təşkilatı katibləri burada əsasən partiya quruculuğu, təsər -
rüfata partiya rəhbərliyi, təşkilat-partiya işi, partiya təsərrüfatı
məsələlərini və sair bu kimi məsələləri öyrənir, təcrübə
mübadiləsi aparırlar. "Sov. İKP XXIV qurultayı və partiya
quruculuğu məsələləri", "Partiya üzvlüyünün Lenin prin -
sipləri", Partiya işi ilə təsərrüfat işinin əlaqələndirilməsi",
"Partiya işinin səmərəliliyi", "Partiya yığıncağı-kommu -
nistlərin tərbiyə məktəbidir", "Protokolların yazılması
qaydası", “Partiya üzvlük haqlarının vaxtında verilməsi ən
ciddi intizamdır" və s. mövzularda oxunmuş mühazirələr,
aparılan söhbətlər ilk təşkilat katiblərinə əməli işdə çox xeyir
vermişdir.
Rayon partiya komitəsinin bürosunda ilk partiya təşkilat -
larının tez-tez hesabatı dinlənilir. Bu, onların fəaliyyətini,
mübarizliyini daha da artırır, nöqsanların vaxtında aşkara
çıxarılmasına, qüvvələrin əsas istiqamətdə cəmləşdirilməsinə
kömək edir. Müzakirə zamanı ilk partiya təşkilatı katibinə
məsləhətlər verilir, qarşıda duran başlıca vəzifələri həll
etməyin konkret yolları göstərilir. Bu il rayon partiya
komitəsinin bürosunda S.Vurğun adına, B. Bağırova
adına, Jdanov adına, H.Aslanov adına kolxozların və
"Azərbaycan" kolxozunun, habelə rayon icraiyyə
komitəsinin, Naftalan Şəhər İcraiyyə Komitəsinin, sub-
artezian quyularının istismarı idarəsi ilk Partiya
təşkilatlarının və başqalarının Sov. İKP XXIV və
Azərbaycan KP XXVIII qurultaylarının kənd təsər -
rüfatını inkşaf etdirmək, əhalinin maddi rifahını
yaxşılaşdırmaq sahəsində qarşıya qoyduqları vəzifələri
Sahib Sailov
164
necə yerinə yetirdikləri barədə hesabatlar dinlənilmişdir.
Təcrübə göstərir ki, rayon partiya komitəsi ilk partiya
təşkilatlarına tələbkarlığı artırdıqda, nəzarəti gücləndirdikdə
hər bir kommunistin əmək və ictimai fəaliyyəti də gündən-
günə artır. Belə bir misal göstərək. İlin əvvəlində "Azərba -
can" kolxozu ilk partiya təşkilatının hesabatı dinlənilirdi.
Müzakirə çox işgüzar keçdi. Təşkilat katibinə faydalı
məsləhətlər verildi. Büronun müzakirəsindən sonra aparat
işçiləri kolxoz kommunistlərinin yığıncağında oldular, rayon
partiya komitəsinin qərarını kommunistlərə çatdırdılar.
Yığıncaqda kommunistlər də çıxış etdilər: məhsuldarlığı
artırmaq yollarından, ölkəyə daha çox kənd təsərrüfatı
məhsulları və xammal satmaq üçün daxili ehtiyatlar-dan,
əməyə şüurlu münasibətdən, müvəffəqiyyətlərin əsası olan
polad intizamdan danışdılar, bir sıra təkliflər irəli sürdülər.
Rayon partiya komitəsi bürosunun qərarı yekdilliklə bəyə -
nildi. Bunun, əlbəttə, müsbət təsiri və yaxşı nəticəsi oldu.
Məsələn, kolxozun heyvandarları doqquz aylıq süd satışı
planını 189,9 faiz, yun satışı planını 136,6 faiz, ət satışı
planını 116,2 faiz, yumurta satışı planını isə 152 faiz yerinə
yetirdilər. Kollektivin üzvləri beşilliyin ikinci ilini
müvəffəqiyyətlə başa vurmaq, SSRİ-nin təşkil edilməsinin
50 illiyini ləyaqətlə qarşılamaq üçün yarışı gündən-günə
genişləndirir, yeni-yeni ehtiyatlar aşkara çıxarır, təsərrüfatın
bütün sahələrində qabaqcıl olmağa çalışırlar. Həmişə olduğu
kimi, yerə də kommunistlər irəlidə gedir, işdə bitərəflərə
nümunə olur, onları özlərinin ardınca aparır, partiya üzvü
adını şərəflə daşıyırlar.
Zəkanın gücü
165
Məlumdur ki, hər bir ilk partiya təşkilatının mübarizliyi
onun üzvlərinin fəallığından çox asılıdır. Buna görə də hər
bir kommunist özünə qarşı daha tələbkar, daha işgüzar
olmalıdır. Sov. İKP MK-nın Baş katibi L.İ.Brejnev yoldaş
"Sosializmin böyük qələbələrinin əlli ili" məruzəsində
demişdir: "Kommunist adı qarşıya böyük vəzifələr qoyur.
Kommunistlərin yalnız bir imtiyazı vardır ki, bu da ümumi
işə hamıdan daha çox qüvvə sərf etməkdən, ümumi işin təntə -
nəsi xatirinə hamıdan yaxşı mübarizə aparmaqdan və işlə -
mək dən ibarətdir. Kommunistlərin heç bir xüsusi hüquqları
yoxdur, onların yalnız bir hüququ vardır ki, bu da həmişə
irəlidə olmaqdan, ən çətin yerlərdə olmaqdan ibarətdir".
Rayon partiya komitəsi ilk təşkilatlara rəhbərlikdə bunu
əsas götürür ki, hər bir kommunist barəsində tələbkarlıq, hər
bir işçinin tapşırılmış sahə üçün məsuliyyət hissi artırılsın,
bu isə gözəl bəhər verir. Belə bir misal göstərək. 1970-ci ildə
127 pambıqçılıq briqadasından 112-si, 1971-ci ildə 98-i
pambıq yığımı planını yerinə yetirmişdir. Kommunist -
lərin rəhbərlik etdikləri 9 taxılçılıq briqadasının hamısı,
10 yemçilik briqadasından 7-si, 15 süd-əmtəə fermasın -
dan 13-ü, 6 qoyunçuluq fermasından (yun istehsalına
görə) 5-i, 4 quşçuluq fermasından (yumurta istehsalına
görə) 3-ü dövlət tapşırıqlarını müvəffəqiyyətlə yerinə
yetirmişdir.
Ümumiyyətlə, kommunistlərin başçılıq etdikləri 120
pambıqçılıq, taxılçılıq, yemçilik, bağçılıq briqadalarından
qoyunçuluq, quşçuluq, donuzçuluq və süd-əmtəə fermaların -
dan 1970-ci və 1971- ci təsərrüfat ilində 102- si tapşırıqları
Sahib Sailov
166