tutur. Belə kommunistlərə isə təəssüf ki, hələ də rast gəlinir.
Son il yarım ərzində Sov. İKP Nizamnaməsinin tələblərini bu
və ya digər formada pozan, cinayət törədən 73 nəfər Sov. İKP
üzvü və namizədi müxtəlif partiya cəzası almış və ya partiya
sıralarından xaric edilmişlər. Məsələn, Sov. İKP üzvü İmran
Şəfiyev Dəliməmmədli qəsəbə Sovetinin katibi işləyərkən
qanunsuz olaraq 0,46 hektar ictimai torpağı zəbt etdiyinə və
sənədsiz inşaat materialları alaraq ev tikdirdiyinə görə Sov.
İKP sıralarından xaric edilmişdir.
Hazırda partiya sənədlərinin dəyişdirilməsinə hazırlıq
dövründə ilk partiya təşkilatları cəzası olan kommunistlərin
işinə daha ciddi diqqət yetirməyə başlamışlar. Nəzərdə tutul -
muşdur ki, verilən cəzadan lazımi nəticə çıxararaq əməli
işində dönüş yaradan, kollektivin, partiya təşkilatının ictimai
həyatında daha fəal iştirak edən kommunistlərin cəzaları
götürülsün. Əsas diqqət ona verilir ki, kommunistlər partiya
tənbehinin tərbiyəvi əhəmiyyətini başa düşsünlər, cəzadan
öz ləri üçün lazımi nəticə çıxarsınlar. Əgər kommunist cəza -
dan lazımi nəticə çıxarsa, deməli, partiya üzvü adını doğrul -
dur.
Rayon partiya komitəsi Sov. İKP XXIV qurultayı qə-
rarlarını həyata keçirmək üçün əsas özək olan ilk partiya
təşkilatlarının mübarizliyini artırmaq üçün partiya işinin
qabaqcıl təcrübəsindən geniş istifadə edir, bundan sonra da
istifadə edəcəkdir.
Qasım İsmayılov rayon partiya komitəsinin həyata
keçirdiyi tədbirlər sırasında Naftalanın abadlaşdırılması,
yaşıllaşdırılması, yeni üslubda qurulması və müasir kurort
Zəkanın gücü
175
şəhərinə çevrilməsi üçün bir sıra tədbirlər görmüşdür. Son 5
il müddətində rayon partiya komitəsinin bürosunda Naftalan
kurortuna aid müntəzəm olaraq bu və ya digər məsələlər (26
dəfə) müzakirə edilmişdir. Partiya komitəsi sanatoriyalarda
kadrların seçilib yerləşdirilməsinə xüsusi fikir vermiş və bir
neçə dəfə bu məsələ yoxlanaraq müzakirə edilmişdir. Sanato -
ri yaların tam həkim və tibb işçilərinə olan tələbatı ödənilmiş,
istilik sistemi qaydaya salınmış, təmir və tikinti işlərinin
sürəti xeyli artırılmış, müalicə, sağlamlıq işləri yaxşılaş dı -
rılmış, mədəni-məişət, ticarət, rabitə və şəhərin yaşıllaş dırıl -
ması sahəsində müəyyən işlər görülmüşdür. Sanatoriyalarda
xəstələrə tibbi xidmətin vəziyyəti yaxşılaşdırılmış, müalicə
korpusları genişləndirilmişdir.
Rayon partiya komitəsi müzakirəyə çıxardığı məsələlərdə
kurortun işində olan ciddi nöqsanları aşkara çıxarmış və onun
aradan qaldırılması üçün əməli tədbirlər görmüşdür. Hazırda
sanatoriyada kadrların seçilib yerləşdirilməsi və tərbiyə
edilməsində, əmək intizamının möhkəmləndirilməsində və
respublika təşkilatlarının qarşısında duran məsələlərin həll
edilməsi üçün bir sıra tədbirlər görülür.
Son dövrdə Azərbaycan Həmkarlar İttifaqı Mərkəzi
şurası, Respublika Kurortlar İdarəsi Şurası Naftalan
sanatoriyası ilə daha müntəzəm məşğul olur, mövcud
nöqsanların aradan qal dırılması üçün əməli tədbirlər
görür. Ümumittifaq əhəmiy yətli kurort şəhərində işlərin qay-
daya salınması, müalicəyə gələnlərin artan tələbatının
ödənilməsi, sanatoriya işçilərinin şəxsi mədəniyyətinin
yüksəldilməsində müəyyən işlər görülmüşdür.
Sahib Sailov
176
Etiraf etməliyik ki, son illərdə görülən tədbirlər öz müsbət
nəticəsini vermişdir. Artıq müalicə işlərindən şikayət yoxdur.
Lakin ümumittifaq əhəmiyyətli Naftalan sanatoriyasında hələ
görüləsi işlərimiz çoxdur. Bu, əlbəttə, birinci növbədə partiya
təşkilatından asılıdırsa, lakin elə məsələlər vardır ki, onlar
respublikanın əlaqədar təşkilatlarından asılıdır. Mən birinci
növbədə şəhərdə aparılan tikinti işlərinin üzərində dayanmaq
istərdim. Şəhərdə aparılan tikinti işləri keyfiyyətsiz aparılır,
xüsusilə inşası yarımçıq qalmış rabitə evinin, mehmanxana
binasının, pansionatın, 9 və 5 mərtəbəli yaşayış binalarının,
təyyarə limanının işini sürətləndirmək və nəzərdə tutulan
obyektlərin vaxtında istifadəyə verilməsini respublika Kənd
Tikintisi Nazirliyindən xahiş edirik. Tikintinin vaxtında başa
çatdırılması üçün lazımi tədbirlərin görülməməsi nəticəsində
keçən il 2.323 min manata qarşı 1.652 min manatlıq iş
görülmüşdür ki, bu da ümumi planın 71,5 faizini təşkil edir.
İşdə olan ciddi nöqsanlardan biri, müalicə olunanların su
ilə təmin edilməməsidir. Respublika Nazirlər Soveti yanında
Yeraltı Suları Mühafizə və ondan istifadə Komitəsi Tərtər -
çay dan Naftalana su aparılması ilə yaxşı məşğul olmadığı
üçün vaxtında istifadəyə verilməsi mümkün olmayacaqdır.
Şəhərdə görülən əsas tədbirlərdən biri, şəhərin yaşıllaş dı -
rılmasıdır. Lakin Respublika Meşə Təsərrüfatı Komitəsi
demək olar ki, əsaslı heç bir iş görməmişdir, orada yaranmış
olan xüsusi Meşə təsərrüfat idarəsinin heç bir maddi texniki
bazası yoxdur. İlbəil əkilən ağaclar susuzluqdan tələf olur.
Hazırda Naftalan sanatoriyasında ən çox narazılıq əmələ
gətirən məsələlərdən birisi təchizatdır. Sanatoriyaların lazımi
Zəkanın gücü
177
ərzaq məhsulları ilə vaxtında təmin edilməməsi nəticəsində
bişirilən xörəklərin keyfiyyətinin aşağı olması, xüsusi kartof,
kələm, meyvə və ət məhsullarının çatışmaması xəstələrin
haqlı narazılığına səbəb olur. Sanatoriyanın təzə ətlə təmin
edilməsi ciddi bir məsələdir. Bu məsələ respublika təşkilatları
qarşısında qaldırılmasına baxmayaraq, respublika Ticarət
Nazirliyi, Ət və Süd Sənayəsi Nazirliyi bu iş üçün lazımi ölçü
götürmür. Hətta respublika Ət və Süd Sənayesi Nazirliyi Naf-
talan kurortunun təzə ətlə təmin edilməsi üçün təşkil edilən
malkəsmə məntəqəsini rayon partiya komitəsi ilə məslə -
hətləşmədən respublika Nazirlər Sovetinin razılığı ilə
özbaşına bağlamış, onun əvəzində isə nazirlik üçün sərfəli
olan rayonda yeni məntəqə təşkil etmişdir. Bu məsələ respub-
lika təşkilatları qarşısında qaldırılmış, lakin heç kəs nazir
Məmmədovu öz inadından döndərə bilməmişdir. Ümumiy -
yətlə, xəstələrin süd məhsulları ilə, təzə tərəvəz, meyvə və ət
ilə təmin edilməsi ciddi bir problem olaraq qalır.
Naftalan sanatoriyasında müalicəyə gələnlərə tibbi xidməti
yaxşılaşdırmaq, xəstələrin mədəni istirahəti üçün normal
şərait yaratmaq, zəhmətkeşlərə ticarət, mədəni-məişət, rabitə
və nəqliyyat xidməti günün tələblərindən geri qalır.
Yaxşı olar ki, şəhərin baş planı başa çatdırılsın, su kəmə -
ri nin tikintisi sürətləndirilsin, təyyarə meydançasının tikintisi
başa çatdırılsın, ticarət obyektləri genişləndirilsin, xüsu silə
yeyinti malları artırılsın, yardımçı təsərrüfat bərpa edilsin,
təmir-tikinti sahəsi idarəyə çevrilsin.
Bu gün burada bizim ünvanımıza deyilən tənqid tamamilə
doğrudur.
Sahib Sailov
178
Dostları ilə paylaş: |