45
rəhbərlik edir.Beyin bütün orqanların mərkəzidir.Baş Qərargah
-dır.“Hesablama mərkəzinin” proqramları buradan ötürülür.
Əsəb sistemi 3 cür sinir qüvvəsi ilə idarə olunur:
1. Əzələ sinir qüvvəsi-əzələ hərəkətlərini törədir.
2. Orqanların sinir sistemi-sağlamlığa xidmət edir və
xəstəliklərə müqavimət göstərir.
3. Mənəvi (ruhi) sinir qüvvəsi-güclü intellekt,yaxşı yad-
daş,mənəvi dözüm yaradır,öz emosiyalarını tənzimləməkdə
insana yardımçı olur.İnsan öz taleyinin sahibinə məhz onun
köməyi ilə çevrilə bilir.Mənəvi sinir qüvvəsi güclü olanda
qeyri-adi hadisələr,streslər,əsəb gərginliyi insana pis təsir
göstərə bilmir,onu sarsıtmır.
Bildiyimiz kimi,həyatda ağıllı,dərrakəli,savadlı,qabliy-
yətli,istedadlı adamlar çox olur.Lakin insanı hərəkətə gətirən
və inamla irəli aparan sinir qüvvəsi çatmadıqda,belə adamlar
öz potensiallarını aça bilmir və heç nəyə nail olmurlar.Bu
qüsurdan yaxa qurtarmaq mümkündürmü?Möhtəşəm sinir qüv-
vəsi yaratmaq üçün nə etmək lazımdır?
Sinir qüvvəsi yaratmağa və onu qorumağa qadir olan
dərman yoxdur.Süni stimulyatorlar(çay,kofe,tütün,alkaqol, nar-
kotik maddələr,tiryək) isə əsəb sistemini möhkəmlətmir,əksinə,
onu dağıdıb,bərbad hala salır.Yadda möhkəm saxlayın:dərman-
dan yalnız xəstəni böhran vəziyyətdən çıxartmaq üçün istifadə
etmək olar.Çünki
dərman-bədənə daxil olan və yığılıb orada
qalan əlavə zəhərdir.Massaj,müxtəlif vannalar,gipnoz,dualar,
dilətutmalar,təqlidlər və bu kimi tədbirlər yalnız müvəqqəti
təsir göstərir.Möhtəşəm,əzəmətli və qüdrətli əsəb sistemini
yaratmaq və yaşatmaq üçün bu işlə hər gün sistemli şəkildə
məşğul olmaq lazımdır.Bunun başqa yolu yoxdur.
Əsəb
sistemini möhkəm,daxili
streslərə dözümlü tərbiyə
etmək üçün,Təbiət tərəfindən hər birimizin daxilində qoyulmuş
2 qüvvəni köməyə çağırmalıyıq:
iradəni və hər şeyə qadir
olmaq cəhdini.Əgər bu 2 qüvvə zəyifdirsə, onları dərhal