178
müalicə aparılmaz¬sa, xronik qastritə keçir. Xronik qastrit isə müəyyən
dövrlərdə kəskinləşmələr verərək, daim xəstəni narahat edir. Bu da
müalicə olunmazsa, mədə xorasına və bağırsaqların da iltihabı və xora
xəstəliyinə keçə bilər. Ona görə də mədə-bağırsaqda hər hansı bir xəstəlik
başlandıq¬da,
tez
müalicə
etmək
lazımdır.
Mədə-bağırsaq
xəstəliklə¬rinin
müalicəsində
ilk
növbədə
dietanın (pəhrizin)
saxla¬nılması vacib şərtlərdəndir. Belə ki, bu xəstəliklər zamanı tez və
yüngül həzm olunan qidalar qəbul olunmalıdır. Əlamətləri nəzərə alaraq
əsasən süd və süd məhsulları, xörəklərdən, xüsusilə ət xörəkləri yaxşı
bişmiş, yəni suda bişirilmiş halda, tərəvəz və meyvə şirələrinə üstünlük
verilməlidir. Qızardılmış, yağlı, çox yüksək kalorili, həzmi çətin olan,
qıcıqlandırıcı qidalardan, yəni çox ədviyyatlı kəskin yeməklərdən
çəkinmək lazımdır. Siqaret, spirtli içkilər qəti qadağan edilir. Bu
xəstəliklər zamanı çalışmaq lazımdır ki, dərmanlar da ağızdan yox,
inyeksiya ilə qəbul edilsin.
Əsasən aşağıdakı dərmanlardan istifadə edilir: festal, antibiotiklər
(linkomisin, gentamisin, levomisetin), menzim forte, nikedaza, oraza,
pankreatin, pepsin, solizim, tibbi mədə şirəsi, qastrofarm və s. Serukal,
reqlan, diopan, noşpa, papaverin, FİBS, oksiferriskarbon, solkoseril,
retabolil və b. dərmanlardan istifadə olunur. Hipersekre- siyada aloye
məsləhət deyildir.
Mədə-bağırsaq yollarının vərəmi zamanı, vərəm əleyhinə dərmanlar
işlədilir: izonazid, ftivazid, bepask, etambutol və s.
Mədə-bağırsaqlarda xora, xərçəng xəstəlikləri olduq¬da cərrahi
müalicəyə üstünlük verilir.
Qaraciyərin, öd kisəsinin və öd
yollarının xəstəlikləri
downloaded from KitabYurdu.org
179
Qaraciyərin, öd kisəsinin və öd yollarının xəstəlikləri zamanı aşağıdakı
əlamətlər müşahidə edilir: sarılıq, tünd rəngli sidik ifrazı, açıq rəngli nəcis
ifrazı, dəridə qaşınma, dərinin qanaması, dəridə qarışqa gəzməsi hissi,
ürəkbulan- ma, temperaturun yüksəlməsi, qusma, qaraciyər nahiyə¬sində
şiddətli ağrılar.
Qaraciyər və öd kisəsi xəstəliklərindən qaraciyərin iltihabı (hepatit), öd
kisəsinin iltihabı (xolesistit), qaraci¬yərin sirrozu, öddaşı xəstəliyini və s.
göstərmək olar.
Xolesistit öddaşı xəstəliyi ilə eyni vaxtda və ya ayrılıqda müşahidə edilir.
Əsas əlamətlər: sağ qabırğa altında küt, kürəyə, sağ bazuya vuran ağrılar,
qusma, ürəkbulanma meydana çıxır, temperatur yüksəlir, nəbz tezləşir,
qaraciyər böyüyür və s.
Öddaşı xəstəliyinin əsas əlamətlərindən biri kəskin tutmaşəkilli ağrıların
olmasıdır. Ağrılar adətən daşlar öz yerlərini dəyişdikdə baş verir.
Müalicə. Əsasən müalicə simptomatik olub, xəstəni narahat edən
əlamətlər aradan qaldırılır. Sonra isə cərrahi yolla müalicə edilir. Belə
xəstələr daim pəhrizə fikir verməlidirlər. Çox qıcıqlandırıcı, ədviyyəli,
kəskin, duzlu, acı, yağlı qidalar azaldılmalıdır.
Mədəaltı vəzinin xəstəlikləri. Pankreatit - mədəaltı
vəzinin iltihabi prosesidir. . Xəstəlik qarının yuxarı
şöbəsində dairəvi xarakterdə (qurşaqlayıcı) daimi, şiddətli,
çox vaxt dözülməz ağrılarla kəskin surətdə başlanır. Bəzən
• *
şoka səbəb ola bilər. Urəkbulanması, qusma, hıçqırma ilə müşayiət
olunur.
downloaded from KitabYurdu.org
180
Müalicə xəstəliyin formasından asılı olub, yüngül formada simptomatik
aparılır. Kəskin olduqda və xəstəlik uzun çəkdikdə cərrahi əməliyyata əl
atırlar.
X.
SİDİK-CİNSİYYƏT SİSTEMİ VƏ ONUN XƏSTƏLİKLƏRİ
İfrazat orqanları
İfrazat orqanlarının vəzifəsi orqanizmdə suyun, duzların artığını,
maddələr mübadiləsi prosesində əmələ gələn azotlu maddələri bədəndən
xaric etməkdir. İfrazat funksiyasını əsasən böyrəklər, həmçinin həzm
kanalı, dəri, ağciyərlər yerinə yetirir.
Orqanizmdə orqan və toxumaların qarşılıqlı əlaqəli fəaliyyəti prosesində
karbon qazı, ammonyak, sulfatlar, süd turşusu, sidik turşusu, sidik
cövhəri, kreatin, indol, fenol və s. orqanizm üçün yararsız, hətta zərərli
maddələr əmələ gəlir ki, bunları da ifrazat orqanları bədəndən xaric
•
edir. Xarici mühitdən qida ilə həzm orqanlarına düşən və ya yoğun
bağırsaqlarda həzmlə əlaqədar əmələ gələn zəhərli maddələr qanla
qaraciyərə daxil olur və burada parçalanır. Qaraciyərdə hemoqlobinin
parçalanması məhsulları olan bilirubindən və biliverdindən ödün əmələ
gəlməsində istifadə olunur. Maddələr mübadiləsinin bəzi zərərli ara
məhsulları (indol, skatol, fenol və s.) qan plazmasından yoğun bağırsağa
sorulur və nəcislə xaric olunur. Ağciyərlər vasitəsilə karbon qazı və bəzi
qoxulu üzvi birləşmələr (aseton, fıtonsidlər və s.) orqanizmdən azad olur.
Amma böyrəklər və dəri orqanizmin ifrazat mexanizmində çox böyük rol
oynayır.
İfrazat orqanlarına böyrəklər, sidik axarları, sidik kisəsi və sidik kanalı
aiddir.
Böyrəklər. 120 q ağırlığında cüt orqanlar olub, qarm
downloaded from KitabYurdu.org
181
•
boşluğunun arxa divarında yerləşir. Formaca paxlaya oxşayır.
Böyrəyin içəriyə basıq yerində böyrək qapısı deyilən oyma vardır ki,
buradan böyrək arteriyası daxil olur və böyrək venası, sidik axarı xaricə
çıxır. Böyrəklər bir neçə qişa ilə ötürülmüşdür: əzələ qişası, lifli kapsul,
piy kapsulu, böyrək fassiyası, parietal periton.
Böyrəklər beyin və qabıq maddələrdən təşkil olun¬muşdur. Hər bir
böyrəyin böyrək ləyəni adlanan qıfabən- zər törəməsi var ki, o, getdikcə
daralaraq, sidik axarlarına başlanğıc verir. Sidik axarları 30 sm
uzunluğunda silindrə- bənzər borulardır. Böyrək ləyənindən başlanaraq,
kiçik çanaqda sidik kisəsinə açılır. Sidik kisəsi tək əzələvi orqandır.
Tutumu 650-750 ml-ə çatır. Buradan sidik kanalı vasitəsilə sidik ifraz
olunur. Qadın və kişilərdə sidik kanalı öz topoqrafiyasına görə fərqlənir.
Orqanizmdə sidiyin əmələ gəlməsi (diurez) və xaric olması üç mərhələdə
gedir:
1.
Filtrasiya (süzülmə) - Malpigi yumaqcıqlarından keçən arterial
qanın zülal və formalı elementlərindən başqa qalan hissəsi Baumen
kapsullarına süzülür. Nəticədə sutka ərzində böyrəklərdən keçən 1700 -
1800 1 qandan 150 - 180 1 ilk sidik əmələ gəlir.
2.
Reabsorbsiya (geriyə sorulma) - böyrək borucuqla- rında ilk sidiyin
əsas hissəsi geriyə sorulur və 1 - 1,5 1 son sidik əmələ gəlir.
3.
Sidiyin ekskresiyası-bü mərhələdə sidik kisəsindən sidik xaric olur.
Sidiyin əmələ gəlməsi və ifrazı sinir-humoral yollarla tənzim olunur.
Beyin qabığının ön hissəsində sidiyin əmələ gəlməsi prosesini
sürətləndirən ali mərkəzlər vardır. İşçi mərkəz ara beyində, sidik ifrazı
mərkəzi isə onurğa beyninin bel nahiyəsində yerləşmişdir. Bu mərkəzin
beyin qabığı ilə anatomik və fuksional əlaqəsi vardır.
Cinsiyyət orqanları
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |