171
yolunun divarlarından keçə bilmir. Ona görə də bu maddələr kimyəvi və
mexaniki . çevrilməyə uğrayır, parçalanır, yəni həzm olunur.
Ağız boşluğu həzm kanalının başlanğıcını təşkil edir. İki hissəyə bölünür:
ağız dəhlizi və xüsusi ağız boşluğu. Ağız dəhlizi ön və yan tərəflərdən
dodaqlar, yanaqlar,
arxadan isə dişlər və alveol çıxıntıları ilə əhatə olunur. Ağız dəhlizi ağız
yarığı vasitəsilə xaricə açılır. Ağız yarığı dodaqlarla əhatə olunur.
Dodaqlar daxildən selikli qişa, xaricdən isə dəri ilə örtülmüşdür.
Yanaqlar xaricdən dəri, daxildən selikli qişa və bunların arasında yerləşən
yanaq əzələsindən əmələ gələrək, ağız dəhlizinin yan divarını təşkil edir.
Xüsusi ağız boşluğu yuxarıdan sərt və yumşaq damaqla, ön və yan
tərəflərdən dişlər, aşağıdan isə ağız diafraqması ilə əhatə olunur. Ağız
qapandıqda, xüsusi ağız boşluğu, demək olar ki, dil ilə tutulur. Xüsusi ağız
boşluğu əsnək dəliyi vasitəsilə udlaqla birləşir.
. Damaq ağız boşluğunun damını təşkil edərək iki
• •
hissədən ibarətdir. On 2/3 hissə sərt damaq, arxa 1/3 hissə yumşaq damaq
adlanır. Yumşaq damaq sərt damağın arxaya doğru davamı olub,
qurtaracağında dilçəyi və iki cüt damaq qövslərini əmələ gətirir. Damaq
qövslərinin arasında cib əmələ gəlir ki, burada damaq badamları yerləşir.
Damaq badamları həzm sisteminin selikli qişası¬nın ən böyük limfoid
törəmələridir. Əsnək bir dəlik olub, yuxarıdan yumşaq damaq, yan
tərəfdən damaq qövsləri, aşağıdan isə dil kökü ilə əhatə olunur. Əsnək
vasitəsilə ağız boşluğu udlaqla birləşir.
Ağız boşluğu selikli qişasının üzəri çoxqatlı yastı epitellə örtülür və çoxlu
selikli vəzilərə malikdir. Bu vəzilər ağız suyu ifraz edir.
downloaded from KitabYurdu.org
172
Dil qan damarları, sinirlər və vəzilərlə zəngin olub, selikli qişa ilə
örtülmüş əzələvi orqandır və ağız boşluğunda yerləşir. Dilin əzələləri
xüsusi və xarici olmaqla iki yerə bölünür. Dilin xüsusi əzələləri yığıldıqda
dilin forması dəyişilir. Dilin xarici əzələləri isə onu arxaya-yuxarı, arxaya-
aşağı, önə-aşağı, önə-yuxarı hərəkət etdirir. Dil üç hissəyə bölünür: ucu-
zirvəsi, orta hissəsi - cismi və arxa hissə - kökü adlanır. Dil arxasının
selikli qişası məmə- ciklərlə örtülür. Dil taktil və dad orqanı olub,
çeynəmədə, qida porsiyasımn təşəkkülündə iştirak edir. Bundan başqa,
insanda dil aydın danışmaqda mühüm rol oynayır.
Dişlər ağız dəhlizi ilə xüsusi ağız boşluğu arasında, alveol çıxıntılarında
yerləşir. Qidanı tutmaq və xırdalamaq vəzifəsi daşıyır. Eyni zamanda
nitqin aydın olmasında da iştirak edir. Vəzifə və formasına görə kəsici,
köpək, kiçik və böyük azı dişləri ayırd edilir.
Ağız suyu vəziləri üç cütdür: qulaqaltı, çənəaltı və dilaltı vəzilər.
Qulaqaltı vəzi çənəarxası çuxurda, qulaq seyvanının aşağı və ön tərəfində
yerləşir. Çənəaltı vəzi çənə altında yerləşir, dilaltı ətciyin üzərində ağız
boşluğuna açılır. Dilaltı vəzi ağız boşluğu dibinin selikli qişasının altında
yerləşərək, öz sekretiıri xüsusi ağız boşluğuna ifraz edir.
Ağız suyu böyük və kiçik ağız suyu vəzilərinin sekreti olub, tərkibində
karbohidratlara təsir edən ptialin (amilaza) və salivain fermentləri vardır.
O, ağız boşluğunda qidanı isladır və həm də onun həzmində iştirak edir.
Udlaq 12-14 sm uzunluğunda borulu orqan olub, ağız boşluğunu qida
borusu ilə, burun boşluğunu qırtlaqla birləşdirir. Udlaq öndən burun
boşluğu, ağız boşluğu və qırtlaqla, arxadan boyun fəqərələrinin cisimləri
və yanlardan boyun damarları, sinirləri ilə əhatə olunur. Yuxarıda kəllə
əsasına bağlanır.
Udlağın divarı selikli, lifli, əzələ və birləşdirici toxuma qişasından təşkil
olunmuşdur. Udlağı qaldıran əzələlərin, yumşaq damağın və dilin
downloaded from KitabYurdu.org
173
əzələlərinin birgə yığılması nəti¬cəsində udma aktı meydana çıxır. Udma
zamanı qırtlaq yuxarı qalxır və dilin kökü, geriyə dartılaraq qırtlaq
qapağını aşağı və arxaya basır, qırtlaq girəcəyini qapayır. Beləliklə, qida
udlaqdan qida borusuna keçir.
Qida borusu 25-30 sm uzunluğunda boruşəkilli orqan olub, 3 hissəyə
bölünür: boyun, döş, qarın hissə. Qida borusu udlaqdan gələn qidanı
mədəyə ötürür. Onun diametri hər yerdə eyni olmayıb, üç daralma əmələ
gətirir: başlanğıcda - üzüyəbənzər qığırdağm arxasında, IV-V döş
fəqərələri bərabərində, diafraqmadan keçən yerdə.
Mədə həzm kanalının ən geniş hissəsini təşkil edir. Uzunluğu 21-25 sm,
eni 12-14 sm, tutumu 3 litrdir. Mədənin
qida borusu açılan hissəsinə girəcək, onikibarmaq bağırsağın başlandığı
hissəsinə çıxacağı deyilir. Girəcək dəliyi ilə çıxa¬caq arasında olan
hissəsi cismi, girəcək dəliyindən yuxarı olan hissəsi isə dibi adlanır.
Mədənin iki əyriliyi vardır: bunlardan kiçik əyriliyi sağa, böyük əyriliyi
sola baxır. Mədənin divarları selikli, selikaltı, əzələ və seroz qişaların¬dan
təşkil olunmuşdur. Selikli qişası çəhrayı rəngdə olub, üzərində mədə şirəsi
ifraz edən çoxlu vəzilər vardır. Mədə vəziləri mədə dibi və mədə çıxacağı
vəzilərinə bölünür. Qismən həzm olunmuş qida mədədən onikibarmaq
bağır-sağa keçir. Mədə soldan dalağa, yuxarıdan diafraqmaya,
sağdan qaraciyərə,
köndələn çənbərbağırsağa və
arxadan mədəaltı vəziyə söykənir. Mədədə zülallar və qismən yağlar
həzm olunur. Qida ilə mədəyə daxil olmuş mikroblar xlorid turşusunun
təsirindən tələf olur.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |