getdikcə artır. Biz bu sahədə də ciddi çətinliklərlə rastlaşır,
kənd təsərrüfatı aqreqatlarının təmiri üçün lazım olan ehtiyat
hissələrini vaxtında ala bilmirik. İnşaat materialları sarıdan
da korluq çəkirik. Rayonun kolxozlararası tikinti idarəsi se-
ment və taxta materialları yoxluğu üzündən Kalinin adına,
Qatır Məmməd adına və "Azərbaycan" kolxozlarında tikil -
məkdə olan heyvandarlıq komplekslərinin inşası xeyli müd -
dətdir ki, başa çatdırılmır.
Hazırda ucsuz-bucaqsız vətənimizin hər yerində olduğu
kimi, rayonumuzda da kənd təsərrüfatı zəhmətkeşlərinin do-
qquzuncu beşilliyin üçüncü ilini müvəffəqiyyətlə başa
çatdırmaq uğrunda sosializm yarışı genişlənir və yeni vüsət
alır. Rayonumuzun bütün əmək adamları doqquzuncu
beşilliyin üçüncü, həlledici ilində müəyyən edilmiş planların
müvəffəqiyyətlə yerinə yetirilməsi uğrunda yorulmadan
müba rizə apararaq, ümumxalq sosializm yarışının fəal
iştirakçıları sıralarında olmağı özlərinə böyük vətənpərvərlik
borcu bilirlər. Onlar partiya və hökumətimizi əmin edirlər ki,
doqquzuncu beşilliyin üçüncü ilinin plan və öhdəliklərini
vaxtından qabaq və artıqlaması ilə ödəyəcək, beşilliyi dörd
ildə yerinə yetirmək uğrunda daha yeni və qəti addım ata-
caqlar.
Zəkanın gücü
187
* * *
Şamaxı haqqında təsüratlarım
Qasım İsmayılov rayonunda beş ildən artıq bir müddətdə
işlədim. Mərkəzi Komitənin tapşırığı ilə1974-cü ilin yanvar
ayında məni Şamaxı Rayon Partiya Komitəsinin birinci katibi
seçdilər. Açıq etiraf edim ki, Şamaxı rayonunda olan ümumi
vəziyyət mənə hələ MK-də məsul təşkilatçı(1964-1966)
işlədiyim vaxtdan məlum idi. MK-nin aparatında iki ildən
çox işləmişdim və Şamaxı rayonu haqqında çoxlu ərizə-
şikayətlər gəlirdi. MK-nin Partiya Komissiyasının sədri
İsmayıl Əsgərov, Partiya Dövlət Nəzarət Komitəsinin
sədri H.Əfəndiyev olmaqla biz daxil olan ərizə-şikayətləri
yoxlamaq üçün Şamaxıya göndərildik. O vaxtı Şamaxı
rayon Partiya Komitəsinin birinci katibi Rəşid Babayev idi.
Yoxlama müəyyən etdi ki, ona qarşı bir çox qruplaşmalar var
ki, birləşərək onun hakimiy yətinə son qoymaq haqqında ma-
teriallar göndərirlər. O qrupların birinə RPK-nin ikinci katibi
Vəli Hidayətov, digərinə İstehsalat İdarəsinin rəisi Qulu
Qasımov rəhbərlik edirdi. Qrupun əsas üzvlərindən
Canməmməd Rəhimov, Sarkis Stepanyan, Nora Qazan-
canyan (bu erməni mafiyasına rəhbərlik edənlərdir)
vaxtilə Moskvada işləyən generallar Babacanyan,
Baqramyan və başqaları ilə sıx əlaqə saxlayır dılar. Artıq
rayonun bütün fəaliyyətini aydınlaşdırdıq, göndərilən ərizə-
şikayətlərin məzmunu yoxlanıldı və MK-nin bürosunun
müzakirəsinə çıxarıldı. AKP MK-nin bürosunda Rəşid
Babayevin vəzifədən götürülməsi haqqında qərar qəbul
Sahib Sailov
188
edildi. Yoxlamanın yekunlarının RPK-nin geniş plenumunda
müzakirə olunması məsləhət görüldü. Müzakirə zamanı
bütün qruppanın üzvləri hamısı yekdil olaraq birinci katibin
əleyhinə çıxış etdilər. Yalnız rayon prokuroru Bəx tiyar
Cavadov Rəşid Babayevi və onun fəaliyyətini olduğu kimi
qiymətləndirdi.
Şamaxıda olan vəziyyət artıq mənə məlum idi. Bir gün
məni MK-yə dəvət etdilər. MK-nin birinci katibi Heydər
Əliyev məni Şamaxıya göndərməyi məsləhət bildi. Və o öz
çıxışında dedi ki, Şamaxı böyük mədəniyyət mərkəzidir, ora
xaricdən gələn bütün qonaqlar göndərilir. Böyük üzümçülük,
şərab çılıq təsərrüfatı var, taxılçılıq və heyvandarlıq üçün
münbit rayondur.
1974-cü ilin yanvar ayında məni ŞRPK-nin birinci katibi
seçdilər. MK-nin təşkilat şöbə müdiri Ramiz Məmmədzadə
plenumu apararkən RPK-nin bürosunun tərkibində bir sıra
dəyişikliklər etdi. Belə ki, keçmiş RPK-nin ikinci katibi Vəli
Hidayətov, İstehsalat idarəsinin rəisi Qulu Qasımov və En-
gels adına kolxozun sədri Canməmməd Rəhimov büronun
tərkibindən çıxarıldı. Onların yerinə yeni adamlar seçildi.
Beləliklə, ilk addım atılmış oldu. Təşkilatı plenumdan sonra
RPK-nin büro üzvlərini yığıb, onların qarşısında duran
məsələləri geniş şəkildə müzakirə etdik. Mən RPK-nin bir-
inci katibi seçiləndə artıq rayonda 8 ay idi ki, birinci katib
yox idi. Keçmiş birinci katib Yunis Rzayev Respublika
Üzümçülük-Şərabçılıq Komitəsinin sədri təyin edilmişdi.
Rayonun bütün təsərrüfatları ilə tanış oldum, üzümçü -
lüyün, heyvandarlığın, taxılçılığın inkişafı ilə əlaqədar
Zəkanın gücü
189
olaraq, aidiy yatı olan təşkilatlara, o cümlədən üzüm çü -
lük, Şərabçılıq Tres tinə, İstehsalat idarəsinə, Statistika
idarəsinə və aidiyyatı olan kolxoz və sovxozların direktor -
larına konkret tapşırıqlar verildi. 1974-cü ilin dövlətə
üzüm planı 70 min ton təşkil edirdi.
Fəaliyyətə başladığım dövrdə rayonun kadr məsələlərini
birinci plana çəkdim. Rəhbər işçilər, o cümlədən RPK-nin,
İstehsalat İdarəsinin, Üzümçülük, Şərabçılıq Trestinin,
kolxoz sədrlərinin və sovxoz direktorlarının tərkibində xeyli
dəyişikliklər və yerdəyişmələr etdik. Rayonun iqtisadiyyatını
əsasən üzümçülük, taxılçılıq və heyvandarlıq təşkil edirdi.
İntensiv olaraq üzümçülüyün və taxılçılığın inkişafı
sahəsində xeyli tədbirlər həyata keçirdik. Birinci növbədə
RPK-nin aparatında ikinci katib, təşkilat şöbə müdiri,
təbliğat-təşkilat şöbə müdiri və digər kadr dəyişiklikləri apar -
dıq. Bundan sonra kolxoz və sovxozların direktor və sədrləri,
məktəblərin direktorları, idarə və müəssisələrin rəhbərlərinin
işdə qalıb-qalmamasının məsələləri araşdırıldı. Bir çox kadr
dəyişiklikləri etdikdən sonra rayonda nizam-intizam nisbətən
bərpa edildi. Artıq bir ildən sonra rayonda icti mai-siyasi
vəziyyət sabitləşdi, kadrların seçilib yer ləş dirilməsi məsələsi
həll edildi. Rayonda təsərrüfat rəhbərləri ilə yanaşı inzibati
orqanların, prokurorluq, məhkəmə, milis və təhlükəsizlik
orqanlarının rəhbərləri yeniləri ilə əvəz edildi. Əlbəttə, bütün
bu dəyişikliklər öz müsbət nəticəsini verməyə başladı. Ray-
onun Partiya Sovet Təsərrüfat və İnzibati orqanlarında inti-
zam və qayda-qanun yaradıldı. 1974-cü ilin yekununa görə
rayon sosializm yarışında qalib gələrək Azərb. KP MK-nın
Sahib Sailov
190
Dostları ilə paylaş: |