Sağlam ĠnkiĢaf və Maarifləndirmə



Yüklə 2,1 Mb.
Pdf görüntüsü
səhifə36/54
tarix19.07.2018
ölçüsü2,1 Mb.
#57067
1   ...   32   33   34   35   36   37   38   39   ...   54

yerləĢmiĢ kənd, dərə, təpə, dağ, bulaq və düzənlik adlarının doxsan doqquz faizindən 
çoxu türk dil qrupu ilə adlanır. 
Ağdam  inzibati  ərazi  bölgüsünə  görə,  1822-ci  ildə  Qarabağ  xanlığının 
ləğvindən sonra yaranan ġuĢa qəzasına daxil olur. 
Ağdam  hər  zaman  Qarabağın  ictimai-siyasi  həyatında  həlledici  rol 
oynamıĢdır. 1905-ci ildə  erməni-Azərbaycan  milli münaqiĢəsi  və  çar hökumətinin bu 
milli  ədavəti  qızıĢdıran  səyləri,  əksər  halda  isə  erməni  qaragüruhçularının 
dəstəklənməsi  azərbaycanlıların  da  təĢəbbüskarlıq  meylini  artırırdı.  Mir  Möhsün 
Nəvvab  XX  əsrin  əvvəllərində  erməni  millətinin  törətdiyi  qırğınlardan,  vəhĢilikdən 
bəhs  edən  “Qafqaz  erməni  tayfası  ilə  müsəlmanların  vuruĢ  və  iğtiĢaĢ  tarixləri” 
əsərində Ağdamın əməli fəaliyyəti olan xeyriyyə cəmiyyəti haqqında məlumat verir. 
Azərbaycanda  Sovet  hakimiyyəti  demək  olar  ki,  qan  töküləndən  sonra 
quruldu.  Yerlərdə  onun  möhkəmləndirilməsi  isə  olduqca  ağır  və  mürəkkəb  siyasi 
hərbi Ģəraitdə, güclü müqavimətlə, qalmaqalla həyata keçirilirdi. 
DəhĢətli  əzazilliklə  yatırdılmıĢ  Gəncə  üsyanından  lap  az  sonra  Sovet 
hakimiyyəti elan olunmuĢ, Qarabağda güclü üsyan baĢladı.  1920-ci ilin 3-4  iyununda 
Qarabağda üsyan qaldırıldı. 
Qarabağa gələn Qızıl Ordu hissələrinin baĢında Azərbaycanın Xalq Daxili 
ĠĢlər  komissarı  D.  Bünyadzadə  dururdu.  Xalq  hərbi  və  dəniz  iĢçilərinin  komissarı  Ç. 
Ġldırım da Qarabağa ezam edilmiĢdi. 
Ağdam  üsyanı  yatırılsa  da,  əhali  arasında  yaranmıĢ  narazılıq  respublika 
rəhbərlərini  təĢviĢə  salmaya  bilməzdi.  1920-ci  il  oktyabrın  əvvəllərində  Nəriman 
Nərimanovun  baĢçılıq  etdiyi  nüfuzlu  heyət  -  xalq  komissarlarının,  Bakı  fəhlələrinin 
nümayəndələri  və  xüsusi  təĢviqat  briqadaları  Ağdama  gəlir,  geniĢ  təbliğat 
kompaniyası keçirirlər. Bu tədbirlər nəticəsində kütləvi narazılığın qarĢısı bir qədər 
alınır. Bununla belə, ayrı-ayrı kəndlərdə silahlı müqavimət uzun müddət davam edir. 
1923-cü ilin iyulunda azərbaycanlıların iradəsi və mənafeyinə zidd olan bir 
akt həyata keçirildi - Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Qarabağın bir hissəsi 
- Zəngəzur Ermənistana verildi  
Qalan ərazilərdə isə Ağdam, Cəbrayıl qəzaları təĢkil edildi. 
Böyük Vətən müharibəsinə Ağdamdan 7361 nəfər yollanmıĢ, onlardan 3686 
nəfəri həlak olmuĢ, 511 nəfəri isə əlil olmuĢdur. 
 
ĠġĞAL 
 
Mövcud  dövlətini  qədim  Azərbaycan  torpaqları  üzərində  qurmuĢ 
Ermənistan  Dağlıq  Qarabağı  özünə  birləĢdirmək  məqsədilə  1988-ci  ilin  fevral 
ayından  baĢladığı  müharibəyə  Ağdam  rayonu  da  cəlb  olunmuĢ,  hadisələrin  ilk 
günlərindən  ən  böyük  ağırlıq  Ağdam  rayonunun  üzərinə  düĢmüĢdür,  1988-ci  ilin 
son  aylarında  Ermənistandan  -  öz  dədə-baba  yurd-yuvasından,  daha  sonra  isə 
Dağlıq  Qarabağdan  doğma  ocaqlarından  qovulub  çıxanları  on  minlərlə  azərbaycanlı 


məhz  Ağdam  rayonuna  Pənah  gətirmiĢdi.  1992-ci  ildə  Dağlıq  Qarabağı  bütünlüklə 
iĢğal  edən  Ermənistan  bununla  kifayətlənməyərək,  Dağlıq  Qarabağın  ətrafında 
yerləĢən rayonlara da diĢini qıcadı. 
Ermənistanın  separatçı  hakimiyyəti  bəzi  xarici  dövlətlərin  yaxından 
köməyi,  bilavasitə  iĢtirakı  ilə  ġuĢa,  Laçın,  Kəlbəcər  rayonlarını  iĢğal  etdikdən  sonra 
Ağdamı hədəf seçdi. Ermənilər bu rayonu da  ələ  keçirmək üçün irimiqyaslı hücum 
əməliyyatlarına  baĢladılar.  1993-cü  il  iyun  ayının  11-dən  baĢlayaraq  bu  hücum, 
həmin ilin iyul ayının 23-də Ağdamın iĢğalı ilə baĢa çatdı. 1905-1907-ci illərdə, 1918-
1920-ci  illərdə  düĢmən  ayağı  dəyməyən  Ağdam  beĢ  illik  mübarizədən  sonra  iĢğal 
olundu. 
1994-cü  il  may  ayının  12-dək  davam  edən  hərbi  təcavüz  nəticəsində  isə 
ermənilər  Ağdam  rayonu  ərazisinin  846,7  kvadrat  kilometrini,  yəni  ümumi 
ərazisinin 77,4 faizini iĢğal etməyə nail oldular. ĠĢğal edilmiĢ Ağdam Ģəhəri və rayonun 
89 kəndi bəĢər tarixində bənzəri olmayan bir vəhĢiliklə darmadağın edilərək, yerlə-
yeksan edildi. Həmçinin əkinə yararlı 28 min hektar sahə, 38 kolxoz və sovxoz, 24 
tikinti-quraĢdırma idarəsi, 12 sənaye müəssisəsi, 74 məktəb, 105 səhiyyə müəssisəsi, 
271 mədəniyyət evi, 67 idarə, 99 klub iĢğal altında qalmıĢdır. 
Ağdamın  müdafiəsi  uğrunda  5  ildən  artıq  gedən  qanlı  döyüĢlərdə 
qismətinə 5897 Ģəhid, 3531 nəfər əlil, 1871 nəfər yetim uĢaq düĢdü. Minlərlə insan 
fiziki  Ģikəstlik  qazanmıĢ,  12  min  nəfərdən  artıq  ağdamlı  öz  doğma  ev-eĢiyindən 
didərgin düĢmüĢdü. 
 
GÖRKƏMLĠ ġƏXSĠYYƏTLƏRĠ 
 

 
Məmmədov  Xudu  Surxay  oğlu  (1927)  -  Geologiya-mineralogiya  elmləri 
doktoru, professor, AME-nın müxbir üzvü. 

 
Namazova  Adilə  Əvəz  qızı  -  Tibb  elmləri  doktoru,  professor,  Rusiya  Tibb 
Elmləri Akademiyasının müxbir üzvü. 

 
GöyüĢov RəĢid Bahadur oğlu - Tarix elmləri doktoru, professor. 

 
Ġmanov Xanoğlan Ġman oğlu - Texnika elmləri doktoru, professor. 

 
GöyüĢov Ziyəddin Bahadur oğlu – Fəlsəfə elmləri doktoru, professor. 

 
Mehdiyev  Famil  Ağalar  oğlu  (1934-2003)  -  Filologiya  elmləri  doktoru, 
professor, Ģair. 

 
Əliyev Rafiq Əziz oğlu AME-nın müxbir üzvü, professor. 

 
Vəliyev Tofiq TalıĢ oğlu - Tarix elmləri doktoru, professor. 

 
Vəliyev  Teymur  Süleyman  oğlu  -  Ġqtisad  elmlər  doktoru,  professor,  AME-nın 
müxbir üzvü. 

 
Qasımov Əlfi Səhlik oğlu Publisist, yazıçı, Ģair. 

 
Rüstəmov Qədir - Xanəndə, Azərbaycan Respublikasının Xalq artisti. 


Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə