Sağlam ĠnkiĢaf və Maarifləndirmə



Yüklə 2,1 Mb.
Pdf görüntüsü
səhifə25/54
tarix19.07.2018
ölçüsü2,1 Mb.
#57067
1   ...   21   22   23   24   25   26   27   28   ...   54


 
Ağa Laçınlı (1940-2007) - ġair. 

 
Səbahəddin Eloğlu  -  ġair, publisist, jurnalist. 

 
Cahangir Məmmədov - Arxitektor, rəssam, qrafıka ustası  

 
Xəlilov  Məhəmməd  Ġbrahim  oğlu  (1925)  -  Laçın  rayon  DĠġ  Cinayət  AxtarıĢ 
Ģöbəsinin sabiq rəisi. 

 
Vəliyeva  ġərqiyyə  Əkbər  qızı  (1936)  -  Sosialist  Əməyi  Qəhrəmanı,  “Qəhrəman 
ana”. 
 
MĠLLĠ QƏHRƏMANLARI 
 

 
Oqtay Güləli oglu Güləliyev (1962-1992) 

 
Kamil Baladə oğlu Nəsibov (1946-1992) 

 
Qorxmaz AlıĢ oğlu Eyvazov (1967-1994) 

 
Fazil Umud oğlu Mchdiyev (1966-1991) 

 
Ġsrafil ġahverdi oğlu ġahverdiyev (1952-1994) 
 
 
MƏNBƏ: 
 
1.
 
Faiq Ġsmayılov: “Tarixin faciəsi: Laçın” “Nurlar” 2003 
2.
 
Heydər  Əliyev  Fondu,  Azərbaycan  Milli  Elmlər  Akademiyası  Ġnsan  Hüquqları 
Ġnstitutu - Müharibə və tarixi-mədəniyyət abidələrimiz. Bakı 2006. 
3.
 
Ziyadxan Nəbibəyli “Laçın-85”. Bakı. “Araz” nəĢriyyatı, 2009-150 s. 
4.
 
RövĢən Novruzoğlu. GENOSĠD...ECOCĠD. Bakı. “Adiloğlu” nəĢriyyatı-2006. 
 
 
 
 
 
 
 
 
 


 


 


ÜMUMĠ MƏLUMAT 
 
Kəlbəcər  rayonu  Qərbdə  Ermənistan  Respublikası,  Ģimalda  DaĢkəsən, 
Xanlar (Göy-Göl), Goranboy, Ģimali-Ģərqdə Tərtər, Ģərqdə Ağdam, Xocalı, cənubda 
Laçın  rayonları  ilə  həmsərhəddir.  Sahəsi  3054  kv/km  olan  rayonda  bir  Ģəhər,  bir 
Ģəhər tipli qəsəbə (Ġstisu), 145 kənd vardı. Ağdərə rayonunun 20-уə qədər kəndi də 
Kəlbəcər  inzibati  bölgüsünə  daxildir.  Mərkəzi  Kəlbəcər  Ģəhəridir.  8  avqust  1930-cu 
ildə  inzibati  rayon  statusu  almıĢdır.  Kəndləri  bunlardır  -  AbdullauĢağı,  Ağyataq, 
Fətallar,  Moz,  Mozqaraçanlı,  Ağcakənd,  Oruclu,  Təzəkənd,  Zağalar,  Ağdaban, 
Bağırlı,  ÇayqovuĢan,  Almalıq,  Böyükdüz,  Laçın,  AĢağı  Ayrım,  Boyaqlı,  Yuxarı 
Ayrım,  Bağlıpəyə,  Vəng,  BaĢlıbel,  Alırzalar,  Çovdar,  Xallanlı,  ġahkərəm,  Comərd, 
Qaragüney, Nəcəfalı, Pirilər, Çaykənd, Kəndyeri, Qasımlar, MiĢni, Rəhimli, Çəpli, 
Zülfüqarlı,  Çərəkdar,  Çıldıran,  TürkeĢəvənd,  Qalaboyun,  Qaraxançallı,  YanĢaqbinə, 
Alolar,  Armudlu,  Bəzirxana,  Hacımalılar,  Ġlyaslar,  DəvədaĢı,  Mehmana,  Çıraq, 
Məmmədsəfı,  Tövlədərə,  Dalqılınclı,  Barmaqbinə,  DərəqıĢlaq,  Otaqlı,  OtqıĢlaq, 
DaĢbulaq,  Alçalı,  Allıkənd,  Boyur,  Dəmirçidam,  Qanlıkənd,  Bazarkənd,  DovĢanlı, 
Hayad,  Əsrik,  Çobangərəhməz,  Çorman,  TirkeĢəvənd,  GünəĢli,  Alçalı,  Nəbilər, 
Hacıkənd,  BaĢkənd,  Heyvalı,  Yayıcı,  Həsənriz,  Ġstibulaq,  AğdaĢ, Göydərə, KeĢdək, 
Kərəmli,  Kolatağ,  Damğalı,  QamıĢlı,  Bağırsaq,  Keçiliqaya,  Zərqulu,  Vəngli,  Zallar, 
Həsənlər,  Zəylik,  Kaha,  Hopurlu,  Qazıxanlı,  Orta  Qaraçanlı,  AĢağı  Qaraçanlı,  BaĢ 
Qaraçanlı,  Xoləzəy,  Ġmanbinəsi,  Tatlar,  Qılınclı,  Alçalı,  Quzeyçikin,  Qızılqaya, 
Yuxarı Oratağ, Çopurlu, Qozlu, Qozlu-körpü, Lev, Mərcimək, Ağqaya, Birinci Milli, 
Ġkinci  Milli,  Üçüncü  Mollabayramlı,  Nadirxanlı,  Narınclar,  SarıdaĢ,  Güneypəyə, 
Seyidlər,  Cəmilli,  Susuzluq,  Qasımbinəsi,  ġaplar,  MəmməduĢağı,  AĢağı  ġurtan,  Orta 
ġurtan, Soyuqbulaq, Yuxarı ġurtan, TaxtabaĢı, Yenikənd, Təkəqaya, BabaĢlar, Bozlu, 
Çormanlı, Qaragüney, YanĢaq, Yellicə, Təkdam, Zar, ġeyinli, Zivel, ġahmansurlu. 
Kəlbəcər  rayonunun  əhalisinin  sayı  (01.01.2010)  79,0  min  nəfərdi. 
Kəlbəcər  əhalisinin  98  faizini  azərbaycanlılar,  2  faizini  isə  ruslar,  Ġrandan  gəlmə 
kürdlər və baĢqa millətlər təĢkil edir. 
Kəlbəcər  Ģəhəri  Bakıdan  təxminən  450  km  qərbdə, Bərdə-Ġstisu  (Kəlbəcər) 
avtomobil yolunun kənarında, Tərtər (çay) çayı sahilində, sıldırım qayalıqlar üzərində 
yerləĢir.  ġəhərdə  Respublika  Dövlət  Kənd  Təsərrüfatı  Ġstehsal-Texniki  Təminat 
Komitəsinin  rayon  Ģöbəsi,  məiĢət  xidməti  kombinatı,  sanitariya-epidemioloji 
stansiya, 2 orta məktəb, musiqi məktəbi, mədəniyyət evi, 2 kütləvi kitabxana, mərkəzi 
rayon xəstəxanası, poliklinika, kinoteatr, doğum evi, iri ticarət, sənaye müəssisələri 
və  s.  vardı.  GeniĢ  dağ  düzənliyi  üzərində  yerləĢən  Kəlbəcər  Ģəhərini  əhatə  edən 
dağlar sanki öz ətəklərini Ģəhərin ayaqları altında уerə sərmiĢdir. 
Azərbaycanın cənnət məkanı olan Kəlbəcər rayonunun ərazisini baĢdan-baĢa 
gülüstan adlandırmaq olar. Otuz mindən artıq bulağı olan, ilin bütün dövrlərində, hər çeĢmə 
baĢında qonağı olan Kəlbəcər rayonu təbiətin muzeyidir. Rayon ərazisində 4 mindən 
artıq bitki növü bitir ki, bunlardan da 200-ü dərman bitkisidir. Zəngin meĢələr diyarı 


olan  Kəlbəcərdə  yüzlərlə  mineral  bulaqlar  mövcuddur.  Min  bir  dərdin  dərmanı 
olan  Ġstisunun  Ģöhrəti,  sinəsindən  qarı-qırovu,  zirvəsindən  tufanı-çəni  heç  zaman 
əskik  olmayan  Murovun  Ģıltaqlığı,  hər  il  yamacları  qonaq-qaralı  oJan  Dəlidağın 
saysız-hesabsız  gülü-çiçəyi  aləmə  bəllidir.  Məhz  bu  səbəbdən  də  Qafqaz 
geologiyasının  atası  hesab  edilən  V.  Avix  Kəlbəcər  haqqında  demiĢdir  ki:  “Kim 
Tərtərçay dərəsi boyunca seyr etməmiĢdirsə, Ġsveçrənin gözəlliyinə yalnız о məftun 
ola bilər”. 
Kəlbəcərə  dünya  Ģöhrəti  qazandırmıĢ  Yuxarı  Ġstisu,  AĢağı  Ġstisu,  KeĢdək, 
Qarasu, Mozçay, Bağırsaq, Qotursu kimi çox böyük müalicə - balneoloji təsirə malik 
mineral su yataqları da (ümumi istismar ehtiyatları 3093 kub/m/gün) iĢğal ərazisində 
yerləĢir. 
Təbiətin  Kəlbəcərə  bəxĢ  ctdiyi  min  bir  nemətdən  biri  də  bizi  dünyaya 
tanıdan və loğman kimi neçə milyon insanı sağaldaraq həyata qaytaran dirlik suyu - 
ĠSTĠSUDUR. 
Ġstisu  Kəlbəcərin  qarb  hissəsində  silsilə  dağ  yamaclarındadır.  Göyçə 
gölündən 300 verstlik yolda yerləĢir. Dəniz səviyyəsindən 2225 metr yüksəklikdədir. 
Yevlax-Bərdə  dəmiryolu  ilə  isə  Ġstisuya  Tərtər-Ağdərədən  keçən  yol  200  km-dir. 
Kəlbəcər-Ġstisu arası isə Tərtər çayı boyunca uzanan maĢın yolu ilə 25 km-dir. 1940-cı 
ildə 2 sahədə (Kəlbəcər-Ağdərə, Kəlbəcər-Ġstisu) Ġstisu-Tərtər yolu çəkilmiĢdi. 
Azərbaycan təbiətinin bilicisi, mərhum akademik Mirəli QaĢqayın gözü ilə 
bu yerlərə baxsaq və dili ilə desək, belə alınardi: “...Kəlbəcər rayonundakı Ġstisu mineral 
su bulağı təbiətin  gözəl  hədiyyəsidir. Öz  kimyəvi  tərkibi  və
 
fiziki  xüsusiyyətlərinə 
görə, bu sular dünyada məĢhur olan Karlovı-Varı bulaqlarının (Çexoslovakiyadadır) 
eynidir və bəzi xüsusiyyətlərinə görə dünyada yeganədir”. 
O, zamanın ən görkəmli kimyaçı alimi E. E. Karstenski Kəlbəcər ərazisindəki 
mineral  suları  yoxladıqdan  sonra  Ġstisunun  müalicəvi  əhəmiyyətini  daha  yüksək 
(hətta- Karlovı-Varıdan da  yüksək) qiymətləndirmiĢ və bu mülicə otağının təkcə bu 
əraziyə,  Azərbaycana,  SSRĠ-yə  deyil,  dünyaya  Ģöhrət  gətirəcək  bir  mənbə  olduğunu 
göstərmiĢdir. 
Ġstisunun istiliyi 58,8 ºC qədərdir. Cəmi mineralların sayı 6,7 qrama çatan 
1litr  suyun  tərkibi  göstərir  ki,  litium,  brom,  yod,  mərgümüĢ,  fosfor,  sink,  med, 
nikel, maqnezium, dəmir və s. kimyəvi maddələrlə zəngindir. Bu bulaqlardan biri 8 
metrədək  hündürlükdə  fəvvarə  vurur.  Verilən  məlumatlar  göstərir  ki,  Ġstisu 
mənbələrindən  hər  il  3  milyard  963  mln.  litr  su  çıxır.  Sudolduran  sexlər  isə  bunun 
cəmi 22 mln. litrindən istifadə edirdi. 
Ġstisu  mineral  bulaqları  1138-ci  ildə  güclü  zəlzələ  zamanı  yerin  qabarması, 
çatlaması  nəticəsində  əmələ  gəlmiĢdir.  Ġstisu  mineral  bulaq  suyu  hipertermal, 
karbon  qazlı,  hidrokarbonatlı-xloridli-sulfatlı-natriumludur.  Ġstisu  mineral  bulaqları 
fəaliyyətdə  olan  12  bulaqdan  ibarətdir.  Kəlbəcər  rayonu  ərazisində  yerləĢən  Ġstisu 
mineral  suları  özlərinin  əlveriĢli  qaz  və  kimyəvi  tərkibinə,  yüksək  temperaturuna, 
böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə insanın həm xarici 


Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə