologiyasında böyük rol oynayanı birə, taxtabiti, ağcaqanad və sairədir.
Yuxarıda adları çəkilən həşəratlar insanı sancarkən özündən ekzotoksin
buraxır. Nəticədə həmin yerdə dəri qızarır, şişir və qaşınır. Orada ləkə,
düyüncük və səpgi əmələ gəlir. Qaşınma nəticəsində zədələnmə
nahiyəsində sıyrıntı və ikincili infeksiya baş verir.
Müalicə məqsədilə həşəratların sancdığı yeri arabir spirtləmək və üzərinə
dezinfeksiyaedici məlhəm sürtmək kifayətdir.
Həşəratları məhv etmək məqsədilə mənzilləri, pəyə¬ləri, zirzəmiləri,
geyimi, yatağı və s. insektisidlərlə (DUST, DDT, heksaxloran, ağ neft,
piretrum və s.) dezinfeksiya etmək lazımdır.
Qoturluq. Qoturluq gənələri dəriyə düşdükdə qısa müddətdə buynuz
təbəqəsinin altına soxulur. Orada hərəkət edərək özünə yol açır və yol
uzunu yumurta tökür. Hər bir dişi gənə 45-50 gün yaşayır və bu müddətdə
özün¬dən 50-dək yumurta buraxır. Buraxılmış yumurtalardan 15-20
gündən sonra yeni gənələr çıxır.
Qoturluq əl barmaqları arasında, biləklərin və qolla¬rın daxili səthlərində,
qarın nahiyəsində, kişilərin cinsiyyət orqanlarında, budların daxili
səthlərində və s. yerlərdə olur. O, adətən qaşınma ilə başlanır. Qaşınma
gecələr artır.
Müalicəsi. Qoturluq xəstəliyinin müalicəsində 33 %-li kükürd və
Vilkinson məlhəmi daha əhəmiyyətlidir. Bu məlhəm yun parça vasitəsilə
5 gün müddətində səhər və axşam dəriyə yeridilir. Müalicədən 2 gün sonra
xəstə yuyunub paltarını dəyişir. Dəyişdirilmiş geyim və yataq ağı
dezinfeksiya olunur.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |