Əşyaların sayının onun fəza əlamətlərindən asılı olmamasının göstərilməsi.
Uşaqlar əşyaları saymağı və sayıb ayırmağı öyrənirlər. Lakin bu heç də o demək deyidir ki, onlarda ədəd haqqında təsəvvür yaranmışdır. Tərbiyəçilər tez-tez belə bir faktla rastlaşırlar ki, uşaq əşyaları sayarkən əşyası az lakin böyük ölçüdə olan qrupu böyük qrup kimi qiymətləndirir və ya uşaqlar böyük sahə tutan, lakin az əşyası ola bilən qrupu əşyalarının sayı ondan çox, lakin az sahə tutan qrupdan böyük qrup kimi qiymətləndirir.
Uşağı rəngarəng əlamət və xassələri olan əşya qrupundan ayırmaq çox çətindir. O, əşyaları sayan kimi nəticəni elə oradaca yadından çıxarır, daha aydın nəzərə çarpan fəza əlamətlərinə görə müqdarı qiymətləndirir.
Uşaqların diqqətini belə bir cəhətə cəlb edirlər ki. əşyaların sayı fəza əlamətlərindən-əşyaların ölçülərindən, onların yerləşmə formasından, tutduğu sahədən asılı deyildir.
Uşaqları paralel olaraq ölçüləri müxtəlif olan əşyaları müqayisə etməkdə məşq etdirirlər, bəzi fəza təsəvvürlərini dəqiqləşdirirlər, sağdan və soldan, yuxarıdan və aşağıdan, yuxarıdakı və aşağıdakı, yaxın və uzaq sözlərini başa düşməyi və işlətməyi, əşyaları bir cərgə ilə soldan və sağdan, çevrə boyunca, cüt-cüt və s. düzməyi öyrədirlər.
Dostları ilə paylaş: |