Şahdəniz 2 İnfrastruktur Layihəsi Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə179/181
tarix08.04.2018
ölçüsü5,26 Mb.
#36686
1   ...   173   174   175   176   177   178   179   180   181

 

 

Şahdəniz 2 infrastruktur Layihəsi 



Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Əlavə 9E 

 

 

Sentyabr 2011 

 

9E/23 


İlkin layihə variant 

 

istiqamətlənəcək. Təəssüf ki, cari tədqiqat məlumatları  şose boyunca daşqın 



səviyyəsindəki dəyişikliyin dəqiq  şəkildə mötəbər hesablamasını aparmağa imkan 

vermir. 


4 Yekun 

Rəylər 

2008–2011-ci illər ərzində WRA tərəfindən həyata keçirilən hidroloji modelləşdirmədə 

diqqət  ŞD2  İnfrastrukturunun layihələndirilməsi üzrə podratçıya daşqın axınları  və 

daşqının yüksəkliyi barədə  məlumatları  təmin etməyə yönəldilib. Bu tədqiqatlar ilkin 

olaraq Terminalın perimetri boyunca yerləşən daşqından mühafizə  bəndlərinin 

həcmini və effektivliyini nəzərdən keçirib, sonra isə bir sıra alternativ giriş yolu 

marşrutları üçün yolun torpaq tökümünün hündürlükləri və drenaj sularının suötürücü 

borularının öçüləri barədə  məsləhət verib. Giriş yolu üzrə  tədqiqatlar iki mərhələdə 

həyata keçirilib, çünki, ŞD2 İnfrastruktur Layihəsi üçün layihələndirmə işləri aparılan 

zaman marşrut variantlarına düzəliş edilib. 

İlkin hidroloji modelləşdirmə göstərib ki, Terminalın perimetri boyunca yerləşən 

daşqından mühafizə kanalları konservativ şəkildə layihələndirilib və onlar böyük 

daşqın hadisəsinə  qədər (o cümlədən böyük daşqın hadisəsi də daxil olmaqla) 

daşqın sularını saxlamaq iqtidarındadır. Nəticədə, suyığıcı  ərazilərdən  şimala və 

şərqə doğru hərəkət edən sulara qarşı Terminal öz cari layihələndirməsində 

təhlükəsiz hesab edilə bilər. 

Tədqiqatlar həmçinin nümayiş etdirib ki, üçüncü tərəfə  məxsus boru kəməri dəhlizi 

boyunca yerüstü boru kəmərlərinin, doldurulmamış  xəndəklərin və qazılmış qrunt 

qalaqlarının mövcudluğu yerli drenaj xüsusiyyətlərinə  təsir göstərəcək və  nəticədə 

Şahqaya vadisinin kanalının sahilindən daşan sular “TES2” sahəsinə 

istiqamətlənəcək. Axınların istiqamətləndirilməsi dəmir yolunun torpaq tökümünün su 

altında qalma riskini artırır, belə ki, dəmir yolunun altındakı “B3” mərkəzi drenaj 

körpüsü böyük daşqın hadisəsi zamanı axınları ötürmək iqtidarında olmayacaq və 

dəmir yolunun torpaq tökümünün üzərindən suyun daşması ilə nəticələnəcək. Bu növ 

daşqın hadisəsi  əhəmiyyətli ziyana səbəb ola bilər, çünki, daşqın suları torpaq 

tökümünün üzərindən 0,7m hündürlükdə keçəcək və torpağın yuyulması  və fiziki 

zədələnməsi ilə  nəticələnəcək. Dəmir yolunun torpaq tökümü üçün daşqın riskinin 

məhz  ŞD2  İnfrastruktur Layihəsi ilə bağlı olaraq artması hidroloji modelləşdirmədə 

çox cüzi dərəcədə nəzərə çatdırır. 

2011-ci ildə aparılmış hidroloji modelləşdirmə göstərdi ki, yeni ŞD2 giriş yolunun 

tikintisi dəmir yolunun torpaq tökümünə daşqın riskini əhəmiyyətli dərəcədə 

azaldacaq, çünki o, Şahqaya vadisi ilə bağlı daşqın sularının “B3” vasitəsilə  Xəzər 

dənizinə axan “RES2” sahəsinə daxil olmasının qarşısını alacaq. 

2011-ci ildə  həyata keçirilmiş hidroloji modelləşdirmə  qərbi daşqından mühafizə 

bəndinə ümumi zərurəti təsdiqlədi və hündürlük və yana doğru əhatə dairəsi nöqteyi-

nəzərindən layihələndirməni dəstəklədi. Nəticələr göstərdi ki, relyefdəki çökəkliklərin 

mövcudluğu səbəbindən torpaq tökümü yalnız onun nəzərdə tutulan uzunluğu 

boyunca spesifik seksiyalarda tələb olunur. Bu nəticələr  Əsas Götürülən 

Layihələndirmə Variantına daxil edilmişdir. Bundan əlavə, daşqının ŞD2 İnfrastruktur 

sahəsinin şimal hissəsinə axmasına səbəb olmaqla Şahqaya vadisinin kiçik qolundan 

gələn suların qarşısını almaq üçün daşqından mühafizə  bəndinin qərb hissəsinin 

uzadılması  tələb olunur. Layihələndirmədəki bu dəyişikliklərin  Əsas Götürülən 

Layihələndirmə Variantına daxil edilməsindən sonra, ŞD2 İnfrastruktur sahəsi böyük 

daşqın hadisəsindən mühafizə edilmiş hesab olunur. 




 

 

Şahdəniz 2 infrastruktur Layihəsi 



Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Əlavə 9E 

 

 

Sentyabr 2011 

 

9E/24 


İlkin layihə variant 

 

2001-ci ildə aparılmış hidroloji modelləşdirmə göstərdi ki, Səngəçal elektrik 



stansiyasının və  Səngəçal qəsəbəsinin  şərqində  dəmir yolunun altındakı mövcud 

“B4” körpüsü böyük daşqın hadisəsi nəticəsində formalaşan daşqın sularının 

öhdəsindən gəlmək iqtidarındadır. Lakin, “B4” körpüsündən axın üzrə bilavasitə 

aşağıda yerləşən Sahilyanı şosenin altındakı “B6” suötürücü boru bu daşqın sularını 

ötürmək iqtidarında deyil və bu, daşqın sularının  şosenin üzərindən daşaraq Xəzər 

dənizinə çatması ilə  nəticələnir. “B6”-da üç ədəd beton düzbucaqlı suötürücü 

borunun ümumi en kəsiyi sahəsi 17,6m

2

  təşkil edir ki, bu da 30,7m



2

 en kəsiyi 

sahəsinə malik “B4” körpüsünün en kəsiyindən əhəmiyyətli dərəcədə kiçikdir. 

Sahilyanı şosedə daşqının əhatə dairəsi yüksək dəqiqlik səviyyəsi ilə proqnozlaşdırıla 

bilmir, çünki, avtomobil yolu üçün topoqrafik yüksəklik göstəricilərinin tam məlumat 

dəsti mövcud deyil. Mövcud məlumatlardan istifadə etməklə hidroloji model 

proqnozlaşdırır ki, daşqın suları 300m uzunluğadək yolun üst səviyyəsindən yuxarıda 

0,5 m-dən 0,10 m-dək hündürlükdə  təsir göstərəcək. Yeni ŞD2 giriş yolunun 

tikintisindən sonra, bu cür daşqın hadisələri zamanı bu marşruta giriş rampaları 

təhlükəsiz alternativ marşrut təmin edəcək. 2011-ci ildə aparılmış tədqiqat həmçinin 

təsdiqlədi ki, Səngəçal qəsəbəsi və  Səngəçal elektrik stansiyası yüksək yerdə 

yerləşir və böyük daşqın hadisəsinin təsirinə məruz qalmayacaq. 

2011-ci ildə aparılmış hidroloji modelləşdirmənin nəticələri göstərdi ki, ŞD2 

İnfrastruktur Layihəsinin Şahqaya vadisindən ümumi axıntı normalarını və həcmlərini 

artırmasına baxmayaraq, modelə daxil edilmiş hər hansı əsas reseptorlarda axın üzrə 

aşağıda daşqın və ya daşqın riski səviyyələrində 5 mm-dən yüksək artım yoxdur. 

Əsas reseptorlar aşağıdakılar idi: Səngəçal qəsəbəsi, Səngəçal elektrik stansiyası; 

Karvansaray; dəmir yolu xətti; sahilyanı şose. 

Qızıldaş Sement Zavodunun (Şahqaya vadisinin suyığıcı  ərazisinin yuxarı hissəsi 

daxilində terminaldan şimala doğru təxminən 4km məsafədə yerləşir), əlaqədar giriş 

yolunun və dəmir yolu qolunun tikilməsi vadinin aşağı axarında daşqın riski və daşqın 

səviyyələrinə  əhəmiyyətli təsir göstərə bilər. Karxana fəaliyyətlərinin yeri, əhatə 

dairəsi ilə bağlı  təfərrüatlar və giriş yolunun dəqiq yeri və eni barədə  təfsilatlar 

mövcud deyil. Mövcud məlumatlardan istifadə etməklə aparılan hidroloji 

modelləşdirmə göstərir ki, böyük daşqın hadisəsi nəticəsində axıntı 33 %-dək arta 

bilər. Tikinti “B4”-də mövcud daşqın səviyyələrini 0,47m və sahilyanı  şosenin “B6” 

suötürücü borusunda isə 0,5 m-dək artıra bilər. “RES2”, “B3” və B9”-da daşqın 

səviyyələrinin dəyişəcəyi ehtimal edilmir, çünki yeni ŞD2 gioriş yolunun torpaq 

tökümü bu sahəni artmış daşqın axınlarının təsirindən qoruyacaq. Lakin, yer 

səviyyəsinə dair göstəricilərin ümumi çatışmazlığı  və tikiliyə dair müfəssəl 

məlumatların olmaması  səbəbindən, proqnozlaşdırılmış bu dəyişikliklərlə bağlı  bəzi 

qalıq qeyri-müəyyənliklər mövcuddur. 

Qızıldaş Sement Zavodu nəticəsində artmış axıntı axınları “B4” dəmir yolu 

körpüsünün bilavasitə qərbində yerləşən Karvansaranın daşqın sularına əhəmiyyətli 

təsir göstərə bilər. Dövlət mühafizəsində olan abidədə yerdəki daşqın yüksəkliklərinin 

mövcud şərtlərdə və ŞD2 İnfrastruktur layihəsindən sonra böyük daşqın hadisəsinin 

səviyyəsindən azca yuxarı olacağı görünür. Lakin, Qızıldaş Sement Zavodu inşa 

edilərsə, o zaman, bu əsas reseptor 0,45m dərinliyinədək suyun altında qala bilər. 

Axın üzrə yuxarıda inşa edilən bu növ tikili ilə bağlı olaraq Səngəçal qəsəbəsi və ya 

Səngəçal elektrik stansiyası üçün daşqın riskində əhəmiyyətli dəyişikliklər yoxdur. 




Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə