185
yumurtalığın səthinə yaxınlaşır, divarı nazikləşdiyi üçün içərisindəki
mayenin təzyiqinə davam gətirməyib partlayır və mayenin təzyiqi
nəticəsində yumurta xaricə, yəni periton boşluğuna tullanır. Periton
boşluğuna tullanan yumurta hüceyrəsi uşaqlıq borusu qıfının saçaqları
vasitəsilə tutularaq, uşaqlıq borusuna, oradan isə uşaqlığa daxil olur.
Qadın cinsi əlaqədə olmuşsa, yumurta hüceyrəsi mayalanır və hamiləlik
əmələ gəlir. Yumurta mayalanmırsa, tələf olur və növbəti aybaşı olur.
Yumurtalığın vəzifəsi cinsi yetişkənlik dövründən başlayaraq qadın
cinsiyyət hüceyrəsi və cinsiyyət hormonu ifraz etməkdir.
Uşaqlıq borusu. Uşaqlıq borusu 10 - 12 sm uzunlu¬ğunda silindrəbənzər
cüt orqan olub, uşaqlığın yan tərəf-
lərində, enli bağın yuxarı kənarında yerləşir və yumurta¬lıqdan yumurta
hüceyrəsini uşaqlığa keçirir.
Uşaqlıq borusu uşaqlıq, uşaqlıq yolu və xarici cinsiyyət orqanları
vasitəsilə periton boşluğunu xarici mühitlə birləşdirir. Beləliklə də
qadınlarda periton boşluğu xarici mühitlə rabitədə olur.
Uşaqlıq. Uşaqlıq yastılaşmış armudabənzər tək əzələ-
•
vi orqan olub kiçik çanaqda, düz bağırsaqla sidik kisəsinin arasında
yerləşir.
Uşaqlığın vəzifəsi dölləıımiş yumurtam müəyyən vaxt öz daxilində
bəsləmək və döl yetişdikdən sonra yığılaraq onu xaricə çıxartmaqdır.
Uşaqlıq yolu. Uşaqlıq yolu 8 - 10 sm uzunluğunda, öndən-arxaya doğru
yastılaşmış kanal olub, uşaqlığı xarici cinsiyyət orqanları ilə birləşdirir.
Uşaqlıq yolunun aşağı ucu uşaqlıq yolu girəcəyi vasitəsilə uşaqlıq yolu
dəhlizinə açılır. Uşaqlıq yolu girəcəyi qızlarda qızlıq pərdəsi ilə əhatə
olunur.
downloaded from KitabYurdu.org
186
İfrazat orqanlarının xəstəlikləri
♦
ifrazat orqanlarının ən geniş yayılmış xəstəliklərinə
•
onların zədələnmələri, iltihabı, vərəmi, xərçəngi, böyrək daşları və
sidik kisəsi daşları aiddir.
Böyrəklərin travması, zədələnməsi zamanı ilk əlamət güclü ağrının
olmasıdır; bel nahiyəsində qızartı, şişkinlik, qanla qarışıq sidik ifrazı
müşahidə edilir. Böyrəyin zədə- lənmələrində şok və daxili qanaxmaların
olması təhlü¬kəlidir.
Xəstəni tez xəstəxanaya yerləşdirmək və şoka qarşı mübarizə aparmaq
lazımdır. Böyrək nahiyəsinə buz, qankəsici vasitələr, antibiotiklər təyin
edilir.
Böyrəklərin iltihabi xəstəlikləri orqanizmin infeksion xəstəliyə tutulması
və ya infeksiyanm sidik kisəsinə keçməsi nəticəsində törənir.
Pielonefrit. Xəstəlik birdən-birə qabırğa altında və
beldə ağrılarla başlanır, üşütmə verir, temperatur yüksəlir, ürəkbulanması,
qusma müşahidə edilir. Böyrək böyüyür, əllə yoxladıqda ağrılı olur.
Sidikdə və qanda dəyişikliklər baş verir. Xəstəlik vaxtında və düzgün
müalicə edilməzsə, xronik formaya keçə bilər.
Müalicədə əsas diqqət diurezi artırmağa yönəldil¬məlidir. Çünki sidiklə
birlikdə orqanizmdən toksinlər ifraz olunur. Antibiotiklər işlədilir,
urotropin, sulfanilamid preparatları təyin edilir. Ağrıları azaltmaq üçün
ağrıkəsici- lərdən istifadə olunur, böyrək nahiyəsinə isidicilər qoyulur.
Müalicə xəstəliyin bütün simptomları çəkilənədək aparılır.
