edilə bilər. Partiya komitəsinin keçən il və bu ilin 9 ayında
keçirilən bürolarında rayon komsomol komitəsinin, qadınlar
şurasının, kooperativlər ittifaqı idarə heyətinin, mərkəzi
xəstəxananın, kino birliyinin, teatr avadanlığı zavodunun və
bir sıra təsərrüfat təşkilatlarının rəhbərlərinin hesabatları
dinlənilmiş, nöqsanları aradan qaldırmaq üçün konkret
qərarlar qəbul edilmişdir.
Sov. İKP XXIV qurultayının qərarına əsasən partiya
sənədlərinin dəyişdirilməsi ilk partiya təşkilatlarının mübari-
zliyini, kommunistlərin fəallığını xeyli artırmışdır. Sov. İKP
MK may plenumunun qərarında göstərilir ki, partiya
sənədlərinin dəyişdirilməsi heç də texniki iş deyildir. Bu,
siyasi kampaniya hər yerdə mühüm təşkilat-siyasi tədbir kimi
keçirilməlidir. Partiya sənədlərinin dəyişdirilməsi partiya
təşkilatlarının fəaliyyətinin yaxşılaşdırılmasına, təsərrüfat və
mədəni quruculuq vəzifələrini yerinə yetirmək sahəsində
onların işinin gücləndirilməsinə kömək etməlidir.
Rayon partiya komitəsi Mərkəzi Komitənin qərarını rəhbər
tutaraq ilk partiya təşkilatlarının fəaliyyətini partiya sənəd -
lərinin dəyişdirilməsinə hazırlıq ərəfəsində kommunistlərin
bütün sahələrdə fəallığını və təşəbbüskarlığını artırmaq lüzu-
muna yönəltmişdir. Bu günlər əsas diqqət ona yönədilmişdir
ki, partiya sənədlərinin dəyişdirilməsinə hazırlıq dövründə
bütün kommunistlərin fəallığı təmin edilsin. Bu məqsədlə
partiya, sovet və təsərrüfat rəhbərləri, raykomun büro və
plenum üzvləri, partiya fəalları kollektivlər qarşısında çıxış
edir, partiyamızın iqtisadi siyasətini zəhmətkeş kütlələrə,
kommunistlərə izah edirlər. Raykomun üzvlərindən Ramiz
Zəkanın gücü
171
Vəliyev, Qurban Qurbanov, Hidayət Səfərov və bir çox
başqaları partiya sənədlərinin dəyişdirilməsinin siyasi
əhəmiyyətini kommunistlərə dərindən izah etməkdə xüsusilə
fərqlənirlər. Onların söhbətləri daha maraqlı olur.
Partiya təşkilatlarının mübarizliyini artırmaq məqsədi ilə
görülən işlərin nəticəsidir ki, heyvandarlarımız 9 aylıq süd
satışı planını 106,7 faiz, illik yun satışı planını 104,5 faiz,
illik yumurta satışı planını 134,8 faiz yerinə yetirmişlər.
Rayonun bir sıra təsərrüfatlarının göstəriciləri daha
yüksəkdir. Məsələn, Azərbaycan kolxozu və Kalinin adına
kolxoz illik süd satışı tapşırığını artıqlaması ilə yerinə
yetirmişdir. B.Bağırova adına kolxoz 8 ayda hər inəkdən 862
kiloqram, Dmitrov adına kolxoz 879 kiloqram, Xanlar adına
kolxoz 918 kiloqram, Kirov adına kolxoz 732 kiloqram və
"Sosializm" kolxozu 816 kiloqram süd sağmışlar.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, taxıl zəmilərinin
külək eroziyası və dolu nəticəsində ciddi zərər çəkməsinə
baxmayaraq, rayonun taxılçıları bu il biçini 18 iş günündə
müvəffəqiyyətlə başa çatdırmış, hər hektardan orta hesabla
16,3 sentner məhsul götürərək tapşırığı xeyli artıqlaması ilə
yerinə yetirmişlər. N.Bağırova adına kolxoz hər hektardan
30,6 sentner, Orconikidze adına kolxoz 22,2 sentner, "Şəfəq”
kolxozu 19,3 sentner və bir sıra başqa təsərrüfatlar planda
nəzərdə tutulduğundan 4-5 sentner çox taxıl götürmüşdür.
Bütün bu müvəffəqiyyətlər partiya təşkilatlarının mübari-
zliyini artırmaq, tapşırılmış iş üçün hər bir kommunistdə
yüksək məsuliyyət hissi tərbiyə etmək, intizamı möhkəmlən -
dirmək və tələbkarlığı artırmaq nəticəsində mümkün olmuş -
Sahib Sailov
172
dur.
Lakin ilk partiya təşkilatlarına rəhbərlikdə müvəf-
fəqiyyətlərlə yanaşı, nöqsanlar da vardır. Nöqsanlardan biri
budur ki, rayon partiya komitəsinin qəbul etdiyi qərarlar bəzi
ilk təşkilatlarda kommunistlərə vaxtında çatdırılmır, onların
həyata keçirilməsi təmin olunmur. Bu cür nöqsanlara Or-
conikidze adına, Kirov adına, Jdanov adına kolxozların par-
tiya komitəsinin katibləri briqada və fermaların ilk partiya
təşkilatlarına zəif rəhbərlik edirlər. Buna görə də ilk
təşkilatlarda iş planları düzgün tərtib edilmir, müzakirə olu-
nacaq məsələlərin aktuallığına, yığıncaqların hazırlanmasına
fikir verilmir, yığıncaqlar yüksək səviyyədə keçirilmir. Hər
bir məsələ ətrafında ancaq 2-3 nəfər kommunist çıxış edir.
İlk partiya təşkilatlarının mübarizliyi eyni zamanda işin
planlaşdırılmasından çox asılıdır. Partiya təşkilatlarının bir
çoxunda illik və perspektiv planlar tutulmur. Bunun nəticə -
sində partiya təşkilatlarının həyatı üçün vacib olan bir sıra
mühüm məsələlər nəzərdən qaçırılır. Vaxtı çatmış məsələlərin
kollektiv şəkildə müzakirə edilməməsi təsərrüfata partiya
rəhbərliyinin səviyyəsini aşağı salır. Təsərrüfata partiya
rəhbərliyinin səviyyəsini, ilk təşkilatların mübarizliyini
artırmaq üçün büro iclaslarında, müşavirə və seminarlarda
planlaşdırma məsələlərinə, bu işin əhəmiyyətinə xüsusi
diqqət yetirilir.
İlk partiya təşkilatının fəaliyyətinə partiya təsərrüfatının
nə vəziyyətdə olması ilə də qiymət vermək olar. Partiya təş -
kilatı katiblərinin keyfiyyət tərkibinin yaxşılaşdırılması par-
tiya təsərrüfatının: protokolların, üzvlük haqqı cədvəllərinin
Zəkanın gücü
173
və s. səliqəli tərtib olunma-sına imkan vermişdir. Lenin adına,
Kirov adına, Q. Məmməd adına, K.Marks adına kolxozların
partiya təşkilartlarında və bir sıra başqa ilk partiya təşkilat -
larında partiya sənədləri savadlı və məzmunlu tərtib olunur,
protokolları səliqəli saxlanılır. Lakin "Şəfəq", "Bakı", "Sosia -
lizm" kolxozlarının, rabitə qovşağı, Dəliməmmədli, Məhəlli,
Qaşaltı məktəb ilk partiya təşkilatlarında partiya təsərrü -
fatının saxlanılmasına, sənədlərin tərtibinə lazımınca fikir
verilmir. İlk partiya təşkilatlarında partiya təsərrüfatının
səliqəli tərtib edilib saxlanılmasına kömək üçün fəallar
yerlərə göndərilir, bu işi yaxşılaşdırmaq üçün bütün vasitələr-
dən istifadə olunur.
Sov. İKP XXIV qurultayının qərarlarına əsasən müdiriy -
yətin fəaliyyətinə nəzarət hüququna malik olan ilk partiya
təşkilatlarının dairəsi xeyli genişləndirilmişdir. Bu sahədə
bəzi işlərin görülməsinə baxmayaraq, etiraf etməliyəm ki,
komissiyaların əksəriyyəti formal xarakter daşıyır, komissiya
üzvləri öz hüquqlarını dürüst bilmirlər. Rayon partiya
komitəsi ilk partiya təşkilatlarının nəzdində olan nəzarət
komissiyalarının tərkibinə yenidən baxaraq, onların sayını
72-yə çatdırmışdır. Hazırda bu komissiyalar 230 nəfər kom-
munisti birləşdirir. Nəzarət komissiyalarının fəaliyyətini
gücləndirmək, onların işinə istiqamət vermək üçün bir sıra
tədbirlər görülmüşdür. Nəzarət komissiyalarının hüquqları
haqqında təlimat mətbəədə çap olunub onlara çatdırılmışdır.
Rayon partiya komitəsi Sov. İKP Nizamnaməsinin tələblə -
rinə əməl etməyən, yüksək kommunist adını ləkələyən par-
tiya üzvləri və namizədləri haqqında həmişə prinsipial mövqe
Sahib Sailov
174
Dostları ilə paylaş: |