7
həmişə də bacarıb burulğandan çıxmışdın, indi də bacaracaqsan,
çıxacaqsan bu vəziyyətdən!..Mənimsə əks-arqumentlərim vardı,
deyirdim,o vaxt cavan idim, orqanizmim hələ güclüyüdü,
xəstəliyə yaxşı müqavimət göstərə bilirdi, indi yaşım 70-ə çatıb.
O vaxt mədəm də yaxşı işləyirdi, indi onu sıradan çıxardıblar...
Mübahisə vaxtı ömür yoldaşım yadıma bir güclü reallığı
salırdı: “Amma o vaxt sənin Katsudzo Nişi, Pol Breqq, Herbert
Şelton, Norman Uoker, Abram Zalmanov kimi qüdrətli
müttəfiqlərin yoxudu”. Bu arqumentin ətəyindən iki əllə bərk-
bərk yapışdım, sinəmə çökmüş Əzrayillə əlbəyaxa vuruşdum...
Düz üç il yataqdan qalxa bilmədim, hər gün Əzrayillə
göz-gözə durdum. Ölümün uzaqda olmadığını hər gün, hər saat
hiss edirdim. Yastığımın dibindən əl çəkməyən ömür yoldaşım
ən ağır dəqiqələrdə-yaşamaq ümidim tamam itəndə yenidən
yadıma salırdı:
-Sən bundan da ağır vəziyyətdən çıxmısan, yenə də
çıxacaqsan, sağlamlığını yenə qaytaracaqsan!..
Bir söz deməsəm də, içimdə başqa şeylər düşünürdüm:
O
vaxt hələ gənc idim, mədəm yaxşı işləyirdi. Rəhmətlik anam,
bacılarım Dilnəvaz və Tamara,qayğıkeş yeznəm Hacı və
övladları qulluğumda durmuşdular,gecə yatmırdılar,gündüz
oturmurdular,həyatım uğrunda çarpışırdılar.Hər iki gözünün
nurunu itirmiş müstər anamın əlindən bir iş gəlməsə də, gündə
iki dəfə-bir səhər,bir də axşam-çöpə dönmüş ətsiz barmaqları
ilə biləyimi ölçür,özünü və məni aldatmağa çalışırdı: “yaxşısan,
Allaha şükür,kökəlmisən”.Məmər kəndinin(indi yağı düşməni-
miz ermənilərin taptağı altında inildəyir!) gözəl ab-havası,
Bərgüşad çayının sərin mehi,dərmansız meyvələr, “Astanlarda”
bitən şəfalı pencərlər,Laçından gələn təmiz dağ balı,kənddə
hamının böyük hörmətlə “Əbil həkim” deyə müraciət etdiyi
pak əqidəli feldşerin şəfalı baxışları,hər gün mənə baş çəkməyə
gələrkən bacımdan “ağız, indi bəri bax görüm, bu uşağa səhər-
səhər yeməyə nə vermisən” deyə qida rejimimlə maraqlanan
Qumru nənənin boxçadan çıxan tövsiyələri, çox “vurduğu”