Pionefroz böyrəyin digər iltihabi xəstəliklərindən sonra inkişaf edir.
Böyrək toxumalarında irin toplanır, toxumalar atrofiyaya uğrayır. Bəzən
downloaded from KitabYurdu.org
187
irin sidiklə xaricə də açıla bilər. Xəstəliyin müalicəsi yalnız cərrahi
yolladır. Xəstə böyrəyi kənar edirlər.
Böyrəyin və sidik axarlarının daşları. İlkin və ikincili böyrək daşları ayırd
edilir, ilkin (aseptik) daşların əmələ gəlməsi orqanizmdə mübadilənin
pozulması ilə əlaqədar¬dır. İkincili (infeksiyalaşmış) daşlar sidik ifraz
edən orqanlarda infeksiyanın səbəb olduğu yerli zədələnmələr nəticəsində
əmələ gəlir.
Daşların ölçüləri, forması və miqdarı çox müxtəlifdir. Çox vaxt
böyrəklərdə çoxlu daşlar müşahidə olunur, bəzən onların miqdarı onlarla
və hətta yüzlərlə olur.
Sidikdaşı xəstəliyinin simptomları böyrək sancıları,
• bel nahiyəsində ağrı, hematuriya, piuriya və xırda daşların sidiklə xaric
olmasıdır.
Bütün bu simptomlar, axırıncı müstəsna olaraq, başqa böyrək
xəstəliklərində də ola bilər. Sidik daşları xəstəliyində ən xarakterik
simptom böyrək sancısıdır. Sancı tutması, yəni bel nahiyəsində ən kəskin
ağrılar birdən, tamamilə sağlam ikən, bəzən yuxuda baş verir.
Böyrək sancısına, adətən, xırda, hərəkət edən daşlar səbəb olur; bunlar
sidik axarında asan surətdə sıxılıb əzilir. Ləyəndə və ya kasacıqlarda olan,
hərəkət etməyən, hətta
böyük daşlar sidiyin axmasına mane olmadıqda böyrək sancısı
tutmalarına səbəb olmur.
Müalicə. Sidikdaşı xəstəliyinin müalicəsində sanatoriya- kurort
(Jeleznovodsk, Yessentuki, Truskavets, Soirme, Qalaaltı) müalicəsinin
böyük əhəmiyyəti vardır. Bu kurort¬ların içməli mineral su mənbələri
sidikqovucu xassələrə maddələr mübadiləsini tənzim edərək, sidiyi
oksidləşdirmək və ya qələviləşdirmək xüsusiyyətinə malikdir.
downloaded from KitabYurdu.org
188
Böyrək sancısının tutması vaxtı təxirəsalınmaz yardım
bel nahiyəsinə isitqac qoyulmasından, ümumi, isti vannalar
təyin etməkdən ibarətdir. Dəri altına promedol və atropinin
♦
1 %-li məhlulunu vururlar, içməyə çöxlu maye və sidik-
qovucu dərmanlar - ayıqulağı, itburnu dəmləməsi və s. təyin
#
edirlər. Infeksiya ilə mübarizədə geniş təsir spektrinə malik, həm də
nefrotoksik effekti zəif olan antibiotiklər (genta- mitsin, klofaran və s.)
tətbiq olunur. Böyrək daşı sancılarında spazmı götürən və ağrıkəsici
dərmanlar (analgin, baralgin, no-şpa, platiflllin və s.) birlikdə təyin
edilməlidir.
Sistit və ya sidik kisəsinin iltihabı, əsasən infeksiya nəticəsində baş verir.
Çox vaxt sistitə irintörədici mikroblar səbəb olur. Kisədə iltihabın
inkişafına müxtəlif travmatik zədələnmələr, sidik durğunluğu, daş, digər
yad cisimlərin olması və s. amillər də şərait yaradır. Bir sıra hallarda
xəstəlik kateterizasiya etdikdə aseptikanm pozulması nəticəsində inkişaf
edir. Xəstəliyin davam etdiyi müd¬dətdən asılı olaraq, sistit kəskin və
xronik olur.
Müalicə. Sulfanilamidlərlə birlikdə antibiotiklər (peni- sillin, sintomisin,
biomisin və s.) pəhriz (şor, kəskin və ədviyyəli yeməkləri, spirtli içkiləri
istisna etmək) təyin edilir.
İfrazat orqanlarının xəstəliklərinə bir də onların şişləri aiddir ki, bunların
da müalicəsi cərrahi yolla aparılır.
Cinsiyyət orqanlarının xəstəlikləri
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |