Şahhüseynova sevinc asiF qızı



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə13/38
tarix23.11.2017
ölçüsü0,72 Mb.
#11984
növüDərslik
1   ...   9   10   11   12   13   14   15   16   ...   38

 

 

20



Elm ilə, ədəblə tapılar şərəf,  

Mirvari olmasa, nə lazım sədəf? 

Füzuli əxlaqi əməllərin təyinində əqlə verdiyi yüksək rola bir növ yekun vuraraq yazır ki, əvvəl fikir, sonra 

əməl, yəni işi başlamazdan  əvvəl onun nəticələrini düşünmək lazımdır. …Beləliklə, Füzulinin rasionalist etika 

tərəfdarı olduğu, əxlaqın əsas meyarı kimi əqlə və biliyə yüksək qiymət verdiyi, onları insanın yüksəlməsi və şərəfi 

üçün vacib şərtlər saydığı aydın olur (21, s.264-266). 

XVII-XVIII  əsrlərdə Azərbaycanda ictimai–siyasi və  fəlsəfi fikir dövrün tarixi hadisələri ilə  sıx  əlaqədar 

inkişaf edirdi. Qövsi Təbrizi, Saib Təbrizi və b. Füzuli ənənələrini davam etdirirdilər. XVIII əsrdə Molla Vəli 

Vidadi və Molla Pənah Vaqif humanist idealların ən güclü ifadəçiləri oldular.  

Həmin dövrdə yaşamış Zeynalabdin Şirvani insanın kamil olması  və  təkmilləşməsi üçün 50 keyfiyyət 

qazanmağın zəruriliyini göstərirdi.  Şirvaniyə görə insan mülayim, təvazökar, ehtiyatlı, xeyirxah, vicdanlı, 

əməksevər olmalı və bu kimi yüksək keyfiyyətlər daşımalıdır.  

XIX-XX əsrlərin Azərbaycan ədəbiyyatı etik fikir tarixində mühüm bir mərhələ təşkil edərək yalnız gənc 

nəslin deyil, cəmiyyətin bütün təbəqələri və siniflərinin əxlaq tərbiyəsində və həyat təcrübəsinin zənginləşməsində 

əvəzedilməz mənbə rolunu oynamışdır. Bu dövrün görkəmli maarifçiləri və mütəfəkkirlərindən Abbasqulu ağa 

Bakıxanov, Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil 

Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Cəfər Cabbarlı və digərlərinin əsərləri 

buna misaldır.  

 

 

 

 



 

 

21



1.6. İSLAM ETİKASI 

 

VII əsrdən başlayaraq Yaxın və Orta Şərq ölkələrində yayılmağa başlayan İslam dini insan həyatının bütün 



sahələrində, o cümlədən dünyagörüşündə (dini, hüquqi, siyasi, elmi, əxlaqi və s.), eləcə  də  məktəb və  tərbiyə 

sistemində özünəməxsus dəyişikliklər etmişdir. Ərəb xilafəti ərazisində formalaşmağa başlayan yeni mədəniyyət, o 

cümlədən fəlsəfə və bir sıra Şərq xalqlarının ərəb dilində yazılmış fəlsəfi əsərləri orta əsr fəlsəfi fikrinin mütərəqqi 

nümayəndələrini yetişdirmiş, həmçinin antik irsdən və qeyri-islam yönümlü mütəfəkkirlərin mütərəqqi zəngin 

ənənələrindən bəhrələnmişdir. İslam dini dünyagörüşünə söykənən ərəbdilli zəngin İslam fəlsəfəsi VII-XI əsrlərdə 

öz klassik dövrünü yaşamışdır.  İslam sivilizasiyası  əsasında inkişaf edən bu fəlsəfənin bətnindən özünəməxsus 

davranış qaydaları,  əxlaq normaları  və prinsipləri sistemi doğulmuşdur. Bütün müsəlman dünyasının masaüstü 

kitabı olan «Quran»ı bu baxımdan  İslam etikasının  əsası hesab etmək olar ki, bu da öz genezisi və  mənbələrinə 

görə islam dini sistemi ilə bağlıdır. Konkret olaraq İslam etikası «Quran»ın ayrı-ayrı ayələrində öz əksini tapmışdır.  

İslam yaranandan sonra formalaşan «müsəlman etikası» bir deyil, iki mənbəyə əsaslanır: Quran və Sünnə. 

«Sünnə» (ərəbcə «nümunə», «yol», yəni peyğəmbərin həyat yolu) hədislərin bütöv bir toplusudur. Peyğəmbərin 

dövründə yaşamış  səlahiyyətli insanlar tərəfindən çatdırılan bu hədislərdə peyğəmbərin sözləri, hərəkətləri, 

davranışı, hər hansı  işə  bəraət qazandırması  və ya icazə verməsi və s. barədə  məlumat verilir. «Məhəmməd 

peyğəmbərin kəlamları humanizm, xeyirxahlıq, beynəlmiləlçilik, ümumbəşərilik ideyaları ilə yoğrulmuşdur. 

…Peyğəmbərin fikrincə, insan cəmiyyət qarşısında məsuliyyətli olmalıdır, insanın müqəddəs borcu ümumiyyətin 

haqqında düşünməkdir. Xəsislik, hiylə, kinlilik, həsəd, peyğəmbərin fikrincə, insanda olan ən pis keyfiyyətlərdir. 

Şəriətimizdə yalan danışmaq, qeybət etmək pislənmiş, Allah yolunda düzgün danışmaq, haqq, ədalət tərəfdarı 

olmaq tərifə layiq görülmüşdür. …Məhəmməd peyğəmbər hamını  və  hər kəsi düzgünlüyə, haqqı  və  ədaləti 

unutmamağa çağırırdı. …Peyğəmbərin müdrik kəlamları cilalanmış tərbiyə, əxlaq üsulları ilə zəngindir». (24, s.58-

62). 


Hədislərin toplanması, məzmununun səhih olması ilə  əlaqədar tədqiqi və  şərhi «hədisşünaslıq» kimi bir 

sahənin yaranmasına səbəb olub ki, bu da «ilm əl-hədis» – yəni «hədis haqqında elm» adlanır. Hədislər «səhih» və 

«qeyri-səhih» və ya zəif olur. Hədislərin «səhih» kimi təsdiq edilməsi uzun, ciddi və  dəqiq tədqiqatdan sonra 

mümkün olurdu. «Səhih» hədis müəlliflərindən əl-Buxari və Muslimi göstərmək olar. 

Müəyyən tərəfləri «fikx»lə (dini-hüquqi fikir) uzlaşan müsəlman etikasında qiymətləndirmə sistemi 5 

əmələ əsaslanır: 1) vacib (fərz); 2) məsləhət görülən (müstəhəb); 3) fərq etməyən (mubah); 4) məsləhət görülməyən 

(məkruh); 5) qadağan edilən (haram). Bu əməllər Yaradanın  əmri və ya qadağası ilə  əlaqədar olub, axirətdə 

mükafat və ya cəza, savab və ya günah qazanmaqla nəticələnir. Vacib əməlləri yerinə yetirdikdə insan 

mükafatlanır, onlara əməl etmədikdə isə  cəzalana bilər («cəzalanacaq» demək olmaz, çünki insan yalnız Allahın 

qərarı ilə cəzalanır, Allahın yerinə heç kim bu hökmü çıxara bilməz, əks halda Allahın mərhəmətini şübhə altına 

almış olar). Qadağan edilən əməlləri icra etməyəndə insan mükafatlanır, edəndə – onu cəza gözləyə bilər. Məsləhət 

görülən  əməllərə görə insan mükafatlandırılır, onları etmədikdə isə  cəzalanmır. Məsləhət görülməyən (məkruh) 

əməlləri icra etdikdə insan cəzalandırılmır, onlardan çəkinəndə isə mükafatlandırılır. Fərq etməyən əməllərə görə 

isə nə cəza, nə də mükafat nəzərdə tutulmayıb. İnsan fikxə görə də onları icra etməkdə və ya etməməkdə azaddır. 

İslam etikasında insanların hərəkətlərinin xeyir və ya şər kimi qiymətləndirilməsinin əsas göstəricisi niyyətdir. Çox 

vaxt hakim də hökmü əməlin motivini bilmədən çıxarmağa çətinlik çəkir.  

Beləliklə, Quran Sünnəsiz, Sünnə isə Quransız mövcud ola bilmədiyindən və bunlar bir-birini 

tamamladığından müsəlman etikası bunlardan hansısa birinin olmadığı halda tam dərk edilə bilməz. Klassik ərəb-

müsəlman mədəniyyətində «müsəlman etikası» xüsusi sahə kimi mövcud olmasa da, daha çox elmi xarakter 

daşıyan Quran və Sünnə, eləcə  də fikx, ədəb və s. təlimlər bütövlükdə etik problemlərin daşıyıcısıdır. Özu də 

bunlar yalnız müsəlmanlar üçün deyil, bütün bəşər övladları üçün nəzərdə tutulub. Çünki sonuncu səmavi kitab 

olan «Quran» və ümumiyyətlə müsəlman dini ümumbəşəri xarakter daşıyır. 

Sonda toxunacağımız vacib bir məsələ də var ki, o da ədiblərin dinə münasibətidir. Əfsus ki, sovet dövrü 

ədəbiyyatında bu münasibət, o cümlədən ədiblərin tənqid obyekti bizə birtərəfli və təhrif olunmuş şəkildə təqdim 

edilirdi. Bunun nəticəsində  ədiblərin  əslində «nəyi» tənqid etmələri kölgədə qalır və bu, «dinin tənqidi» kimi 

nəzərdən keçirilirdi. Bunun əsas səbəbi bizim özümüzün (yəni sovet dövrü adamlarının) İslam dinindən, müqəddəs 

«Quran»dan kifayət qədər xəbərdar olmamağımız idi. Digər tərəfdən, yazıçıların bir qisminin «göz açıb» islamı 

bəzi təriqətlərin timsalında görüb qavraması da əsərin idraki-tərbiyəvi funksiyasına müəyyən qədər təsir 

göstərmişdir. Lakin əksər  ədiblərimizin  əsərlərinə bir daha nəzər salsaq, orada tənqid hədəfinin  İslam dini deyil, 

başqa təzahürlər oluğunu görərik: mövhumat, cəhalət, nadanlıq, avamlıq, savadsızlıq, fanatizm, pirlərə inam, bidət, 

yəni peyğəmbərdən sonra dinə yenilik gətirmək, peyğəmbərin etmədiklərini «şəriət» adı ilə təqdim etmək, islamı 

«matəm dininə» çevirmək, «siğə» adı ilə əxlaqsızlıq yaymaq və s. Öz çirkin əməllərini «din» adı ilə həyata keçirən, 

savadsızlıqdan və ya bilərəkdən xalqı çaşdıran yalançı mollalar, heç bir dini təhsili və səlahiyyəti olmadan fəaliyyət 

göstərən ruhanilər və b. da ədiblərimiz tərəfindən tez-tez tənqid atəşinə tutulurdu.  




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə