Sağlam ĠnkiĢaf və Maarifləndirmə



Yüklə 2,1 Mb.
Pdf görüntüsü
səhifə26/54
tarix19.07.2018
ölçüsü2,1 Mb.
#57067
1   ...   22   23   24   25   26   27   28   29   ...   54

həm  də  daxili  xəstəlikləri  müalicə  etmək  mümkündür.  Ġstisu  bulağı  üstündə  80-ci 
illərdə iri kurort  və  mineral  sudoldurma zavodu tikilmiĢdir. Həmin zavod sutkada 
800 min litr su istehsal edirdi. 
Rayonun  Ġstisu  (Kəlbəcər)  qəsəbəsində  keçmiĢ  SSRĠ-də  Ümumittifaq 
əhəmiyyətli 1 və 2 nömrəli Ġstisu sanatoriyaları fəaliyyət göstərirdi. Нər il orada 50 
min nəfər müalicə olunur və istirahət edirdi. Ġstisu mineral suyu rayon büdcəsinə ən 
çox  gəlir  gətirən təbii  sərvətlərdən biridir.  Azərbaycan  neftinin  çıxarılmasına  külli 
miqdarda  vəsait  xərclənir.  Hətta  xarici  Ģirkətlərin  köməyindən  də  istifadə  olunur. 
Təbii  bulaq olan  Ġstisunun  illik  axımı  600  milyon  litrə  bərabərdir.  Ancaq  bu  suyun 
cəmi  10  faizindən  istifadə  olunurdu.  Müalicəvi  əhəmiyyətinə  görə  Çexiyanın 
Karlovu  Vari  suyundan  üstün  olan  Ġstisuya  Ģəfa  tapmaq  üçün  müxtəlif  ölkələrdən 
turistlər gəlirdi. 
 
COĞRAFĠYASI 
 
Səthi  dağlıqdır  (Murovdağ,  ġahdağ,  ġərqi  Sevan,  Vardenis,  Mıxtökən, 
Qarabağ  silsiləsinin  və  Qarabağ  yaylasının  bir  hissəsi).  Ən  yüksək  zirvəsi  CamıĢ 
dağı  (3724)  və  Dəlidağdır  (3616).  Ərazidə  Yura,  TabaĢir,  Paleogcn,  Neogen  və 
Antropogen çökmə,  vulkanogen-çökmə  və  vulkanik süxurları yayılmıĢdır. Ən böyük 
çayı  Tərtər  və  onun  qolları  (Lev  çayı,  Tutqunçay  və  s.)  Bazarçayın  da  mənbəyi 
Kəlbəcər  rayonu  ərazisindədir.  Rayonun  mərkəzi  və  Ģimal  hissəsində  enliyarpaqlı 
meĢələr,  meĢə-çöl  bitkiləri,  yüksək  və  qismən  orta  dağlarda  alp  və  subalp 
çəmənlikləri geniĢ yer tutur. MeĢələrinin ümumi sahəsi 32774 hektardır. Qaya keçisi, 
qonur ayı, çöl donuzu, daĢlıq dələsi, ular, qartal və sair faunasını zənginləĢdirir. 
Ġri yaĢayıĢ məntəqələri Kəlbəcər Ģəhəri, Ģəhər tipli Ġstisu qəsəbəsi, BaĢlıbel, 
Zəylik, Zar, Qılıclı və Zülfüqarlı kəndləridir. 
Kəlbəcər  rayonu  zəngin  meĢələri  ilə  fərqlənir.  Kəlbəcər  meĢə 
təsərrüfatının ərazisi 32774 hektar təĢkil edirdi. 
Kəlbəcər  rayonunun  ərazilərində  yerləĢən  meĢələr  I  qrupa  aid  olub,  su 
saxlayıcı və gigienik, hava təmizləyici əhəmiyyətə malikdir.  
Onlardan:  Qiymətli  balıq  hövzəsinin  olduğu  çayları  ətrafında  yerləĢən 
qoruq meĢələri - 13471 hektar, ətraf mühitin müvafizəsi üçün əhəmiyyətli meĢələr 
-  15531  hektar,  Ģəhər  və  kənd  məntəqələrinin  ətrafındakı  yaĢıllıqlar  -  274  hektar, 
meĢə  park  zonası  -  80  hektar.  Hər  tərəfdən  dağlarla  əhatə  olunmuĢ  rayon  ərazisi 
üçüncü  və  dördüncü  dövrün  vulkanizm,  lava  axınına  məruz  qalmıĢdır.  Kəlbəcər 
rayonundan baĢlayaraq Tərtər çayının sol sahili boyunca lava  axaraq bazalt-andezit 
sütunları  möhtəĢəm  qayalıqlar,  gözəl  təbii  mənzərələr  yaradır.  Sonrakı  geoloji 
dövrlərdə çoxbucaqlı bu sütunlar aĢınmaya məruz qalmıĢ və tikinti materialları olan 
çınqıllar  əmələ  gətirmiĢdir.  Bu  təbii  çınqıllar  son  illərdə  bütün  rayonun 
abadlaĢmasında təbii xammal kimi istifadə olunurdu. Çay boyunca yumĢaq süxurlar 


erroziyaya  məruz  qalmıĢ  və  Kiçik  Qafqazın  ən  böyük  kanyonunu  yaratmıĢdır. 
Ehtiyatı  həddindən  çox  olan  perlitdən  Ġstisu  kurortu  və  Kəlbəcərin  son  dövrlərdə 
istifadəyə  verilmiĢ  inzibati  binalarında,  Heydər  Əliyev  adına  sarayda  istifadə 
olunmuĢdur. Xalkozin, azurit,  yaĢma, oniks, lazurit, obsidian kimi qiymətli daĢlar 
zərgərlik üçün əvəzolunmaz xammal ehtiyatları olaraq əhəmiyyətinə görə dünyada 
yeganə  olan  Ġlmen  mineral  qoruğundan  heç  də  geri  qalmırdı.  Geoloqların 
tədqiqatlarına  görə  Kəlbəcər  rayonunun  ərazisində  77  növ  mineral  var.  Təkcə 
travertinin ehtiyatı 309 milyon kub metrdir. Azərbaycanın Gürcüstandan aldığı pemza 
(süngər daĢı) Kəlbəcərdə kifayət qədərdir. Son illərdə mərmər və miĢar daĢlarından da 
istifadə  olunurdu.  Ġsti  və  soyuq  havanı  buraxmayan,  atom  radiasiyasının  qarĢısını 
alan  obsidian  qızdıqda  həcmini  18  dəfə  artırmaq  qabiliyyətinə  malikdir.  Hörgü 
iĢlərində  və  arakəsmələrdə  çox  nadir  tikinti  materiallıdır.  Kəlbəcər  rayon  Tarix-
diyarĢünaslıq muzeyinin, rayon Ģahmat məktəbinin bütün ətraf divarları Kəlbəcərin 
qiymətli daĢları ilə tikilmiĢdir. Tərtər çayının hövzəsində 412-уə qədər mineral su 
yataqları mövcuddur. 
Kəlbəcər  həm  də  fıliz  ehtiyatları  ilə  zəngindir.  Zod  aĢırımı  və  Söyüdlü 
yaylağı,  Keytidağda  qızıl,  Göydərədə  xromit,  Ağyataq,  Qaraqaya,  ġorbulaqda  civə 
(kinovar),  Bağırsaq  (yuxarı)  dərəsındə  uran  yataqları  perspektivli  əlvan  metallurgiya 
xammallarıdır. 
Rayonun  iqlimi  aĢağı  hissələrdə  mülayim,  200  m-dən  yüksəklikdə  isə  soyuq 
dağ  iqlimidir.  Yayı  sərin,  qıĢı  nisbətən  soyuq  keçır.  Yağıntıların  çox  hissəsi  ilin  soyuq 
vaxtında və yazın əvvəlində düĢür. 
Kəlbəcər rayonunun suları qapalı Xəzər hövzəsinə aiddir.  Əvvəlki geoloji 
dövrlərdə  tekeonik  çökmə  nəticəsində  Göyçə  gölü  ilə  əlaqədə  olan  Alagöllərin 
Sarımsaqlıçay  vasitəsilə  Tərtərlə  əlaqəsi  yaranmıĢdır.  Zod  aĢırımında,  Söyüdlü 
yaylağında, Murovun cənub ətəkllərində, Qarabağ vulkanik yaylasında çoxlu tektonik 
və  vulkanik  göllər  mövcuddur.  Ən  böyük  göl  dərinliyi  9  m-ə  çatan  Böyük 
Alagöldür.  Onun  sahələrinin  uzunluğıı  14  km-dir.  Gölə  tökülən  yeddi  çaydan  ən 
böyüyü Azadçaydır. 
Aprel, May aylarında qarın əriməsi və yaz yağıĢları zamanı çaylarda ən yüksək 
səviyyə  qeydə  alınır.  Avqust  və  Yanvar  aylarında  çaylarda  suyun  səviyyəsı aĢağı olur. 
DaĢlı  və  daĢlı-palçıqlı  sellər  son  illər  balıqlarm  qırılmasına  səbəb  olurdu.  Tərtərin 
dərəsindən  dağlara  qalxdıqca  hündürlük  qurĢaqları  bir-birini  lvəz  edir.  Qara  ağac, 
Qaratikan kolları enliyarpaqlı meĢələrlə əvəz olunur.  MeĢələrdə palıd, fisdıq, vələs, 
ağcaqayın,  göyrüĢ,  qozqara,  söyüd,  yemiĢan,  hündür  yerlərdə  isə  tozağacı  bitirdi. 
1800-2000 m-dən hündürlükdə subalp, alp çəmənlikləri gəlir. 
Subalp  çəmənlikləri  biçənək,  alp  çəmənlikləri  isə  yay  otlaqları  üçun 
istifadə  olunurdu.  Murovun  və  Dəbdağın  hündür  zirvələri  ətrafında  çılpaq 
yaylaqları ilə fərqlənən dağ-tundra iqlimi gəlir. MeĢələrdə insanların sağlamlığının 
keĢiyində duran çoxlu cır meyvə ağacları (alma, armud, əzgil, yemiĢan), giləmeyvə 
(qarağat, zirinc, böyürtkən, moruq, həmərsin) bitirdi. Bu bitkilər müharibənin ağır 


Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə