Marietta Şaqinyan nəzərdə tutulan proqramı pozaraq Pravda
sovxozuna – Mədrəsə kəndinə getməyi təkid edir. Qrupun
rəhbəri cavan qız Fatma xanım məcbur olub, yaşlı, həm də o
vaxtlar çox hörmətli, tanınmış, ölkədə sayılıb seçilən erməni
şairəsinin sözünü yerə salmayıb onu Mədrəsə kəndinə gətirir.
Marietta Şaqinyan kəndə gələn kimi çaxır zavoduna getməyi
təkid edir. Onlar zavodun dequstasiya otağına girən kimi bir
qayda olaraq qonaqlara çaxırların dadına baxmağı təklif edən
laboratoriya müdirinin təklifi qəbul olunur. Marietta Şaqin -
yan vaxt məhdudiyyətinə baxmayaraq, reqlamenti pozub özü
bildiyini edir. Mədrəsə çaxırından doyunca nuş edir…
Georgi Markov və bütün qonaqlar nahar yeməyi
zamanı təklif etdilər ki, Marietta Şaqinyan gəlsin, sonra
yeməyə başlayaq. Beləliklə, bütün qonaqlar 40 dəqiqə bu
ərköyün erməni xanımını gözləməli oldu.Əlbəttə, bu
məsələdə ən pis vəziyyətdə olan bu qrupa rəhbərlik edən
raykomun işçisi Fatma xanım oldu. Mən ondan soruşdum
ki,nə üçün bu qədər adam onu gözləməlidi? O, dedi:
Şaqinyan mənə dedi ki, mən doyunca Mədrəsə çaxırı
içməliyəm. Əlbəttə, bu ərköyün, şıltaq hərəkət gülüş
doğururdu. Bu fakt onu sübut edir ki, erməni millətçiliyi,
şovinizmi özünü fürsət düşdükcə göstər məlidir. Erməni
millətçiliyi və şovinizminə laqeydlik Qara bağ problemini
yaratdı, torpaqlarımızı işğal etdi. Bu problem haqqında
çoxlu əsərlər yazılıb, tədqiqatlar aparılıb, lakin dünya
dövlətlərinin qlobal problemlərə ikili münasibəti heç vaxt
imkan vermir ki, bağlı düyünlər açılsın.
Zəkanın gücü
199
***
M.Şaqinyan bəlkə də bu hərəkəti ilə SSRİ yazıçılarının
Şamaxıdakı görüşlərinə xələl gətirmək istəyirdi, amma
arzusuna çatmadı. Bunu onların şərəfinə təşkil edilmiş qəbul
bir daha təsdiq etdi. Mən qəbulu açaraq dedim ki, sizin
Şamaxıya səfərinizin təşkili təsadüfi deyil. bu torpaq dünya
ədəbiyyatına XII əsrdə Xaqani kimi şairi, XIV əsrdə “Məndə
sığar iki cahan, mən bu cahana sığmazam” deyən diri-diri
dərisi soyulan ölməz Nəsimini, XX əsrdə dahi satira ustası
Sabiri bəxş etmişdir. Şamaxı həmişə böyük şəxsiyyətlərin
diqqətini cəlb etmişdir. dahi Puşkin Şamaxı gözəlini vəsf
etmişdir, məşhur fransız yazıçısı Aleksandr Düma Şamaxı
səfərindən təsirlənərək kitab yazmış, Lermontov Şamaxını
gəzəndən sonra “Aşıq Qərib” hekayəsini yazmışdır.
***
Şamaxı və şamaxılılar həmişə sənətə və sənətkara böyük
qiymət vermişlər. Mən sizə bir hadisəni xatırlatmaq istəyi rəm.
Şamaxıda bir bağban olub. O, həm də şeir, sənət bilicisi imiş.
Lermontovun Şamaxıya gəldiyini eşidən bağban yetiş dirdiyi
qızılgüllərdən böyük bir dəstə tutub şairin görüşünə gedir.
Lakin gecikir. O, gələnə qədər şair gedibmiş. Qoca bağban
gətirdiyi qızılgülləri Lermontovun atının ləpirlərinə düzür.
Bax, bu gün də şamaxılıların sənətə, sənətkara olan sevgi -
sini gördünüz, onların adından sizləri bir daha salamlayıram.
Qəbuldan və şamaxılılarla görüşdən vəcdə gəldiklərini
deyən ədəbiyyat korifeyləri, əslində Şaqinyana tutarlı cavab
verdilər.
Sahib Sailov
200
***
Qeyd etmək istəyirəm ki, MK-nin rəhbərliyinin və
görkəmli alimlərin – akademiklərdən Həsən Abdullayev,
İsmayıl İbrahimov, Həsən Əliyev, Mirməmməd Cavadzadə,
Acubəy Sultanov, ədəbiyyat korifeylərindən Georgi Markov,
İmran Qasımov, Mirzə İbrahimov, Süleyman Rüstəm, Nəbi
Xəzri, Rəsul Rza, Abbas Zamanov, Əzizə Cəfərzadə,
görkəmli alim-bioloq Nisə Hüseynova və digər yoldaşlarla
görüşlər yaddaşımda xüsusi iz buraxıb. Heç yadımdan
çıxmaz, hər il may ayının 30-da Şamaxıda Sabir poeziya
günləri keçirilirdi. Mən Şamaxıya təzə gəlmişdim. MK-nin
plenumu keçirilirdi. Dedilər ki, səni RYİ-nın sədri Mirzə
İbrahimov axtarır. Mən Mirzə müəllimin yanına getdim.
Soruşdum: Mirzə müəllim, mənə nə sözünüz var? Dedi:
Səndən bir xahişimiz var. Biz hər il Sabirin poeziya günlərinə
gəlirik. Lakin Sabirin məqbərəsi yerləşən sahəyə yol yoxdur.
Biz yaşlı adamlar maşınları aşağıda qoyub, dağın başına
qalxmalı oluruq. Bu da bizim üçün çox çətinliklər yaradır.
Xahiş edirəm, ora bir yol çəkdirəsiniz. Dedim ki, Mirzə
müəllim, poeziya günlərinə ay yarım qalıb, bu ilə mümkün
deyil, ancaq gələn ilə bu məsələ mütləq həll olunacaq. Sabirin
məqbərəsinə 2 km yol çəkildi, məqbərə ətrafı abadlaşdırıldı,
yaşıllaşdırıldı, su anbarı tikildi, dağın ətəyində nasos
stansiyası, məqbərənin ətrafında maşınların dayanması üçün
meydança tikildi. Növbəti ildə Mirzə İbrahimov bu görülən
işlərə çox yüksək qiymət verdi və minnət darlıq etdi.
Zəkanın gücü
201
***
Şamaxıya gələn qonaqlar içərisində unudulmaz təsir
bağışlayanlardan biri də o vaxtkı SSRİ Atom İnstitutunun di-
rektoru N.N Boqolyubov oldu. Moskva yaxınlığında, yerin
altında olan şəhərcik atom problemləri ilə məşğul olurdu. O
vaxt Atom institutunda 4 mindən çox elmi işçi, min nəfərdən
çox elmlər doktoru və elmlər namizədi çalışırdı. Boqolyublov
özü ilə birlikdə 28 yaşlı fizika-riyaziyyat elmləri doktoru oğlu
Volodyanı və 36 yaşlı tibb elmləri doktoru qızı Tatyananı da
gətirmişdi (Tatyana 4-cü Tibb Mərkəzində– Kremlə xidmət
edən tibb mərkəzində işləyirdi). Mən ondan soruşdum: sizin
bu müəssisədə – atom institutunda işləyən azərbaycanlılar
varmı? O dedi: bəli, 2 nəfər azərbaycanlı bizim atom institu-
tunda işləyir. Onlardan biri Qulam Sadıqov, digəri Rafil Rza-
yevdir. Hər iki atom nəzəriyyəçiləri haqqında ətraflı
məlumatı “Muğanın övladları”nın ikinci kitabında oxuya
bilərsiniz. Onu da deyim ki, hazırda Qulam Sadıqov Rusiya
Elmlər Akademiyasının akademikidir.
***
Şamaxıda işlədiyim müddət ərzində görüşdüyüm insan -
ların müsbət keyfiyyətləri, insani münasibətləri, elm sahəsin -
dəki nailiyyətləri ilə tanış olduqca onlardan müsbət enerji
alırdım. Bu insanlarla təmasda olmaq mənə çox şeylər verib.
Mən bunların müsbət keyfiyyətlərini öyrənməyə çalışmışam.
Hər bir şəxsdən işə yaradıcı münasibəti, adamlara qayğını
öyrənmişəm.
Sahib Sailov
202
Dostları ilə paylaş: |