Əşyaların sayının onların ölçüsündən,tutduğu sahədən və formasından asılı olmadığının göstərilməsi. Uşaqları 5-ə qədər bütün ədədlərlə tanış etdikdən sonra onlara göstərirlər ki, neçə sualına cavab vermək üçün sayın hansı istiqamətdə aparılmasının əhəmiyyəti yoxdur. Onlar eyni əşyaları müxtəlif istiqamətdə soldan sağa və sağdan sola, yuxarıdan aşağıya və aşağıdan yuxarıya saymaqla buna əmin olurlar.
Eyni əşyaları müxtəlif üsullarla saymaq uşaqları inandırır ki, istənilən əşyadan başlayaraq və istənilən istiqamətdə saymaq olar, ancaq bu zaman heç bir əşyanı buraxmaq və heç bir əşyanı iki dəfə saymaq olmaz.Tərbiyəçi uşaqlara hansı əşyadan saymağa başladıqlarını yadda saxlamağın vacib olduğunu izah edir.
Dostları ilə paylaş: |