192
olur. Çox vaxt ağrılar göynədici və deşici, az hallarda sıxıcı xarakter
daşıyır, bəzi xəstələrdə kürəyə və sol qola irradiasiya edir.
Çox vaxt klimakterik nevrozlu xəstələrdə normal qan təzyiqi vaxtı
başağrıları olur. Klimakterik nevroz ətraflar¬da paresteziyalar, onların
keyləşməsi, çox vaxt qəbizlik və meteorizmlə keçir.
Klimakterik nevroz vaxtı bir sıra xəstəliklərə - hiper- . toniya xəstəliyi,
ateroskleroz, piylənmə, şəkərli diabet, xronik qeyri-spesifik poliartrit və
mübadilə poliartritlərinə meyllik artır. Klimakterik nevroz bu xəstəliklərlə
yanaşı gedirsə, hormona! müalicə bunların bəzilərinin gedişinə də xoş
təsir göstərir. Qadınların çoxunda menopauzadan son¬rakı dövrdə
osteoporoz başlanır. Bu, sümük kütləsinin azalmasına, xüsusən
fəqərələrin kiçilməsinə, sıxılmasma,
fəqərə sütununun əyilməsinə, boyun kiçilməsinə, beldə və aşağı ətraflarda
ağrılara səbəb olur. Estrogenlər və androgenlərlə kombinələşmiş müalicə,
prosesin inkişafının qarşısını almağa imkan verir.
Müalicəsi. Yüngül klimakterik nevrozu olan qadın¬ların çoxunun xüsusi
müalicəyə ehtiyacı yoxdur. Belə hallarda düzgün əmək və sakitlik rejimi,
rasional qidalan¬ma, A, B, C, E və s. qrup vitaminlərin təyini, təmiz
havada olmaq, müalicəvi bədən tərbiyəsi kifayət edir.
Klimakterik nevrozun nisbətən ağır formalarında
müalicə kompleks şəkildə aparılmalıdır. Burada əsas
müalicə üsullarından biri psixoterapiyadır. Xəstələri başa
salmaq lazımdır ki, klimakterik nevroz vaxtı əmələ gəlmiş
vegetativ pozulma müvəqqəti xarakter daşıyır, orqanizm
yeni fizioloji şəraitə uyğunlaşandan sonra bu hallar
keçəcək və reproduktiv funksiyanın kəsilməsi heç də cinsi
downloaded from KitabYurdu.org
193
■
həyatın kəsilməsi demək deyildir, izah etmək lazımdır ki, əmələ gəlmiş
pozulma heç bir üzvi xəstəliklə əlaqədar deyil, funksional xarakterlidir.
Mərkəzi sinir sistemini sakitləşdirmək məqsədilə rezerpin çox yaxşı təsir
göstərir.
Klimakterik nevrozun müalicəsində simptomatik və sakitləşdirici təsirə
malik olan qaraca alkaloidləri də işlədilir. Bunlar, xanımotu alkoloidləri
və barbituratlarla birlikdə “belloid” və “akliman” preparatlarının tərkibinə
daxildir.
Hipoqonadizm.
Hipoqonadizm
kişilərdə
xayaların
funksional
çatışmazlığı nəticəsində daxili və xarici cinsiyyət orqanlarının, cinsiyyət
vəzilərin və ikincili cinsi əlamətlərin inkişafdan qalmasıdır.
Xəstəliyin səbəbi bəzi hallarda xayaların anadan¬gəlmə aplaziyası və ya
hipoplaziyası olur, başqa hallarda cinsiyyət orqanları uşaqlıq və ya
gənclik dövründə inkişaf¬dan qalır. Xayaların anadangəlmə inkişafdan
qalmasının səbəbi hamiləlik vaxtı ananın keyfiyyətsiz qidalanması,
infeksion xəstəliklər və intoksikasiyalar ola bilər. Uşaq və gənc yaşlarda
cinsiyyət orqanlarının inkişafdan qalmasının
aramasıdır
səbəbi cinsiyyət vəzilərində zədələnmə və infeksiya nəticə¬sində iltihabi
dəyişikliklərin əmələ gəlməsi və sonradan vəzilərin atrofiyaya ı.0
Darenximasmda
Hipoqonadizm zamanı xayaların pan degenerativ dəyişikliklər və
kanalcıqlar arasında birləşdiri¬ci toxumanın inkişafı aşkar edilir. Prostat
vəzi atrofiya- laşır, vəzi elementləri azalır, birləşdirici toxuma artır.
Xayaların
downloaded from KitabYurdu.org
194
əlmə hipoplaziyasıııda və ya
onların uşaq yaşlarında zədələnməsi zamanı xarici cinsiy¬yət orqanları
kəskin surətdə inkişafdan qalır, ikmcili cinsi əlamətlər olmur. Testikulyar
çatışmazlıq pubertat dövrün¬də başlanıbsa, xarici cinsiyyət orqanları
müəyyən dərəcədə inkişaf edə bilir, ancaq xayalar kiçik olur, ikincili cinsi
əlamətlər zəif inkişaf edir.
Davamlı əvəzedici və ya stimuləedici homıonal müalicə həm birincili,
həm də ikincili hipoqonadizmin bir çox əlamətlərinin zəifləməsinə səbəb
olur. Tam sağalma olmur.
Müalicəsi. Kişi cinsiyyət hormonları ilə əvəzedici müalicə aparmaq
lazımdır.
Kriptorxizm. Kriptorxizm dedikdə, bir və ya hər iki xayanın xayalığa
düşməməsi nəzərdə tutulur. Bu iki növ olur: xaya qarın boşluğunda qalır,
ya da onun xayalığa düşməsi başa çatmır.
. Yalan kriptorxizmi müalicə etmək lazım deyil. Həqiqi kriptorxizmi
cərrahi və konservativ yolla müalicə edirlər. Konservativ müalicəni
xorionik qonadotro- piıı və testosteronla aparırlar. Oğlan uşaqlarında
müalicə 10 yaşa kimi aparılmalıdır, çünki bu vaxta qədər xayaların normal
quruluşu saxlanılır, ikitərəfli kriptorxizmdə müali¬cəni 7-9 yaşlarda
xorionik qonadotropinlə başlamaq lazımdır. Preparatı 500 TV dozada, 20
gün müddətində, həftədə iki dəfə əzələ daxilinə yeridirlər. Effekt olmasa,
müalicə kursunu 2-3 aydan sonra təkrar etmək lazımdır. Birtərəfli
kriptorxizmdə və xayanın qasıq ektopiyasmda cərrahi müalicə
aparılmalıdır.
Kişi klinıaksı. Kişi klimaksı orqanizmin normal
downloaded from KitabYurdu.org
195
fizioloji vəziyyətidir. Bu, hipotalamus-hipofiz-qonadlar sistemində
neyroendokrin qarşılıqlı münasibətlərin yaşla əlaqədar olaraq dəyişilməsi
nəticəsində, cinsiyyət vəziləri¬nin funksiyalarının itməsi ilə keçir.
Klimakterik nevroz kişilərdə ürək-damar sistemi, sinir sistemi və
psixikada, cinsiyyət orqanları, sidik, həm də endokrin sistemində
pozulmalarla keçə bilər. Kişilərdə klimaks 45-60 yaşlar ara¬sında baş
verir. Klimakterik nevroz isə kişilərin 10-20 %-də müşahidə edilir.
Kişilərdə klimaks qadınlara nisbətən tədricən başla¬nır, adətən, cinsi
potensiyanın zəifləməsi ilə keçir. Cinsi meyllik çox vaxt zəifləyir, bəzi
hallarda' isə artır. Klimakte¬rik nevroz kişilərdə ürək-damar sistemində
dəyişikliklər, ürək nahiyəsində ağrılar, ürəkdöyünmə, paroksizmal
taxikardiya tutmaları, çox vaxt tranzitor və ya daimi hipertoniya, başda
istiləşmə, tərləmə, parasteziyalar və s. şəklində meydana çıxır. Sinir-psixi
pozulmalar qıcıqlanma, ağlağanlıq, yaddaşın zəifləməsi, əsassız qorxu
hissi, depressiya və bəzən psixozlar'şəklində aşkara çıxır. Sidik- cinsiyyət
sistemində
potensiyanın zəifləməsi, sidik ifrazının pozulması,
çətinləşməsi, sidik kisəsi nahiyəsində küt ağrılara təsadüf olunur.
Müalicəsi. İlk növbədə ümumi möhkəmləndirici müalicə aparılır. Bu
məqsədlə əmək və istirahət rejimini qaydaya salmaq, rasional qidalanma,
fizioterapevtik müalicə və s. məsləhətdir. A, B, C və E vitaminləri, biosti-
mulyatorlar - aloe, apilak, jenşen, fitin və s. təyin edilir. Əzələyə
novokainin 2 %-li məhlulunu 5 ml (birinci inyeksiya 2 ml), həftədə 3 dəfə,
cəmi 10-15 inyeksiya təyin etmək də məsləhətdir. Bu, sinir sisteminin
trofik funksiyasını yaxşılaşdırır.
Həqiqi hermafroditizm. Həqiqi hermofroditizm vaxtı xəstədə həm
yumurtalıq, həm də xaya olur. Xəstəlik olduqca az rast gəlir.
Müalicəsi. Xəstənin cinsiyyəti qonadlarm (cinsiyyət vəzilərinin) qadın və
ya kişi funksiyasının üstünlüyünə və psixoseksual meylliyə əsasən
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |