26
deyən alim özünü pis vərdişlərdən qətiyyətlə təmizlədi, ciddi
səy göstərib, min bir əziyyətə qatlaşıb, mükəmməl vərdişlər
qazandı,Təbiət qanunlarını başı üstə müqəddəs bayraq tək
tutaraq,tam sağlam və gümrah yaşadı.Sübh tezdən,Təbiət oya-
nanda yerindən qalxardı,isti aylarda dağlarda qaçardı,soyuq
aylarda,delfin kimi,mavi sulara baş vurardı-serfinq(taxta xizək)
sürərdi.Hər gün xeyli vaxt başı üstə dayanıb,ayaqlarını göyə
qaldırardı,hər axşam rəqs meydançasına gedib,rəqs edər, özün-
dən deyən handa bir cavanı yorardı.Dilinə “ölü” qida(bişmiş
xörək,konservləşdirilmiş,duza və şəkərə qoyulmuş,qurudul-
muş ət və balıq, fabrik və zavodlarda istehsal olunan ərzaq),
papiros,spirtli içkilər,kololar,fantalar vurmazdı.Yalnız meyvə-
tərəvəz,tumlar,zoğlar,köklər yeyərdi,gündə 3 litrə qədər çiy
suyu qurtum-qurtum içərdi.Bir müdrik kəlamı təkrarlamaqdan
doymazdı:“Biz-nə yeyiriksə,oyuq”.Mənası belədi:“ölü” qida
yeyən adam-xəstədir,iradəsizdir,yaltaq və qorxaqdır,acgözdür,
paxıldır,qəddardır,şənbazdır,“canlı” qida (çiy meyvə-tərəvəz)
yeyən adam isə mənən və cismən sağlamdır, güclüdür, kamildir,
xeyirxahdır,şən və nikbindir,qeyri-adi təfəkkürə və yaddaşa
malikdir, mənəviyatı safdır, əxlaqı təmizdir.
Təbii qidalarla qidalanmasına baxmayaraq, dünyada baş
verən dəhşətli katoklizmaları,havanın,suyun,torpağın insan tərə
-findən xususi qəddarlıqla zəhərləndirilməsini nəzərə alan
alim,öz orqanizmini mütəmadi olaraq təmizləyərdi:həftədə bir
sutka, bundan əlavə-ayda 3 sutka və rübdə 7-10 sutka aclıq
keçirərdi.Bu halda bağırsaqları və toxumaları suni üsullarla
təmizləməyə ehtiyac qalmırdı.
Bir vacib məqamı xususi vurğulamaq istəyirəm.Bütün
dünyada,o cümlədən,süfrəsinin zənginliyi ilə qürrələnən bizim
yeyimcil məmləkətdə qəbizlikdən və ishaldan çoxlu adаm əzab
çəkir və bu zavallıların sayı sürətlə artır.Qəbizlik də,ishal da
mədə-bağırsaq traktının pis işləməsinə dəlalət edir.Bu da,öz
növbəsində,düzgün qidalanmamаğın acı nəticəsidir.Zibilli
bağırsaq hər cür xəstəliyin rahat törəməsi üçün gözəl bazadır.
27
Ona görə də,Pol Breqq yalnız təbii qidaları yeməyi məsləhət
görürdü.Öz bağırsağını hər vaxt təmiz saxlayırdı.Qida qəbul
etdikdən bir saat sonra bağırsağın mükəmməl boşalması baş
verməsəydi,alim bərk narahat olurdu,xüsusi təmrinlərin köməyi
ilə boşalmanı təmin edirdi.
Qüdrətli naturopat alim öz cismini və ruhunu elə
formalaşdırmışdı ki, cüzi miqdarda faydalı qida qəbul etməklə
kifayət qədər enerji toplaya bilirdi,on adamın işini görürdü. Nə
şaxta, nə də qızmar Günəş ona pis təsir göstərə bilirdi. Alim 40
dərəcə şaxtadan 40 dərəcə istiyə və əksinə çox rahat keçirdi.
Çünkü vücudunda kifayət qədər kalsium olurdu. Bu element
bədəndən kənarda mövcud olan temperaturanı daxili tempera-
tura ilə çox gözəl tənzimləyir.
86 yaşlı alim,bütün dünyanı heyrətləndirən,çox qəribə
bir eksperiment keçirmişdi:dünya rekordsmenlərindən ibarət
olan gənclər komandasını yarışa çağırdı-gəlin,yayın günü payı-
piyada Saxara səhrasından keçək.Dünyanın ən güclü idmançı-
larından heç biri gedib finişə çata bilmədi,ahıl alim odlu
səhradan tək-tənha keçməli oldu.Sağlam həyat tərzinin böyük
xariqələr yaratmağa qadir olduğunu dünyaya əyani göstərdi.
Zəngin biliyə malik olan pr. Breqq elmi əsaslarla sübut
etdi ki,insan düzgün qidalansa,sağlam həyat tərzi keçirsə,900
ildən çox yaşıya bilər.Alim 150 il yaşamağı qarşısına məqsəd
qoymuşdu.Əlbəttə,həyatı verən də Tanrıdı,alan da. Görünür,
böyük alimin alnına 150 il yaşamaq yazılmamışdı.95 yaşlı alim,
həmişəki kimi, bir şaxtalı qış günü okeanda serfinq sürürdü. Bu
vaxt güclü qasırğa qalxdı,alim faciəli şəkildə həlak oldu. Bu
nadir insan xəstəlik yatağında deyil,şaha qalxmış dalğaların
qoynunda can verdi,dünyaya sübut etdi ki,insan xəstələnməyə
bilər,ölən günə qədər gənc və sağlam qala bilər.95 yaşlı
“qocanın” cəsədini yaran təbiblər öz dərin heyrətlərini gizlədə
bilmədilər:qocanın ürəyi,damarları,vətərləri,sümükləri 18 yaşlı
cavanınkından sağlam və elastik idi!
28
Təkcə bir ölkəyə deyil,bütün dünyaya mənsub olan
planet vətəndaşı Pol Breqq 13 dəfə Yer kürrəsini dolaşdı,
müxtəlif ölkələrdə biri-birindən maraqlı mühazirələr oxudu.
Hər dəfə də eyni fikiri vurğuladı:“Gödən-səfehdir, ona qulaq
asmayın!”. İnsanpərvər alim ürəkdən istəyirdi ki, “yaşamaq
üçün yeyənlərin”sayı çoxalsın,onlar “yemək üçün yaşayan-
ları” üstələsin.Tam əmin idi ki,beıə olsa,planetimizdə əmin-
amanlıq,sakitlik,dinclik,rahatlıq bərqərar olar,insanlar dünya
malına görə bir-birini boğazlamaz,didməz,parçalamaz, qırmaz...
Əfsuslar olsun ki,böyük alimin arzusu bu gün də bir
arzu olaraq qalır.İndi dünyada,insanı iblisə çevirən biznesin
pressinqi altında əks-proses gedir:yemək üçün yaşayan qarın-
quluların sayı günbəgün, saatbasaat artır.Qarınqululuq bəlası
özü ilə bərabər ağır xəstəliklər,qanlı müharibələr və dəhşətli
təbii fəlakətlər gətirir.İnsanın başına yağan faciələr çoxalır.
YÜZ YAŞLI CAVAN
Moskvada keçirilən Ümumdünya marafon yarışının
təşkilat komitəsinə bir dəri,bir sümükdən ibarət olan ahıl bir
kişi müraciət etdi-marafonda iştirak etməyə icazə istədi. Komi-
tə üzvləri maraqlandılar:“Neçə yaşınız var?”. Cavab hamını
heyrətləndirdi:“Səksən iki?.. Ola bilməz!”. Qıvraq kişiyə olsa-
olsa 50 yaş vermək olardı.Lakin elə 50 yaşın özü də marafonda
iştirak etmək üçün çox idi.Mixail Mixailoviç Kotlyarov rədd
cavabı aldı.Görünür,komitə üzvləri bu arıq qocanın taleyindən
və xarakterindən bixəbər idilər.Yoxsa “yox” deməzdilər.
Komitə üzvləri çox güclü pressinq qarşısında güzəştə getməli
oldular.Lakin kişinin sinnini nəzərə alaraq,ona yalnız 10 kilo-
metr məsafəyə qaçmağa icazə verdilər.82 yaşlı M. Kotlyarov
onu uğurla qət etdi.
Səni,əziz oxucum,kəfəni yırtmış daha bir maraqlı
adamın keçdiyi girintili-çıxıntılı yolla yaxından tanış etməzdən
əvvəl,istərdim ki,tək bir anlığa gözünü sətirlərdən ayırıb,
Dostları ilə paylaş: |