Şahdəniz 2 infrastruktur Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Əlavə 9E
Sentyabr 2011
9E/23
İlkin
layihə variant
istiqamətlənəcək. Təəssüf ki, cari tədqiqat məlumatları şose boyunca daşqın
səviyyəsindəki dəyişikliyin dəqiq şəkildə mötəbər hesablamasını aparmağa imkan
vermir.
4 Yekun
Rəylər
2008–2011-ci illər ərzində WRA tərəfindən həyata keçirilən hidroloji modelləşdirmədə
diqqət ŞD2 İnfrastrukturunun layihələndirilməsi üzrə podratçıya daşqın axınları və
daşqının yüksəkliyi barədə məlumatları təmin etməyə yönəldilib. Bu tədqiqatlar ilkin
olaraq Terminalın perimetri boyunca yerləşən daşqından mühafizə bəndlərinin
həcmini və effektivliyini nəzərdən keçirib, sonra isə bir sıra alternativ giriş yolu
marşrutları üçün yolun torpaq tökümünün hündürlükləri və drenaj sularının suötürücü
borularının öçüləri barədə məsləhət verib. Giriş yolu üzrə tədqiqatlar iki mərhələdə
həyata keçirilib, çünki, ŞD2 İnfrastruktur Layihəsi üçün layihələndirmə işləri aparılan
zaman marşrut variantlarına düzəliş edilib.
İlkin hidroloji modelləşdirmə göstərib ki, Terminalın perimetri boyunca yerləşən
daşqından mühafizə kanalları konservativ şəkildə layihələndirilib və onlar böyük
daşqın hadisəsinə qədər (o cümlədən böyük daşqın hadisəsi də daxil olmaqla)
daşqın sularını saxlamaq iqtidarındadır. Nəticədə, suyığıcı ərazilərdən şimala və
şərqə doğru hərəkət edən sulara qarşı Terminal öz cari layihələndirməsində
təhlükəsiz hesab edilə bilər.
Tədqiqatlar həmçinin nümayiş etdirib ki, üçüncü tərəfə məxsus boru kəməri dəhlizi
boyunca yerüstü boru kəmərlərinin, doldurulmamış xəndəklərin və qazılmış qrunt
qalaqlarının mövcudluğu yerli drenaj xüsusiyyətlərinə təsir göstərəcək və nəticədə
Şahqaya vadisinin kanalının sahilindən daşan sular “TES2” sahəsinə
istiqamətlənəcək. Axınların istiqamətləndirilməsi dəmir yolunun torpaq tökümünün su
altında qalma riskini artırır, belə ki, dəmir yolunun altındakı “B3” mərkəzi drenaj
körpüsü böyük daşqın hadisəsi zamanı axınları ötürmək iqtidarında olmayacaq və
dəmir yolunun torpaq tökümünün üzərindən suyun daşması ilə nəticələnəcək. Bu növ
daşqın hadisəsi əhəmiyyətli ziyana səbəb ola bilər, çünki, daşqın suları torpaq
tökümünün üzərindən 0,7m hündürlükdə keçəcək və torpağın yuyulması və fiziki
zədələnməsi ilə nəticələnəcək. Dəmir yolunun torpaq tökümü üçün daşqın riskinin
məhz ŞD2 İnfrastruktur Layihəsi ilə bağlı olaraq artması hidroloji modelləşdirmədə
çox cüzi dərəcədə nəzərə çatdırır.
2011-ci ildə aparılmış hidroloji modelləşdirmə göstərdi ki, yeni ŞD2 giriş yolunun
tikintisi dəmir yolunun torpaq tökümünə daşqın riskini əhəmiyyətli dərəcədə
azaldacaq, çünki o, Şahqaya vadisi ilə bağlı daşqın sularının “B3” vasitəsilə Xəzər
dənizinə axan “RES2” sahəsinə daxil olmasının qarşısını alacaq.
2011-ci ildə həyata keçirilmiş hidroloji modelləşdirmə qərbi daşqından mühafizə
bəndinə ümumi zərurəti təsdiqlədi və hündürlük və yana doğru əhatə dairəsi nöqteyi-
nəzərindən layihələndirməni dəstəklədi. Nəticələr göstərdi ki, relyefdəki çökəkliklərin
mövcudluğu səbəbindən torpaq tökümü yalnız onun nəzərdə tutulan uzunluğu
boyunca spesifik seksiyalarda tələb olunur. Bu nəticələr Əsas Götürülən
Layihələndirmə Variantına daxil edilmişdir. Bundan əlavə, daşqının ŞD2 İnfrastruktur
sahəsinin şimal hissəsinə axmasına səbəb olmaqla Şahqaya vadisinin kiçik qolundan
gələn suların qarşısını almaq üçün daşqından mühafizə bəndinin qərb hissəsinin
uzadılması tələb olunur. Layihələndirmədəki bu dəyişikliklərin Əsas Götürülən
Layihələndirmə Variantına daxil edilməsindən sonra, ŞD2 İnfrastruktur sahəsi böyük
daşqın hadisəsindən mühafizə edilmiş hesab olunur.
Şahdəniz 2 infrastruktur Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Əlavə 9E
Sentyabr 2011
9E/24
İlkin layihə variant
2001-ci ildə aparılmış hidroloji modelləşdirmə göstərdi ki, Səngəçal elektrik
stansiyasının və Səngəçal qəsəbəsinin şərqində dəmir yolunun altındakı mövcud
“B4” körpüsü böyük daşqın hadisəsi nəticəsində formalaşan daşqın sularının
öhdəsindən gəlmək iqtidarındadır. Lakin, “B4” körpüsündən axın üzrə bilavasitə
aşağıda yerləşən Sahilyanı şosenin altındakı “B6” suötürücü boru bu daşqın sularını
ötürmək iqtidarında deyil və bu, daşqın sularının şosenin üzərindən daşaraq Xəzər
dənizinə çatması ilə nəticələnir. “B6”-da üç ədəd beton düzbucaqlı suötürücü
borunun ümumi en kəsiyi sahəsi 17,6m
2
təşkil edir ki, bu da 30,7m
2
en kəsiyi
sahəsinə malik “B4” körpüsünün en kəsiyindən əhəmiyyətli dərəcədə kiçikdir.
Sahilyanı şosedə daşqının əhatə dairəsi yüksək dəqiqlik səviyyəsi ilə proqnozlaşdırıla
bilmir, çünki, avtomobil yolu üçün topoqrafik yüksəklik göstəricilərinin tam məlumat
dəsti mövcud deyil. Mövcud məlumatlardan istifadə etməklə hidroloji model
proqnozlaşdırır ki, daşqın suları 300m uzunluğadək yolun üst səviyyəsindən yuxarıda
0,5 m-dən 0,10 m-dək hündürlükdə təsir göstərəcək. Yeni ŞD2 giriş yolunun
tikintisindən sonra, bu cür daşqın hadisələri zamanı bu marşruta giriş rampaları
təhlükəsiz alternativ marşrut təmin edəcək. 2011-ci ildə aparılmış tədqiqat həmçinin
təsdiqlədi ki, Səngəçal qəsəbəsi və Səngəçal elektrik stansiyası yüksək yerdə
yerləşir və böyük daşqın hadisəsinin təsirinə məruz qalmayacaq.
2011-ci ildə aparılmış hidroloji modelləşdirmənin nəticələri göstərdi ki, ŞD2
İnfrastruktur Layihəsinin Şahqaya vadisindən ümumi axıntı normalarını və həcmlərini
artırmasına baxmayaraq, modelə daxil edilmiş hər hansı əsas reseptorlarda axın üzrə
aşağıda daşqın və ya daşqın riski səviyyələrində 5 mm-dən yüksək artım yoxdur.
Əsas reseptorlar aşağıdakılar idi: Səngəçal qəsəbəsi, Səngəçal elektrik stansiyası;
Karvansaray; dəmir yolu xətti; sahilyanı şose.
Qızıldaş Sement Zavodunun (Şahqaya vadisinin suyığıcı ərazisinin yuxarı hissəsi
daxilində terminaldan şimala doğru təxminən 4km məsafədə yerləşir), əlaqədar giriş
yolunun və dəmir yolu qolunun tikilməsi vadinin aşağı axarında daşqın riski və daşqın
səviyyələrinə əhəmiyyətli təsir göstərə bilər. Karxana fəaliyyətlərinin yeri, əhatə
dairəsi ilə bağlı təfərrüatlar və giriş yolunun dəqiq yeri və eni barədə təfsilatlar
mövcud deyil. Mövcud məlumatlardan istifadə etməklə aparılan hidroloji
modelləşdirmə göstərir ki, böyük daşqın hadisəsi nəticəsində axıntı 33 %-dək arta
bilər. Tikinti “B4”-də mövcud daşqın səviyyələrini 0,47m və sahilyanı şosenin “B6”
suötürücü borusunda isə 0,5 m-dək artıra bilər. “RES2”, “B3” və B9”-da daşqın
səviyyələrinin dəyişəcəyi ehtimal edilmir, çünki yeni ŞD2 gioriş yolunun torpaq
tökümü bu sahəni artmış daşqın axınlarının təsirindən qoruyacaq. Lakin, yer
səviyyəsinə dair göstəricilərin ümumi çatışmazlığı və tikiliyə dair müfəssəl
məlumatların olmaması səbəbindən, proqnozlaşdırılmış bu dəyişikliklərlə bağlı bəzi
qalıq qeyri-müəyyənliklər mövcuddur.
Qızıldaş Sement Zavodu nəticəsində artmış axıntı axınları “B4” dəmir yolu
körpüsünün bilavasitə qərbində yerləşən Karvansaranın daşqın sularına əhəmiyyətli
təsir göstərə bilər. Dövlət mühafizəsində olan abidədə yerdəki daşqın yüksəkliklərinin
mövcud şərtlərdə və ŞD2 İnfrastruktur layihəsindən sonra böyük daşqın hadisəsinin
səviyyəsindən azca yuxarı olacağı görünür. Lakin, Qızıldaş Sement Zavodu inşa
edilərsə, o zaman, bu əsas reseptor 0,45m dərinliyinədək suyun altında qala bilər.
Axın üzrə yuxarıda inşa edilən bu növ tikili ilə bağlı olaraq Səngəçal qəsəbəsi və ya
Səngəçal elektrik stansiyası üçün daşqın riskində əhəmiyyətli dəyişikliklər yoxdur.