Sadə riyazi təsəvvürlərin formalaşması metodikası


Orta qrupda miqdar və say anlayışı



Yüklə 2,56 Mb.
səhifə25/106
tarix23.04.2022
ölçüsü2,56 Mb.
#85950
1   ...   21   22   23   24   25   26   27   28   ...   106
SRTFM

1. Orta qrupda miqdar və say anlayışı.

Orta yaş qrupunda ilin əvvəli körpə yaşlılar qrupunda keçilənlərin təkrarı verilir, lakin bir qədər çətinləşdirilmiş şəkildə. Əsasən saymağı öyrətmək və ədədlərlə tanışlıq məqsədilə zəruri olan bilik, bacarıq və vərdişləri möhkəmləndirirlər.

Təkrar üçün körpə yaşlılar qrupunun proqramına əsasən çalışmalar keçirilir, lakin nisbətən çətinləşdirilmiş şəkildə. Çalışmalar kombinə edilir ki, bu da 2-3 proqram məsələsini paralel həll etməyə imkan verir.

Bu dövrdə əsas diqqəti iki çoxluğun elementlərinin müqayisəsinə verirlər. Uşaqlara hansı qrupda əşyaların çox (az) və ya bərabər olmasını aydınlaşdırmağı öyrədirlər. Tərbiyəçi qrupların praktiki tutuşdurma priyomlarını uşaqlara xatırladır: üstəqoyma və yanınaqoyma.

Uşaqlara əşyaların başqa əlamətlərindən miqdar əlamətlərini ayırmağı öyrətmək vacibdir. Buna qrupun əhəmiyyəti olmayan əlamətlərini nəzərə almamaqla nail olunur: əşyaların rəngləri və ölçüləri, onların fəzada yerləşməsi. Miqdarca müxtəlif tərkibli çoxluqlarla iş zamanı uşaqlarda həmin çoxluqların dəqiq sayını bilməyə ehtiyac yaranır. Saymanın mənimsənilməsi üçün şərait yaradılır. Bu məşğələlərdə bəzi fəza təsəvvürləri dəqiqləşdirilir, sağ və sol əlləri ayırmaq, əşyaları sağ əllə soldan sağa düzmək, zolağın üst, alt, soldan sağa kimi ifadələrini dərk etmək möhkəmləndirilir.

İlk məşğələdən uşaqlarda işə maraq yaratmaq və məşğul olmaq bacarığını inkişaf etdirmək vacibdir. Bu qrupda miqdar və say anlayışını uşaqlara öyrətmək üçün mövzuya aid müxtəlif şeir parçalarından, tapmacalardan, birdən üçə qədər saya aid şən şəkillərdən istifadə etmək olar. Məs. işıqforun 3 işığı var, velosipedin 2 təkəri var və üç rəqəminə aid şeir-“Tapmazsan üç eyib,

Atalar üçdən deyib.

Kafiyəm, kifayətəm,

Elə bilmə heçəm mən.

Üç rəngli bayrağıma

Rövnəq verən üçəm mən.”

Oyun tapşırıqlarını yerinə yetirərkən uşaqlar birdən üçə qədər saylar arasındakı əlaqəni dərk edir və öyrənirlər. Məs. Ayılara bal çəlləkləri çatacaqmı? və s.

Bütün bunlar təlim prosesini maraqlı və məqsədyönlü edir.


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə