Şahdəniz 2 İnfrastruktur Layihəsi Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə177/181
tarix08.04.2018
ölçüsü5,26 Mb.
#36686
1   ...   173   174   175   176   177   178   179   180   181

 

 

Şahdəniz 2 infrastruktur Layihəsi 



Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Əlavə 9E 

 

 

Sentyabr 2011 

 

9E/19 


İlkin layihə variant 

 

3.2.1 Yeni ŞD2 Giriş Yolunun Modelləşdirilməsi 

Yeni ŞD2 İnfrastruktur giriş yolu üçün aparılmış hidroloji modelləşdirmə işləri ərzində, 

drenaj problemi aşkar edildi, belə ki, Şahqaya vadisinin qolu Səngəçal qəsəbəsindən 

gələn yerli giriş yolunun tikintisi ilə bağlı  ŞD2  İnfrastruktur Sahəsinə  tərəf cənuba 

doğru istiqamətlənmişdir. Baxmayaraq ki, giriş yolunun məqsədi məlum deyil, ola 

bilsin ki, tikinti işləri regional karxana fəaliyyətləri üçün istifadə ediləcək yük daşıma 

yolu ilə  əlaqəli idi. Drenaj probleminə  səbəb yerli giriş yolunun altında suötürücü 

borunun olmaması idi ki, bu da yolun torpaq tökümünün axın üçün maneə yaratması 

və daşqın sularının cənuba istiqamətlənməsi ilə  nəticələnirdi. Drenaj problemi 

“Google Earth” proqramından  əldə edilmiş  təsvirlərdən (Şəkil 3.1-ə baxın) aşkar 

edilmişdi və sonradan 2010-cu ilin aprel ayında aparılmış sahə  tədqiqatı ilə 

təsdiqlənmişdi. 

Bu drenaj problemi üçün təklif olunan həll yolu qərbdəki daşqından mühafizə 

bəndinin (və ya torpaq tökümünün) şimal-şərqə doğru yamac dabanınadək 

genişləndirilməsindən və daşqın sularını geriyə  cənub-qərbə doğru təbii kanala 

istiqamətləndirməkdən ibarətdir (Şəkil 3.1-ə baxın). 

New Flood Embankment

Problem Wadi - Diversion of Shachkaiya Wadi tributary

Obvious gullying and start of channel alongside road

Proposed extension of western embankment

Natural flow path

Problem (haul?) road

 

Şəkil 3.1 ŞD2 İnfrastruktur sahəsinin şimalında yük daşıma yolunun vadini 

istiqamətləndirməsi 

Hidroloji modelləşdirmə göstərdi ki, “B7” və “B8” suötürücü boruları (Şəkil 1.3-ə bax) 

100 ildə bir dəfə baş verən daşqın hadisəsi nəticəsində yaranan axınları lokal 

daşqına yol vermədən  ŞD2 giriş yolunun altından müvafiq qaydada ötürə bilər. 

Drenah axınlarının necə  təsirə  məruz qaldığını müəyyənləşdirmək üçün suötürücü 

boruların ümumi sayı  və onların birləşdirilmiş en kəsiyi sahəsi üzrə  həssaslıq təhlili 

həyata keçirildi. 

Problemli (yük 

daşıma?) yolu

Nəzərəçarpan yarğan əmələgəlmə prosesi və yolun 

kənarı boyunca kanalın başlanğıcı

Təbii axın 

trayektoriyası

Daşqın əleyhinə yeni damba

Problemli vadi – Şahqaya vadisinin qolunun istiqamətləndirilməsi 

Qərb dambanın (torpaq tökümünün) nəzərdə 

tutulan genişlənməsi 



 

 

Şahdəniz 2 infrastruktur Layihəsi 



Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Əlavə 9E 

 

 

Sentyabr 2011 

 

9E/20 


İlkin layihə variant 

 

“B8” suötürücü borusunun ölçüsünün həssaslığı  nəzərdə tutulan beş düzbucaqlı 



suötürücü borunun eni dəyişdirilməklə qiymətləndirildi ki, onların optimal ölçüsü 

müəyyənləşdirilsin. Müxtəlif ssenarilər üzrə “B8” suötürücü borusunda pik axın 

səviyyələri Cədvəl 3.1-də sadalanır və burada hər bir ssenari üzrə 2,1m 

hündürlüyünə və artan enə malik beş ədəd düzbucaqlı suötürücü boru müxtəlif səth 

nahamarlığı göstəriciləri (Manninq ‘n’ adlandırılır) nəzərə alınmaqla sınaq edildi. 

Həssaslıq təhlilinin nəticələri göstərir ki, suötürücü borunun enindəki dəyişikliklər pik 

daşqın səviyyələrinə sadəcə kiçik təsir göstərəcək. 

Eyni birləşdirilmiş en kəsiyi sahəsinə malik nisbətən daha çox sayda olan kiçik 

suötürücü boruların  təsirlərini simulyasiya etmək üçün istifadə edilən səth 

nahamarlığındakı artımlar nəzərə çarpan təsirə malik deyil, belə ki, suötürücü 

borunun ümumi en kəsiyi sahəsi 63 m

2

-dən artıqdır. Təsirin olmaması “RES2”-in 



təmin etdiyi iri saxlama həcmi ilə  və “RES1” və “RES2” arasında B8 suötürücü 

borusundakı azca meyl ilə (bu, daşqın hadisəsi  ərzində orta axına səbəb olmaqla 

böyük daşqın hadisəsi üçün 2,12m

3

/san. təşkil edən nisbətən kiçik pik göstəriciyə 



gətirib çıxarır) bağlıdır. 

Cədvəl 3.1  Müxtəlif ssenarilər üzrə B8 suötürücü borusunun girişində pik səviyyələr  

Ssenari 

100 ildə bir dəfə baş verən 18 saatlıq daşqın üçün 

B8 suötürücü borusunda pik səviyyələr (m ODS) 

3m suötürücü boru eni 

-18.914 

6m suötürücü boru eni 

-18.938 

9m suötürücü boru eni * 

-18.942 

12m suötürücü boru eni 

-18.943 

0.015 Manninq n* 

-18.942 

0.03 Manninq n 

-18.942 

* İlkin hesablamalar. 

ŞD2 İnfrastrukturunun layihələndirilməsi üzrə podratçının istəyinə əsasən 10 ildə bir 

dəfə baş verən daşqın hidroqraflarından istifadə etməklə  əlavə ssenari tamamlandı 

ki, bu da beş  ədəd 9 m-lik suötürücü boru üçün istinad səviyyəsindən yuxarı  -

18,952m səviyyədə “B8” suötürücü boruda pik səviyyələrin azca daha az olması ilə 

nəticələndi. Ümumilikdə, nəticələr göstərir ki, Əsas Götürülən Layihələndirmə 

Variantına daxil edilmiş suötürücülərin cari sayını və enini artırmağa ehtiyac yoxdur. 

3.2.2 Mərkəzi Drenaj Körpüsü “B3”-də Dəmir Yolu üçün Daşqın Riski 

Yeni  ŞD2 giriş yolu üçün suötürücü boruların ölçüsünü və optimal torpaq tökümü 

hündürlüyünü müəyyənləşdirmək məqsədilə aparılan hidroloji modelləşdirmə göstərdi 

ki, yeni torpaq tökümü dəmir yolunda mövcud yüksək daşqın riski səviyyələrini 

azaldacaq. 

3.2.3  “B6” Suötürücü Boruda Sahilyanı Şose üçün Daşqın Riski 

2008-ci ilin dekabr ayında (WRA, 2008b) və 2010-cu ili oktyabr ayında (WRA, 2010) 

WRA tərəfindən hazırlanmış hesabatlarda qeyd edilirdi ki, Səngəçal elektrik 

stansiyasının yaxınlığındakı “B4” dəmir yolu körpüsünün axın üzrə  aşağısında 

yerləşən sahilyanı  şosenin “B6” suötürücü borusu böyük daşqın hadisəsi zamanı 

daşqına məruz qalmaq riskinə malikdir. 2010-cu ildə  həyata keçirilmiş hidroloji 

modelləşdirmə göstərir ki, şosenin 200m – 300m arasında sahəsi böyük daşqın 



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə